Bazar ertəsi günü, 09 noyabr 2026
     

Çevriliş qorxusu Paşinyanı bürüdü - Qarabağdakı silahlı dəstələr İrəvana daşınır(?)

Image


Qarabağda məskunlaşan ermənilər arasında maraqlı proseslər müşahidə edilməkdədir. Qocalar, uşaqlar, qadınlarla yanaşı, buranı tərk edən gənclərin də sayında ciddi artım qeydə alınır. Məsələn, elə sentyabrın 13-də Xankəndidən gələn 183 nəfər Laçın sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycan torpaqlarını tərk ediblər.Sözügedən şəxslər tələbə adı altında keçid məntəqəsindən Ermənistan ərazisinə gediblər.

Məlumata görə, 183 nəfərdən 155-i Ermənistan, 26-sı Rusiya, 2-si isə Ukrayna vətəndaşı olub. Belə fikirlər də yayılır ki, Ermənistanın hələ 2020-ci ildəki müharibədən əvvəl Qarabağa göndərdiyi qeyri-qanuni hərbi birləşmələrinin üzvləri hazırda tələbə adı ilə kütləvi şəkildə Xankəndini tərk edirlər. Bir çox hallarda bu insanlar qaçmaq üçün xəstəlik bəhanəsinə əl atırlar. Onlarda gözlənilməz, ağır və dərhal müalicə tələb edilən xəstəliklər “yaranır”. Bu fonda əslində, qanunsuz silahlı dəstə üzvlərinin Ermənistanı tərk etdiyi iddia olunur. Belə gedişlə, ilin sonuna kimi Qarabağda qanunsuz silahlı dəstə üzvlərinin sayının  əhəmiyyətli dərəcədə azalması gözlənilir. İndi revanşist əhval-ruhiyyədə olan ermənilər Rusiya sülhməramlılarının Qarabağdan qaçışa zəmin yaratdıqlarına deyərək, onları sərt tənqid edirlər. Belə fikirlər də səslənir ki, əslində, Paşinyan Rusiya ilə aratn düşmənçilik fonunda daxildə ona qarşı təhlükəni neytrallaşdırmaq üçün Qarabağa göndərdiyi qüvvələrdən istifadə etməyi düşünür. Hazırda Rusiyadan və onun Ermənistanda dəstəklədiyi qüvvələrdən Paşinyana qarşı təzyiqlər artır. Ölkəsi ətrafında vəziyyətin təhlili və qiymətləndirilməsində ciddi səhvlərə yol verən Paşinyan və komandası geosiyasi riskləri, dünya qütbləri arasında güc balansını, regional oyunçular arasında münasibətlərin yeni formatını düzgün dəyərləndirə bilmir. İrəvan üçün bütün problemli vəziyyət ondan ibarətdir ki, bu taleyüklü oyunda hər hansı bir addım nəinki Paşinyanın və hakimiyyətinin mövqeyini pisləşdirir, həm də Ermənistan dövlətinin mövcudluğu perspektivini təhlükə altına qoyur. Bu şəraitdə Ermənistan daxilində vəziyyət hər an qarışa bilər. Bunlar fonunda “Ermənistanın səsi” qəzeti yazır: “Düşünürük ki, hər kəs Paşinyanın dəhşətli demaqoqluğundan və daimi manipulyasiyalarından, onun vəziyyəti daha da qarışdırmaq cəhdlərindən o qədər yorulub ki, hətta qərbli tərəfdaşları da tezliklə bu şıltaq icevanlıdan qurtulmağa və onu yenidən əsas oyunçuya - Rusiyaya qaytarmağa çalışacaqlar. Doğrudur, bu gün Rusiya ilə Qərbin münasibətləri problemlidir, lakin Paşinyan ölkənin İctimai kanalına  müsahibəsində geosiyasi vəziyyəti düzgün qiymətləndirə bilmədiyini göstərdi. Rusiyaya qarşı bir sıra arqumentlər gətirdi. Birincisi, "arvadımın Ukraynaya səfərini siyasiləşdirməyə ehtiyac yoxdur. Hesab edirəm ki, bu, yersiz siyasiləşdirilib" dedi. Yəni, Anna Akopyanın Zelenski ilə əl sıxması, Ermənistanın Ukraynanı dəstəkləməsi barədə bəyanatlarının siyasətlə heç bir əlaqəsi yoxdur. Amma Rusiyada belə düşünmürlər. İkincisi, “birinci dəfə deyil ki, Ermənistanda erməni-amerikan hərbi təlimləri keçirilir” deyə Paşinyan bildirdi. Burada nədənsə “unudur” ki, bu dəfə Ermənistan-Amerika hərbi təlimləri Ermənistanın öz ərazisində planlaşdırılmış KTMT təlimlərini keçirməkdən nümayişkaranə şəkildə imtina etməsindən sonra keçirilir. Üçüncüsü, "biz 2022-ci ilin dekabrında Roma Statunun ratifikasiyasına başladıq, lakin bizim prosedurlarımıza görə bu, müəyyən vaxt tələb edir. Təəssüf ki, Rusiya Federasiyası ilə Haaqa Cinayət Məhkəməsi arasında münasibətlər kontekstində pis təsadüf baş verdi" deyən Paşiniyan yenə Kremki qıcıqlandırır. Yəni, Paşinyana görə Rusiya üçün belə çətin bir zamanda Roma Statununun ratifikasiyası müttəfiqin kürəyinə vurulan zərbə deyil, sadəcə olaraq “pis təsadüf”dür. Optimist Paşinyandan fərqli olaraq, ekspertlərin və siyasətçilərin böyük əksəriyyəti Ermənistan-Rusiya münasibətlərinin perspektivinə o qədər də nikbin baxmır və pessimizm getdikcə daha tez-tez onlara baş çəkir. Çünki Paşinyan bu münasibətləri özünün icad etdiyi reseptə görə qurur. Paşinyanın fikrincə, onun uğursuz siyasətinin nəticələrini başqaları da çəkməlidir. Ancaq müasir dünyada, təəssüf ki, bu baş vermir. Kim idarə edirsə cavabdehdir. Başqa yol yoxdur”.

İndiki vəziyyətdə bütün bunlar Paşinyana qarşı çevriliş ehtimalını artırır. Rusiya və onun Ermənistanda dəstəklədiyi qüvvələr Paşinyan üçün ciddi təhdid hesab olunur. Bunlara qarşı qüvvələrini artırmaq üçün Paşinyanın Qarabağdakı qanunsuz erməni dəstələrini İrəvana gətirməsi ehtimal edilir. Amma Paşinyan üçün başqa çıxış yolu da var. Erməni bloger İşxan Verdyan qeyd edilən xüsusda olduqca maraqlı məqamlara toxunub: “Rusiya Ermənistanı tərk etməyəcək, bu faktdır. Ona görə də onu Ermənistandan necə qovmaq barədə düşünmək belə təhlükəlidir. Amma siz bunu fərqli, gözəl şəkildə edə bilərsiniz. Ermənistan Rusiya ilə bərabərhüquqlu deyil, ancaq vassal münasibəti qurub. Rusiyanı qovmağa ehtiyac yoxdur, amma onun hegemonluğunun aradan qalxmasına əmin olmalıyıq. Ermənistanın diqqət yetirməli olduğu məqsəd Rusiya ilə sağlam tərəfdaşlıqdır. Hələ ki, belə əlaqələr yoxdur, çünki Ermənistan Rusiyanın ümumiyyətlə tərəfdaşı və ya müttəfiqi deyil, onun tam vassalıdır. Rusiya ilə Ermənistan arasında bərabərhüquqlu münasibət yoxdur, ona görə də Ermənistan Rusiyanı necə sıxışdırmaq barədə deyil, bu haqda düşünməlidir”. Bloger Ermənistanın Rusiyadan qurtuluş yolunun yalnız qonşularla normal münasibətlərdən keçdiyini qeyd edib: “Ermənistan yalnız qonşularına münasibətinə yenidən baxarsa, bunu edə bilər. İqtisadiyyatın və təchizatın şaxələndirilməsi həll yoludur. Azərbaycanla münasibətləri normallaşdıran Ermənistan onunla tez bir zamanda hər cür iqtisadi əlaqələr qurmaqla Rusiyanı əsas təzyiq alətindən məhrum edə bilər. Əgər Türkiyə də işə qarışsa, o zaman Rusiya diktator mövqeyini tamamilə itirəcək və bazarın bərabərhüquqlu iştirakçısına – vicdanlı tərəfdaşa çevriləcək. Amma indi bunu etmək qeyri-mümkün görünür, çünki Ermənistanda türkofobiya bütün mümkün üsullarla Rusiya xüsusi xidmət orqanlarının kabinetlərində işlənib hazırlanmış, sırf ermənilər üçün nəzərdə tutulmuş ideologiya ilə becərilir və onlarla düşmənçilik etməməyin mümkün olduğunu xalqa izah etmək çox çətin olacaq”. Bu vəziyyətdə Paşinyan nəzərə almalıdır ki, Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaq üçün zamanı çox deyil.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ