Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Konstitusiya dəyişikliyi Paşinyana 3 hədəf verəcək - sülh, diaspor və kilsə...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə növbəti dəfə ölkənin yeni konstitusiyaya ehtiyacı olmasından danışıb. Amma konstitusiyada nələrin dəyişməli olduğundan söz açmayıb. Paşinyan konstitusiya islahatları ideyasını elə baş nazir olandan səsləndirirdi. 2021-ci ildə Konstitusiya İslahatları Şurası da yaradılmışdı. Daha sonra bu fikir yeni konstitusiya ideyası ilə əvəzləndi.

Baş nazir yeni konstitusiyaya ehtiyac olmasını onunla əsaslandırır ki, konstitusiyaya yanaşma kökündən dəyişməlidir. Yeni konstitusiyanın təməlində öz dövləti olduğunu qəbul edən xalq anlayışı dayanmalıdır. Yəni, özünü dövlətsiz sayan xalq anlayışından imtina edilməlidir. Ermənistanda Tətbiqi Siyasət Araşdırmaları İnstitutunun baş tədqiqatçısı Beniamin Poqosyan düşünür ki, yeni konstitusiyada baş nazir, parlament, hökumət və məhkəmə arasında səlahiyyət bölgüsü daha dəqiq aparılmalı, insan haqları məsələsi qabardılmalıdır. Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan isə konstitusiyanın yeni mətninin preambulasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılacağını istisna etməyib. Bu həmin istinaddır ki, Azərbaycan hökuməti həmin bəyannamədə Qarabağın Ermənistanla birləşməsinin qeyd olunduğunu deyir və ərazi iddiası olduğunu bildirir. Hesab olunur ki, yeni konstitusiyanın mətninin gələn il baş tutacaq parlament seçkisindən əvvəl hazır olması xalqın fikrini öyrənmək, dəstəyini qazanmaq üçün vacibdir. Xatırladaq ki, Paşinyan bu günlərdə xalqa müraciətində 14 bənddən ibarət “Real Ermənistan” ideologiyası layihəsini təqdim edib və qeyd edib ki, yeni konstitusiyanın qəbulu dövləti olmayan xalqın qalıq davranışından xalqın dövlətyönümlü düşüncəsinə keçidi asanlaşdırmalıdır. Bundan əvvəl, 2021-ci ilin martında Paşinyan həmin ilin oktyabrında yarım-prezident idarəetmə formasına keçidin mümkünlüyünə imkan verən yeni konstitusiya üzrə referendumun keçirilməsini təklif etmişdi. Müxalifət qüvvələri belə fikirlər səsləndirirlər ki, konstitusiyanın dəyişdirilməsi təşəbbüsü xarici, xüsusən də Azərbaycan və Türkiyədən gələn təzyiqlərlə bağlı ola bilər. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qeyd edib ki, konstitusiyaya dəyişikliklərin zəruriliyi ilə bağlı müzakirələr 2020-ci ildən davam edir və bu təşəbbüs Azərbaycanın tələbləri ilə bağlı deyil. Bununla yanaşı, indiki konstitusiyada diasporun rolu xüsusi qeyd olunur və Erməni Apostol Kilsəsinin rolundan bəhs edilir. Halbuki, əgər söhbət dünyəvi dövlətdən gedirsə, kilsə üçün xüsusi rol elan etmək, ən azı, cəfəngiyyatdır. Bundan başqa, Ermənistanı milli dövlətə çevirmək üçün, şübhəsiz, ilk növbədə, bu dövlətin sərhədlərini müəyyən etmək lazımdır. Bu isə, xüsusən, təkcə Azərbaycana deyil, Türkiyəyə də ərazi iddialarından imtina etmək deməkdir. Konstitusiyada yer alan həmin Müstəqillik Bəyannaməsində təkcə Qarabağa deyil, Türkiyə Cümhuriyyətinin şərq bölgələrinə də iddialar irəli sürülüb. Bunlar fonunda “Qraparak” qəzeti yazıb ki, Nikol Paşinyan ölkə konstitusiyasının preambulasında yer alan Müstəqillik Bəyannaməsinə istinadın əvəzlənməsi ilə bağlı təklifi keçiriləcək referenduma çıxarmağı planlaşdırır. Bildirilib ki, dəyişiklik nəticəsində onun müəllifi olduğu “Real Ermənistan” layihəsindən istifadə olunacaq.

Ermənistan konstitusiyasının mətnindən Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması təkcə Azərbaycanla sülh prosesinin irəliləməsi baxımından deyil, həm də beynəlxalq hüquq normalarına uyğunluq baxımından vacibdir. Qeyd edək ki, rəsmi Bakı sülh sazişinin imzalanması üçün Ermənistanın öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmaq üçün dəyişikliklər etməli olduğunu bəyan edib. 2024-cü il sentyabrın 27-də Paşinyan BMT Baş Assambleyasının iclasında Azərbaycanla sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsi mümkünlüyündən danışıb. Amma Azərbaycan bu vədin mümkün qədər tez yerinə yetrilməsini tələb edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə bir daha məsələ ilə bağlı qeyd edib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur və bu maddələrin ləğv edilməsi tələb olunur: “Bununla bağlı Ermənistandan qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfindən eşitdiyimiz arqumentlər bizi qane edə bilməz. Onu da qeyd etmək istərdim ki, Ermənistanın Konstitusiya Məhkəməsinin növbəti qərarı oldu. Belə ki, Konstitusiya Məhkəməsi Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu və xüsusi olaraq preambulaya toxunmağın mümkün olmaması barədə qərar qəbul edib. Hesab edirik ki, bu, vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki məhz Ermənistanın konstitusiyasının preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad var. Həmin Müstəqillik Bəyannaməsində də Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar yer alır”. Onu da bildirək ki, Ermənistan konstitusiyasının hazırkı variantı və dövlət sərhədinin delimitasiyası prosesinin tamamlanmaması Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması yolunda duran əsas maneələrdəndir. İrəvanla Bakı arasında sülhün əldə olunması bütün region üçün xüsusi əhəmiyyət kəsb etsə də, razılaşmaların qarşısında duran bütün maneələrin tezliklə aradan qaldırılması üçün Ermənistan konstitusiyasını dəyişməlidir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ