Cümə günü, 06 noyabr 2026
     

Vüqar Rəhimzadə: Azərbaycanın coğrafi üstünlüyü Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafında mühüm rol oynayır

Image


Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yerinin və mövqeyinin möhkəmlənməsi qarşılıqlı səfərlərin dinamikliyi ilə yanaşı, regional və beynəlxalq təşkilatlar daxilində əlaqələrin uğurlu inkişafında da özünü aydın şəkildə nümayiş etdirir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin daha da möhkəmləndirilməsi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Prezident İlham Əliyevin nüfuzu, siyasi iradəsi və strateji addımları ölkəmizin yeni dünya düzəninin formalaşdığı bir dövrdə "orta güc dövləti"nə çevrilməsini təmin edir. Bu mühüm amil Azərbaycanın malik olduğu üstünlüklər sırasındadır. Yeni dünya nizamının formalaşdığı hazırkı mərhələdə Azərbaycanın mövqeyinə, hər bir hadisəyə yanaşmasına verilən önəm diqqətdən kənarda qalmır. Bu reallığı da xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin təqdimatı, eyni zamanda, yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş imkanların açılmasında, sülh təcrübəsinin təqdimatında əhəmiyyətli rol oynadı.

Hazırda Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan ilə münasibətlərinin yüksələn xətlə inkişafında da qeyd etdiyimiz amillər mühüm rol oynayır. Dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimada əsaslanan fəal siyasi dialoq, beynəlxalq və regional təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək ikitərəfli əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin Qırğız Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə bu ölkənin Prezidenti Sadır Japarova ünvanladığı təbrik məktubunda qeyd edildiyi kimi, ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin ildən-ilə inkişaf edərək bu gün müttəfiqlik səviyyəsinə çatması və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur. Məktubda bu əminlik də ifadə edilir ki, Azərbaycan-Qırğızıstan əlaqələri və müttəfiqliyi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və güclənməyə davam edəcək.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, dövlət başçısı İlham Əliyevin bu ilin iyul ayının sonunda Qırğızıstana dövlət səfəri, onun ardınca avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri münasibətlərin hazırkı inkişaf səviyyəsinin əsas göstəricilərindəndir. Bu səfərlər iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Azərbaycan-Qırğızıstan münasibətlərinin cari ilin iyul ayında imzalanan Müttəfiqlik münasibətləri haqqında Müqavilə ilə yeni mərhələyə yüksəlməsi, Dövlətlərarası Şuranın fəaliyyəti, yüksəksəviyyəli qarşılıqlı səfərlər və humanitar layihələr iki ölkə arasında əməkdaşlığın möhkəm institusional əsaslara malik olduğunu göstərir.

Qırğızıstanın ŞƏT-ə sədrliyi fonunda bu münasibətlərin yüksək səviyyəsi Azərbaycanın təşkilatla əlaqələri üçün əlavə siyasi və iqtisadi imkanlar yaradır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, hər bir ölkənin coğrafi mövqeyi, regional proseslərə təsir imkanları və müxtəlif iqtisadi məkanları birləşdirən nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşməsi də onun strateji əhəmiyyətini müəyyən edən əsas amillərdəndir. Bu baxımdan Azərbaycan üstünlükləri ilə diqqətdədir. Bu sırada Azərbaycanın coğrafi mövqeyi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi xüsusi qeyd edilir. Həmçinin enerji təhlükəsizliyinin təmin edilməsində rolu, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri, beynəlxalq arenada müstəqil mövqeyi də əsas üstünlükləri sırasındadır. Vüqar Rəhimzadə onu da əlavə edib ki, bütün meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır. Azərbaycanın hər zaman əməkdaşlığa böyük önəm verməsi və bunu real addımları ilə təsdiqləməsi hazırda həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar daxilində əlaqələrinin uğurlu inkişafında əhəmiyyətli rol oynayır. Bu gün bunu Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı münasibətlərində də aydın şəkildə görürük. Ölkəmizin bu təşkilatla münasibətlərinin dinamikası rəsmi Bakının çoxşaxəli və balanslı xarici siyasət strategiyasının bir hissəsidir. Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının növbəti Dövlət Başçıları Şurasının Zirvə görüşü Qırğızıstan Prezidenti Sadır Japarovun ev sahibliyi və sədrliyi ilə keçiriləcək. Sammitin "ŞƏT-in 25 ili: davamlı sülh, inkişaf və rifah naminə birlikdə" mövzusu özündə mühüm çağırışları, tədbirin mahiyyətini ehtiva edir. ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə - Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər. 2015-ci ildə ŞƏT-in Dövlət Başçıları Şurasının iclasında Azərbaycana "dialoq üzrə tərəfdaş" statusunun verilməsi ilə bağlı qərar qəbul edildi. 2016-cı ildə isə Pekində Azərbaycanın "dialoq üzrə tərəfdaş" statusunu rəsmiləşdirən Memorandum imzalanıb. 2022-ci ildə Səmərqənddə ŞƏT sammitində Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib. Dövlət başçısı İlham Əliyev 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantısının iştirakçısı olub. Bununla da, institusional əlaqələr yeni müstəviyə keçib. Həmin sammitdə Azərbaycan ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə imzalanıb. 2025-ci ilin sentyabr ayında Çinin Tiencin şəhərində keçirilən "ŞƏT plyus" formatında görüşdə Prezident İlham Əliyevin çıxışı Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı əlaqələrinin bu günü və gələcək inkişafı barədə aydın təsəvvür yaratdı. Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycanın əməkdaşlıq məkanı kimi möhkəmlənən mövqeyini şərtləndirən amillərin təqdimatında əhəmiyyətli rol oynayır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması regionda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün yeni perspektivlər açır. Sülh gündəliyinin möhkəmlənməsi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat bağlantılarının genişlənməsinə, regional logistikanın inkişafına və yeni iqtisadi layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradır. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Azərbaycanın Mərkəzi Asiya və daha geniş ŞƏT məkanı ilə bağlantı imkanlarını artıracaq amillərdən biridir. Dövlət başçısı İlham Əliyev ötən il Çinin Tiencin şəhərində keçirilən "ŞƏT plyus" formatında görüşdəki çıxışında bir daha bildirmişdir ki, Azərbaycan Çin Xalq Respublikasının sədri tərəfindən irəli sürülmüş "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq. Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb. Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Bu əminlik də ifadə edilmişdir ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək. Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri zamanı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlərin hər biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunun, Prezident İlham Əliyevə böyük etimadın göstəricisidir. Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü də diqqətdən kənarda qalmadı. Liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər, həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar. Liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər. Görüşdə birbaşa ikitərəfli təmasların qurulması vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımların davam etdirilməsi barədə razılıq əldə edilib. Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışları xarici siyasətinin mühüm tərkib hissəsidir. Bu çağırışlar konkret nəticələrdə öz əksini tapır. Bu gün Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı münasibətlərində də bu amilin rolu böyükdür. Onu da qeyd edək ki, ŞƏT bir tərəfdən dünyanın ən böyük əhali və istehlak bazarlarını, digər tərəfdən zəngin enerji və xammal resurslarına malik ölkələri, eyni zamanda, Avrasiyanın əsas quru nəqliyyat marşrutlarını bir platformada birləşdirir. Bu xüsusiyyət təşkilatın iqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır. Azərbaycan bu nəhəng məkanla yalnız ikitərəfli əlaqələr vasitəsilə deyil, institusional əməkdaşlıq çərçivəsində də bağlıdır. Qeyd etdiyimiz kimi, ölkəmiz 2015-ci ildən ŞƏT-in dialoq tərəfdaşıdır. Bu status Azərbaycanın təşkilatın siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar gündəliyi ilə əlaqələrini genişləndirməsinə imkan verib. Azərbaycanın coğrafi üstünlüyü Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin uğurlu inkişafında mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan Bakı Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi və sair istiqamətlər üzrə bağlantılar yaradır. Nəzərə alsaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı məkanı Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan əsas quru nəqliyyat istiqamətlərinin böyük hissəsini əhatə edir, bu halda Çin və Mərkəzi Asiyanın istehsal və ticarət mərkəzləri, Rusiya, İran və Hindistan istiqamətləri, Xəzər hövzəsi və Qərb bazarları arasında əlaqələrin genişlənməsi yeni logistika imkanlarını ön plana çıxarır. Azərbaycan bu xəritədə xüsusi coğrafi mövqeyə malikdir. Azərbaycan-ŞƏT münasibətlərində siyasi dinamika əhəmiyyətli dərəcədə artıb. Bu prosesdə Çin amili xüsusi əhəmiyyət daşıyır. Azərbaycan-Çin münasibətlərinin son illərdə yeni səviyyəyə yüksəlməsi ŞƏT çərçivəsində əməkdaşlığın praktiki məzmununu gücləndirən amillərdəndir. Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləməsi, Çində "Azərbaycan Ticarət Evi"nin fəaliyyət göstərməsi, ticarət, investisiya və logistika sahələrində əlaqələrin genişlənməsi iki ölkə arasında əməkdaşlığın iqtisadi əsaslarını möhkəmləndirir. Çinin ŞƏT-in aparıcı dövlətlərindən biri olması və Azərbaycanla strateji tərəfdaşlığının inkişafı bu istiqamətdə yeni imkanlar yaradır. Ümumilikdə Azərbaycanın nəqliyyat, enerji, investisiya və diplomatik potensialı regional əməkdaşlığın daha da möhkəmləndirilməsini, həmçinin dünya siyasətində rolunun artmasını şərtləndirir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ