Cümə günü, 09 oktyabr 2026
     

Şərqi Avropanın enerji təminatında Azərbaycan həlledici söz sahibinə çevrilir...

Image


Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın getdikcə daha böyük rol oynaması Qərb dünyasında indi daha çox qabardılmaqda, bu fonda ölkəmizlə əməkdaşlığın miqyası daha da genişlənməkdədir.

Məsələnin daha bir mühüm tərəfi odur ki, Azərbaycan Avropaya enerji nəqlini növlərinə görə də uğurla şaxələndirir. Belə ki, Azərbaycan artıq 2000-ci illərdən Avropaya neft, 2020-ci illərdən sonra isə qaz ixrac edir. Yaxın tezlikdə bu sıraya “yaşıl enerji” də daxil ediləcək.

Daha bir önəmli məqam odur ki, bütün bunlar Avropanın enerji təhlükəsizliyi ilə bağlı məsələlərin kəskin olduğu vaxtda baş verir. Elə elektrik enerjisinə də Avropada tələb sürətlə artır. Məhz bu fonda Azərbaycanın “yaşıl enerjisi” Avropa üçün daha böyük önəm kəsb edəcək. Xatırladaq ki, Azərbaycan yaxın illərdə Qara dənizin dibi ilə Gürcüstan üzərindən keçməklə Rumıniya və Macarıstana 3-4 qiqavat elektrik enerjisinin ixracını planlaşdırır ki, bu da ölkəyə Avropanın enerji təhlükəsizliyində rolunu yalnız neft və qaz ixracatçısı kimi yox, həm də elektrik ixracatçısı kimi formalaşdırmağa imkan verəcək. Bu istiqamətdə Azərbaycan həm istehsalçı, həm ixracatçı ölkə rolundadır. Paralel olaraq, Azərbaycan Avropanın və qonşu ölkələrin enerji layihələrində etibarlı tərəfdaş kimi tanınır. Beləliklə, Azərbaycan Avropa üçün isə çox vacib tərəfdaş rolunu oynayır. Ölkəmiz bu baxımdan həm etibarlı ixracatçı, həm də gələcəkdə tranzit roluna iddia edir. Bu səbəbdəndir ki, enerji, xüsusən də təbii qazla bağlı Azərbaycanla əməkdaşlığa Avropda indi xüsusi önəm verilir. Elə prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında diqqətə çatdırıb ki, daha çox sayda Avropa ölkəsinin Azərbaycanın imkanlarından yararlana bilməsi üçün infrastruktur məsələsi də Avropa məkanında öz həllini tapmalıdır: “Əlbəttə, görüləcək işlər çoxdur, TANAP genişlənməlidir, TAP genişlənməlidir. Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Çünki biz burada böyük sərmayə qoymalıyıq. Ona görə biz əmin olmalıyıq ki, hasil etdiyimiz əlavə qazın, planlaşdırmadığımız həcmlərin, - biz ancaq artan tələbatı nəzərə alaraq bunu hasil edirik, - real alıcısı olacaqdır. Ona görə də biz bu komanda işini davam etdirməliyik”. Ekspertlər bu halda qeyd edir ki, Azərbaycan neft-qaz ehtiyatlarına görə dünyada ilk onluğa düşməsə də, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib zamanda vacib səviyyədə tutduğu mövqeyə görə nəinki ilk onluğa, hətta ilk beşliyə düşən ölkələrdən biridir. Məsələn, enerji məsələləri üzrə ekspert Eldəniz Əmirov “report” portalına bildirir ki, xüsusilə də Şərqi Avropa ölkələri üçün Azərbaycan lazımi vaxtda lazımi dəstəyi göstərib: “Azərbaycan neft ehtiyatlarına görə dünyada 20-ci yerdədir və qaz ehtiyatlarına görə də ABŞ, İran, Rusiya, Qətər kimi ölkələrlə müqayisədə çox öndə hesab edilə bilməz. Nəzərə alsaq ki, Avropanın 500 milyard kubmetr qaza ehtiyacı var və Azərbaycan Aİ ölkələrinə qaz ixracını 20 milyard kubmetrə çatdıracaq, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol 4-5 % həcmində qiymətləndirilir. Amma biz Avropanın çox vacib nöqtələrini qazla təmin edirik. Məsələn, Qərbi Avropa ölkələri okean üzərindən ABŞ-ın mayeləşdirilmiş təbii qazı və Norveç qazı ilə təchiz olunur. Şərqi Avropa ölkələri isə məhz Azərbaycan qazına daha çox ehtiyac duyur. Cənub Qaz Dəhlizi bu təchizatı həyata keçirməyə imkan verir. Bu dəhlizin sonuncu seqmenti olan TAP isə Yunanıstan və Türkiyə sərhədindən başladığına görə, Yunanıstanın şimal qonşuları Rumıniya, Macarıstan, Slovakiya daxili qaz şəbəkələri vasitəsilə Azərbaycan qazını nəql edə bilir. Bu şəbəkələri paralel olaraq yeniləmək və genişləndirmək imkanları da reallaşdırılır ki, Azərbaycan qazı interkonnektorlar vasitəsilə həmin ölkələrə nəql olunsun”.

Ekspert vurğulayıb ki, Azərbaycan həm də alternativ enerji strategiyasını tətbiq etməyə başlayıb: “Bununla bağlı Gürcüstan, Rumıniya və Macarıstanla Buxarestdə "yaşıl enerji" sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalandı. Nəticədə Azərbaycanda alternativ enerji mənbələri hesabına istehsal olunacaq elektrik enerjisi Qara dənizin dibi ilə Avropaya ixrac olunacaq. Azərbaycanın bu layihəni gerçəkləşdirmək potensialı var. Bura 27 geqavatlıq günəş, 157 geqavatlıq külək, işğaldan azad edilən ərazilərdə 210 geqavatlıq alternativ enerji potensialı aiddir. Sözügedən potensial mövcud texnoloji vasitələrlə dəstəklənir. Gələcəkdə bu potensialın daha yuxarı olacağı şübhəsizdir”. O əlavə edib ki, Azərbaycanda potensial var, istək var, iradə var, etibarlılıq var, tərəfdaşlıq var, bir sözlə, hər şey var: “Buna görə də, neft və qaz strategiyamız kimi alternativ enerji strategiyamızın da uğur qazanacağına şübhə etmirəm”. “Yaşıl enerji” ilə bağlı xarici şirkətlərin də Azərbaycana maraq göstərdiyi müşahidə olunur. İlkin hesablamalara əsasən, müvafiq stansiyalar qurulduqdan sonra Azərbaycanda 350 milyon kubmetr miqdarda təbii qazın sərfiyyatına qənaət etmək mümkün olacaq. Həmçinin 600 min ton karbon emissiyası azala bilər. Həmçinin tranzit baxımından daölkəmizn rolu artır. Ötən il Ukraynada baş verən hadisələrdən sonra Mərkəzi Asiya ölkələrinin çoxu Azərbaycan üzərindən dünya bazarlarına çıxır. Qazaxıstan neftinin müəyyən bir hissəsi, Türkmənistanın neft və neft məhsullarının böyük hissəsi, neft-kimya məhsulları, karbomid, müxtəlif markalı politilen məhsulları, Özbəkistanın texniki kükürdü, karbomidi Azərbaycan üzərində dünya bazarlarına tədarük edilir. Bu isə o deməkdir ki, Azərbaycan yeni enerji-nəqliyyat dəhlizi rolunu qarşıdakı illərdə daha da artırır.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ