Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qarabağ diplomatiyasının 30 illik əsas gizli tezisləri açıldı...

Image


Rusiya prezidenti Vladimir Putinin Vladivostokda keçirilən Şərq İqtisadi Forumun plenar iclasında Qarabağ məsələsiilə bağlı səsləndirdiyi fikirlər hələ də geniş müzakirə predmetidir. Xatırladaq ki, Putinin sözlərinə əsasən, Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb.

Azərbaycan prezidenti İlham Əliyev də ona deyib ki, Ermənistan Qarabağın onların olduğunu tanıyıb, Qarabağın statusu məsələsi artıq gündəmdə yoxdur, o həll olunub: "Ermənistan rəhbərliyi açıq şəkildə bildirib ki, Azərbaycan SSR-in 1991-ci ilə qədərki ərazisini tanıyır və Qarabağın özünün də daxil olduğu rəqəmi açıqlayıb. Bu, bizim qərarımız deyil, Ermənistan rəhbərliyinin qərarıdır. Azərbaycanda deyirlər ki, əgər Rusiya kömək etmək istəyirsə, Qarabağla bağlı bütün məsələlər Bakı ilə ikitərəfli əsasda həll olunmalıdır. Biz nə deyə bilərik? Burada deyiləcək bir şey də yoxdur. Əgər Ermənistan özü Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırsa, Qarabağın statusunu Ermənistan özü müəyyənləşdirib”.

Putin xatırladıb ki, İkinci Qarabağ müharinbəsindən əvvəl Rusiya münaqişənin nizamlanması üçün Ermənistana öz təklifini edib: İki rayon – Kəlbəcər və Laçın rayonları və bütünlüklə Qarabağ Ermənistanın yurisdiksiyası altında qalsın, amma 10-15 il ərzində cəhd göstərmələrinə baxmayaraq, Ermənistan rəhbərliyi bu varianta razılaşmayıb. Sonuncu məqam indi geniş müzakirə predmetidir. Hesab edilir ki, Ermənistanda baş nazir Nikol Paşinyana qarşı əhval-ruhiyyəni gücləndirmək üçün Putin bunu deyib. Azərbaycan isə Kəlbəcər və Laçın rayonları və bütünlüklə Qarabağ Ermənistanın yurisdiksiyası altında qalmasına heç zaman razılıq verməyib. Bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da xüsusi olaraq vurğulayır. O qeyd edir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin 1996-cı ildən başlayaraq irəli sürdüyü təkliflər elə bu mahiyyətdə idi ki, Laçın, Kəlbəcər və keçmiş Dağlıq Qarabağın yurisdiksiyası Ermənistanda qalır, digər 5 rayon Azərbaycana qaytarılır: “Bu, tək Rusiyanın təklifi deyildi. Yəni, Putinin dediyi kimi, mərhələli variantda bir neçə rayonun azad edilməsi, sonrakı mərhələdə Laçın və Kəlbəcər rayonları və Qarabağ məsələsi həll olunmalı idi. Əslində, Putinin təzə nəsə deməyib. “Madrid prinsipləri”nin də əsas elementləri bundan ibarət idi ki, işğal olunmuş rayonların bir qismi öncə azad edilirdi. Bizə saziş yox, hər dəfə gələcək sazişin əsas elementləri tezis şəkilində təklif olunurdu. Azərbaycan da, Ermənistan da bu təkliflərin bir qismini qəbul edir, digər qismini qəbul etmirdi. Bu vəziyyət 30 ilə, yəni 2020-ci ilə qədər davam etdi. 30 il ərzində həmsədrlər tərəflərə hər hansı saziş təklif etməyib. Putinin dediklərindən elə nəticə hasil olur ki, guya Ermənistan 5 rayonun qaytarılması, Kəlbəcər və Laçının məsələsinin, Qarabağın statusunun sonrakı mərhələyə saxlanılması təklifini qəbul etmirdi, Azərbaycan qəbul edirdi. Bu isə yanlış təəssüratdır. Məhz Azərbaycan tərəfi bunu qəbul etmirdi. Mən bunu tam məsuliyyətlə deyirəm. Çünki həmin təkliflər irəli sürülən zaman mən prezident Heydər Əliyevin bu məsələlər üzrə xüsusi nümayəndəsi idim, bu məsələlərdən xəbərim var. Ümumiyyətlə, Minsk qrupunun təklifləri də öncə 5 rayonun azad edilməsi, sonra digər rayonlar məsələsini əhatə edirdi. Ancaq Azərbaycan bu təkliflərə razılıq vermirdi. Ermənistan sonradan isə belə mövqe ortaya qoydu ki, heç bir ərazini azad etmir, de-fakto həmin ərazilər Ermənistana birləşib, onlara danışıqlar lazım deyil. Putinin iradları Ermənistanım məhz bu sonrakı mövqeyi ilə bağlıdır. Putinin demək istədiyi budur ki, Qərbə doğru getmək istəyən Ermənistana uzun müddət belə yaxşılıq ediblər. Əslində isə Putinin qeyd etdiyi təklif Minsk qrupunun 3 həmsədrinin mövqeyi idi. Hazırda Putinin də açıqlaması Qarabağ mövzusuna aid olsa da, əslində, baş verənlər Rusiya və Qərb arasında rəqabətin təzahürüdür.

Bir məsələni də qeyd etmək lazımdır. 2020-ci ildə 44 günlük müharibənin nəticəsində Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, status-kvo dəyişib, Qarabağ mövzusu Azərbaycanın daxili məsələsidir və bu səhifə bağlanıb. Azərbaycan Prezidenti göstərib ki, bu məsələ ilə bağlı kiminsə rəyi ikinci dərəcəli məsələdir. Bu, reallıqdır”.

Rusiyalı siyasi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko da məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib: “Vladimir Putin bütün suallara nöqtə qoyaraq Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini, Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha təsdiqlədi. Putin mahiyyətcə belə dedi: “Ermənistanın siyasi rəhbərliyi və Paşinyanın Moskvaya ünvanladığı bütün ittihamlar sırf Paşinyanın özünə ünvanlanmalıdır. Çünki həqiqətən də rəsmi səviyyədə Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb”. İrəvanın bu gün Rusiyanı uğursuzluqlarında və problemlərində ifrat dərəcədə günahkar göstərməyə çalışdığını nəzərə alan Putin Ermənistan rəhbərliyinə kifayət qədər düzgün, lakin sərt diplomatik formada cavab verdi”. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın xarici siyasət məsələri üzrə keçmiş müşaviri Jirayr Libardiyan da etitraf edir ki, Azərbaycan hər zaman qətiyyətli mövqe sərgiləyib: “44 günlük müharibədə qələbədən sonra Azərbaycan prezidenti İlham Əliyevin əlində bir çox variantlar vardı, Ermənistan isə müharibədə sanki məğlub olmamış tərəf kimi davrandı”. O bildirib ki, BMT Təhlükəsizlik Şurası başda olmaqla nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Ermənistanın dostu hesab etdiyi ölkələr dəfələrlə onlara Qarabağın Azərbaycanın parçası olduğunu bildiriblər, ermənilər isə başqalarının sözlərini eşitməyiblər, ancaq öz bildikləri kimi hərəkət ediblər: “Reallıq odur ki, BMT Təhlükəsizlik Şurası başda olmaqla beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya, Fransa, İran, Yunanıstan, Kipr kimi dostlarımız həmişə deyiblər ki, Qarabağ müstəqil olmayacaq və o, Azərbaycanın bir parçasıdır. Beynəlxalq ictimaiyyətin bizə mesajı bu olub. Amma biz onları yox, sadəcə özümüzü dinlədik”. Libardiyan ermənilərin özlərini məhz qurban vəziyyətində rahat hiss etdiklərini deyib: “Atəşkəs razılaşmasından sonra bizə deyildi ki, işğal edilmiş ərazilər, həmçinin 7 rayon geri qaytarılmalıdır. Amma dinləmədik, sadəcə dünyaya bizim üçün nə etməli olduqlarını dedik. Qurban kimi özümüzü çox rahat hiss etdik”. Libardiyan fasiləsiz hərəkət edən bu maşını dayandırmalı olduqlarını, hər şeyin onlar üçün daha da pisləşdiyini diqqətə çatdırıb: “Biz “mən bunu və ya onu istəyərəm” demək lüksünə sahib deyilik. Mən hesab edirəm ki, Azərbaycanla razılaşma imzalamaq mümkündür. Azərbaycan prezidenti deyir ki, mənim daxili məsələm sizin işiniz deyil. Beynəlxalq ictimaiyyət də bununla razılaşır. Biz isə hər dəfə reallığa zidd hədəflər planlayır, nəticədə də uduzuruq". Libardiyan hesab edir ki, prezident İlham Əliyevin ermənilər üçün hazırkı təklifi uyğundur.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ