Cümə günü, 06 noyabr 2026
     

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

Image


23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub.

Dövlət Statistika Komitəsi bildirir ki, Azərbaycanda 2026-cı il yanvarın 1-nə olan məlumata əsasən, dövlət qulluqçularının sayı 27,3 min nəfərdir.

Qeyd olunub ki, onların 31,4 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 7,6 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,9 faizi 4-cü təsnifatı, 12,4 faizi 5-ci təsnifatı, 8,7 faizi 6-cı təsnifatı, 44,2 faizi 7-ci təsnifatı, 23,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.

Dövlət qulluqçularının 6,6 faizi 1 ilədək, 23,6 faizi 1 ildən 5 ilədək, 23,6 faizi 5 ildən 10 ilədək, 18,8 faizi 10 ildən 15 ilədək, 27,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 3 faizini 25 yaşadək, 11,6 faizini 25-29 yaşda, 18,0 faizini 30-34 yaşda, 16,7 faizini 35-39 yaşda, 13,3 faizini 40-44 yaşda, 10,5 faizini 45-49 yaşda, 8,1 faizini 50-54 yaşda, 7,5 faizini 55-59 yaşda, 9,2 faizini 60-64 yaşda, 2,1 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2025-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 4,5 faiz artaraq 2059 manat təşkil edib.

Dövlət qulluqçularının əsas missiyası öz fəaliyyətləri çərçivəsində dövlət və vətandaş arasında etibarlı bağ rolunu oynamaqdır. İndiki şəraitdə onların üzərinə böyük məsuliyyət düşür və onlar müasir idarəçilik formasına öz fəaliyyətləri ilə töhfələr verirlər.

Bu gün Azərbaycanda öz vəzifəsinə sədaqət göstərən, vicdanla yanaşan, xalqa və dövlətə yüksək səviyyədə xidmət edən dövlət qulluqçuları çoxdur.

Dövlət qulluqçularının Azərbaycan modeli formalaşıb və Azərbaycanda dövlət qulluğunun təşkili, idarə olunması, kadr seçimi və inkişafı üzrə formalaşmış sistem mövcuddur. Bu model əsasən 2000-ci ildə qəbul edilmiş “Dövlət qulluğu haqqında” Qanuna və sonrakı islahatlara əsaslanır.

Azərbaycan dövlət qulluğu modelinin əsas xüsusiyyətlərinə gəlincə, burada meritokratiya-ləyaqət prinsipi əsas götürülür. Dövlət qulluğuna qəbul əsasən müsabiqə yolu ilə həyata keçirilir.

Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Məqsəd peşəkar və hazırlıqlı kadrların seçilməsidir. Şəffaflıq və bərabər imkanları da burada əsas tutulan amillərdəndir. Vətəndaşların dövlət qulluğuna bərabər çıxış hüququ təmin edilir. Qəbul prosesində açıq müsabiqə mexanizmləri tətbiq olunur. Dövlət qulluqçularının davamlı təlimi və ixtisasartırması nəzərdə tutulur.

Kompetensiya (səriştə) modelinin tətbiqi istiqamətində islahatlar aparılır. Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sistemi mövcuddur. Karyera inkişafı və rotasiya mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Dövlət qulluqçularından yüksək etik davranış, qanunçuluq və vətəndaşlara xidmət prinsiplərinə riayət etmək tələb olunur.

Dövlət qulluğu dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsinə xidmət edən peşə fəaliyyəti hesab edilir.

Son illərdə elektron hökumət, rəqəmsal xidmətlər və insan resurslarının müasir idarə olunması istiqamətində addımlar atılmışdır.

2019–2025-ci illər Strategiyası dövlət qulluğunda səmərəliliyin və idarəetmənin təkmilləşdirilməsini hədəfləyir.

Azərbaycan modeli peşəkarlıq, şəffaf müsabiqə, etik davranış, karyera inkişafı və rəqəmsal idarəetmə prinsiplərinə əsaslanan müasir dövlət qulluğu sistemidir. Onun əsas məqsədi vətəndaşlara keyfiyyətli dövlət xidmətlərinin göstərilməsini təmin etməkdir.

Ekspertlərin fikrincə, Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Gününün təsis olunması və qeyd edilməsi mühüm əhəmiyyət daşıyır və bu gün həm dövlət qulluqçularının əsas vəzifə və funksiyalarını xatırladır, həm də onların cəmiyyət üçün daşıdığı əhəmiyyəti bir daha ön plana çıxarır.

Sosial sahə üzrə ekspert İlqar Hüseynli baki-xeber.com-a bildirdi ki, 23 iyunun Prezident tərəfindən dövlət qulluqçularının peşə bayramı olaraq təsis edilməsi dövlət qulluğunda çalışanlar üçün stimullaşdırıcı məqsəd daşəyır. İ.Hüseynli hesab edir ki, onların peşə bayramlarının xüsusi gün kimi qeyd edilməsi dövlət qulluqçularının məsuliyyət yükünün artırılmasına təkan verən bir amil kimi də dəyərləndirmək lazımdır.

“Ümumiyyətlə, dövlət qulluğu statusunun imtahan vasitəsilə, test sistemi tətbiq edərək həyata keçirilməsi çox müsbət bir yanaşmadır. Konkret olaraq müsbət yanaşma nədir? Deyək ki, bundan illər öncə dövlətin müxtəlif strukturlarında, nazirliklərində dövlət qulluqçusu statusunda olan vəzifəlilər insanları qohum-əqrabalıq, tanışlıq, dostluq prinsiplərinə uyğun olaraq vəzifələrə təyin edirdilər. Amma həmin insanların savadı, məntiqi və peşə yönümlülüyü dövlət qulluğuna cavab vermirdi. İndi isə məsələ başqadır. İndi dövlət qulluğuna cəlb edilən insanlar artıq ixtisaslaşmış şəkildə imtahanlara cəlb olunurlar. Yəni peşə fəaliyyətinə cəlb olunan insanların hər birinin bilik səviyyəsini yoxlanılaraq, imtahandan test yolu ilə keçdikdən sonra dövlət qulluğuna işlə təmin olunması, bu statusu alması özünü göstərir. Bütün sahələrdə, istər dövlət idarəetmə strukturlarında, istər sosial müdafiə istiqamətlərində, vergi xidmətində məmurlarının seçimi və təyinatları məsələsində bunun şahidi oluruq. Bu çox ciddi bir layihədir. O ki qaldı, 23 iyunun dövlət qulluqçularının peşə günü kimi təsis olunmasına, Prezident tərəfindən 2006-cı ildə bu barədə sənəd imzalanıb. Bu gün dövlət qulluqçularının peşə bayramı kimi təsis olunub. Əslinə baxanda bu stimullaşdırıcı bir hədəfdir və stimullaşdırıcı bir məqsəddir. Təbii ki, hər bir peşə sahibinin özünün ayrıca bir gününün təsis olunması, həmin günü bir bayram kimi yaşaması, qeyd edilməsi bütün hallarda stimullaşdırıcı məqsədlərdir.

Düşünürəm ki, belə bir peşə gününün ayrıca bir gün şəklində insanların bayram etməsi yaxşı bir ənənədir. Dövlət qulluqçularının günü dünyanın bir çox ölkələrində, xüsusən postsovet ölkələrində, Rusiyada, Belarusda, Qazaxıstanda, Qırğızıstanda məhz peşə bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bəzi ölkələrdə, məsələn, qonşu Gürcüstanda məhz 23 iyunda hər il İctimai Xidmət Günü günü çərçivəsində müxtəlif tədbirlər, konfranslar həyata keçirirlər. Yəni hər bir ölkədə belə deyək, mental olaraq dəyişmə və yanaşma fərqlidir”.

İ.Hüseynli hesab edir ki, dövlət qulluğu ilə bağlı peşə bayramının da ölkə prezidenti tərəfindən təsis olunması həmin dövlət qulluqunda çalışan insanların öz bayramlarını stimullaşdırıcı bir məqsəd şəklində həyata keçirilməsinə imkan yaradır. “Məhz dövlət qulluğuna təyin olunan şəxslərin mütləq şəkildə dövlət qulluğu ilə imtahandan keçməlidir ki, biz bunun şahidi oluruq. Peşə bacarıqları yüksək səviyyədə olmalıdır. Elə məhz o test imtahanlarının dövlət qulluqunda çalışan və çalışacaq insanlara tətbiq olunması məhz islahat kimi dəyərləndirmək mümkündür. Əlbəttə, Azərbaycanda Dövlət Qulluğu Gününün xüsusi gün kimi qeyd edilməsi müsbət bir haldır. Hesab edirəm ki, dövlət qulluqçuları gələcəkdə dövlətin idarə olunmasında daha çevik, daha strateji, daha düzgün idarəetmə tətbiq edəcəklər”-deyə İ.Hüseynli vurğuladı.

Millət vəkili Ceyhun Məmmədovun fikrincə, Azərbaycanda dövlət qulluğu sahəsində ardıcıl islahatlar həyata keçirilir. “Bu gün dövlətimizin bu sahədə bir sıra mühüm islahatlar həyata keçirdiyinin şahidiyik. Dövlət strukturlarının fəaliyyəti daha da təkmilləşdirilir, yeni qurumlar yaradılır, bəzi strukturlar birləşdirilir, optimallaşdırma işləri aparılır. Bütün bunlar dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına xidmət edir”-deyə o, qeyd edib.

Millət vəkili qeyd edib ki, bu gün gənclərin bu sahəyə böyük maraq göstərdiyini müşahidə edirik: “Dövlət qulluğuna qəbul imtahanlarında çoxsaylı gənclərin iştirakı bunu bir daha təsdiqləyir. Azərbaycan gəncləri dövlət qulluqçusu olmaq üçün fəallıq göstərir və bu istiqamətdə çalışırlar.

Hesab edirəm ki, son illərdə dövlət qulluqçularının əməkhaqlarının artırılması da bu prosesə müsbət təsir göstərib. Xüsusilə əməkhaqqı və sosial təminat sisteminin təkmilləşdirilməsi dövlət qulluğuna marağın artmasında mühüm rol oynayır. Həyata keçirilən islahatlara gəldikdə isə, dövlət tərəfindən ardıcıl və sistemli addımlar atılır. Optimallaşdırma tədbirləri və idarəetmədə aparılan yeniliklər bunun bariz nümunəsidir. Gələcəkdə isə peşəkar kadrların hazırlanması, dövlət qurumlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi və optimallaşdırma prosesinin davam etdirilməsi bu sahənin inkişafına əlavə töhfə verə bilər”.

Ekspertlərin də fikrindən aydın olur ki, Azərbaycan dövlətində dövlət qulluqçusu statsu bir brend kimi diqqəti çəkir və bunu mühüm edən amillərdən biri isə dövlət qulluğunda çalışmaq istəyənlərin imtahan yolu ilə bu vəzifələrə cəlb edilməsidir. Bu faktor isə təbii ki, şəffaflığı, müdaxiləni sıfıra endirir, dövlət qulluqçusu status alan insanların dövlətə, xalqa sədaqətlə, vicdanla xidmət etməsini şərtləndirir.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ