Moskva Ankarada səfirə sui-qəsdin iki ölkə əlaqələrinə təsir etməyəcəyini və yeni bir soyuqluq dalğası yaratmayacağını bəyan edib.
Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsinə münasibət bildirən Rusiya Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klintseviç deyib. O, bildirib ki, Türkiyə ilə Rusiyanı qarşı-qarşıya gətirmək istəyirlər.
Ankara meri Melik Gökçek də deyib ki, hücum Türkiyə-Rusiya münasibətlərinin korlanması üçün həyata keçirilib: Bunun arxasındakılar, Rusiya təyyarəsini vuran və vurduran güclər kimdirsə bu hadisəni törədənlər də onlardır. Bu hücumun sabah keçiriləcək yığıncaqdan əvvəl baş verməsi də düşündürücüdür. Eynilə FETÖ-nün cənub-şərqdə Rusiya təyyarəsini vurması kimi...
Bundan sonra da bu tip sui-qəsdlər davam edəcək. Amma bundan da bir nəticə əldə edə bilməyəcəkləri şübhəsizdir.
Rusiya parlamentinin üzvü Leonid Slutski isə deyib ki, Karlovun qətlinə baxmayaraq çərşənbə axşamı Moskvada Suriyanın gələcəyinə dair Rusiya, İran və Türkiyə görüşü baş tutacaq.
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski də hücumu türk-rus əlaqələrini yenidən pozmağı hədəfləyən təxribat kimi xarakterizə edib.
“Rusiyanın Türkiyədəki səfirinə hücumda məqsəd Rusiya-Türkiyə münasibətlərinə zərbə vurmaqdır”. Bunu isə Trend-ə açıqlamasında Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat bölməsinin sabiq rəisi, ehtiyatda olan general-polkovnik İsmayıl Hakkı Pekin deyib.
Onun sözlərinə görə, bu sui-qəsd heç bir halda Hələbdəki vəziyyətlə əlaqəli ola bilməz: “Bu işdə Türkiyə və Rusiyanın dostluğunu istəməyən qüvvələrin əli var”.
İ.H.Pekin hesab edir ki, səfirə hücum iki ölkənin münasibətlərində yenidən böhran yaratmağa hesablanıb.
"Ankarada Rusiya səfirini öldürməklə Moskva və Ankaranı kəllə-kəlləyə qoymaq istəyirlər". Bunu isə APA-ya açıqlamasında Rusiya Elmlər Akademiyasının Beynəlxalq münasibətlər və dünya iqtisadiyyatı İnstitutun elmi əməkdaşı, siyasi ekspert Viktor Nadeyin Rayevski bildirib. Onun sözlərinə görə, təyyarə böhranından sonra iki ölkə arasında problemin həll olunması, Suriya münaqişəsi ilə bağlı birgə səylər kimisə bərk qıcıqlandırırdı: "Əlbəttə ki, bu sui-qəsdin sifarişçiləri Rusiya-Türkiyə yaxınlaşmasını, Suriya ilə bağlı əldə olunan razılaşmanı istəməyənlərdir. Nəzərə alaq ki, sabah Moskvada Rusiya, Türkiyə və İran müdafiə və xarici işlər nazirlərinin görüşləri planlaşdırılıb. Nazirlər Suriya problemini müzakirə edəcəklər. Ona görə də, bu görüşü, ümumiyyətlə Moskva-Ankara yaxınlaşmasını istəməyənlər Türkiyədəki Rusiya səfirinin simasında belə bir fiqur seçdilər".
"Bu müasir Rusiya tarixində presedenti olmayan bir hadisədir ki, Rusiya səfirini qətlə yetirsinlər. Biz tarixdə çox belə hadisələr görmüşük. Lakin həmin hadisələr hansısa münaqişə və ya müharibə çərçivəsində baş verib". Bunu isə APA-ya açıqlamasında Rusiya Federasiya Şurasının üzvü Frants Klintseviç bildirib. O, bu aksiyanı planlaşdıranların, kombinasiyanı quranların məqsədinin Moskva və Ankara arasındakı münasibətlərə zərbə vurmaq olduğunu söyləyib: "Bu Rusiyaya yüksək səviyyədə çağırışdır. Əgər biz bundan nəticə çıxarmasaq, hələ çox belə pis niyyətli hadisələrin şahidi olacağıq. Beynəlxalq terrorçuluqla tək mübarizə aparmaq çox çətindir. Ona görə də səyləri birləşdirib bu şər qüvvəyə qarşı birgə mübarizə aparmaq lazımdır".
Digər rusiyalı siyasi ekspert Yelena Suponina isə baş verən hadisənin Moskva-Ankara münasibətlərinə pis təsir etməməli olduğunu söyləyib: "Əksinə münasibətlər daha da yaxşılaşmalıdır. Münasibətlər korlansa, bu terrorçuların və onları dəstəkləyənlərin əlinə oynayacaq. Elə etmək lazımdır ki, terrorçular və onları dəstəkləyənlər məqsədlərinə çatmasınlar".
Rusiya Xarici İşlər Nazirliyi Diplomatiya Akademiyasının kafedra müdiri Aslanbek Mozloyev bu terror aktının törədənlərin məqsədinin çoxplanlı olduğunu söyləyib: "Birinci məqsəd Moskva-Ankara münasibətlərinin normallaşmasına imkan verməmək. İkincisi, Suriya vəziyyətin normallaşması ilə bağlı atılan addımların həyata keçirilməsinə imkan verməmək. Sabaha planlaşdırılan Suriya ilə bağlı Rusiya- Türkiy- İran məsləhətləşmələrini pozmaq. Üçüncüsü, iki ölkə arasında bütün səviyyədə münasibətlərə zərbə vurmaq. Əminəm ki, bu, bir nəfərin həyata keçirdiyi aksiya deyil. Onun arxasında ciddi sui-qəsd planı dayanır". A. Mozloyev baş verən hadisənin Moskva-Ankara münasibətlərinə necə təsir edəcəyi ilə bağlı sualı da cavablandırıb: "Əgər biz bu hadisəyə emosional yanaşmasaq, hisslərimizi cilovlaya bilsək, o zaman münasibətlərdə daha da irəli gedəcəyik".
Rusiyanın Ankaradakı səfiri öldürüldü
Ankaradakı Rusiya səfirinin öldürüldüyü an... - VİDEO
Rusiyanın Ankaradakı səfirinin öldürülməsinə ABŞ-dan ilk reaksiya...
Rusiya səfirinin qətlilə bağlı ortaya yeni iddialar atıldı...
Azərbaycan XİN Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi ilə bağlı bəyanat yaydı
Rusiya dövlət televiziyasından şok açıqlama: Səfirə sui-qəsdin arxasında FETÖ dayanır...
Ərdoğanla Putin arasında telefon danışığı olub
Rusiya səfirini öldürən silahlının polis əməkdaşı olduğu təsdiqləndi - FOTO
Prezident İlham Əliyev Rusiyanın Türkiyədəki səfirinin öldürülməsini pislədi
Ankarada rus səfiri öldürən qatilin yaxınları həbs edildi
Ərdoğan və Putin rus səfirin qətlinin əsas hədəfi ilə bağlı eyni fikri ortaya qoydu