Rusiya ilə ABŞ arasında gərginliyi artır. Kreml rəhbərliyi müharibə hazırlıqları çərçivəsində “Səfərbərlik qanunu”nda dəyişiklik edərək ABŞ-a müharibə siqnalı verməyə də hazırlaşır.
Baki-xeber.com xəbər verir ki, Moskva-Vaşinqton xəttində son alaraq Suriyadan başlayan gərginlik yeni mərhələyə qədəm qoydu. Moskva rəhbərliyi artıq ölkədə müharibə hazırlıqlarına da start verib. Vaşinqtonla münasibətlər pisləşən rəsmi Moskva ölkə ərazisində "döyüşə hazır olun" mesajı verən bir sıra tədbirlər görməyə başlayıb. Bu tədbirlərdən bir neçəsinə nəzər salaq:
1) Polşa sərhədinə S-400-lər
Rusiya Polşa sərhədinə yaxın Kalininqrad şəhərinə nüvə başlığı daşıya bilən “İskəndər-M” raketlərini yerləşdirdi. Moskvanın bu hərəkəti müharibədə Qərb blokunu önləmək strategiyasının tərkib hissəsi kimi qəbul edilir.
2) Diplomatlara “ölkəyə dönün” çağırışı
Kremlin, ötən həftə Rusiya prezidenti Vladimir Putinin təlimatına əsasən ola biləcək müharibə ssenarilərinə qarşı yüksək səviyyəli diplomatlar və qohumlarına “Vətəninizə dönün” çağırışı etdi.
3) TV-lərin xalqa “sığınacağa qaçın” mesajı
Rus televiziya kanalları isə, nüvə müharibəsinə qarşı xalqın təhlükəsizliyini təmin etmək üçün canlı yayımda "Özünüzü döyüşə hazır hiss edirsinizmi?” yaxud da “Ən yaxın sığınacağa qaçın” deyə onlara tövsiyələr verir.
4) ABŞ-a qarşı kiberhücum tədbirləri
Vaşinqton rəhbərliyinin 8 noyabrda keçiriləcək prezident seçkisinə Rusiyanın kiberhücumlarla müdaxilə edəcəyi iddiasına qarşı Kreml də təhlükəsizlik tədbirlərini gücləndirib.
5) Səfərbərlik qanununa düzəliş
Nəhayət, Moskva bu həftə parlamentə uzun müddətdir dəyişməyən “Məcburi Səfərbərlik Qanunu”na yenidən dəyişiklik etməyi təklif edəcək. Qərbdə bu qərarın qəbul ediləcəyinə isə heç kim şübhə etmir.
Qeyd edək ki, ABŞ vitse-prezidenti Biden Rusiyanın kiberhücumlarına qarşılıq veriləcəyini bəyan edib: "Bizim imkanlarımız var və işarə veriləcək. O (Putin) zamanı gələndə bunu öyrənəcək. Zamanı biz seçəcəyik".
Hindistanın Goa şəhərində keçirilən BRİCS yığıncağına qatılan Rusiya prezidenti Vladimir Putin isə üzv ölkələrin terrora qarşı mübarizə aparılması və beynəlxalq böhranların diplomatik və siyasi yolla həll edilməsi tərəfdarı olduğunu deyib: "Beynəlxalq böhranların yalnız diplomatik və siyasi yolla həll edilə biləcəyini dəstəkləyir, nə şəkildə olursa-olsun hərbi təzyiq siyasətini və başqa ölkələrin müstəqilliyinin pozulmasını qəbul etmirik".
Putin ABŞ prezidenti Obamanın Rusiya 8 noyabrda ABŞ seçkilərinə kiberhücumlarla müdaxilə edəcək iddiasına isə, "Obama xəyal görür. Seçim onlarındır. Belə bir vəziyyətlə əlaqədar ittihamları qəbul etmirəm" deyə bildirib.