Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Aİ-nin Ermənistana yeni hərbi yardımı 2 ölkədən asılı qaldı...

Image


Məlumdur ki, Avropa İttifaqı növbəti dəfə Ermənistan Silahlı Qüvvələri üçün yardım ayırmağa hazırlaşır. Söhbət Avropa Sülh Fondu çərçivəsində ayrılacaq yardımdan gedir. Ermənistanın “Jamnyus” mətbu orqanı yazır ki, söhbət yenə də 10 milyon avrodan gedir.

Nəşr yazır ki, erməni tərəfi bu yardımı müsbət əlamət kimi qiymətləndirərək qarşılıqlı əməkdaşlığın möhkəmlənməsini təsdiqləyir. Erməni ekspert Leonid Nersisyan ayrılan vəsaitin həcminin getdikcə artacağını gözləyir. Avropa Sülh Fondunun Ermənistan ordusuna yardımı barədə qərar Avropa İttifaqına üzv olan 27 ölkənin hamısı tərəfindən bəyəniləcəyi təqdirdə qüvvəyə minəcək. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bu təklifi qurumun Şurasına təqdim edib. Müzakirənin dəqiq tarixi məlum olmasa da, onun yaxın vaxtlarda baş tutacağı bildirilir. Ermənistan fonddan ilk dəfə 2024-cü ildə 10 milyon avro yardım alıb. Macarıstan həmin yardımın verilməsinə ilk vaxtda veto qoyub və Azərbaycana da analoji dəstəyin göstərilməsini tələb edib. Lakin bir neçə həftəlik qapalı danışıqlardan sonra Budapeşt vetosunu ləğv edib. Hərbi ekspert Leonid Nersisyanın sözlərinə görə, Ermənistan çox istərdi ki, yardım çərçivəsində daha çox aviasiya, tanklar, haubitsalar alsın. Amma o qeyd edir ki, indiki yardım da az əhəmiyyət kəsb etmir. O xatırladır ki, keçən il Aİ-nin Xarici Əlaqələr Şurası Ermənistanı dəstəkləmək qərarına gələndə əsasən tibbi avadanlıqların verilməsini həyata keçirib: “Əlbəttə, bunlar da müsbətdir. Amma biz başa düşməliyik ki, söhbət məhdud resurslardan gedir. Bu yardımın Ermənistan ordusunda hər hansı ciddi transformasiyaya səbəb ola biləcəyini indilikdə düşünmək olmaz”. Nersisyan istisna etmir ki, 2024-cü ildə olduğu kimi Macarıstan bu qərara yenidən veto qoya bilər, üstəlik, Slovakiya da ona qoşula bilər: “Lakin Aİ-nin əsas üzv dövlətlərinin mövqeyi daha vacibdir. Birlik bu qərarı vermək istəsə, nə Macarıstan, nə də Slovakiya buna mane ola biləcək. Ermənistan Macarıstanı qərara müdaxilə etməməyə məcbur edə bilməz, amma Fransa və Almaniya edə bilər. Həm Macarıstan, həm də Slovakiya digər Aİ ölkələri ilə müqayisədə kiçik iqtisadiyyatlardır. Və onlar, məsələn, iqtisadi təhlükələrə qarşı dura bilmirlər”. Ermənistan ordusundakı vəziyyəti şərh edən Leonid Nersisyan bildirib ki, hətta açıq mənbələrdən gələn məlumatlar da Ermənistanın hərbi strukturlarının fəallığından xəbər verir: “Bu, həm silah tədarükü, həm də orduda islahatlar baxımından özünü göstərir. Artilleriya və bəzi digər qoşun növlərinin hazırlığında müsbət dəyişikliklər qeydə alınır. Ancaq hələ də problemlərimiz var. Biz görürük ki, islahatlar aparılır. Lakin onların heç də hamısı eyni sürətlə və eyni məhsuldarlıqla nəticə vermir”.

Bütün bunlar həm də onu göstərir ki, Avropa İttifaqının mövqeyi Ermənistanın Azərbaycanla sülh əldə etməsinə qarşı yönəlib. Özü də bütün bunlar sülh üçün daha çox şansın olduğu dönəmdə baş verir. Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Hasmik Akopyan parlamentdə sülh danışıqlarının müzakirə edildiyi qapalı iclas fonunda barış imkanlarının artdığını bildirib. Qeyd edək ki, baş nazir Nikol Paşinyan Azərbaycanla razılaşdırılan sülh sənədinin 12-ci nəşrini aldıqdan sonra hökumət və hakim fraksiya üzvləri ilə müzakirələrə başlayıb. Bakı təxminən iki həftə əvvəl İrəvanın təkliflərinə cavab verib. Bununla belə, beynəlxalq məhkəmələrdən iddiaların geri götürülməsi və üçüncü dövlətlərin sərhəddə yerləşdirilməsinin qarşısının alınması ilə bağlı məqamlar razılaşdırılmamış qalır. Ermənistan rəsmiləri Azərbaycana operativ cavab vermək niyyətindədir. Bu fonda “Azatutyun” radiosu yazır: “Hökumət bu məsələlərlə bağlı mövqeyini dəyişəcəkmi? Hasmik Akopyan qeyd edib: “Hər şey tamamilə dəyişməz qalsa, cavab vermənin mənası olmayacaq”. Erməni tərəfi beynəlxalq qurumlardan iddiaların geri götürülməsinə etiraz etmir, lakin Hasmik Akopyan hüquqi mübahisələrin həllindən sonra tərəflərin eyni məsələlərdən eskalasiya üçün bəhanə kimi istifadə etməməsinin vacib olduğunu vurğulayıb. Bundan əlavə, fərdlər öz iddialarını fərdi şəkildə həyata keçirə bilməlidirlər. İrəvan belə bir həll təklif etdi, lakin Bakı bunu rədd edib. Bu, müqavilə imzalanana qədər yerinə yetirilməli olan tələbdirmi və Ermənistan belə bir ssenariyə hazırdırmı? Akopyan bildirib: “Bu, paralel prosesdir. Hər hansı bir məsələ ilə bağlı razılıq əldə olunarsa, aydındır ki, biz onu dərhal həyata keçirməyəcəyik, çünki sülh müqaviləsi hiss olunmalı və hərəkətlər aydın şəkildə görünməlidir”. Üçüncü ölkələrin sərhəddə yerləşdirilməsinə qadağa qoyulması bəndinə gəlincə, deputatın sözlərinə görə, Ermənistan buna da hazırdır. Lakin o, bunun necə reallaşacağını açıqlamayıb. Erməni tərəfi təklif edib ki, müşahidəçiləri sərhədin yalnız demarkasiya olunmuş hissələrindən çıxarsınlar, tam demarkasiya edildikdən sonra isə tamamilə çıxarılsınlar. Bu, İrəvan üçün fundamental məsələ olaraq qalacaqmı? Akopyan qeyd edib: “Hazırda ərazidə müşahidəçilərimiz var və onların qalmaları üçün xüsusi vaxt məhdudiyyətləri var. Danışıqlar nə qədər davam edəcək, hansı qərara gələcəyik və bu qərarın icrası üçün hansı müddətləri təyin edəcəyik – burada biz çeviklik nümayiş etdirməliyik”. Sülh müqaviləsinin perspektivləri fonunda Bakı yeni təklif irəli sürüb: Azərbaycanda erməni məhbusların məhkəmələri ilə bağlı əməkdaşlıq etmək və müharibə cinayətlərində ittiham olunanları həmin ölkəyə təhvil vermək. Bakının siyahısında adı hallanan “Hayastan” müxalifət fraksiyasının lideri Seyran Ohanyan erməni tərəfinin susmasını şübhəli sayır. “Ermənistan hakimiyyəti belə bir addım atsa, onlar pərdəarxası razılaşmalarının olduğunu bir daha sübut edəcəklər. Bütün bunlar Azərbaycanın təzyiqi altında baş verir və onlara elə gəlir ki, susmaqla bu saxta sənədin imzalanmasına nail olacaqlar və sonradan bunu daxili siyasi mübarizədə istifadə edə bilərlər”, - Ohanyan “Azatutyun”a müsahibəsində bildirib. Öz növbəsində deputat Hasmik Akopyan əmin edib ki, danışıqlar zamanı Bakı belə tələblər irəli sürməyib. Ermənistan tərəfi Azərbaycanın bu açıq bəyanatına niyə cavab vermir? Deputat bir daha vurğulayıb ki, bu məsələ danışıqlar formatı çərçivəsində müzakirə olunmur”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ