Cümə günü, 02 oktyabr 2026
     

Son müharibə iştirakçıları inanılmaz şeylər danışır - 4 əməliyyatın cəmi 1-i sənədləşib...

Image


İyunun 28-də Müdafiə Nazirliyi qarşısına toplanan, Vətən müharibəsində iştirak edib, ancaq medallarla təltif edilməyən bir qrup şəxs müharibədən sonra müxtəlif problemlərlə üzləşdiklərini bildirib. Onlar arasında bəziləri qazi statusu və medal ala bilmədiklərini deyiblər.

Bundan əlavə, onlardan bir çoxu qeyd ediblər ki, iştirak etdikləri bir sıra döyüşlər sənədlərdə əks olunmayıb. Səsləndirilən fikirlərə görə, elə qazilər, zabitlər var ki, 3-4 əməliyyatda iştirak etdiyini deyir, amma 1-2-si sənədləşib. Əksəriyyəti də deyir ki, sənədləri düzgün tərtib edilmədiyi üçün əlillik dərəcəsi də ala bilmirlər.

Bu necə ola bilir ki, qazilər haqqında məlumatlar hazırlanarkən ciddi səhvlərə yol verilir? Bəzi qazilərin üzləşdikləri bu problemi kimlər və necə yaradır? Bəziləri deyirlər ki, rayon icra hakimiyyətləri məlumatları aidiyyəti qurumlara düzgün ötürməyiblər.

  • “Müdafiə Nazirliyi və onun strukturları bu işlə ciddi şəkildə məşğul olmalıdırlar”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, bu problem uzun müddətdir cəmiyyəti ciddi düşündürür. “Hələ Birinci Qarabağ müharibəsi dövründən də bu problem vardı. İndiyə qədər əlillik dərəcəsini, veteranlıq vəsiqəsini ala bilməyən Birinci Qarabağ müharibəsi qaziləri, müharibə iştirakçıları var. Mənə elə gəlir ki, bunun kökündə Müdafiə Nazirliyinin müvafiq strukturları  dayanırlar. Müdafiə Nazirliyi sənədləşməni vaxtında və dəqiq şəkildə həyata keçirməli, hərbi hissələr faktları dəqiq şəkildə təqdim etməlidirlər. Eyni zamanda, Müdafiə Nazirliyinin nəzarətində və təsir dairəsində olan hərbi hospitallar, poliklinikalar var, onlar bu işə səliqəli yanaşırlar. Bu problemin kökündə Müdafiə Nazirliyi və onun strukturları, o cümlədən də tibbi xidmət strukturları dayanırlar. Bu işin məsuliyyəti hərbi hissələrin rəhbərlərinin üzərinə düşür, çünki vaxtında sənədləşdirmə qüsursuz şəkildə hazırlanıb göndərilsəydi, bu cür problemlər ortaya çıxmazdı. Biz bu problemin içindəyik, bu barədə bizə çox müraciət edirlər. Tutaq ki, hərbi hissə ləğv olunub, yaxud başqa bir hərbi hissəyə birləşdirilib, onun arxivi bağlanıb, sənədləri də harasa göndərilib, o sənədləri isə hərbçi gedib tapa bilmir. Kimin bu işə nəzarət etdiyi, kimin arayış verməli olduğu məlum deyil. Məsəl üçün deyirəm. Bu sahədə kifayət qədər ciddi problem var. Bu məsələlərlə bağlı dövlət səviyyəsində ciddi tapşırıq verilməli, Müdafiə Nazirliyi və onun strukturları bu işlə ciddi şəkildə məşğul olmalıdırlar. Burada həm səhlənkarlıq elementləri, həm də təmənna məsələsi var. Bu işi çətinləşdirməklə və hərbçiləri özlərindən asılı vəziyyətə salmaqla müəyyən təmənna umurlar, neqativ hallara yol verirlər, burada çox böyük bir biabırçılıq var. Qazilər deyirlər ki, həkim komissiyasından keçmək üçün pul verməlidirlər, xəstəxanadan çıxanda tələb olunan arayışa da pul ödəməlidirlər, hərbi hissə rəhbərliyinə pul verməlidirlər. Yəni bu cür çirkin söz-söhbətlər var, biabırçılıqdır. VTEK deyilən bir qurum var. Bu qurumla bağlı bizim təşkilata müraciət edən qazilərin fikirlərini sizin qəzet vasitəsilə çatdırmaq istəyirəm. Bu məsələlər mətbautda da getsin. Qazilər deyirlər ki, VTEK açıq bazardır, əlilliyin müxtəlif dərəcələrini almaq üçün 5 mindən 8 minə qədər qiymət qoyulub. Hökumətin aidiyyəti strukturları niyə bu məsələni araşdırmır, niyə bu qurumla bağlı məsələləri nəzarətə götürmürlər? Bu, milli təhlükəsizlik məsələsidir. Hesab edirəm ki, qazilərimizin bu şikayətlərini Dövlət Təhlükəsizliyi Xidməti nəzarətə götürməlidir. Bu iş dövlətin təhlükəsizliyinə zərbə vurur. Ölkənin ərazi bütövlüyünün bərpası uğrunda canını əsirgəməyən, sağlamlığını qurban verən müharibə iştirakçısına əlillik dərəcəsi vermək üçün ondan pul almaq olar?  Bu biabırçılıq geniş yayılıb”.

A.Nağının sözlərinə görə, Müdafiə Nazirliyi qarşısına toplaşan qazilərin, Vətən müharibəsi iştirakçılarının probleminə biganə qalınmamalı və onların çətinlikləri aradan qaldırılmalıdır. Onun bildirdiyinə görə, bu gün əsas məsələ Vətən müharibəsi iştirakçılarının təltiflərdən, adlardan, imtiyazlardan kənarda qalan təmsilçilərinin öz haqlarını almasıdır. “Azərbaycanda gündə bir QHT yaranır, gündə bir qrant layihəsi udulur. Mən QHT-lərə müraciət etmişəm ki, gəlin, Vətən müharibəsində iştirak edən, lakin müharibədən sonra öz haqqını almayan şəxslərin problemləri ilə məşğul olaq, yığışıb VTEK-ə gedək, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üz tutaq, gedib o təşkilatlarda oturaq və qazilərimizə, müharibə iştirakçılarımıza elan edək ki, biz buradayıq, gəlin, biz onların problemlərini yerində həll edək. Çıxaq VTEK-in rəhbərliyinin qarşısına ki, bu adamın əlillik dərəcəsini niyə vermirsən? Amma QHT-lər də səsimizə səs vermir ki, bu işləri edək. Hesab edirik ki, dövlət səviyyəsində bu məsələyə nəzarət olunmalıdır. Qazilər deyirlər ki, “VTEK açıq bazardır, pulunu ver, əlilliyini al”. Bu biabırçılıqdır, bu, dövlətin təhlükəsizliyinə çox böyük təhdiddir. Ona görə də vəziyyət belədir. Bunu da nəzərə almalıyıq. Heç zaman istəməzdik ki, qazilər Müdafiə Nazirliyinin qarşısına toplaşıb haqlarını tələb etsinlər. Demək, buna məcbur olublar. Onların haqları ödənilməlidir ki, məcbur olub, gedib Müdafiə Nazirliyinin qarşısında aksiya keçirməsinlər. Onlar döyüşüblər, döyüş adamlarıdırlar, uzun müddət özlərinə sığışdırıb heç bir yerə getməyiblər, amma indi nazirliyə məcburiyyətdən gediblər. Ona görə də bu məsələlər dövlət səviyyəsində yoluna qoyulmalı, nizama salınmalıdır” - deyə A.Nağı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ