Nepal və Tibetdə daşqınlar nəticəsində ölənlərin sayı 750-yə çatıb, daha 3000 nəfər itkin düşüb.
BBC News xəbər verir ki, Nepalda baş verən daşqınlar nəticəsində ən azı 734 nəfər həlak olub, 2400-dən çox insan itkin düşüb. Tibetdə isə ölənlərin sayı 16-ya, itkin düşənlərin sayı isə 546 nəfərə çatıb.
Nepal və Tibetin sərhəd bölgələrində xilasetmə işləri davam edir. Nepal Turizm İdarəsinin məlumatına görə, itkin düşənlər arasında 320 xarici vətəndaş var.
Bu arada, daşqınlardan sonra əmələ gələn və daşqınlarla bağlı narahatlıqlar yaradan göldəki suyun səviyyəsi azalmağa başlayıb.
Tahir TAĞIYEV