Tasnim xəbər agentliyi hərbi mənbəyə istinadən xəbər verir ki, ABŞ-ın Hörmüz boğazında mina işlərinin qarşısını almaq üçün İrana qarşı qabaqlayıcı zərbələr endirdiyi iddiaları uydurmadır.
Qeyd edək ki, ABŞ ordusu İrana qüvvələrinin Hörmüz boğazını minalamasının qarşısını almaq üçün İrana hücum etdiyini iddia edir.
İran mənbəsi isə bütün bunları uydurma adlandırır. "Bunlar hamısı fantaziya və uydurmadır. Dünənki toqquşmaların Hörmüz boğazının minalanması ilə heç bir əlaqəsi yoxdur" – deyə mənbə agentliyə bildirib.
Tahir TAĞIYEV