Cümə günü, 02 oktyabr 2026
     

Uşaq - gə­lin­lə­rin sa­yı ar­tır

Image


Meh­ri­ban Zey­na­lo­va: "Ərə ve­ri­lən qız­la­rın hü­quq­la­rın­dan xə­bər­siz ol­ma­sı da on­la­rı qur­ba­na çe­vi­rir"


Açıq­la­nan sta­tis­tik rə­qəm­lə­rə gö­rə, Azər­bay­can­da 18 ya­şa­dək ni­kah bağ­la­yan gə­lin­lə­rin sa­yı 2 də­fə ar­tıb. Bu haq­da Döv­lət Sta­tis­ti­ka Ko­mi­tə­si xə­bər ve­rib. 2013-cü il­də 86 852, 2014-cü il­də isə 84 912 rəs­mi qey­də alın­mış ni­kah bağ­la­nıb.

Bu sa­yın azal­ma­sı­na bax­ma­ya­raq, ötən il ər­zin­də ya­şı 18-dək olan qız­la­rın rəs­mi ni­ka­ha da­xil ol­ma­sı hal­la­rı ar­tıb. Azər­bay­can­da 2013-cü il­də 18 ya­şa­dək gə­lin­lər tə­rə­fin­dən 229, 2014-cü il­də isə 479 rəs­mi qey­də alı­nan ni­kah bağ­la­nıb. Son iki il­də rəs­mi qey­də alın­mış ni­ka­ha da­xil olan 18 ya­şa­dək oğ­lan­la­rın sa­yı 2 nə­fər olub.

Qeyd edək ki, Uşaq Hü­quq­la­rı Haq­qın­da Kon­ven­si­ya­ya uy­ğun ola­raq, ya­şı 18-dək olan hər bir in­san uşaq sa­yı­lır.

Azər­bay­can­da ni­kah ya­şı 18-dir. La­kin bə­zi üzür­lü sə­bəb­lər ol­duq­da ni­ka­ha da­xil ol­maq is­tə­yən və ni­kah ya­şı­na çat­ma­mış şəxslə­rin ya­şa­dıq­la­rı əra­zi­nin mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı on­la­rın xa­hi­şi ilə ni­kah ya­şı­nın 1 il­dən çox ol­ma­ya­raq azal­dıl­ma­sı­na ica­zə ve­rə bi­lər. Bu sə­bəb­lər da­ha çox ni­ka­ha gir­mək is­tə­yən tə­rəf­lə­rin ai­lə və­ziy­yə­ti ilə bağ­lı olur. Mə­sə­lən, on­la­rın va­li­deynlə­ri ağır (ölüm­cül) xəs­tə ol­duq­da, qız ha­mi­lə ol­duq­da və s. hal­lar­da tə­rəf­lər 17 ya­şın­da ni­ka­ha da­xil ola bi­lər.

Qız­la­rın er­kən yaş­da ərə ve­ril­mə­si­nin fə­sad­la­rı ba­rə­də fi­kir bil­di­rən ma­ma-gi­ne­ko­loq Pər­va­nə Mus­ta­fa­ye­va­nın söz­lə­ri­nə gö­rə, ərə get­mək üçün qız­la­rın or­qa­niz­mi mü­əy­yən qə­dər for­ma­laş­ma­lı, en­dok­rin or­qan­lar öz funksi­ya­sı­nı ta­mam­la­ma­lı­dır: "Bu ba­xım­dan hə­lə 18 ya­şı ta­mam ol­ma­yan bir qız ərə ge­dən za­man or­qa­nizmdə rep­ro­duk­tiv funksi­ya­nı ye­ri­nə ye­ti­rən, bir­ba­şa be­yin­lə əla­qə­dar olan en­dok­rin or­qan­la­rın for­ma­laş­ma­sı hə­lə tam şə­kil­də ba­şa çat­ma­mış olur. Ona gö­rə də be­lə qız­lar­da bir sı­ra fə­sad­lar üzə çı­xır. Bi­rin­ci­si, elə göz­lə gö­rü­nən pa­to­lo­gi­ya­nı de­yim. Mə­sə­lən, 10 il­dən son­ra həm­ya­şıd­la­rı ilə mü­qa­yi­sə­də be­lə qız­lar xey­li yaş­lı gö­rü­nür. Ha­mi­lə­li­yi er­kən tok­si­koz və baş­qa bir sı­ra fə­sad­lar­la mü­şa­yi­ət olu­nur. Do­ğuş za­ma­nı qa­nax­ma­lar çox rast gə­li­nən pa­to­lo­gi­ya­lar­dan bi­ri­dir. Er­kən ana olan qa­dın­la­rın bir sı­ra hal­lar­da kör­pə­yə mü­na­si­bə­ti də fərqli olur. Do­ğu­şu hə­ya­ta ke­çi­rən hə­kim də ba­şa düş­mə­li­dir ki, bu, di­gər do­ğuş­lar­dan da­ha ar­tıq mə­su­liy­yət­li, cid­di iş­dir. Bir ne­çə də­fə bu faktla da qar­şı­laş­mı­şıq ki, o ana­lar dün­ya­ya gə­tir­di­yi uşaq­la­ra qar­şı həd­siz də­rə­cə­də la­qeyd olur. Bu hət­ta ət­raf­da­kı­la­ra da qə­ri­bə gö­rü­nür. Tibb ba­cı­sı uşa­ğı ana­ya təq­dim edən­də əli ilə kör­pə­ni kə­na­ra tul­la­yır ki, "ba­şım ağ­rı­yır, ha­lım yox­dur, son­ra gə­ti­rər­si­niz". O, sa­də­cə ola­raq, uşa­ğa ya­xın dur­maq, üzü­nə be­lə bax­maq is­tə­mir. Özü hə­lə uşaq olan, gə­lin­cik­lər­lə oy­na­maq­dan doy­ma­yan bir in­sa­nın özü­nün öv­la­dı dün­ya­ya gə­lən­də o uşaq ona ar­tıq ki­mi gö­rü­nür. Ana­lıq his­si­ni qə­tiy­yən dərk et­mir­lər. O qız­lar­da ana­lıq his­si yer­li-dib­li in­ki­şaf et­mir. Ana­lıq his­si­nin in­ki­şa­fı üçün qa­dı­na mü­əy­yən yaş həd­di la­zım­dır. Hə­min yaş həd­di ye­tiş­mə­di­yi­nə gö­rə ana ol­maq on­lar üçün psi­xo­lo­ji zər­bə­dir. Hət­ta bir ne­çə il əv­vəl baş ver­miş bir ha­di­sə­ni xa­tır­la­yı­ram. Ye­ni do­ğul­muş uşa­ğı­nı hər ya­nı­na gə­ti­rən­də ana ağ­la­yır və de­yir­di ki, "bir də o uşa­ğı gə­tir­sə­niz, ya onu öl­dü­rə­cəm, ya da özü­mü. Mən onu gör­mək is­tə­mi­rəm. Qı­sa və konkret". Do­ğum evin­dən çı­xan­da da uşa­ğı qay­na­na­sı­na təh­vil ver­di­lər. Qız qa­baq­da ge­dir­di, uşa­ğı isə ar­xa­da apa­rır­dı­lar. Er­kən yaş­da ərə ge­dən qız­la­rın ana ol­ma­sı on­lar üçün bir­ba­şa psi­xo­lo­ji zər­bə­dir. Son­ra­kı mər­hə­lə­də də ay­dın­dır ki, uşa­ğa nor­mal ba­xa, qul­luq edə bil­mir­lər. Bir çox hal­lar­da er­kən ai­lə qu­ran qız­lar­da ana bət­nin­də­ki dö­lün in­ki­şa­fı da tam şə­kil­də ye­tiş­mir. Ha­mi­lə­li­yin in­ki­şa­fı mü­əy­yən qə­dər ge­ri qa­lır. Pe­di­atrla­rın da apar­dı­ğı mü­şa­hi­də­lə­rə gö­rə, bu uşaq­la­rın əq­li və fi­zi­ki in­ki­şa­fı həm­ya­şıd­la­rın­dan xey­li də­rə­cə­də ge­ri qa­lır. Ay­dın­dır ki, ana­nın hə­lə tam ye­tiş­mə­miş or­qa­niz­mi­nin ye­tiş­dir­di­yi öv­lad da tam ye­tiş­kən ol­ma­ya­caq. Fi­zi­o­lo­ji və psi­xo­lo­ji ba­xım­dan qız­la­rın ai­lə qur­ma­sı üçün ən yax­şı yaş həd­di 20-30 yaş ara­sı­dır".

Psi­xo­loq Ba­har Qa­fa­ro­va isə bil­dir­di ki, cin­si ye­tiş­mə­nin 6 va­ri­an­tı fərqlən­di­ri­lir. Bü­tün va­ri­antlar­da bu pro­ses qız­lar­da 11-13, oğ­lan­lar­da 13-15 yaş­da da­ha in­ten­siv ol­sa da, cin­si ye­tiş­mə­nin ləng baş­la­ma­sı ha­lı da mü­şa­hi­də olun­maq­da­dır. Bu za­man pro­ses qız­lar­da 17, oğ­lan­lar­da 19 ya­şa­dək da­vam edə bi­lər. Er­kən yaş­da ai­lə qu­ran qız­lar­da isə be­lə müs­təs­na hal­la­rın ola bi­lə­cə­yi haq­qın­da heç kim dü­şün­mür. Həm­çi­nin ye­ni­yet­mə­lər­də səbrsiz­lik, dö­züm­süz­lük da­ha çox ol­du­ğun­dan, on­lar ai­lə­də ya­ra­nan hər bir prob­le­min ağır­lı­ğı al­tı­na dü­şür­lər ki, bu da son­ra­dan dep­res­si­ya­la­ra, bə­zən hət­ta ağır psi­xi­ka po­zun­tu­su­na­dək gə­ti­rib çı­xa­ra bi­lir: "İn­san fi­zi­o­lo­ji, bi­o­lo­ji da­ha tez in­ki­şaf edir. Ar­xa­sın­ca isə in­sa­nın psi­xi­ka­sı, psi­xo­lo­gi­ya­sı for­ma­la­şır. İs­tər oğ­lan, is­tər­sə də qız bi­o­lo­ji cə­hət­dən da­ha tez ata-ana ola bi­lir. Psi­xo­lo­ji ba­xım­dan isə hə­lə vaxt la­zım­dır ki, bir in­san ki­mi tam for­ma­laş­sın, bö­yük adam ol­sun. Bu ba­xım­dan he­sab edi­rəm ki, er­kən ni­kah­la ai­lə qur­ma­ğa ha­zır ol­ma­yan in­sa­nı fak­ti­ki bu­nu et­mə­yə məc­bur edi­rik. İkin­ci­si, on­lar hə­lə tam re­al qə­rar qə­bul edə bil­mir. De­mə­li, on­la­rın əvə­zi­nə kim­sə qə­rar qə­bul edir. Bu kim­sə adə­tən ata-ana olur. De­mi­rəm ki, ata-ana pis qə­rar qə­bul edə­cək. Am­ma ra­zı­la­şaq ki, bu, in­sa­nın öz hə­ya­tı­dır və onun öz hə­ya­tın­da heç ol­ma­sa han­sı­sa dü­şü­nül­müş for­ma­da iş­ti­rak et­mə­yə eh­ti­yac var. Bu ba­xım­dan mən tam ra­zı­yam ki, er­kən ni­kah­la­rın son­ra­dan müx­tə­lif fə­sad­la­rı çı­xır. Qız uşa­ğı ərə ge­dər­kən on­da heç emo­si­ya­lar da oyan­mır. Ərə ge­dən­dən 5-6 il son­ra tam for­ma­la­şan­da ona sev­gi də gə­lə bi­lər. Müm­kün­dür ki, bu sev­gi hə­yat yol­da­şı­na qar­şı yox, baş­qa­sı­na qar­şı ol­sun. Bu da sa­bah re­al bö­yük prob­lem­lə­rə gə­ti­rib çı­xa­rır".

"Tə­miz Dün­ya" İc­ti­mai Bir­li­yi­nin səd­ri Meh­ri­ban Zey­na­lo­va bil­dir­di ki, qız­la­rın er­kən ni­ka­hı il­lər­dir ak­tu­al ola­raq qa­lır. Am­ma mə­sə­lə yal­nız ni­kah­la bit­mir, bu prob­lem özü ilə xəs­tə, əlil uşaq­lar, uşaq və ana ölüm­lə­ri, mə­i­şət zo­ra­kı­lı­ğı və s. ki­mi ye­ni­lə­ri­ni gə­ti­rir: "Bu qa­dın­lar yal­nız son mər­hə­lə­də, zo­ra­kı­lı­ğa mə­ruz qa­lıb uşaq­la­rı ilə kü­çə­də qa­lan­da, ya­xud da sə­nəd­ləş­mə mə­sə­lə­si­nə gö­rə mər­kəz­lə­rə mü­ra­ci­ət edir­lər. Ərə ve­ri­lən qız­la­rın hü­quq­la­rın­dan xə­bər­siz ol­ma­sı da on­la­rı qur­ba­na çe­vi­rir. Av­ro­pa­da uşaq­la­ra hü­quq­la­rı ki­çik yaş­lar­dan aşı­la­nır. Hət­ta va­li­deyn tə­rə­fin­dən hü­qu­qu po­zul­du­ğu hal­da han­sı ad­dı­mı ata­ca­ğı­nı bi­lir. Biz­də isə uşaq­lar bu ba­rə­də mə­lu­mat­sız­dır. Ona gö­rə də si­tu­a­si­ya­lar dü­zəl­mir. Bun­dan baş­qa, va­li­deynlər də uşaq­la­rın sa­hi­bi ol­ma­sı dü­şün­cə­sin­dən azad ol­ma­lı­dır. Uşaq­la­rı ilə dav­ra­nı­şı­na döv­lət tə­rə­fin­dən mü­da­xi­lə­yə yol ver­mir­lər. Qa­nun­la uşaq­la­rı­nı zor­la ərə ve­rən va­li­deynlər va­li­deynlik hü­qu­qun­dan məh­rum edil­mə­li­dir".

Gü­nel CƏ­Lİ­LO­VA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ