şənbə günü, 05 sentyabr 2026
     

Söyüdlü komissiyası qızıl şirkətinin yalanını tapdı - sionid turşusu var imiş...

Image


Gədəbəyin Söyüdlü kəndində vəziyyətin araşdırılması əsas məsələlərdən biri olaraq qarşıda dururdu. Bildiyimiz kimi, kənddə vəziyyətin araşdırılması üçün komissiya yaradılmışdı.

Sentyabrın 26-da Baş nazir Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

İclasda Gədəbəy rayonunun Söyüdlü kəndində fəaliyyət göstərən “Azərbaycan Beynəlxalq Mədən Şirkəti”nin (AIMC) mədən ərazisində ekoloji monitorinqin keçirilməsi, sağlamlıq, ətraf mühit və əməyin mühafizəsi üzrə qiymətləndirilmənin aparılması məqsədilə dəvət olunmuş dağ-mədən sektorunda beynəlxalq təcrübəyə malik Böyük Britaniyanın “Micon” International Co Limited Şirkətinin keçirdiyi monitorinqlərin nəticələrinə dair hesabat və tövsiyələr müzakirə olunub.

Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində və ətraf ərazilərdə son iki ay ərzində aparılmış monitorinqlərin nəticələri və bu müddət ərzində görülmüş işlər barədə hesabat verib. Qeyd edilib ki, əhalini narahat edən məsələlərin həlli istiqamətində verilən tapşırığın təxirəsalınmadan icrası ilə əlaqədar “Micon” International Co Limited Şirkəti Azərbaycana dəvət olunub və 2023-cü il 25 iyul-01 avqust tarixlərində beynəlxalq şirkətin ekspertləri tərəfindən Gədəbəy mədən sahəsi və ətraf ərazilərdən - Gədəbəy şəhəri, Söyüdlü, Yenikənd, Arıxdam kəndləri və Qumlu yaşayış massivində müstəqil monitorinqlər keçirilib, həmçinin Gədəbəy və Mis çaylarından su, torpaq nümunələri götürülüb, atmosfer havasında zərərli qazların, eləcə də toz hissəciklərinin konsentrasiyası, radiasiya fonu və səs-küyün səviyyəsi ölçülüb. Belə ki, Gədəbəy sahəsində 20 nöqtədə yeraltı, 18 nöqtədə yerüstü su nümunələri götürülüb, su keyfiyyəti üzrə monitorinq məlumatları 35 parametr üzrə (suda sianidin miqdarı, ümumi, sərbəst və zəif turşulu mühitdə dissosiasiya olunan miqdarları) təhlil edilib.

Gədəbəy mədən sahəsindən və ətraf ərazilərdən, o cümlədən tullantı anbarı və boru kəməri dəhlizi ətrafındakı sahələrdən və ətraf yaşayış məntəqələrindən ümumilikdə 29 nöqtədən torpaq nümunələri götürülərək 17 parametr üzrə (pH göstəricisi, sulfatlar, kalsium, maqnezium, ümumi sianid, radiasiya və s.) təhlillər həyata keçirilib.

Gədəbəy mədən sahəsi və ətraf yaşayış məntəqələri daxil olmaqla, 8 nöqtədə portativ qaz, toz, səs-küy, vibrasiya və radioaktivliyi ölçən analizatorlar vasitəsilə havanın keyfiyyətinin monitorinqi üzrə ümumilikdə, 32 ölçmə işi yerinə yetirilib.

“Micon” International Co Limited Şirkəti tərəfindən hazırlanan hesabatda “Azərbaycan Beynəlxalq Mədən Şirkəti”nin sağlamlıq, ətraf mühit, əməyin mühafizəsi və yerli icmalarla əlaqələrin idarə edilməsi məsələlərində fəaliyyətinin çatışmayan tərəflərinin qiymətləndirildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, nümunələrin təhlillərinə əsasən, su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb, lakin bunun ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbəyi olmaması müəyyənləşdirilib.

İstehsal və yaşayış sahələrində yeraltı suların monitorinqi zamanı zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sionidin olduğu qeydə alınıb. Qeyd olunan göstəricilər yol verilə bilən qatılıq həddindən dəfələrlə aşağı olsa da, bu fakt ətraf mühitə potensial risq kimi nəzərə alına bilər.

Beləliklə, Söyüdlü ilə bağlı Komissiyanın növbəti iclasında  üç müşahidə quyusunun suyunda sionid qeydə alındığı vurğulanıb. Halbuki, proseslər yeni başlayan zaman sözügedən mədəni idarə edən şirkət sionid turşusunun olduğunu inkar edirdi, bildirirdilər ki, belə bir şey yoxdur. Amma ekspertlər onların əksinə olaraq qeyd edirdilər ki, Dövlət Komissiyası bunu aşkar edəcək, elə də oldu, üç quyuda miqdarından asılı olmayaraq sionid turşusunun aşkar edildiyi açıqlanıb.

  • “Şirkətlər daha mütərəqqi metodlardan istifadə etməlidir”

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, şirkətin inkar etməsi heç də sionid turşusunun olmaması demək deyildi.  “Ekspertiza nəticəsində sianid turşusunun aşkarlanacağı gözlənilən idi. Çünki həmin mədəndə qızıl filizinin saflaşdırılması sionid turşusunun vasitəsilə həyata keçirilir. Bu bir metoddur. Bu ötən əsrin 70-ci illərində kəşf olunub və tətbiqinə başlanılıb. Artıq 50 ildən çoxdur ki, dünyada bu metoddan qızıl filizlərinin saflaşdırılmasında istifadə edirlər. Azərbaycanda da bütün yataqlarda hazırda həmin üsuldan istifadə edirlər. Mən komissiyanın rəyini ətraflı şəkildə oxudum. Bəli, bu, komissiyanın gəldiyi nəticədir. Heç komissiya araşdırma aparmasaydı belə, əgər orada sianidlə filiz saflaşdırılırsa, üstəgəl ətraf ərazilərdə bir neçə dəfə zəhərlənmələr müşahidə olunubsa, demək qaydalara düzgün əməl edilməyib. Yəni rəylərdə də bildirildiyi kimi, təhlükəsizlik qaydalarına əməl edilməsi kobud şəkildə pozulub. Lakin mən komissiyanın rəyində belə bir məsələ sezdim ki, şirkətin fəaliyyətinə, yenə həminki qayda ilə, yəni sionid turşusu vasitəsilə prosesin aparılmasına icazə verilə bilər, amma qaydalara əməl etmək şərtilə. Bu məyusedici haldır. Mən gözləyirdim ki, hasilat üsulu dəyişdiriləcək. Bilirsiz ki, indi dünya 50 il bundan əvvəlki dünya deyil, indi qızıl hasilatında ətraf mühitə daha az zərər verən bir neçə hasilat metodu bəllidir”-deyə A.Nəsirli bildirdi.

A.Nəsirlinin fikrincə, müasir dünyada hasilat sahəsində heç də sioniddən istifadə edilmir. Yeni hasilat üsullarının tədbiqi barədə düşüncələrin ortada olmasının vacibliyini qeyd edən  A.Nəsirli bildirdi ki, bu istiqamətdə hər hansı bir rəy görməyib, bu da onda təəssüf hissi yaradır. “Şirkətlər qaydalara bir neçə il əməl edəcək, amma hasilat xərclərini acgözlüklə azaltmaq, daha çox qazanc əldə etmək üçün o qurğular yenə də yenilənməyəcək. Sionid turşusunun zərərsizləşdirilməsi prosesi yenə bir neçə ildən sonra əvvəlki vəziyyətə düşəcək və ətraf mühitin zəhərlənməsinin şahidi olacağıq. Yaxşı olardı ki, Azərbaycan hökuməti ümumiyyətlə ölkədə qızıl hasilatını daha mütərəqqi metodlarla  davam etdirməyə qərar versin. Şirkətlər daha mütərəqqi metodlardan istifadə etməlidir”-deyə A.Nəsirli vurğuladı.

Əli TURABOV   



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

Aqrar sektorumuzdan getməyən ət problemi - bahalaşma davam edir, heyvan sayı azalır...

SON XƏBƏRLƏR

05.09.2026 / 00:49
Davudoğluna bu çıxışına görə cinayət işi açıldığı deyilir...

04.09.2026 / 22:43
ABŞ öz günahını Ukraynanın üzərinə yükləməyə çalışır - qlobal enerji qiymətlərinin artmasında Kiyev günahkardır…

04.09.2026 / 22:26
Ukraynanın Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qalacaq - "Patriot" böhranı dərinləşir…

04.09.2026 / 22:16
Azərbaycanın reallıqları və Qərb mediasının dezinformasiya kampaniyası

04.09.2026 / 22:09
Deputat nazir parlamentdə çıxış edərkən it kimi hürməyə başladı...

04.09.2026 / 21:51
Almaniya-Rusiya münasibətləri 1-2-ci dünya savaşları ərəfəsindəki həddə qayıdır...

04.09.2026 / 21:33
Paşinyan özü üçün “ən real variantı” seçdi - Putininsə variant seçmə imkanını “qeyri-real” hesab etdi...

04.09.2026 / 21:15
Lavrovun “uzaqgörənliyi” - Ermənistanın Avropaya həvəsi çox tez sönəcək...

04.09.2026 / 20:57
Azərbaycana Ermənistandan ilk mal ixracı başladı - Ticarət hansı valyuta ilə aparılacaq...

04.09.2026 / 20:42
Əliyevdən ATƏT-ə “30 illik səhvinizdən heç olmasa bundan sonra nəticə çıxarın” mesajı...

04.09.2026 / 20:29
Tibbdə maaş islahatının hədəflərindən biri - Təcili yardım sürətlə dəyişəcək...

04.09.2026 / 20:15
İran 56 gəminin Hörmüz boğazından keçidinə qadağa qoydu...

04.09.2026 / 20:02
Meloni Prezident İlham Əliyevə təşəkkür etdi

04.09.2026 / 19:59
Zaxarova Paşinyana - "Sən kişisən, yoxsa qadın?"...

04.09.2026 / 19:50
Paşinyan Rusiyanın 102-ci bazasını ölkədən çıxarmaqda israrlıdır...

04.09.2026 / 19:21
Məhkum ermənilərlə bağlı Paşinyanın “Əliyevlə müzakirə etdik” bəyanatında ciddi qüsur var...

04.09.2026 / 19:07
Prezident və Birinci xanımın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü - FOTO

04.09.2026 / 19:03
Rusiya Ukrayna Təhlükəsizlik Xidmətinin mərkəzi qərargahını vurdu –birbaşa SBU rəhbərinin otağı hədəf alındı...

04.09.2026 / 18:51
ABŞ Ermənistanla İran sərhədində qoşun yerləşdirmək niyyətindədir – iddia

04.09.2026 / 18:38
Trampın xüsusi nümayəndəsi Kiyevə getməkdən qorxur...

04.09.2026 / 18:27
Rusiyanın uzaq adasında bioloji silah sirləri gizlədilir... ABŞ 2022-də "qara siyahı”ya salıb...

04.09.2026 / 18:25
Ermənistan-Rusiya münasibətlərinin “inventarlaşdlrılmasına” başlanılır... Bu nədir?

04.09.2026 / 18:20
Çin Yaxın Şərqdə ABŞ-a meydan oxuyur - Pekin mühüm gedişlərə başladı...

04.09.2026 / 18:03
Gümrüdəki 102-ci bazanın məsələsini Paşinyandan qabaq Putin özü qaldırdı - şübhəlidir...

04.09.2026 / 17:51
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

04.09.2026 / 17:45
Tramp Rusiyanı səssiz şəkildə beynəlxalq təcriddən qurtarır - G20 dəvəti təsadüf deyil...

04.09.2026 / 17:44
Meloni hökuməti rekord qırdı - ən uzunömürlü hakimiyyət

04.09.2026 / 16:39
Seuta anklavına miqrant axınında İsrail barmağı - İspaniya hökuməti ifşaedici hesabat açıqlayacaq...

04.09.2026 / 15:52
Rusiya TRİPP-lə bağlı əndişəsini gizlətmir - bu dəfə Şevtsov dilləndi

04.09.2026 / 15:35
Ceyhun Bayramov İsveç səfiri ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə etdi

04.09.2026 / 15:12
ABŞ-İran savaşının qızışması neft qiymətlərini yenidən kəllə-çarxa çıxarır

04.09.2026 / 15:10
Prezident İsveçrə və Niderlanda yeni səfirlər təyin etdi

04.09.2026 / 14:57
Minatənizləmə üzrə beynəlxalq Bakı konfransının yekun sənədində mühüm maddə...

04.09.2026 / 14:33
Azərbaycanlı professor “The Guardian”ı fakt qarşısında qoydu - Qarabağla bağlı təhriflərə etiraz olundu

04.09.2026 / 14:23
Külli miqdarda qızılı Türkiyəyə keçirmək istəyən qrup üzvlərinə hökm oxundu - Naxçıvanda

04.09.2026 / 14:16
"Brutto müqavilə" modeli AYNA-nı saysız ictimai qınaqlardan necə qurtara bilər...

04.09.2026 / 13:50
Almaniya Ukrayna üçün hücum dronlarının kütləvi istehsalına başladı - beş min…

04.09.2026 / 13:36
Azərbaycan-ŞƏT əməkdaşlığının geosiyasi əsasları

04.09.2026 / 13:21
Ukrayna Soçidə "Rosneft"ə məxsus neft anbarını və HHM batalyonunu bombaladı...

04.09.2026 / 13:08
SOCAR ilk dəfə İtaliyadan Gürcüstana benzin idxal edib

04.09.2026 / 12:57
Macarıstan Ukraynanın Aİ-yə üzvlük prosesini üçüncü dəfə blokladı

04.09.2026 / 12:45
Axtarışda olan 2 nəfər Rusiyada saxlanaraq Azərbaycana gətirildi

04.09.2026 / 12:33
Polşa minə yaxın rus diplomatın Avropadan qovulmasını təklif etdi...

04.09.2026 / 12:17
Oman İranla Hörmüz razılaşmasından imtina etdi…

04.09.2026 / 12:05
İngiltərənin 1918-ci il Azərbaycan siyasəti və Bakı uğrunda döyüşlər

04.09.2026 / 11:42
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşdı

04.09.2026 / 11:25
Əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin üstü açıldı...

04.09.2026 / 11:08
Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışına başlandı

04.09.2026 / 10:41
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yaydı

04.09.2026 / 10:12
S&P: "Comstock"un SOCAR-la sövdələşməsi şirkətin kredit göstəricilərini yaxşılaşdıracaq"

04.09.2026 / 09:53
İrandan Rusiyaya narkotik daşıyanlar Biləsuvarda yaxalandı

04.09.2026 / 09:16
Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik etdi

04.09.2026 / 08:41
Mer ağcaqanadların məsuliyyətə cəlb olunması üçün əmr imzaladı...

03.09.2026 / 23:03
Ukraynanın iki əsas kəşfiyyat qurumunun əməkdaşları arasında Kiyevin ortasında kütləvi silahlı toqquşma – üç zabit güllələndi…

03.09.2026 / 22:23
Aİ İrana qarşı Trampın son addımlarını tam dəstəklədi - Ukrayna ilə bağlı “alver oyunu” var...

03.09.2026 / 22:05
ABŞ fevralda İranda 170 məktəblini bombalayıb öldürmüşdü, indi isə toy mərasimində 68 nəfər öldürüldü...

03.09.2026 / 21:48
Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

03.09.2026 / 21:32
Hörmüz boğazı bağlı qalır: ABŞ-ın nəzarət iddiası niyə təsdiqlənmir?

03.09.2026 / 21:19
Putin Qarabağdan köçmüş ermənilərin məsələsini birdəfəlik qapatdı - “Əliyev onlara pislik etməyəcəkdi”...

03.09.2026 / 21:01
Region uşaq anestezioloqlar bu aydan 3 min manat maaş alacaqlar - 107 faiz artım...

03.09.2026 / 20:54
Tramp son 100 ildə heç bir Amerika prezidentinin etmədiyini etdi...

03.09.2026 / 20:31
İrəvan məhkəməsində “müqəddəslərin işi” dalana dirənib - üçüncü hakim də imtina etdi

03.09.2026 / 20:23
Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

03.09.2026 / 20:19
Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - MEDİA bəyanat yaydı....

03.09.2026 / 20:12
Üçtərəfli işçi qrup fəaliyyətini bərpa edir?

03.09.2026 / 20:06
Paşinyandan Kremlə qəti mesaj – Aİ-yə qoşulmaqla bağlı qanundan imtina etməyəcəyik…

03.09.2026 / 19:36
Mehriban Əliyevanın islahatlarında region həkimləri üçün daha bir avantaj - 1,3 əmsal...

03.09.2026 / 19:18
İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

03.09.2026 / 19:04
İrandan ABŞ-a ağır zərbə - iki ölkədə bazalar bombalandı…

03.09.2026 / 18:47
Paşinyan Avropa qanunu ilə Rusiyanı aldatdı - hər şey aylar sonra açılır...

03.09.2026 / 18:20
Tramp Hörmüz boğazından neft tam bərpa olunduğunu iddia edir...

03.09.2026 / 18:05
Rusiyada daha bir səs-küylü sui-qəsd cəhdi - Aviasiya generalı Saratovda güllələndi...

03.09.2026 / 17:49
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğluna cinayət iş açıldı…

03.09.2026 / 17:31
Neft kəmərindən oğurluğa cəhd edib, yanğına səbəb oldular... Polis 2 nəfəri saxladı - VİDEO

03.09.2026 / 17:14
Vanuatu Fransanı Beynəlxalq Ədalət Məhkəməsinə verdi - müstəmləkəçi siyasət və...

03.09.2026 / 16:59
Ukrayna Rusiyanın hava məkanını blokadaya aldı - müharibə yeni keyfiyyət halı aldı...

03.09.2026 / 16:58
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

03.09.2026 / 16:24
Formula 1 müddətində bəzi məktəblərdə dərslər onlayn keçiriləcək

03.09.2026 / 16:12
Azərbaycan və ATƏT PA arasında əməkdaşlıq gündəliyi nəzərdən keçirilib

03.09.2026 / 15:34
Ermənistanda bir referendumla iki məsələni həll etmək dilemması yaşanır...

03.09.2026 / 15:17
Ermənistanın Rusiya ilə AB arasında seçimi və Azərbaycanın böyük layihələrinə təsir - şərh...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ