Ankaradakı Rusiya səfiri Andrey Karlovun öldürülməsilə bağlı ABŞ Dövlət Departamenti açıqlama yayıb.
Baki-xeber.com xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Con Kirbi səfir Andrey Karlovun öldürülməsini qınadıqlarını deyib.
"Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov və başqa şəxslərin Ankarada silahlı hücuma uğradığı xəbərini aldıq. Biz bu zorakılıq aktını, mənbəyi nə olursa olsun, pisləyirik. Düşüncələrimiz və dualarımız səfir və onun ailəsilədir" – deyə açıqlamada bildirilir.