çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Nərimanovun heykəlinə üç fərqli baxış - hər şeyi kəsib ataqmı?

Image


Naxçıvan şəhərində yerləşən "Böyük bağ" ərazisində olan Nəriman Nərimanovun heykəlinin sökülməsi ilə bağlı məlumat yayılıb. Heykəlin yerində isə ağaclar əkilib.

Qeyd edək ki, Nəriman Nərimanovun heykəlinin sökülməsi ilə bağlı ictimaiyyət arasında müxtəlif fikirlər səslənir. Bir qisim heykəlin sökülməsinin tərəfdarıdır, bəziləri isə buna qarşı çıxır.

  • Rauf Qurbanov: “Azərbaycanda sosializm cəmiyyətinin qurulmasında zəhməti olan insanların abidələrənin sökülməsi, sədəcə olaraq, Azərbaycan dövlətçilik tarixindən 70 ildən artıq bir dövrün kəsilib atılması deməkdir”

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Nəriman Nərimanovun heykəlinin sökülməsi Azərbaycanın müstəqil dövlət olaraq formalaşmasında rolu olan tarixi şəxsiyyətlərə qarşı yönəlmiş bir aksiyadır: “Hər bir xalq öz keçmişinə hörmətlə yanaşmalı, tarixi hadisələri və şəxsiyyətləri düzgün dəyərləndirməli və gələcək nəsillərə çatdırmalıdır.  Sovetlər dönəmində Azərbaycanda sosializm cəmiyyətinin qurulmasında zəhməti olan insanların abidələrənin sökülməsi, sədəcə olaraq Azərbaycan dövlətçilik  tarixindən 70 ildən artıq bir dövrün kəsilib atılması deməkdir. Əgər biz sosializm quruluşu  və kommunist partiyası ilə bağlı  insanların hamısının abidələrini sökəsi olsaq, respublikanı başdan-ayağa mənəvi xarabazarlığa çevirmiş olarıq. Və bununla yanaşı,  məntiqə uyğun olaraq, onda gərək biz sovet dövründən miras qalmış bütün istehsal sahələrinin, inzibati və yaşayış binalarının,  o cümlədən  həmin  dövrdə salınmış  şəhər və rayonların da  sökülməsinə rəvanc verək. Bu isə xalqımızın mənafeyinə xidmət etməz”.

R.Qurbanov hesab edir ki, tarixə və tarixi şəxsiyyətlərə hörmətlə yanaşılmalı, vaxtilə buraxılmış səhvlərdən nəticə çıxarıb, onların  təkrar olunmasına bir  daha yol verilməməlidir: “Biz bu gün elə addım atmalıyıq ki, gələcək bizi topa tutmasın!”.

  • Boran Əzizli: “Naxçıvandan Nəriman Nərimanovun heykəlinin götürülməsi tam doğru addımdır”

Tarix üzrə fəlsəfə doktoru, dosent Boran Əzizli qəzetimizə açıqlamasında qeyd etdi ki, Naxçıvanda Nəriman Nərimanovun heykəlinin sökülməsini müsbət qarşılayır: “Məlumdur ki, bu gün Azərbaycan Cumhuriyyəti müstəqil dövlətdir. Konstitusiyada da qeyd edilir ki, müstəqil dövlət cumhuriyyətin varisidir. Vaxilə Cumhuriyyətin əleyhinə çalışan, cumhuriyyətin devrilib rus qoşunlarının Azərbaycana gəlməsinə şərait yaradan adama necə müsbət yaraşmaq olar? Kimsə buna cəsarət edər? Əlbəttə eləməz. Məsələ  təkcə 1920-ci ildə işğdalda Nəriman Nərimanovun fəaliyyəti ilə bağlı deyil. Başa düşürük ki, bu şəxs olsa da, olmasa da Azərbaycan Rusiya tərəfindən işğal olunacaqdı. Ancaq onu da nəzərə almaq lazımdır ki, Cumhuriyyət hakimiyyəti ermənilərə qarşı ölüm-dirim savaşı aparanda, o əleyhdarlarla birlikdə bu hökuməti devirməyə çalışırdı. Həmçinin, 1917-ci ildə Rusiyanın gələcəyi ilə bağlı məsələlər müzakirə olunanda Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları Rusiyanın federativ respublika olmasını və 5 kütlənin yaşadığı əraziyə, o cümlədən də Azərbaycana ərazi müxtariyyətinin verilməsini irəli sürürdülər. Ancaq Nəriman Nərimanov bunun əleyhinə çıxırdı. O, vahid və bölünməz Rusiya uğrunda çıxış edirdi. Bildirirdi ki, milli deyil, sinfi haqq əsas götürülməlidir. O deyirdi: “Azərbaycanın əbədi xoşbəxtliyi Rusiya ilə bağlıdır”. Bu səbəbdən də inanıram ki, gec-tez Bakıdan da Nərimanovun heykəli götürüləcək. Buna zərrə qədər də mənim şühbəm yoxdur. Azərbaycanın müstəqilliyi möhkəmləndikcə bu həyata keçəcək. O şəxsin heykəlinin qalması bugünkü müstəqil Azərbaycanın əleyhinə xarici ölkələrdə fəaliyyət göstərən adamların şirnikləndirilməsi deməkdir.  Bu səbəbdən də Naxçıvanda Nəriman Nərimanovun heykəlinin götürülməsi tam doğru addımdır”.

  • Firdovsiyyə Əhmədova: “1920-ci ilin yazındakı vəziyyətdən gərgin olan indiki situasiyada daxili qüvvələrimizi lüzumsuz qütbləşdirməkdən yalnız zərər görərik”

Tarixçi alim, sözügedən dövrün araşdırıcısı Firdovsiyyə Əhmədova bildirdi ki, yazıçı, həkim, maarifçi, ictimai xadim kimi qəbul olunan, siyasət və dövlət xadimi kimi birmənalı qiymətləndirilməyən Nəriman Nərimanov əqidəsinin gerçəkləşməsinə gedən yolu sosializmdə tapmışdı: “Amalı insanın insanı istismar etməyəcəyi, köləliyin olmayacağı bir cəmiyyətdə xalqının xoşbəxtliyini görmək idi .Millətini tərəqqi etmiş millətlər cərgəsində görmək idi. Şərqin müstəmləkə boyunduruğundan azad olmasına nail olmaq idi. Azərbaycanın nümunəsində  Şərq üçün ideal respublika modeli yaratmaq idi... Bütün ictimai-siyasi fəaliyyətini amalına xidmətə həsr etmiş Nərimanov həm sağlığında, həm də vəfatından sonra dəfələrlə yasaqlandı, yamanlandı. Həm sovet dövründə, həm müstəqillik zamanı. Sovet dövründə hakim bolşevik elitası onu millətçi, türkçü, burjua millətçisi, müsavatçı adlandıraraq təqib etdi. Əvvəlcə siyasi təcridi başladı, sonra da fiziki həyatı hələ də müəmmalı sayılan tərzdə sona yetdi. Özündən sonra adı belə yasaq edildi, siyasi bəraətdən sonra 100 illiyini qeyd edib, abidə ucaltmaq istəyəndə erməni millətçi-kommunistləri haray qaldırıb qarşısını almağa səfərbər olundular. Niyə ermənilər Nərimanovu düşmən bilirdilər? Nərimanov yeganə müsəlman-türk kommunist idi ki, 1918-ci ildən rəsmi çıxışlarında, yazılarında erməni kommunistlərini riyakarlıqda ittiham edir, kommunist cildinə girmiş daşnaklar adlandırırdı. Onlara vəzifə verilməsinin əleyhinə idi.  Onun iradəsi ilə Mikoyan da daxil olmaqla vəzifədə olan 30 erməni kommunisti sovet hakimiyyətinin ilk illərində Azərbaycandan kənarlaşdırıldı. Ermənilərin iddia etdikləri ərazilərin əzəli Azərbaycan torpaqları olduğunu davamlı şəkildə Mərkəz qarşısında müdafiə etdi. Təkbaşına mübarizədə Zəngəzurun dağlıq hissəsinin erməni dövlətinə verilməsinin qarşısını ala bilmədi, amma Qarabağın dağlıq hissəsinin erməni dövlətinə keçməsinə imkan vermədi, təzyiq qarşısında Azərbaycan tərkibində muxtariyyət verilməsinə razılıq bildirsə də, özünün Azərbaycanda olduğu müddətdə buna imkan vermədi. Azərbaycan respublikasının quberniya kimi Rusiya SFSR-in tərkibinə qatılması niyyətini neytrallaşdırdı. Bakının Azərbaycandan ayrılıb Rusiyaya verilməsinin qarşısını aldı. Azərbaycan türkcəsinə dekretlə dövlət dili statusu verdi. Ana dili-Türk dilinin dövlət dili statusunun qorunması üçün mübarizə apardı. Türkiyə milli-azadlıq savaşına hərtərəfli dəstək verdi. Rusiyanın türk-müsəlman xalqlarının tərəqqisi yolunda hələ də həmin xalqlar tərəfindən minnətdarlıqla anılan xidmətlər göstərdi. Milli mətbuatın, milli ədəbiyyatın, milli teatrın, təhsilin tərəqqisinə önəmli töhfələr verdi. Azərbaycanın maarifçilik tarixində əvəzsiz xidmət göstərdi. Bütün ictimai-siyasi fəaliyyətini insanlığa xidmət meyarı ilə yönəltdiyi halda, arzuladığı cəmiyyətin mövcud bolşevik modeli ilə ziddiyyətini görüb məqbul bilmədiyi üçün mənəvi iztirabları ilə ömrünü başa vurdu. Xalq yolunda sadalandığından da artıq xidmətlərindən sonra niyə düşmənlərimizin millətçi  deyə nifrət etdikləri Nərimanovu özünü milli hesab edənlərimiz qəbul etmək istəmir? Əsilzadə zümrəsinə mənsub olsa da maddi cəhətdən sıxıntılı həyat sürmüş Nərimanov bütün qayəsi ilə Xalq adamı idi. Onu bolşeviklərin proqramı öz cazibəsinə salmışdısa, Nərimanovu da hakimiyyətə onun Xalq arasında nüfuzuna görə gətirmişdilər. İllərlə qazandığı nüfuzunu, başda Stalin olmaqla, bolşevik elitası öz maraqları yönündə sərf etməyə səy göstərdi. Onlara müsəlmanların etibar etdiyi şəxs lazım idi. Bu nə Qarayev idi, nə Axundov, nə də başqaları. Bu amili Nərimanov da  anlamışdı və etiraf etmişdi. Artıq müsəlmanlar arasındakı nüfuzu onun mərkəzi bolşevik hakimiyyətinə qarşı mübarizədə əsas təzyiq silahı idi. Bu silahdan da axıra qədər istifadə etdi. Amma yalnız mərkəzlə deyil, Azərbaycanın quberniya kimi Rusiyanın tərkibinə daxil olmağına tərəfdar olan, formal müstəqilliyini belə itirməyə razı olan yerli türk-müsəlman kommunistlərlə də mübarizə aparmalı oldu. Bu təkbaşına mübarizəsində hər zaman istəyinə nail ola bilmirdi. O cümlədən, özünün etiraf etdiyi kimi, Zəngəzurun bir hissəsinin ermənilərə keçməsi ilə bağlı.

Bütün bunların baş verməsini Nərimanovun adı ilə bağlamaq isə dövrün reallığını nəzərə almamaqdır.  Nərimanov kommunist olmasaydı, Cümhuriyyət xadimi olsaydı, Rusiya yenidən Qafqazı zəbt etməyəcəkdimi? Mübarizə ağ və qırmızı Rusiya arasında getdiyi halda hər ikisi üçün Qafqaz itirilməyəcək ərazi, Xəzər hövzəsi, Bakı həyati vacib məkan idi. Qafqaz respublikalarını bolşevik təcavüzündən qurtara biləcək dəstəyi Avropa dövlətləri vermədi. 1920-ci ilin yazındakı regional və beynəlxalq geosiyasi durum Azərbaycan Cümhuriyyətinin süqutunu labüd etdi. Belə miqyaslı mənzərədə Nərimanovu prosesi önləyə biləcək amil kimi qiymətləndirmək qeyri ciddidir. Əksinə, onun qeyri-azərbaycanlı hakim bolşevik çoxluğu arasında mövcudluğunun nəticələrini diqqətə alıb vəziyyəti düzgün dəyərləndirmək olar. Əks təqdirdə 1920-ci ilin yazındakı vəziyyətdən gərgin olan indiki situasiyada daxili qüvvələrimizi lüzumsuz qütbləşdirməkdən yalnız zərər görərik”.

Sonda qeyd edək ki, Naxçıvan Şəhər İcra Hakimiyyətindən heykəlin sökülməsi ilə bağlı yayılan məlumat təkzib olunub. Qeyd olunub ki, son günlər bir sıra informasiya portallarında və sosial media hesablarında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən büstünün sökülməsi ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar yayılıb: “Aparılan təmir-tikinti işləri ilə bağlı Nəriman Nərimanovun Naxçıvan şəhərinin Nizami küçəsindəki Böyük bağ adlanan ərazidə yerləşən büstü müvəqqəti götürülmüşdür. Yaxın günlərdə işlər başa çatdıqdan sonra büst yenidən həmin əraziyə qoyulacaq. Hər kəs tarixini də, ədiblərini də, ictimai-siyasi və dövlət xadimlərini də yaxşı tanıyır".

Günel CƏLİLOVA




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ