Bazar ertəsi günü, 09 noyabr 2026
     

Kreml açıq təhdidə keçdi, İrəvanın yeganə xilas yolu Bakı və Ankaraya yaxınlaşmaqdan keçir

Image


Rusiya və Ermənistan rəhbərliyi iki ölkə arasında hələ də hər hansı ciddi problemin olmadığını bəyan etdikləri halda real vəziyyət tamamilə bunun əksini göstərir. İki ölkənin biri-birinə münasibətdə siyasətinin dəyişməsi hər keçən gün özünü daha qabarıq şəkildə göstərir. Ermənistan getdikcə daha çox Qərbə meyllənir, Rusiya da bu fonda İrəvana yönəlik təhdidlərinin sayını artırır.  

Yenidən bu mövzuya qayıdan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yenə Ermənistanı hədələyib: “Rus və erməni xalqlarının davası Ermənistan üçün fəlakətli olardı”. O qeyd edib ki, Rusiya Ermənistan rəhbərliyinin iki ölkənin xalqını dava etmək üçün fəlakətli planlarının olmadığına ümid edir: “Ümid edirəm ki, bu baş verməyəcək. İnanıram ki, Ermənistan rəhbərliyində heç kimin belə bir məqsədi və vəzifəsi yoxdur. Çünki, fikrimcə, bu, sadəcə Ermənistan üçün fəlakətli olardı”.  Artıq Ermənistanda Rusiyameylli qüvvələrin də bu fonda hakimiyyətə hücumlarının artması müşahidə edilir. Onlar sırasında olan Ermənistan Kommunist Partiyası ölkə hakimiyyətinin Ermənistanı digər dövlətlərin sosial-siyasi ziddiyyətlərinin həlli mərkəzinə çevirmək üçün yeritdiyi siyasəti qətiyyətlə pislədiyini bəyan edib. Qeyd olunub ki, Ermənistanın indiki hakimiyyətinin diletantlığı nəticəsində Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi saatbasaat güclənir: “Son günlər hamımız şahid olduq ki, indiki hakimiyyətin diletantlığı nəticəsində Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi saatbasaat güclənir. Hər kəsə aydındır ki, Ermənistan-Rusiya münasibətlərində boşluqlar var və onların doldurulması üçün aktiv addımlar atılmalıdır. Nə Qərbdən, nə də ABŞ-dən kömək olmadığını və olmayacağını anlamaq üçün tarixə müraciət etməyə ehtiyac yoxdur”. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan da vəziyyətin mürəkkəb olduğunu bildirib: “Ermənistan-Rusiya münasibətlərində gərginliyin olduğu göz qabağındadır”. Onun sözlərinə görə, Rusiya ilə münasibətlərin korlanması Ermənistan üçün riskli addımdır: “Mən sülhməramlı missiyanın həyata keçirilməsinin keyfiyyətindən çox razı olduğum barədə yanlış təsəvvür yaratmaq istəmirəm. Xeyr, bizim də çoxlu suallarımız var, amma bu məqamda riskli oyun anlaşılmazdır”. Məsələ illə bağlı Rusiyanın “Kommersant” qəzeti isə yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il müharibəsi ərəfəsində etdiyi və xalqı üçün ölümcül olan səhvləri təkrarlayır. Nəşrin yazdığına görə, Rusiya ilə ən yaxın müttəfiqlərindən biri KTMT üzvü Ermənistanla münasibətlərdə ciddi böhran yaranıb: “Tərəflər qarşılıqlı ittiham mübadiləsi aparır. Nikol Paşinyan İtaliya qəzetlərindən birinə müsahibəsində Moskva ilə strateji müttəfiqliyə girməyin səhv olduğunu bildirib. Onun həyat yoldaşı Kiyevə gedib və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. İrəvan həm də Rusiya-Ukrayna münaqişəsi başlayandan bu günə kimi ilk dəfə Kiyevə humanitar yardım edib. Nəhayət, Ermənistan ABŞ-la birgə hərbi təlimlər keçirib və yerinə heç kəsi göndərmədən öz nümayəndəsini KTMT-dən geri çağırıb”.

Bununla yanaşı, qəzet Bakı üçün vəziyyətin həmişəkindən daha əlverişli olduğunu vurğulayır. Qeyd edilir ki, 2020-ci ilin payızında baş verən 44 günlük müharibə güc balansının açıq şəkildə Azərbaycanın xeyrinə olduğunu göstərib. Qəzet vurğulayır ki, Rusiya özü Ermənistana kömək etmək istəsə belə, Ukraynada dərin bataqlıqdadır. Enerji sahəsində Azərbaycandan asılı olan Qərb isə çox uzaqdadır və vəziyyətə təsir edə bilmir: “Görünür, çıxılmaz vəziyyətdə qalan Nikol Paşinyan artıq soydaşlarına gözlənilən məğlubiyyəti və gələcək mümkün güzəştləri necə izah edəcəyini düşünür. Bir ifratdan digərinə qaçan Ermənistanın baş naziri 2020-ci il müharibəsi ərəfəsində etdiyi və xalqı üçün ölümcül olan səhvləri təkrarlayır”. Qəzet sonda qeyd edib ki, İrəvan həm də nəzəri cəhətdən mümkün olan yeganə müdafiəçiyə - Kremlə nümayişkaranə şəkildə meydan oxuya bilməz. Elə gürcü politoloq Tengiz Txilava da məsələyə eyni prizmadan yanaşır: “Burada nə Rusiya, nə Amerika, nə Fransa, nə də başqa bir ölkə Azərbaycanın daxili işinə qarışa bilməz. Hamı, eləcə də Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edib və bunu öz bəyanatlarında da təsdiq edib. Ermənilər bunu başa düşməlidirlər. Əks halda onları 2020-ci ildəki 44 günlük müharibənin daha acı nəticələr gözləyə bilər”.  Ekspert hesab edir ki, Rusiya ilə gərginləşən münasibətlər Ermənistan üçün yeni problemlər deməkdir. Bu arada İranın da Ermənistandan narazılığı artır. ABŞ ordusunun Ermənistana gəlişi Tehran tərəfindən mənfi qarşılanır. NATO və ABŞ-ın Ermənistandan İrana qarşı plasdarm kimi istifadə etməsinə rəsmi Tehran laqeyd və susqun qalmaq istəmir. İranın rəsmi dairələri Ermənistanın bu münasibətlərinə qarşı çıxış edərək, son 30 ildə ilk dəfə olaraq Ermənistanın mövqeyini qınayıb, həmçinin Cənubi Qafqazda “3+3” formatından kənar əməkdaşlıqlar etdiyini və bunun regionda vəziyyəti daha da çətinləşdirəcəyini bəyan edib. Bu şəraitdə Ermənistanın yeganı çıxış yolu Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq şəraitində yaşamaqdır. Əks halda üzləşdiiyi problemlər daha da dərinləşəcək.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ