Cümə axşamı günü, 26 noyabr 2026
     

Rusiya “Taxıl sazişi”ndən çıxdı, dünya dağılır - Azərbaycan üçün heç bir narahatlıq yoxdur...

Image


Məlum olduğu kimi, Rusiya 2022-ci ilin 22 iyul tarixində BMT və Türkiyənin vasitəçiliyi ilə İstanbulda imzalanmış “Taxıl sazişi”ndən çıxdığını bəyan edib. Sazişin vaxtı həmin müddətdən sonra üç dəfə - imzalanmasından 120 gün sonra ötən ilin noyabrında, daha sonra isə bu ilin mart və may aylarında uzadılıb.

Ümumiyyətlə, Rusiyanın Qara Dəniz Donanmasının Ukraynanı blokadaya alması səbəbi ilə dünyada ərzağın qiymətinin artdığı müşahidə edilir. Dünyanın ən yoxsul bölgələrinin qida tədarükü Qara Dəniz vasitəsilə həyata keçirildiyindən, “Taxıl sazişi”nin ləğvinin həmin bölgələrdə aclıq böhranına səbəb ola biləcəyi bildirilir. BMT-nin məlumatına görə, “Taxıl sazişi” çərçivəsində Ukrayna bu vaxtadək 32,9 milyon ton taxıl və digər məhsullar ixrac edib. Gəmilər Ukraynanın üç əsas – Odessa, Çernomorsk və Pivdennyi limanlarından yola düşüblər. BMT-nin statistikasına görə, saziş çərçivəsində Ukraynadan ən çox məhsul idxal edən ölkələr aşağıdakılardır: 1. Çin – 8 milyon ton; 2. İspaniya – 6 milyon ton; 3. Türkiyə - 3,2 milyon ton; 4. İtaliya – 2,1 milyon ton; 5. Niderland – 2 milyon ton. Statistikaya görə, ixrac edilən məhsulun 51%-ni qarğıdalı, 27%-ni taxıl, 6%-ni günəbaxan yemi, 5%-ni günəbaxan yağı, 11%-ni isə digər məhsullar təşkil edib. Rusiyanın sazişdən çıxması artıq dünyada ciddi narahatlıqla qarşılanır. Qara dəniz üzərindən taxıl daşınmasının, Rusiya ilə BMT arasında qida və gübrə ixracına dair razılaşmanın çətin bir mühitdə qlobal ərzaq təhlükəsizliyi üçün ümid yeri olduğunu ifadə edən BMT-nin baş katibi Antoniu Quterreş Kremlin qərarının qlobal ərzaq təhlükəsizliyinə və ərzaq qiymətlərinin sabitliyinə zərbə olduğunu deyib. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba isə qeyd edir ki, Rusiya “Taxıl sazişi”nin müddətini uzatmamaqla qlobal ərzaq təhlükəsizliyinə zərbə vurur: “Rusiya təşəbbüsün normal fəaliyyət göstərməsinə sistemli şəkildə maneçilik törədir və onların bu qərarı ilk növbədə Afrika və Asiya ölkələrinin əhalisinin, milyonlarla ukraynalının və bütün dünyada 10 milyon insanın həyatına təsir edəcək. Ərzaq qiymətlərinin qalxması ilə insanlar aclıq təhlükəsi ilə üz-üzə qalacaq. Rusiyanın indi sövdələşmədən çıxması qlobal ərzaq bazarında qiymətlərin dərhal yenidən qalxması və ilk növbədə Asiya və Afrikada ən həssas təbəqəni zərbə altında qoyub. Rusiya bütün dünyada insanlarla aclıq oyunları oynamağı dayandırmalı və siyasəti qlobal ərzaq təhlükəsizliyindən kənarda saxlamalıdır”. Bu durumda ABŞ Rusiyanı Qara dəniz "Taxıl sazişi"ni ləğv etmək qərarına dərhal yenidən baxmağa çağırır. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hodgenin yaydığı bəyanatda deyilir: “Biz Rusiya hökumətini qərarını dərhal yenidən nəzərdən keçirməyə çağırırıq. Moskvanın qərarı ərzaq təhlükəsizliyini pisləşdirəcək və milyonlarla insana zərər verəcək”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə qeyd edir ki, "Taxıl sazişi" tarixə uğurlu nümunə kimi düşüb: “Biz bu təşəbbüsün davam etməsi üçün əlimizdən gələni etməyə hazırıq". Onun sözlərinə görə, bu təşəbbüs sayəsində dünya bazarına 33 milyon tondan çox taxıl çıxarılıb ki, bunun nəticəsində yoxsul ölkələrdə ərzaq böhranın qarşısı alınıb: “Ancaq mən inanıram ki Rusiya prezidenti Vladimir Putin bu humanitar körpünün davam etməsini istəyir. Bizim xarici işlər nazirimiz rusiyalı həmkarı ilə bu məsələ ətrafında danışacaq. Mən bu məsələ ətrafında Putinlə müzakirələr aparacağam. Biz cənab Putinlə avqust ayında görüşəcəyik və bu xüsusda ətraflı müzakirələr aparacağıq”. Baş verənlər Azərbaycanda da diqqətlə izlənilir. İqtisadçı-ekspert Vüqar Bayramov qeyd edir: “Rusiyanın “Qara dəniz razılaşmaları faktiki olaraq qüvvədən düşüb” açıqlaması taxılın dünya bazar qiymətini 3 faizdən çox bahalaşdırıb. İnvestorlar yenidən taxıl qıtlığının olacağından ehtiyatlanırlar. Bununla belə, hələlik taxıl qıtlığı üçün ciddi iqtisadi əsaslar yoxdur. Qlobal taxıl anbarlarında məhsul çoxluğu müşahidə edilir. Digər tərəfdən, Rusiyanın bu anlaşmadan uzun müddət kənarda qalacağı güman olunmur. Azərbaycana gəldikdə, hazırda çörəyin qiymətinin yüksəlməsi üçün iqtisadi əsaslar yoxdur. Əvvəla, sahibkarların mövcud taxıl ehtiyatlarının əhəmiyyətli hissəsi buğdanın qiymətinin münasib olduğu dövrdə formalaşıb. İkincisi, qlobal bazardakı dəyişikliklərin yerli bazara real təsirləri qısa müddətdə müşahidə olunmur. Üçüncüsü, Azərbaycanda taxıl biçini mövsümünün sonudur və yerli ehtiyatlar da artıb. Deməli, hazırda çörəyin qiymətinin artırılması üçün hər hansı real əsas yoxdur”. Burada onu da qeyd edək ki, son aylar Azərbaycanda un və çörəyin qiyməti düşüb. Amma unla çörəyin qiymətlərində ucuzlaşma bir-birinə uyğun gəlmir. Məsələn, ötən il 38 manata olan 50 kq un kisəsi indi 29 manat 50 qəpiyə düşüb. Çörəkdə isə cəmi 5 qəpik ucuzlaşma var. 65 qəpiyə olan çörək son günlər 60 qəpiyə satılır. Deməli, çörəyin bahalşaması üçün hələ də heç bir əsas yoxdur. Bundan başqa, “Taxıl sazişi” ilə bağlı yaranan problemin Azərbaycanla heç bir əlaqəsi yoxdur. Ölkəmiz taxılla bağlı daxili tələbatını Qara dəniz vasitəsilə deyil, daha çox Qazaxıstan və Rusiya vasitəsilə əldə edir. Qazaxıstandan taxıl Xəzər dənizi üzərindən, Rusiyadan isə dəmir yolu vasitəsilə Sevastopol vilayətindən gəlir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ