Cümə günü, 09 oktyabr 2026
     

Türkiyə Avrasiyada əsas enerji mərkəzinə çevrilir

Image


Qardaş Türkiyənin bu gün Avrasiyada əhəmiyyətini artıran daha bir vacib faktor onun enerji mərkəzinə çevrilməsidir. Ümumiyyətlə, proseslərin gedişi göstərir ki, Türkiyə enerji qiymətlərinin müəyyən edilməsi, nəqli sahəsində getdikcə həlledici rol oynamaqdadır.

Bu arada xatırladaq ki, Türkiyə parlamenti qaz ticarəti üzrə beynəlxalq mərkəzin fəaliyyəti üçün qanunvericilikdə lazım olan düzəlişlərə başlayıb. Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez məsələ ilə bağlı bildirib: “Qaz habı kontekstində ilk qanunverici qərarlar parlamentdən keçib. Beləliklə Türkiyənin neft-qaz şikəti BOTAŞ və digər kompaniyalar daha sürətlə və asan işləyə biləcək. Qaz ticarəti mərkəzinin fəaliyyətə başlaması ilə qiymətlər ucuzlaşacaq ki, bu da Avropa üçün vacibdir. Türkiyə qazın qiymətini müəyyən edən bazarlardan birinə çevriləcək”. O, həmçinin Ankaranın Avropaya qaz nəqli və satışı üçün digər ölkələrlə də əməkdaşlıq variantlarını nəzərdən keçirdiyini, o cümlədən birgə müəssisə yaradılmasına dair Azərbaycanla razılaşmanın olduğunu qeyd edib. Fatih Dönmezin xatırladıb ki, Türkiyə ildə 100 milyard kubmetr qaz ala bilər, bunun 60 milyard kubmetri daxildə istehlak olunacaq, 40 faizi isə qonşu ölkələrə satılacaq. Nazirin sözlərinə görə, əvvəlki qanunvericilik təbii qazın ixracı imkanları baxımından çoxsaylı məhdudiyyətləri nəzərdə tuturdu. Bir müddət öncə Türkiyə parlamenti ölkə ərazisində energetik habın qurulması üzrə layihənin reallaşması çərçivəsində BOTAŞ kompaniyasının strukturunda dəyişikliklə bağlı qanun layihəsini qəbul edib. Bundan sonra qaz idxalı ilə həm BOTAŞ, həm də özəl sektorda fəaliyyət göstərən hüquqi şəxslər məşğul ola biləcək. Bu fonda Türkiyənin təbii qazın idxal və ixracında haba çevrilməsi daha dinamik xarakter alacaq. Nəticədə ilk mərhələdə Türkiyə qaz habı vasitəsilə ildə 40 milyard kubmetr “mavi yanacaq” sata biləcək. Fatih Dönməzin  sözlərinə görə, Türkiyəyə mayeləşdirilmiş təbii qaz tədarükçüləri - Rusiya, İran və Azərbaycan dəstək verib: “Eyni zamanda, Türkiyə artıq qazın Avropa ölkələrinə satışı ilə bağlı danışıqlar aparır”. Onu da qeyd edək ki, ötən ilin oktyabr ayının 12-14-də Moskvada keçirilən “Rusiya Enerji Həftəsi: 2022” Beynəlxalq Forumunda Rusiya prezidenti Vladimir Putin Türkiyədə Avropada qazın qiymətinin müəyyənləşdirilməsi üçün müvafiq mərkəzlərə alternativ ola biləcək yeni qaz qovşağının yaradılması təşəbbüsü ilə çıxış edib. O, bu məqsədlə Türkiyəyə əlavə qaz kəmərləri çəkməyin lazım gəldiyini və artıq hər iki ölkənin birinci şəxslərinin bu ideyanı dəstəklədiklərini bildirib: “Türkiyədə qaz qovşağı kifayət qədər tez həyata keçirilə bilən real layihədir. Qaz alıcıları həmişə olur, bu, dünyada çox tələb olunan məhsuldur. Qaz ən ekoloji cəhətdən təmiz karbohidrogendir, “yaşıl enerji”yə keçid üçün ideal ilkin enerji mənbəyidir. Mən bilirəm ki, istehlakçılar çoxdur və Rusiya qazını almaq istəyənlər də çoxdur. Türkiyənin Avropaya mümkün tədarük qovşağı kimi seçilməsinə gəlincə, mənə elə gəlir ki, bunu niyə təklif etdiyimiz aydındır. Çünki avropalı tərəfdaşlarla birbaşa işləmək çox çətindir”. Məsələ ilə bağlı “Qazprom” ASC-nin Direktorlar Şurasının sədri Viktor Zubkov da Bakıda keçirilən Avrasiya İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Türkiyədəki qaz habının hamıya, o cümlədən Azərbaycana da sərfəli olduğunu diqqətə çatdırıb. Viktor Zubkov, eyni zamanda, bu layihənin sadəcə böyük əhəmiyyətini dərk etməyin və bu məsələ ilə ciddi məşğul olmağın vaxtı çatdığını xatırladaraq, Türkiyənin də bu istiqamətdə həyata keçiriləcək tədbirlərə müsbət münasibətini vurğulayıb. Burada qeyd edək ki, statistik məlumatlara görə, 2022-ci ilin əvvəlinədək Rusiya Avropa İttifaqı məkanına ildə 150-190 milyard kubmetr qaz ixrac etməklə qoca qitənin təbii qaza olan tələbatının 40%-ə qədərini qarşılayırdı. Amma Ukraynadakı vəziyyət hər şeyi dəyişib.

Hadisələrin gedişi göstərir ki, Avropa İttifaqının Rusiyadan birbaşa təbii qaz almaqdan imtinası fonunda Türkiyə üçün yeni fürsətlər yaranıb. Belə ki, yaranmış “enerji müharibəsi” vəziyyətindən həm istehlakçı Avropa, həm də istehsalçı Rusiya ziyan çəkir. Bu məsələnin çözümü Türkiyə vasitəsilə mümkün ola bilər.  Hazırda Türkiyədə enerji qovşağının yaradılması ilə bağlı görülən işlər sayəsində qardaş ölkə təbii qazın paylanması mərkəzinə çevriləcək. Türkiyə ərazisindən yeddi ixrac qaz kəmərinin keçdiyini, ölkədə iki mayeləşdirilmiş təbii qaz terminalı, iki üzən mayeləşdirilmiş təbii qaz saxlama və qazlaşdırma qurğusu və iki yeraltı qaz anbarı olduğunu nəzərə alsaq, qardaş ölkə bunun üçün hazırdır.  İndi hesab edilir ki, qarşıdakə dövrdə Türkmənistan qazı da  Azərbaycan üzərindən Türkiyəyə çatdırılacaq. Bunun üçün mühüm təşəbbüslər də irəli sürülüb. “Türkmənqaz” Dövlət Konserninin rəhbəri Batır Amanov bəyan edib ki, Türkmənistan Avropaya qaz nəql etmək istəyir. Qeyd edək ki, bütün Xəzəryanı ölkələr tərəfindən qəbul edilmiş Xəzərin statusu haqqında Konvensiyaya əsasən, sahilyanı ölkələr arasında boru kəmərinin çəkilişi onların özlərilə razılaşdırılır. Boru kəməri yüksək ekoloji standartlara cavab verməlidir. Türkmənistanda təkcə kəşf edilmiş təbii qaz ehtiyatları 16 trilyon kubmetrdir. Bu da kifayət qədər böyük potensialdır. Bu potensialın Türkiyə üzərindən Avropaya çatdırılmasında Azərbaycan əsas rollardan birini oynayacaq. Rusiya Enerji və Maliyyə İnstitutunun İqtisadiyyat şöbəsinin müdir müavini Sergey Kondratyev Türkiyənin yeganə təbii qaz mərkəzi olacağını  bildirib: “Ya Türkiyə Rusiya qazının Avropa sərhədinə qədər tranzit ölkəsi olacaq, ya da Rusiya qazı Türkiyəyə məxsus olacaq və yenidən satılacaq. Birinci imkan reallaşarsa, Ankara tranzit ödənişlərindən ciddi gəlir əldə edə biləcək”. Ucuz qazın Türkiyə iqtisadiyyatına ciddi töhfə verəcəyini deyən Kondratyev Türkiyənin qaz qiymətlərinin müəyyənləşməsində təsirinin ola biləcəyini də vurğulayıb. Bütün bunlar qarşıdakı dövr ərzində həm Türkiyənin iqtisadi inkişafını sürətləndirəcək, həm də onun Avrasiya enerji məkanında rolunu yüksəldəcək.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ