Ankarada Rusiya səfirinin öldürülməsilə bağlı yeni xəbərlər yayılıb. Baki-xeber.com Rusiya KİV-nə istinadən xəbər verir ki, səfir Karlovun qatıldığı sərginin keçirildiyi binaya polis sənədilə girdiyi deyilən silahlı şəxsin 1994-cü ilə təvəllüdlü Ankara çevik polis qüvvələrinin əməkdaşı Mevlüt Mert Altıntaş olduğu bildirilir.
Ancaq bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.
“Reuters” xəbər agentliyi Türkiyə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən təcavüzkarın keçmiş polis əməkdaşı olması barədə xəbər yayıb.
Başqa bir iddiaya görə, də o, polis olub və FETÖ istintaqı çərçivəsində işdən çıxarılıb.
Türkiyə daxili işlər naziri Süleyman Soylu da Altıntaşın polis olduğunu təsdiqləyib: “24 iyun 1994-cü ildə Aydın Sökedə doğulub. Söke Respublika Anadolu Liseyinin və İzmir Rüştü Ünsal Polis Peşə Ali Məktəbinin məzunudur. Mevlüt Mert Altıntaş 2,5 ildir Ankara Çevik Polis Şöbə Müdirliyində xidmət edir”.
Ancaq onun FETÖ istintaqı çərçivəsində işdən çıxarıldığı barədə xəbərlər təsdiqlənməyib.