Cümə günü, 06 noyabr 2026
     

İran hakimiyyəti üçün daxili təhlükə artır

Image


ABŞ və İsrailin İrana hava zərbələri ilə başlayan münaqişə ötən yarım il ərzində enerji bazarlarını sarsıdıb, qlobal gəmiçiliyə ciddi təsir göstərib. İranın hərbi strukturuna ciddi zərbə dəyib, amma Hörmüz boğazına təsir imkanlarını da qoruyub saxlayır.

Ekspertlərin fikrincə, müharibənin sonrakı gedişatını dörd əsas məsələ müəyyən edə bilər: İran iqtisadi təzyiqə nə qədər davam gətirə bilər; hərbi uğurları diplomatiya sayəsində davamlı razılaşmaya çevrilə bilərmi; Hörmüz boğazında baş verənlər və nəhayət, Rusiya ilə Çin Tehrana hərbi imkanlarını bərpa etməkdə kömək edəcəkmi. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) keçmiş komandan müavini, istefada olan vitse-admiral Robert Harvord hazırkı durumu “sabit” sayır, amma Tehran üçün vaxtın daraldığını deyir. Onun fikrincə, davamlı iqtisadi təzyiq sonda İran hakimiyyəti üçün daxili təhlükə yarada bilər. İqtisadi məsələlər dekabr-yanvarda İranda kütləvi etirazlara səbəb olmuşdu. ABŞ maliyyə naziri Skot Bessent avqustun 24-də İrana “iqtisadi hücum” adlandırdığı yeni sanksiyaları açıqlayıb. Harvord deyir, Tehran SEPAH-a, Bəsic qüvvələrinə, digər dövlət qurumlarına maaş verməkdə çətinlik çəkməyə başlayarsa, sıravi iranlılar yanacaq və digər zəruri məhsulların çatışmazlığı ilə üzləşərsə, iqtisadi təzyiq hakimiyyət üçün daxili təhlükəyə çevrilə bilər. Bu proqnozların mərkəzində Çin dayanır. Demokratiyaların Müdafiəsi Fondunun İqtisadi və Maliyyə Gücü Mərkəzinin rəhbəri Eleyn Dezenskinin fikrincə, Çinlə İran arasında iqtisadi münasibətlər əhəmiyyətlidir, amma ənənəvi müttəfiqlik deyil. Belə ki, İranın ixrac etdiyi neftin təxminən 80 faizi Çinə gedir. Bununla belə, İran nefti Çinin ümumi xam neft idxalının cəmi 12-13 faizini təşkil edir: “Çin İran neftinin alışını dayandırsa, bunun çox böyük təsiri olar”. İndiyədək Pekin Tehranla ticarət əlaqələrinə görə ABŞ-ın təzyiqinə müqavimət göstərib. ABŞ dövlət katibi Marko Rubio iyunda demişdi ki, İranın müdafiə-sənaye bazası “kütləvi dağıdılıb”, imkanlarının 80-90 faizini itirib. Prezident Donald Tramp əvvəlcə İranın raket və buraxılış qurğularının 90 faizinin sıradan çıxarıldığını deyib, sonradan bu göstəricini 82 faizə salıb. O, dəfələrlə İranın hərbi-dəniz qüvvələrinin məhv edildiyini də söyləyib. Amma İranın əlində qalan imkanlar Hörmüz boğazından gəmilərin hərəkətini önləməyə yetir.

Demokratiyaların Müdafiəsi Fondunun Hərbi və Siyasi Güc Mərkəzinin baş direktoru Bredli Boumanın sözlərinə görə, Vaşinqton Yaxın Şərqdə döyüş uğurlarını davamlı və müsbət siyasi nəticələrə çevirməkdə çətinlik çəkib: “Biz çox vaxt döyüş meydanında qalib gəlirik, danışıqlar masasında isə uduzuruq”. Onun sözlərinə görə, İranda davamlı siyasi dəyişiklik ilk növbədə iranlılardan qətiyyətli addımlar tələb edəcək. Bouman bildirib ki, müharibə ABŞ-nin böyük həcmdə silah-sursat sərf etdiyini göstərib. İrandan isə ziddiyyətli siqnallar gəlir. SEPAH daxil bəzi qüvvələr ABŞ-də noyabr aralıq seçkilərindən əvvəl danışıqları sürətləndirməyə tələsmir. Dini hakimiyyət təmsilçiləri isə iqtisadi çətinliklərdən, diplomatiyanın bərpasının vacibliyindən də danışırlar.

Son altı ayın ən mühüm nəticələrindən biri Hörmüz boğazının İranın əlində qalan əsas alver predmetinə çevrilməsidir. Bunu isə Milli Müdafiə Universitetinin Yaxın Şərq və Cənubi Asiya Strateji Araşdırmalar Mərkəzindən Qavdat Bahqat deyib: “Hətta müvəqqəti razılaşma imzalansa belə, bu, müvəqqəti olacaq. Gələcəkdə onlar yenə də boğazı bağlamaqla hədələyəcəklər”. İranın xarici tərəfdaşlarının ona hərbi imkanlarını bərpa etməkdə kömək edib-etməyəcəyi də vacib məsələdir. Bouman deyir, Moskva İrana Su-35 qırıcılarının verilməsini nəzərdən keçirir. Pekin isə ikili təyinatlı materiallardan hazır silah və sursat göndərilməsinə keçə bilər. Təhlilçinin fikrincə, bu yardımın gələcəyi Pekin və Moskvanın ABŞ-nin mümkün reaksiyasını necə qiymətləndirməsindən xeyli asılı olacaq: “Çinin ən çox qorxduğu məsələ ABŞ-ın ikinci dərəcəli sanksiyalarıdır”. ABŞ-ın son addımları belə sanksiyaların mümkünlüyünə işarə edib. Ancaq bu halda Çin cavab tədbirləri görə bilər, Vaşinqtonun isə bu cür təzyiqi nə dərəcədə artırmağa hazır olduğu aydın deyil.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ