Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Paşinyan Əliyevin tələbilə bağlı nazirlərə və təbliğatçılara xüsusi tapşırıq verdi...

Image


Zəngəzur dəhlizinin reallaşması istiqamətində Azərbaycan tərəfindən genişmiqyaslı fəaliyyət həyata keçirilir. Eyni zamnada qardaş Türkiyə də müvafiq addımlar atır. Hazırda müşahidə edilən odur ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan son üç ildə ardıcıl olaraq dəmir yolu və yol infrastrukturunun qurulması layihələrini demək olar ki, tam həyata keçirib.

Bu günlərdə Türkiyə mətbuatında dərc olunan məlumata görə, Türkiyədə Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin icrası ilə bağlı işlərə başlanılıb. Yaxın beş il ərzində Zəngəzur dəhlizinin ən mühüm komponentinin - Türkiyənin dəmir yolu infrastrukturunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirən 223,9 km uzunluğunda dəmir yolu xəttinin tikintisinin başa çatdırılması planlaşdırılır. Bunlar o deməkdir ki, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasına qərarlıdır. Ermənistanın “Qraparak” nəşri yazır ki, bunu baş nazir Nikol Paşinyan da yaxşı dərk edir. Nəşr xatırladır ki, Nikol Paşinyanın parlamentdə “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvləri, hökumət və partiyanın idarə heyətinin nümayəndələrinin iştirakı ilə baş tutan qapalı görüşündə buna xüsusi toxunulub. Nəşrin yazdığına görə, deputatlardan biri təcili görüşün səbəbinin Yeqişe Kirakosyanın istefası olduğunu bildirib. Paşinyan komandada yarana biləcək narazılığı əvvəlcədən yatırmağa çalışıb: “Bir ilə yaxındır ki, mətbuat Kirakosyanın mümkün istefası barədə yazır, buna səbəb Azərbaycanın tələbi ilə Ermənistanın beynəlxalq məhkəmə proseslərindən imtina etməsi olub. İclasda Paşinyan “Vətəndaş Müqaviləsi” üzvlərinə bildirib ki, sülh prosesi ləngiyir, İlham Əliyev nə ərazi iddialarından, nə də dəhliz tələbindən əl çəkir, imtina ediləcəyi təqdirdə müharibə qaçılmaz olacaq. O, təbliğatçılara bu barədə ictimaiyyəti fəal şəkildə məlumatlandırmağı tapşırıb ki, hər şey hamıya aydın olsun”. Nəşr informasiyanın “təsdiqi” kimi “Vətəndaş Müqaviləsi” fraksiyası üzvlərinin Zəngəzura “tez-tez baş çəkdiyini” xatırladıb: “Məsələn, iqtisadiyyat naziri Gevorq Papoyan ötən həftə iki dəfə bölgəyə səfər edib və yerli partiya fəalları ilə görüşlər keçirib. O, sakinləri mümkün müharibə ilə qorxutmağı tapşırıb”. Erməni ekspert Vahe Davtyan usə qeyd edir ki, bu günlərdə İğdır-Naxçıvan qaz kəmərinin işə salınması regionun təhlükəsizliyinə və geosiyasi mühitinə təsir göstərə, İranın enerji maraqlarına müəyyən ziyan vura, eləcə də Zəngəzur dəhlizi layihəsinin irəliləyişi ilə bağlı Ermənistana təzyiqləri artıra bilər. Onun sözlərinə görə, Türkiyənin şərqində yerləşən İğdır şəhəri TANAP qaz kəmərinin paylayıcı qolunun giriş nöqtəsidir: “Qaz kəməri TANAP-ın bir qolu kimi nəzərdə tutulub. İğdır-Naxçıvan qaz kəməri ilə ildə 500 milyon kubmetr qaz tədarük edəcəyi gözlənilir. Əvvəllər Naxçıvan İran qazının idxalından asılı idi, bu qaz svop sxemi ilə verilirdi. İğdır-Naxçıvan qaz kəməri Türkiyə ilə Azərbaycan arasında iqtisadi və logistik əlaqələrin gücləndirilməsi strategiyasına uyğundur, yeni enerji marşrutunun formalaşdırılması Naxçıvanın tranzit qovşağı kimi əhəmiyyətini artırır, onu Ermənistan üçün müxtəlif təhlükəsizlik riskləri və təhdidləri ilə Şərq-Qərb logistik strategiyasında yerləşdirir”.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu da bu günlərdə qeyd edib ki, Ankara Çin və Avropa arasında strateji tədarük marşrutunda halqa olacaq Zəngəzur dəhlizi layihəsini həyata keçirməyə çalışır. Onun sözlərinə görə, logistika və nəqliyyat şəbəkələrinin inkişafına investisiyalar fəal şəkildə davam etdirilir: “Bu gün biz Zəngəzur dəhlizinin Orta Dəhlizdə halqa kimi həyata keçirilməsinə çalışırıq. Bu, Türkiyənin türk dünyası ilə ünsiyyətini daha praktik edəcək”. Bu il yanvarın sonunda nəqliyyatın inkişafı ilə bağlı keçirilən müşavirədə Azərbaycan prezidenti İlham Əliyev xatırladıb ki, Ermənistanın destruktiv mövqeyinə baxmayaraq, ölkəmiz Zəngəzur dəhlizinin açılması istiqamətində əməli addımlar atır: “Qarabağ bölgəsində Zəngəzur dəhlizinin yaradılması və dəmir yolu infrastrukturunun formalaşdırılması istiqamətində işlər davam etdirilir: beləliklə, Horadiz-Ağbənd dəmir yolunun 60 faizi, Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi isə 94 faiz yerinə yetirilib”. Xatırladaq ki, Azərbaycan Horadiz-Ağbənd transsərhəd beynəlxalq dəmir yolu xəttinin infrastrukturunun tikintisini müstəqil şəkildə maliyyələşdirir. Türkiyə nəqliyyat vektoru isə Zəngəzur dəhlizinin növbəti mühüm hissəsidir. Qeyd edək ki, daha əvvəl Türkiyə mətbuatı bu layihə çərçivəsində 10 körpünün və 144 yeraltı keçidin inşa ediləcəyini, Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin isə saatda 160 km-ə qədər sərnişin qatarı sürəti üçün nəzərdə tutulacağını yazmışdı. Türkiyə ilə Naxçıvan arasında yeni dəmir yolunun ötürücülük qabiliyyəti ildə 5,5 milyon sərnişin və 2 milyon ton yük nəzərdə tutulub. Bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə daşınan yükləri qısa müddətdə Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq, Zəngəzur dəhlizi ölkəmizin tranzit imkanlarını daha da genişləndirəcək.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ