Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Paşinyanı devirə bilmədilər - ikisi öz aralarında qırğına çıxdılar...

Image


Ermənistanın indiki baş naziri Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyi çoxdanın “dostları” olan, 2008-ci ildən sonra bir-birindən uzaqlaşan Serj Sarkisyanla Robert Köçəryanı yenidən birləşdirəcəyinə dair erməni cəmiyyətində müəyyən illüziyalar yaratmışdı. Amma proseslərin gedişi tamamilə bunun əksini göstərir.

Erməni mediasının yazdıqlarından belə bəlli olur ki, sabiq prezidentlər arasında nifaq daha da dərinləşir və bundan məmnun qalan əsas tərəfdlərdən biri də Nikol Paşinyandır. Məsələ ilə bağlı “armenianreport” portalı yazır: “Son 3-4 ildə öz gözlərimizlə şahidi olduğumuz müxalifətin bu qədər aktiv etiraz fəaliyyəti və hücumları ilə Paşinyan hökumətinin 2021-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərində nəinki ayaqda qala bilməsi, hətta qalib gəlməsi bir çox xarici, hətta yerli ekspert və medianı təəccübləndirdi. Görünən odur ki, 2020-ci il müharibəsindəki məğlubiyyəti, cəmiyyətin müəyyən hissəsinin narazılığını və müxalifətin aqressiv ritorikasını nəzərə alaraq Paşinyanın devriləcəyi gözlənilsə də bu baş tutmadı. Paşinyan nəinki ölkəni idarə etməkdə davam edir, əksinə, mövqeyini daha da möhkəmləndirib. Bu niyə baş verir? Bu sualın cavabı zahirdədir - hər şey Krılovun nağılındakı klassik qu quşu, xərçəng və durnabalığına bənzəyən müxalifətin sıralarındakı ixtilafdır. Ölkəmizdə bəzi insanlar çoxdan şübhələnirdilər ki, indiki hakimiyyətin əsas rəqibləri - Köçəryanla Sarkisyan arasından qara pişik keçib. Belə olmasaydı, müxtəlif bloklarla növbədənkənar seçkilərə getməzdilər. Axı, məntiq özü onlara deyirdi ki, bir yumruqda birləşmək və Paşinyanı birlikdə əzməyə çalışmaq lazımdır. Amma yox, onlar öz aralarında razılığa gələ bilmədilər, 44 günlük müharibədən sonra və 2021-ci il seçkiləri ərəfəsində onlara çox yaxın görünən portfelləri bölə bilmədilər. Nəticədə Köçəryanla Sarkisyan arasında ziddiyyətlər sağlam düşüncədən üstün oldu və onlar seçkilərdə məğlub oldular. Və bu gün parlamentdə jurnalistlərlə söhbətində Köçəryanın “Hayastan” blokunun deputatı Aqnessa Xamoyan nəhayət, bəzilərinin çoxdan şübhələndiyi şeyi – Robert Sedrakoviçin və Serj Azatoviçin, yumşaq desək, bir-biri ilə anlaşa bilmədiklərini söylədi. “Robert Köçəryan mətbuat konfransı keçirir, ondan sonra üçüncü prezident Serj Sarkisyanın tərəfdarları olan Erməni Milli Konqresi tərəfindən həyəcanlı fikirlər səsləndirilir. Armen Aşotyanın cavabı gəlir ki, bu artıq rəsmi cavabdır, çünki o, Ermənistan Respublikaçılar Partiyasının sədr müavinidir. İkinci prezidentin aparat rəhbəri müsahibəsi zamanı mahiyyət etibarı ilə ikinci prezidentin və komandasının 2018-ci ildən sonra danışmadığı mötərizəni açıb, çünki bir-birini vurmamaq barədə centlmen razılaşması var idi ki, bu da müşahidə olunurdu. Yəni, 2018-ci ildə hakimiyyət dəyişikliyi çərçivəsində keçmişi xatırlamamaq, hakimiyyət dəyişikliyindən əvvəl yaranmış bir sıra məsələlərə toxunmamaq, Qarabağı və Ermənistanı məhvə aparan hakimiyyətin olması reallığını qəbul etmək, bir-birinə zərbə vurmamaq və bu hakimiyyətə qarşı vahid meydanda, birləşmə deyil, komanda şəklində döyüşmək kimi bir centlmen razılaşması var idi. İndi isə 2008-2018-ci illərdə hakimiyyətin bütün təbliğat maşınının ikinci prezidentə qarşı işləməsi ilə bağlı sorğulara cavab olaraq, Aşotyan mahiyyətcə etiraf edir və deyir ki, bu, Robert Köçəryanın siyasətə qayıdışı ilə bağlı iddialar irəli sürdüyü üçün baş verib. Yəni sırf təhlükə hiss etdiklərinə, Köçəryanın qayıda biləcəyini düşündüklərinə görə öz əməllərinə haqq qazandırmağa başladılar, 2008-2018-ci illərdə ikinci prezidentə qarşı aparılan antitəbliğata haqq qazandırdılar? Amma bu barədə ilk danışan biz deyildik”, - Xamoyan bildirib.Yəni, Köçəryanın 2008-ci ildə hakimiyyəti mahiyyətcə Sarkisyana təhvil verməsinə, erməni xalqının qanını tökməsinə baxmayaraq, üçüncü prezident hakimiyyətdə olduğu illər ərzində sələfindən qorxurdu. Yəni, hətta Qarabağla bağlı Ermənistanda birgə iş illəri də arxa plana keçib.

Sarkisyan hakimiyyəti möhkəm ələ keçirdi və bunu heç kimlə, xüsusən də Köçəryanla bölüşmək fikrində deyildi. Bu, ikinci prezidentin Sarkisyanın əsas məqsədi ikinci prezidentlik müddəti başa çatdıqdan sonra hakimiyyətdə qalmaq olan konstitusiya islahatından narazılığını izah edir. Sarkisyan sistemli şəkildə Ermənistanın siyasi meydanını Köçəryanın himayədarlarından təmizlədi. Sonuncu, əgər səhv etmiriksə, 2016-cı ilin aprel müharibəsindən sonra Sarkisyanın hərbi idarədən uzaqlaşdırdığı müdafiə naziri Seyran Ohanyan olub. Eyni zamanda Sarkisyan ailəsinin nəzarətində olan mətbuatda Köçəryana qarşı təbliğat aparılıb. Ancaq bunun artıq heç bir əhəmiyyəti yoxdur. Köçəryanla Sarkisyan istədikləri qədər kürəyi dəyişdirə bilərlər, biz buna əhəmiyyət vermirik. Ermənistanın ikinci və üçüncü prezidentlərinin elə qanlı izi, elə korrupsiya cığırı var ki, onların hakimiyyətə qayıdışı həmişəlik bağlanıb. Məhz buna görədir ki, onlar bütün bu illər ərzində Paşinyanı devirə bilməyiblər. Xamoyanın sözləri məhz buna görə gülməlidir: “Mən 2018-ci ildə hakimiyyətin Nikol Paşinyana təzimlə necə təhvil verilməsi ilə bağlı açıqlama vermək istəmirəm və verə bilmərəm, lakin mənim və minlərlə vətəndaşımızın hələ də cavabını almamış çoxlu suallarımız var”. Köçəryanın ətrafı tərəfindən Sarkisyana zərbə endirmək əmri verilən xanım hələ də anlamırdı ki, 2018-ci ildə xalq Paşinyan üçün yox, özü üçün küçələrə çıxıb. insanlar ölkəni, xalqı uçuruma gətirən Köçəryanlara, Sarkisyana qarşı çıxdı. Ölkə dəyişikliklər, korrupsiyadan və köləlikdən azad olmaq üçün susamışdı. Bütün bunları isə Paşinyan verib. Bu gün Köçəryanın və Serjikin tərəfdarları bir-birinə istədikləri qədər palçıq ata bilirlər. Onlar nə qədər çox çabalayırlırsa, erməni cəmiyyətinin bu rüsvayçı keçmişdən əbədi olaraq xilas olmaq istəməsi bir o qədər məntiqli olur”. Erməni analitik Tevos Arşakyan isə bildirib ki, Ermənistan Avropa İttifaqı və NATO ilə yaxınlaşdıqca, İrəvanın Qərblə münasibətləri möhkəmləndikcə, Rusiyanın “beşinci kolon”u əsəbiləşir: “Sabiqlər – Robert Köçəryan və Serj Sarkisyan aktivləşirlər, bir növ, xortlayırlar. Sarkisyanın parlamentdəki “Şərəfim var” fraksiyası Ermənistanın Aİ-yə üzvlük prosesinə başlamaq təşəbbüsü barədə qanunun əleyhinə səs verdi. Elə Köçəryanın “Hayastan” bloku da analoji addım atdı. Köçəryan hətta mətbuat konfransı keçirib yenidən cəfəngiyyatlarını səsləndirdi. Moskvanı və onun Ermənistan daxilindəki “mələklərini” hər cür şəkildə ölkə hakimiyyətinin sükanı arxasına keçirməyə çalışanları qorxudan Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya yolunu tutmasıdır. Onlar Rusiyanın İrəvanın Avropayönümlü istəklərinə respublikanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı kimi baxdığını söyləməklə erməni cəmiyyətini qorxuya salırlar. Amma bütün bunlar boş söhbətlərdir. Biz çox yaxşı başa düşürük ki, onlar bizi sadəcə olaraq özlərinə daha sıx bağlamağa və Qərbə getməyimizə imkan verməməyə çalışırlar”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ