Cümə günü, 02 oktyabr 2026
     

7 bəndlik Tramp-Əliyev-Paşinyan Bəyannaməsi tarixi prosesi dəyişdirdi...

Image


Abutalıb Səmədov: “Azərbaycanla Ermənistan arasında düşmən münasibətlərinə son qoyacaq, normal qonşuluğu, əməkdaşlığı təmin edəcək sənəd imzalandı”

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair 7 bənddən ibarət Birgə Bəyannaməni imzalayıblar.

Amerikada Trampın iştirakı ilə Əliyev və Paşinyanın imzaladığı bu Bəyannamənin sülh sazişindən əvvəl ABŞ kimi bir güclü dövlətdə, Tramp kimi güclü prezidentin iştirakı ilə imzalanması Cənubi Qafqazda münasibətlərin daha tez normallaşmasında, sabitliyin daha möhkəm inkişafında, rifahın təmin olunmasında, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında necə rol oynayacaq? Ümumiyyətlə, bu imzalanan bəyannamənin əhəmiyyəti nədir?

“Bəyannamədə yer alan ən mühüm məqamlardan biri...”

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov baki-xeber.com-a “Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda, “Ağ Ev”də imzaladığı sənədlər barədə ən düzgün qiyməti Azərbaycan Prezidenti verdi və “biz tarix yazırıq” dedi. Həqiqətən də avqustun 8-də dünyada qətiyyən gözlənilməyən bir hadisə baş verdi, Azərbaycanla Ermənistan arasında düşmən münasibətlərinə son qoyacaq, normal qonşuluğu, əməkdaşlığı təmin edəcək sənəd imzalandı. Bəyannamədə qeyd olundu ki, tərəflər bundan sonra da sülh sazişinin imzalanması istiqamətində mövcud maneələri aradan qaldırmaq üçün birgə fəaliyyət göstərəcəklər və həm sazişin imzalanmsı, həm ratifikasiya olunması üçün zəruri addımlar atılacaq. Yəni Azərbaycanın iki tələbi reallaşacaq və biri demək olar ki, dərhal reallaşdı. Söhbət Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməkdən gedir, bu barədə Bəyannamənin mətnində də göstərilir. Tərəflər bütövlükdə Minsk prosesinin ləğvi ilə bağlı ATƏT-ə müraciət edirlər və digər dövlətlərdən də bu müraciətə dəstək vermələrini xahiş edirlər. İkinci mühüm məqam sülh sazişinin mətninin paraflanması ilə bağlıdır”-deyə bildirdi.

A.Səmədovun sözlərinə görə, xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar və bu o deməkdir ki¸ bu mətn bundan sonra heç bir dəyişikliyə məruz qalmadan imzalanmalıdır: “Üçüncü məqam, təbiidir ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi və ordan Azərbaycana qarşı torpaq iddialarının çıxarılması məsələsidir ki, bu da Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra yəqin reallaşacaq. Bəyannamədə yer alan ən mühüm məqamlardan biri Zəngəzur dəhlizi ilə bağlıdır. Zəngəzur dəhlizi Ermənistanın və Azərbaycanın tələbləri nəzərə alınmaqla açılacaq, bu dəhliz 99 il müddətinə ABŞ-ın nəzarətinə keçəcək. Söhbət dəhlizin Ermənistanın suverenliyi, ərazi bütövlüyü, yurisdiksiyası çərçivəsində fəaliyyət göstərməsindən və Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən həmin yolda maneəsiz hərəkətin təmin olunmasından gedir. Bu qərar, təbiidir ki, ilk növbədə İran üçün çox böyük zərbə oldu. Çünki ən yaxın dostu və müttəfiqi olan Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini qəbul etməyən İran indi həmin dəhlizə ABŞ-ın nəzarət etməsi ilə barışmaq məcburiyyətində qalacaq. Üstəlik, dəhlizdə görüləcək işləri də ABŞ-ın şirkətləri həyata keçirəcəklər. Azərbaycan ərazisində İsrail firmasının müəyyən işlər görməsini çox böyük narahatlıqla və narazılıqla qarşılayan İran indi düz sərhədində Amerika şirkətlərinin fəaliyyəti və yol hazır olandan sonra ona nəzarəti həyata keçirməsi ilə barşmaq məcburiyyətində qalacaq. Nəzarət də, təbiidir ki, minlərlə silahlı tərəfindən həyata keçirilməlidir. Çünki söhbət təhlükəsiz, maneəsiz hərəkətin təmin olunmasından gedir və 43 kilometri tamamilə təhlükəsiz zonaya çevirmək üçün minlərlə amerikalının burda yola nəzarət etməsi tələb olunur. Bu da İranın maraqlarına qətiyyən cavab vermir. Bundan sonra İranın reaksiyası necə olacaq? Prezidentin nəzərdə tutulan səfəri təxirəmi salınacaq, yoxsa nəzərdə tutulduğu vaxtda reallaşacaqmı, bunu da yaxın günlərdə baş verən hadisələr göstərəcək.

Bir şey aydındır - ABŞ-da imzalanan sənədlər bölgədə Rusiyanın və İranın maraqlarına ağır zərbə oldu. ABŞ-ın bölgədə möhkəmlənməsi üçün şərait yaratdı. Yeri gəlmişkən, Paşinyanın bu addımı son dərəcə cəsarətli bir addım kimi qiymətləndirilməlidir. Çünki ən yaxın tərəfdaşı olan İranın maraqlarına bu şəkildə zərbə vurmaq, Rusiyadan sonra İranı da özünə (söhbət Paşinyandan gedir) düşmən etmək çox böyük risqdir. Son günlərdə baş verən hadisələr İranın və Rusiyanın hansı addım atacağını açıq şəkildə nümayiş etdirəcək. Bir şey aydındır ki, bölgədə sülhün bərqərar olunması, normal qonşuluğun, əməkdaşlığın yaradılması üçün çox mühüm addım atılıb. Bu addım həm Azərbaycanın, həm Ermənistanın, həm Türkiyənin, həm ABŞ-ın maraqlarına cavab versə də, Rusiyanın və İranın maraqlarına qətiyyən uyğun deyil. Onlar bu prosesə mane olmaq üçün əllərindən gələni etməyə çalışacaqlar. Ancaq prezident Trampın qarşıya qoyduğu məqsədə nail olmaq üçün göstərdiyi qətiyyəti nəzərə alsaq, güman etmək olar ki, İranın və Rusiyanın atacağı addımlar heç bir effekt verməyəcək. Ancaq addımlar atılacaq, çünki Rusiya və İran bu hadisə ilə qətiyyən barışmayacaqlar”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ