Cümə günü, 09 oktyabr 2026
     

Qazax neftinin Rusiya üzərindən nəqli qadağan edildi – gözlər Azərbaycana dikildi…

Image


Qazaxıstanın dəmir yolları mayın 8-dən neft məhsullarının Rusiyanın Qara dənizdəki Taman limanına daşınmasını qadağan edəcək. Bu barədə məlumatı Qazaxıstanın dövlət dəmir yolları əməliyyatçısına istinadla “Reuters” agentliyi verib. Qadağanın səbəbləri və müddəti açıqlanmayıb. Sənəd nəqliyyat şirkətlərinə ünvanlanıb.

Qeyd edək ki, mayın 3-dən neftin Taman limanına daşınmasını Rusiya Dəmir Yolları şirkəti də dayandırıb. Bu qərar Taman limanında neft məhsulları çənlərindən birində yanğın baş verəndən sonra qəbul edilib. Yanğının 1200 kvadratmetr sahəni əhatə etdiyi bildirilir. Xatırladaq ki, mayın 3-də Rusiyanın Krasnodar diyarının Volna qəsəbəsindəki neft çənində yanğın baş verib. Regionun qubernatoru Veniamin Kondratyev qeyd edib ki, yanğına dronun düşməsi səbəb olub. Volna qəsəbəsinin yaxınlığında Taman limanı və Tamanneftqaz şirkətinin neft anbarları yerləşir. Neft məhsullarının daşınma üçün yüklənməsi buradakı kompleksdə həyata keçirilir. “Reuters” bildirir ki, Taman limanındakı terminal ildə 20 milyon ton xam neft, neft məhsulları və maye qaz buraxmaq gücünə malikdir. Ötən il Qazaxıstan Taman limanı vasitəsilə 1 milyon ton mazut və 230 ton maye qaz ixrac edib. Üç treyder agentliyə bildirib ki, terminal neft məhsulları və maye qazın buraxılışını davam etdirir. Buna baxmayaraq, terminalda çox sayda qatarların yığıldığı deyilir. Belə bir vaxtda digər məlumata əsasən, mayın 4-ə keçən gecə Rusiyanın Rostov vilayətindəki Novoşaxtinsk neft məhsulları zavodunun ərazisində dron partlayıb. Regionun qubernatoru Vasili Qolubevin  sözlərinə görə, dron tikilməkdə olan sexlərarası estakadaya çırpılıb. O qeyd edib ki, bunun nəticəsində yaranmış yanğın söndürülüb, ölən və yaralanan olmayıb. Novoşaxtinsk zavodu artıq bundan əvvəl, 2022-ci ilin iyununda dron zərbələrinə məruz qalıb. O vaxt da zavodun ərazisində yanğın baş vermişdi. Beləliklə, bütün bunlar göstərir ki, Rusiya ərazisi ilə neft daşınması artıq təhlükəli hala gəlir. Bu halda hasilatçılar və daşıyıcılar başqa marşrutlara üstünlük verir. Çünki davam edən Rusiya-Ukrayna müharibəsi fonunda şimal qonşumuzun neft məntəqələrinə müxtəlif formada hücumların daha da artması gözlənilir. Bütün bunlar neftini əsasən Rusiya ilə daşıyan Qazaxıstanda da nəzərə alınır. Elə bu fonda Qazaxıstanın neft nəqlində Azərbaycanın tranzit imkanlarından istifadəyə indi daha çox diqqət etməsi təsadüfi deyil. Bu məsələyə prezident İlham Əliyevin Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı da toxunub: “Mənim ötən ay Qazaxıstana rəsmi səfərim zamanı biz enerji sahəsində də əməkdaşlıq perspektivlərini müzakirə etdik. Bu məsələni müzakirə etmək üçün Qazaxıstandan Azərbaycana və əks istiqamətdə bir neçə nümayəndə heyəti səfərdə olmuşdur. Azərbaycanın boru kəməri infrastrukturu vasitəsilə Qazaxıstandan neftin nəqlinə başlanılması barədə razılıq əldə olundu. Beləliklə, proses sadəcə bu yaxınlarda başlayıb və 1,5 milyon ton neftin təchizi və onun Bakı-Tiflis-Ceyhan boru kəməri ilə Aralıq dənizinin sahilinə nəqli üçün müqavilə imzalanmışdır. Qazaxıstan neftinin Azərbaycandan nəql edilərək həcmini artırmaq üçün planlar da var və danışıqlar indi davam edir. Bizim boru kəməri infrastrukturu buna imkan verir… Yaxud Bakıdan Gürcüstanın Supsa dəniz limanına gedən boru kəmərimiz boş olarsa, biz bu boru kəmərindən istifadə edə bilərik, çünki Qara dənizdə böyük bazar var. Mən bəzi Qara dəniz ölkələrində Qazaxıstanın neft emalı müəssisələrinə malik olduğunu bilirəm. Beləliklə, biz həmişə Xəzərin o tayında olan qonşularımızın öz ixracı üçün Azərbaycanın infrastrukturundan istifadə etməsi ilə bağlı planlarını dəstəkləmişik. Yeri gəlmişkən, uzun illər ərzində Türkmənistan nefti Azərbaycan ərazisindən Bakı-Tiflis-Ceyhan neft boru kəməri ilə nəql olunur”.

Hazırda Azərbaycan üzərindən Qazaxıstan neftinin dünya bazarlarına çıxarılması ən sərfəli marşrutlardan biri hesab edilir. Qazaxıstanın isə alternativ marşruta ehtiyacı yüksəkdir. Məsələ bundadır ki, sözügedən ölkə neft hasilatını artırır.  Qazaxıstandakı “Talap” Tətbiqi Araşdırmalar Mərkəzinin direktoru Rahim Oşakbayev bu fonda qeyd edir ki, Qazaxıstan Azərbaycanın həyata keçirdiyi logistika, tranzit və enerji layihələrində iştirakda maraqlıdır. Ekspertin sözlərinə görə, Qazaxıstan dənizə birbaşa çıxışı olmayan ölkədir: “Hazırda baş verən geosiyasi dəyişiklikləri nəzərə alsaq, Qazaxıstanın ixrac marşrutlarının şaxələndirilməsinə təcili ehtiyac olduğunu söyləyə bilərik”. R.Oşakbayev xatırladıb ki, prezident İlham Əliyevin Qazaxıstana son səfəri zamanı Azərbaycanın Qazaxıstanın neft ixracını şaxələndirmək cəhdlərini dəstəkləyəcəyi barədə razılıq əldə olunub: “Qazaxıstan Bakı-Tiflis-Ceyhan kəməri ilə 1,5 milyon ton neft tədarük etməyi planlaşdırır”. Qazaxıstan perspektivdə Bakı-Tiflis-Ceyhanla ildə 20 milyon ton neft nəql etmək niyyətindədir. Bundan əlavə, Azərbaycan Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə 5 milyon ton Qazaxıstan neftinin nəqlini təklif edib. Qeyd edək ki, Bakı-Supsa boru kəməri Xəzər neftinin Səngəçal terminalından Gürcüstanın Qara dəniz sahilində yerləşən Supsa limanına nəqli üçün nəzərdə tutulmuş boru kəməridir. Qazaxıstan baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarinin  sözlərinə görə, Azərbaycan tərəfinin təkliflərindən biri də Bakı-Supsa neft boru kəməridir: “Hazırda biz neft kəmərinin texniki xüsusiyyətlərini hesablayırıq. Böyük həcm də dəmir yolu ilə Batumi və Poti limanlarına daşınır. Hazırda araşdırdığımız ən mühüm məsələ Qazaxıstan və Azərbaycan tərəfdən nəqletmədə yaranan nöqsanların aradan qaldırılması üçün yol xəritəsidir”.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ