Daha əvvəl ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində son hücumdan sonra İranın Xarq adasındakı sənaye müəssisələrinin dağıdıcı raket zərbəsinə məruz qaldığını göstərən süni intellektdən istifadə edərək yaradılan video paylaşıb. Tramp paylaşımında adanın yerləyeksan edildiyini iddia edib: "Xarqk adası tamamilə məhv edilib!".
Trampın paylaşımından sonra İrandan tam fərqli açıqlama gəlib. Fars xəbər agentliyi İranın neft sənayesinin yüksək vəzifəli rəsmisinə istinadən xəbər verir ki, İran neft ixracı üçün strateji əhəmiyyətli mərkəz olan Xarq adasındakı zavodlar hücumlara baxmayaraq fəaliyyətini davam etdirir.
"Xark adası Amerika-İsrail düşmən tərəfindən bir neçə dəfə bombalandı, lakin neft sənayesi işçiləri və əməliyyat qüvvələrimiz neft hasilatının bir dəqiqə belə dayandırılmasına imkan vermədilər", - deyə o bildirib.
Onun sözlərinə görə, hazırda adada neft saxlama çənlərinin təmiri və modernləşdirilməsi, körpülərin yenidən qurulması və əvvəllər başlanmış layihələrin davam etdirilməsi üçün işlər görülür. O, bu layihələrin heç birinin dayandırılmadığını, bəzilərinin isə 20-30%-nin tamamlandığını bildirib.
Bundan əvvəl ABŞ prezidenti İran ərazisinin bir hissəsini ələ keçirməklə hədələmişdi. o, konkret olaraq Fars körfəzində yerləşən Xarq adasını nəzarətə götürmək üçün mümkün əməliyyatdan danışmışdı.
Tahir TAĞIYEV