Bazar ertəsi günü, 09 noyabr 2026
     

Xatirə Kitabının II cildi də çap və təqdim olundu... - FOTO

Image


Tədbir hələ başlamamışdı, ağsaçlı şəhid anası özü-özünə pıçıldayırdı:

Analar anar ağlar,
Tellərin sanar ağlar.
Dönər göy göyərçinə
Yollara qonar ağlar...

Yanağından yaş süzülürdü ananın, bağrına basdığı kitaba tökülürdü kipriyindən axan qəm, qüssə. Yamandır ayrılıq, balanı anadan, ananı baladan ayıran fələk necə də amansızdır, zalımdır...

Fələk, sənlə düz dolana bilmirəm

Məni dönüb-dönüb yaralayıbsan...

Qara geyimli, ağbirçəkli şəhid anaları, beli bükük şəhid ataları, boynuburuq şəhid balaları, gözüyaşlı şəhid həyət yoldaşları həmişə olduğu kimi yenə də bir  yerə cəm oldular. Onları təkcə oxşar dərdləri birləşdirmir, həm də əyilməz qürurlarının təntənəsi olan əziz övladlarının ruhu birləşdirir. Keçən həftə M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın Böyük Akt zalında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının böyük zəhmətlə ərsəyə gətirdiyi  “44 gün – Tarixi zəfər” adlı kitabın F-L hərfləri üzrə II cildinin təqdimatı keçirildi.

Keçən yazılarımızda qeyd etdiyimiz kimi, bu kitablar həm də bir abidədir, şəhidlərimizin ölməz ruhunun ehtiva olunduğu abidə. Bildirək ki, kitab 44 günlük Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə çap edilib. Kitabda 1000-ə yaxın şəxs haqqında ensiklopedik məlumat yer alıb. 

Əslində, bu redaksiya tarix yaradan oğulların tarixini yazıb sənədləşdirir ki, sabah o təkzibolunmaz məlumat bankı kimi daim istinad yerinə çevirilsin. Redaksiyanın gördüyü işlər mislilsizdir. Nəzakət Məmmədovanın rəhbərliyi ilə çox məhsuldar fəaliyyət göstərən Xatirə Kitabının ərsəyə   gətirdiyi  “44 gün – Tarixi zəfər” adlı kitabın F-L hərfləri üzrə II cildinin təqdimatında şəhid ailələri, qazilər, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Hərbi Prokurirluğun, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətlərinin nümayəndələri, ölkənin tanınmış ziyalıları iştirak edirdi.

  • Rəşad Məcid: “Hər birimiz zəfərə layiq olmalıyıq”

Azərbaycanın qələbəsinin bizim hamımızın üzərinə böyük yük qoyduğunu deyən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirdi ki, hər kəs bu sahədə öz üzərinə qoyulan məsuliyyəti dərk etməli və şəhidlərimizin xzatirəsinin yaşadılması üçün əlindən gələni etməlidir. “Hər birimiz zəfərə layiq olmalıyıq, zəfərimizə xidmət etməliyik. Nəzakət xanımın rəhbərliyi ilə şəhdilərin adlarının, xatirələrinin əbədiləşdirilməsi üçün böyük işlər görülür. Burada Nəzakət Məmmədovanın böyük əməyini vurğulamaq istəyirəm. Təqdimatına yığışdığımız  “44 gün – Tarixi zəfər” adlı kitabın ikinci cildi də görülən işlərdən biridir”-deyə R.Məcid qeyd etdi.   

  • Nəzakət Məmmədova: “Respublika Xatirə Kitabı Redaksiyası xalqımıza böyük Zəfər bəxş edən bu cəsur oğulların adlarının əbədiləşdirilməsi məqsədilə ümdə iş görür, redaksiya bu prosesi öz üzərində bir məsuliyyət kimi hiss edir”

R.Məcid sonra sözü Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya verdi. “Əziz şəhid anaları, şəhid ailələri, hörmətli tədbir iştirakçıları!

Xalqımız tarixi anlar yaşayır. Cənab Ali Baş Komandanın və Müzəffər Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində illərdir şəhid qanı ilə suvarılan torpaqlarımız artıq azaddır. Əlbəttə, müharibə qansız-qadasız ötmür, şəhidlərimiz var... Respublika Xatirə Kitabı Redaksiyası xalqımıza böyük Zəfər bəxş edən bu cəsur oğulların adlarının əbədiləşdirilməsi məqsədilə ümdə iş görür, redaksiya bu prosesi öz üzərində bir məsuliyyət kimi hiss edir.

Məlumat üçün diqqətinizə çatdırım ki, Azərbaycan Sovet Ensiklopediyası nəzdində bir şöbə kimi fəaliyyət göstərən Respublika Xatirə Kitabı Redaksiyası Nazirlər Kabinetinin 21 avqust 1991-ci il tarixli 277 saylı qərarı ilə müstəqil quruma çevrilib, ölkəmizin ictimai-siyasi və mədəni həyatında çox nəcib və müqəddəs bir missiya yerinə yetirir. Heydər Əliyevin imzaladığı 23 dekabr 1997-ci il tarixli «Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında» Qanunla Respublika Xatirə Kitabı redaksiyası (ayrıca bəndlə) dövlət büdcəsinə daxil edilib. Kitabın bütün sayları «Heydər Əliyev - Respublika Xatirə Kitabının yaradıcısıdır!» sözləri ilə açılır, kitabda dahi rəhbərin portreti canlanır.

Xatirə Kitabının cildlərində İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir. Bu ensiklopedik kitab ölkəmizin insan resurslarını əbədiləşdirən mühüm tarixi sənədə çevrilib.

 2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlanıb.

Respublika Xatirə Kitabı Redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından kitablar nəşr edir, hazırda layihə üzrə işlər davam etdirilir.

Respublika Xatirə Kitabı Redaksiyası, həmçinin, “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin 4-ü geniş ictimaiyyətə təqdim olunub.

Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç min şəhidlə bağlı “44 gün – Tarixi zəfər” adlı çoxcildliyi hazırlanır. Məlumat üçün bildirim ki, çoxcildliyin birinci cildində A-Ə hərfləri üzrə xronoloji olaraq Aprel döyüşləri, Tovuz hadisələri və Vətən müharibəsində həlak olan 934 şəxs haqqında ensiklopedik bilgi verilib.

Hazırda kitabın ikinci cildinin təqdimatına toplaşmışıq. Kitabda sırf Vətən müharibəsində həlak olmuş, F-L hərfləri üzrə adları sıralanmış şəxslər barədə ensiklopedik məlumat verilib, digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görülür.

Xatirə kitabının ikinci cildində adları yer alan şəxslərdən doqquz nəfər göstərdiyi xüsusi şücaətə görə Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif edilib, onlardan beşinin  ailəsi hazırda bu tədbirdə iştirak edir.

Kitabda haqqında ensiklopedik məlumat verilmiş bir nəfər isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Allahdan bütün şəhidlərimizə rəhmət, yaxınlarına səbr arzulayırıq”-deyə Nəzakət Məmmədova bildirdi.

  • Şəhid anaları: “Bizi yıxıb gedən oğullar Vətəni ayaq üstə tutdular”

Kövrək notlar, nostalji duyğular, göz yaşı içində keçən tədbirdə şəhid Emil İsgəndərovun anası Tənzilə İsgəndərova da çıxış etdi. Rejissor və ssenarist Vüsal Nurunun aparıcılığı ilə davam edən tədbirdə danışan Tənzilə xanım “Bizə heç demədi ki, müharibəyə gedir. Uşaqlıqda oyuncaq avtomatla çox oynayırdı, fikri-zikri hərbi paltarda idi. Emilin nəşini çox axtardıq, 11 gündən sonra tapdıq. İki oğlu qalıb. Körpəsinin 4 ayı günü Emili torpağa tapşırdıq”-deyə bildirdi. Tənzilə xanım dedi ki, oğulları vətən üçün yetişdirən valideynlərin ürəkləri yansa da, qəhrəman oğullarla fəxr edirlər.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova da çıxışında şəhidlərimizin ruhlarının əbədiləşdirilməsi üçün bu cür nəşrlərin əhəmiyyətindən danışdı. Bildirdi ki, hər birimiz  şəhidlərimizlə  fəxr edirik. Şəhid ailələrinə dövlət tərəfindən göstərilən qayğı və diqqətin yüksək olduğunu deyən Z.Səmədova əlavə etdi ki, Xatirə Kitabı Redaksiyasının gördüyü işlər təqdirəlayiqdir.     

Hərbi Prokurorluğun nümayəndəsi Firad Əliyev də çıxışında şəhid analarını, şəhid ailələrini salamladı: “Sizin qarşınızda çıxış etmək çox çətin və şərəflidir. Çünki sizin övladlarınız damlası düşmənin bütün vücudundan qiymətli olan qanları ilə tarix yazdılar. Bizim hamımızın başını uca etdilər, ləkəni alnımızdan götürdülər”.

Vüsal Nuru isə bildirdi ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi sahəsində üzərimizə düşən işi hər birimiz canla-başla yerinə yetiririk. “Respublika Xatirə Kitabı Redaksiyası şəhidlərimizin adlarını təkcə kitablar çap etməklə əbədiləşdirmir, o həm də öz üzərinə daha böyük məsuliyyət götürüb. Xatirə Kitabı Redaksiyası heyəti olaraq şəhidlərimiz barədə silsilə filmlər çəkirik. Nəzakət Məmmədovanın layihə müəllifi olduğu filmlər “Vətən daşı” silsiləsindən çəkilir. Vətən daşı vətəndaşdan da daha irəli gedən bir yolu göstərir. Hər bir vətəndaşın vətən daşı olması çox qürurlu bir məsələdir. Şəhidlərin məzar daşı bizim istinad yerimizdir, müqəddəs məkanımızdır. Biz üzümüzü onların daşına tutub onunla qürurlanırıq”-deyə V.Nuru vurğuladı.

Tədbirdə şəhid Ömər Rəhimlinin həyatı, keçdiyi döyüş yolundan bəhs edən “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “Vətən daşı..." sənədli filmi də göstərildi. Filmlərin layihə rəhbəri Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, rejissoru və ssenari müəllifi Vüsal Nurudur. V.Nuru bildirdi Ö.Rəhimli haqda fikmin təqdimatı təsadüfi deyil, bu 18 yaşlı bir Azərbaycan igidinin nümunəvi qəhrəmanlığının ifadəsidir.

Şəhid kapitan Ceyhun Həsənovun bacısı Xatirə Həsənova bildirdi ki, qardaşı Füzuli döyüşlərinin ilk günlərində Füzulidə şəhid olub.  “Ohanyan səddi”ni yararkən haqqın dərgahına qovuşan şəhidin bacısı qardaşının misilsiz qəhrəmanlığından, vətənpərvərliyindən danışdı. 

Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından-qanından keçərək şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun hərbi qulluqçularından biri olan mayor Taleh Kərimovun həyat yoldaşı Nəzakət İsmayılova da çıxış etdi. Həyat yoldaşının cəsurluğundan söhbət açan N.İsmayılova əlavə etdi ki, Sumqayıtdakı şəhid ailələri hamısı bir-birinə dayaq durur, bir-birinin acısını ovutmağa çalışır. Tədbirdə 44 günlük vətən müharibəsində şəhid olan Sumqayıt şəhidləri Əlizaminin, Səbuhinin anaları, Şəhriyar Quliyevin həyat yoldaşı da çıxış etdi. Analar dedilər ki, onlar onsuz da dirigözlü ölüblər, balalarını yaşatmaq üçün ayaq üstə dayanırlar. Şəhid anaları  “Bizi yıxıb gedən oğullar Vətəni ayaq üstə tutdular. Biz yaşaya-yaşaya ölən analarıq. Biz bir tək o oğulları yaşatmaq üçün yaşayırq” dedilər.

Qara yaylıqlı, dili ağılı-bayatılı şəhid anaları, beli bükülsə də qüruru yenilməyən şəhid ataları, şəhid atalarına şeir qoşan körpə balalar, dilsiz-ağıssız gəlinlər, o oğullar sizi yıxıb getsələr də, Vətəni ayaqüstə tutdular, millətin qırılan qürurunu sağaltdılar. Onlar ölməzdirlər. Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Xatirə Kitabı Redaksdiyası o, oğulların adlarını əbədiyən yaşatmaq üçün belə nəfis cildliklər çap edir, filmlər çəkir. Hər kitab bir tarixdir, hər film bir hadisədir...

Respublika Xatirə Kitabı Redaksiyasına uğurlar arzu edirik.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ