Cümə günü, 06 noyabr 2026
     

ŞƏT-in strateji tərəfdaşı -Yeni dünya düzəninə doğru prosesdə Azərbaycanın "orta güc" rolu artır... Aydın QULİYEV yazır...

Image


Dünya sürətlə özünün yeni nizamının yaranma dövrünə daxil olur. Köhnə düzən iflic olub. Yeninin nə vaxt və hansı formanı alacağı bilinmir. Bəzi dünya gücləri köhnə ikiqütblü dünyanın həsrətini çəkir. Bəziləri təkqütblü dünyada hegemonluq eşqindədir. Bəziləri çoxqütblü dünyanı üstün sayır. Təbii ki, dünya xaosunu gözləyənlər də var. Elə bu kontekstdə mövcud beynəlxalq münasibətlər sistemi sürətli və fundamental dəyişikliklər dövrünü yaşayır.

Hazırda müşahidə edilən odur ki, dünyada yeni güc mərkəzlərinin formalaşması, çoxqütblülük meyllərinin güclənməsi, iqtisadi və nəqliyyat əlaqələrinin yeni istiqamətlər üzrə qurulması dövlətlərin xarici siyasətində çevik və praqmatik yanaşmanı zəruri edir. Belə bir mürəkkəb geosiyasi şəraitdə Azərbaycan öz milli maraqlarını qətiyyətlə qoruyan, müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq quran və beynəlxalq gündəliyin formalaşmasına töhfə verən fəal dövlət kimi çıxış edir. Bu siyasətin əsasında ölkə lideri İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi və strateji baxışı durur. Məhz onun müstəqil, ardıcıl və prinsipial siyasəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu tarixi nailiyyət ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirməklə yanaşı, Azərbaycanın yeni dünya düzənində daha fəal və nüfuzlu aktor kimi çıxış etməsinə imkan yaradıb.

Dünyada artıq geniş şəkildə qəbul edilir ki, Azərbaycan orta gücə çevrilir və onun xarici siyasətinin əsas xüsusiyyətlərindən biri çoxvektorlu, balanslaşdırılmış və milli maraqlara söykənən xarakteridir. Azərbaycan dəyişən geosiyasi reallıqlar fonunda müxtəlif güc mərkəzləri ilə münasibətlərini qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında qurur. Bu siyasətin nəticəsidir ki, ölkəmiz eyni vaxtda Avropa, Asiya, Türk və İslam dünyası ilə əlaqələrini ardıcıl şəkildə inkişaf etdirərək beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqeyini möhkəmləndirir. Bu gün Azərbaycan Avropa üçün etibarlı enerji və nəqliyyat tərəfdaşı kimi qəbul olunur. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, eləcə də Şərq-Qərb nəqliyyat bağlantılarının inkişafında oynadığı rol Azərbaycanın qitə üçün strateji əhəmiyyətini daha da artırır. Azərbaycan prezidentinin Avropa Siyasi Birliyinin sammitlərində iştirakı da ölkəmizin Avropa siyasi məkanında artan nüfuzunun göstəricisidir. Növbəti sammitin 2028-ci ildə Azərbaycanda keçirilməsi isə, heç şübhəsiz, ölkəmizə göstərilən yüksək etimadın və Azərbaycanın artan beynəlxalq siyasi çəkisinin daha bir ifadəsidir. Lakin Azərbaycanın xarici siyasət coğrafiyası Avropa ilə məhdudlaşmır. Son illərdə Asiya ölkələri ilə münasibətlər də sürətlə inkişaf etməkdədir. Bu kontekstdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. ŞƏT Azərbaycan üçün yalnız siyasi dialoq platforması deyil, eyni zamanda təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, energetika, humanitar əlaqələr və digər istiqamətlər üzrə əməkdaşlıq imkanları təqdim edən mühüm beynəlxalq platformadır. Şanxay Əməkdaşlıq Təşkilatının özü də son illərdə qlobal siyasi və iqtisadi proseslərdə çəkisi artan qurumlardan birinə çevrilib. Hələ 25 il əvvəl Şanxay şəhərində Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən təsis edilən təşkilat sonrakı mərhələlərdə əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Hindistan və Pakistanın, daha sonra İran və Belarusun təşkilata qoşulması ŞƏT-in Avrasiya məkanındakı geosiyasi və iqtisadi əhəmiyyətini daha da artırıb. Təşkilatın qarşıya qoyduğu məqsədlər də kifayət qədər genişdir. Qarşılıqlı inamın, dostluğun və mehriban qonşuluğun möhkəmləndirilməsi, regional sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsi, eləcə də daha ədalətli beynəlxalq nizamın təşviqi ŞƏT-in əsas prioritetləri sırasında yer alır. Bu baxımdan Azərbaycanın təşkilatla əməkdaşlığı ölkəmizin çoxvektorlu xarici siyasət konsepsiyası ilə tam uzlaşır. Yaxın tarixə nəzər saldıqda, Azərbaycanın ŞƏT ilə münasibətlərinin mərhələli şəkildə inkişaf etdiyini görmək mümkündür. Azərbaycan 2016-cı ildə təşkilatın dialoq tərəfdaşı statusunu əldə edib. Bundan sonra ölkəmizin ŞƏT çərçivəsində siyasi fəallığı və yüksək səviyyəli təmasları daha da intensivləşib. Prezident İlham Əliyevin təşkilatın sammitlərində iştirakı Azərbaycanın ŞƏT-ə və bütövlükdə Asiya istiqamətinə verdiyi siyasi əhəmiyyətin bariz göstəricisidir. Dövlət başçısının 2022-ci ildə Özbəkistanda keçirilən ŞƏT sammitində fəxri qonaq qismində iştirakı, 2024-cü ildə Qazaxıstanda və 2025-ci ildə Çində keçirilən sammitlərdə çıxış etməsi Azərbaycanla təşkilat arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu nümayiş etdirir. Günümüzdə iqtisadi və nəqliyyat əlaqələri isə Azərbaycan-ŞƏT əməkdaşlığının ən perspektivli istiqamətlərindəndir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Avrasiyanın mühüm logistika mərkəzlərindən birinə çevrilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tiflis-Qars dəmir yolu və digər layihələr ölkəmizin tranzit imkanlarını artırır. ŞƏT məkanında yerləşən dövlətlərlə bu sahədə əməkdaşlığın genişləndirilməsi həm Azərbaycanın, həm də region ölkələrinin iqtisadi maraqlarına xidmət edir.

Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri də Türk dünyası və İslam dünyası ilə münasibətlərin ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirilməsidir. Tarixi, milli və mədəni bağlara söykənən bu əlaqələr son illərdə yeni məzmun və siyasi dinamika qazanıb. Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində həmrəyliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfələr verməklə yanaşı, İslam Əməkdaşlıq Təşkilatı ilə də fəal və konstruktiv əməkdaşlıq həyata keçirir.

Bu mənada qarşıdakı dövrdə Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısının Bakıda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu qərar Azərbaycanın Türk dünyasında artan siyasi nüfuzunun, təşəbbüskarlığının və etibarlı tərəfdaş kimi mövqeyinin növbəti göstəricisidir. Bakı artıq təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının mühüm siyasi və diplomatik mərkəzlərindən birinə çevrilməkdədir. Azərbaycanın beynəlxalq nüfuzunun və fəallığının coğrafiyası isə Türk dünyası ilə məhdudlaşmır. Ölkəmizin Qoşulmama Hərəkatına 2019–2023-cü illərdə uğurlu sədrliyi, COP29 kimi qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsi, Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi, D-8-ə üzv olması Azərbaycanın beynəlxalq təşəbbüslərinin miqyasını aydın şəkildə göstərir.

Azərbaycanın bu fəallığı bir həqiqəti ortaya qoyur: ölkəmiz artıq beynəlxalq prosesləri yalnız izləyən və onlara münasibət bildirən dövlət deyil. Azərbaycan qlobal gündəmin formalaşdığı, mühüm qərarların müzakirə edildiyi və müxtəlif çağırışlara cavab axtarıldığı platformalarda təşəbbüslərlə çıxış edən fəal aktora çevrilib. İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının Xankəndidə keçirilməsi də bu baxımdan xüsusi siyasi məna daşıyır. İşğaldan azad edilmiş ərazilərimizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra regionda yeni əməkdaşlıq reallıqlarının formalaşdığını nümayiş etdirir. Xankəndinin beynəlxalq diplomatik və iqtisadi dialoqun məkanlarından birinə çevrilməsi Azərbaycanın postmünaqişə dövründə qarşıya qoyduğu yeni regional əməkdaşlıq gündəliyinin mühüm elementidir. Azərbaycanın çoxşaxəli xarici siyasətində Qırğızıstanla münasibətlər də xüsusi yer tutur. Azərbaycan-Qırğızıstan əlaqələri son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirərək siyasi dialoqdan strateji tərəfdaşlığa, oradan isə müttəfiqlik münasibətlərinə doğru mühüm mərhələlər keçib. İki ölkə arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Ötən 33 il ərzində Azərbaycan və Qırğızıstan arasında siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə geniş əməkdaşlıq əlaqələri formalaşıb. Bu gün münasibətlərin əsasını qarşılıqlı etimad, dostluq, qardaşlıq və siyasi həmrəylik təşkil edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər də bu münasibətlərin dinamik inkişafının bariz göstəricisidir. Prezident İlham Əliyevin 2022-ci ilin oktyabrında və 2026-cı ilin iyulunda Qırğızıstana dövlət səfərləri, Qırğızıstan prezidenti Sadır Japarovun Azərbaycana səfərləri iki ölkə arasında siyasi dialoqun intensivliyini və münasibətlərə verilən yüksək əhəmiyyəti nümayiş etdirir. 31 iyul 2026-cı ildə Çolpon-Atada Azərbaycan ilə Qırğızıstan arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin imzalanması isə ikitərəfli əlaqələrin tarixində yeni səhifə açıb. Bu sənəd Azərbaycan-Qırğızıstan münasibətlərinin strateji xarakterini hüquqi və siyasi baxımdan daha da möhkəmləndirir, iki ölkənin bir-birinə verdiyi qarşılıqlı dəstəyi yeni mərhələyə yüksəldir. Qardaşlıq münasibətlərinin başqa bir nümunəsi işğaldan azad edilmiş Ağdamın Xıdırlı kəndində Qırğızıstan hökumətinin maliyyə dəstəyi ilə 528 şagird yerlik Ayköl Manas adına tam orta məktəbin inşa edilməsidir. Bu layihə Azərbaycan-Qırğızıstan dostluğunun yalnız siyasi bəyanatlarda deyil, konkret və real layihələrdə də öz əksini tapdığını göstərir. Nəqliyyat əlaqələri də inkişaf edir. Bakı ilə Bişkek arasında müntəzəm aviareyslərin həyata keçirilməsi xalqlar arasında əlaqələrin və qarşılıqlı səfərlərin artmasına imkan yaradır. Bakı–İssık-Kul marşrutu üzrə uçuşlar isə turizm və humanitar münasibətlərin inkişafına əlavə imkanlar yaradır. Hazırda ŞƏT-in 25 illik yubileyi çərçivəsində Qırğızıstanın sədrliyi ilə keçirilən tədbirlər təşkilatın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. “ŞƏT-in 25 ili: Dayanıqlı sülh, inkişaf və rifah naminə birlikdə” devizi təşkilatın qarşıdakı dövr üçün əsas prioritetlərini ifadə edir. Bu çərçivədə Azərbaycanın “ŞƏT+” formatında iştirakı ölkəmizin təşkilatla əməkdaşlığının daha da dərinləşməsinə xidmət edir. Bütün bunlar göstərir ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, həm də beynəlxalq gündəliyin formalaşmasına təsir göstərən dövlətlərdən biridir.

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ