“Moskva Qarabağ münaqişəsinin həllində Türkiyənin konstruktiv rolunu alqışlaya bilər”
“Dünya ölkələrinin Suriya məsələsində Rusiyanın fikirlərini dəstəkləməsi regionda baş verən hadisələrə real baxışı göstərir”.
APA-nın məlumatına görə, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Prezident İlham Əliyevin “Sputink” agentliyinə müsahibəsində Suriyanın ərazi bütövlüyü məsələsində Rusiyanın mövqeyini dəstəkləməsi ilə bağlı suala cavabında deyib. “Düşünürəm ki, bu məsələ ilə əlaqədar bəzi KİV-də gedən məlumatlara deyil, real hadisələrə fikir yönəltmək lazımdır”, - deyə o söyləyib.
ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsi müzakirə olunmur, lakin Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupuna üzvü olan ölkələrin, o cümlədən Türkiyənin konstruktiv rolunu yalnız alqışlaya bilər. Trend-in məlumatına görə, bunu da M.Zaxarova deyib.
Onun sözlərinə görə, Minsk qrupunun bütün üzvlərinin birbaşa vəzifəsi Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməkdir.