Cümə günü, 02 oktyabr 2026
     

Azərbaycanla təhdid dilində danışmaq erası bitdi

Image


Azərbaycan və Türkiyə arasında imzalanan Müttəfiqlik Müqaviləsi haqqında Bəyənnamə iki ölkə arasında hərbi əməkdaşlığı daha da inkişaf etdirəcək. Sənədə əsasən tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Milli Vəhdət Partiyasının sədri, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz bu və digər məsələlərlə bağlı suallarımızı cavablandırıb.

Müsahibəni təqdim edirik:

-Yunus bəy, məlum olduğu kimi Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyb Ərdoğanın Şuşaya səfəri zamanı iki ölkə arasında Müttəfiqlik Münasibətləri haqqında "Şuşa Bəyənnaməsi" imzalandı. Ümumilikdə bu Bəyənnaməni necə dəyərləndirirsiniz?

- Əslində elə bu səfərin özü çox möhtəşəm idi. Səfərin möhtəşəmliyi ondan ibarət idi ki, Ərdoğanın NATO-nun iclasından çıxaraq birbaşa səhər tezdən Azərbaycana gəlməsi və Şuşaya səfər etməsi təsadüfi deyildi. Onun NATO-nun iclasında iştirak etməsi,  ayrı-ayrı dövlət başçıları ilə ikitərəfli görüşlər keçirməsi deməyə əsas verir ki, artıq NATO-nun içində Ərdoğanı və Türkiyəni  lider kimi qəbul edirlər. Bundan sonra birbaşa Azərbaycana gəlməsi və Şuşaya səfər etməsi özlüyündə möhtəşəm bir hadisə idi. Əvvəllər Şuşaya gəlirdilər Şuşanı fəth etmək üçün. İstər rus ordusu, istər Qacar olsun, istər digərləri olsun, onların məqsədi Şuşanı fəth etmək idi. İndi isə Şuşaya bir qardaş gəldi. Səfərin möhtəşəmliyi bundan ibarət idi. Bu baxımdan Şuşada imzalanan Müttəfiqlik Münasibətləri haqqında Bəyənnamə mahiyyət baxımından çox mühümdür. Qars müqaviləsinin daha əzəmətli anlamında olan müqavilə hər iki tərəf üçün olduqca əhəmiyyətlidir. Qars müqaviləsi təkcə Naxçıvana  və Zəngəzura aid idisə, bu müqavilə ümumilikdə Azərbaycan üçün yeni bir baxış idi. Bu hüquqi baxımdan gələcəkdə həm hərbi bazanın yaradılması, həm də konfederativ dövlətin əsasını qoydu. Nəzərə almaq lazımdır ki, Bəyənnamədə siyasi, iqtisadi, sosial, nəqliyyat, hərbi, enerji kimi sahələrdə əməkdaşlıq nəzərdə tutulur.  Artıq elan olundu ki, hərbi sənaye inkişaf etdiriləcək, dronları Azərbaycanda istehsal ediləcək.  Müştərək müəsisə istehsal etdiyi dronları dünyaya satacaq. Düzdür, biz də dron istehsal edirdik, amma 44 günlük Vətən müharibəsi Azərbaycan və Türkiyənin hərbi sahədə əməkdaşlığının vacibliyini  gündəmə gətirdi. Vətən müharibəsi zamanı telekanallarda çıxışım zamanı dəfələrlə demişdim ki, yeni geosiyasi məsələlər ortalığa çıxır, bununla Türkiyə dünya siyasətinin oyunçusuna, Azərbaycan isə regionda söz sahibinə çevrilir. Artıq bu məsələlər faktiki olaraq baş verməkdədir. Bu gün, Levon Ter-Petrosyanın açıqlamasını nəzərdən keçirirdim (hesab edirəm ki, bəlkə də hazırda Ermənistanda yeganə ağıllı adam odur), deyir ki, biz hər şeyimizi itirmişik. Qarabağ da bizim üçün itib, artıq bu məsələ əhəmiyyət kəsb etmir. Ziyalılara müraciət edərək deyir ki, əgər bizim ağlımız olacaqsa, revanşist məsələlərdən əl çəkib, Türkiyə və Azərbaycanla normal qonşuluq əlaqələri yaratmaq lazımdır. Artıq beynəlxalq aləm Qarabağ məsələsini Azərbaycan tərəfində hesab edir. Erməni xalqı da bunu dərk etməlidir. Şuşa Bəyənnaməsinin ən əhəmiyyətli məqamlarından biri də ondan ibarətdir ki, artıq kimsə Azərbaycanı təhdid edə bilməyəcək.  Çünki, hüquqi baxımdan konfederativ dövlətin konturları Bəyənnamədə görünür.

- Bəyənnamədə əksini tapan müddəalar siyasi, iqtisadi və hərbi baxımdan Azərbaycana nə vəd edir?

- Şuşa Bəyənnaməsi ilk növbədə Azərbaycana çox sürətli inkişaf vəd edir. Təkcə işğaldan asad edilmiş ərazilərin bərpası məsələsi deyil, bütövlükdə Azərbaycanın inkişafına əlavə təkan verir. Həm Azərbaycanın hərbi sənayesi, həm də sosial, iqtisadi sahələrdə ölkəmizə inkişaf vəd edir. Bununla Azərbaycan regionda güclü dövlətə çevrilir, məsələ orasındadır ki, güclənməsən, söz sahibinə çevrilmirsən. Artıq dünya başa düşür ki, regionun söz sahibi Azərbaycandır. İndiyə qədər regionda İran və Rusiya kimi söz sahibi olan dövlətlər var idi, bu gün Türkiyə -Azərbaycan onları ötüb keçdi. Regionun söz sahibi bu iki dövlət  olacaq, zaman-zaman bu sahiblik daha da güclənəcək. Digər tərəfdən, cənab prezident  Zəngəzur məsələsini təsadüfən xatırlatmadı. Cənab Prezident deyirdi ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzurda o yol açılacaq. İstəsən lap yaxşı, gəlib qoşulacaqsan, istəməsən dünya səni məcbur edəcək. Artıq proseslər ona doğru gedir. Köcəryanın çıxışları, ay Hadrutu, Şuşanı alacaq, bu məsələlər getdi quyunun dibinə. Ona görə ki, artıq Zəngəzur yolu da açılacaq, Şuşada konsulluq da açılacaq. "Yeddilər"in  görüşündə artıq alternativ "İpək yolu" məsələsi ortalığa çıxdı, bu  yol da Zəngəzurdan keçir, artıq  Çinlə müharibəyə hazırlaşırlar. Hələ bir müddətdən sonra Şuşa Bəyənnaməsinin təsiri Orta Asiyada da özünü büruzə verəcək. Orta Asiya da tam müstəqilliyinə can atacaq, necə ki, Azərbaycan bu addımı atır. Ola bilər bu gün Şuşa Bəyənnaməsinin  əhəmiyyətini tam görə bilmirik. Xatırladaq ki, Qars müqaviləsi imkan vermirdi ki, Naxçıvanı işğal etsinlər, çünki ortada Türkiyə var idi.

-Bəyənnamənin Qars müqaviləsinə istinad edilməsi Qarabağda maraqları olan dövlətlərin müdaxiləsinə son qoyacaqmı?

-Şuşa Bəyənnaməsi Qarabağda marağı olan dövlətlərin hətta minimal müdaxiləsinə son qoyur. Müqavilə yenicə bağlanıb, hələ onun müddəalarını geniş ictimaiyyət dəqiqliyi ilə tam dərk etmir. Necə ki, çörəyi isti-isti yemirlər, gözləyirlər ki, bir az soyusun.  Ola bilər ki, sənəddə ermənilərin oradan köçməsi, ya da birmənalı şəkildə Azərbaycan qanunlarına tabe olması məsələsi var. Nəzərə almaq lazımdır ki, Şuşa Bəyənnaməsu rus sülhməramlılarının oradakı fəaliyyətini heçə endirir. Çünki Azərbaycan bununla bəyan edir ki, özüm öz ərazimin təhlükəsizliyini təmin edəcəm.  Bu, olduqca vacib məsələdir ki, bunun arxasında elə Şuşa Bəyənnaməsi durur. Fikir verdinizsə, Rusiya kanallarında bu mövzu ətrafında danışılmırdı. Bu isə o deməkdir ki, artıq onlar da mövcud mövqe ilə barışıblar. Şuşa Bəyənnaməsinin daha bir mahiyyəti ondan ibarətdir ki, faktiki olaraq NATO Azərbaycana girdi. NATO-nun Şərq Tərəfdaşlığı bax bu idi. Bununla demək olar ki, Azərbaycan öz təhlükəsizliyini tanmamilə təmin edir. Azərbaycanın uzun müddət heç bir hərbi bloka girməməsi, ikitərəfli, bərabərhüquqlu sazişlərin  imzalanması son nəticədə buna hesablanmışdı.

-Demək olarmı, Şuşa Bəyənnaməsi ilə Azərbaycan-Türkiyə hərbi ittifaqının əsası qoyuldu?

- Burada söhbət təkcə hərbi ittifaqdan getmir. Bəyənnamədə söhbət həm də konfederativ ittifaqdan gedir ki, ora sosial, iqtisadi, siyasi, nəqliyyat və hərbi sahədə əməkdaşlıq daxildir.  Bir qalır ümumi pul vahidi, bir də pasport məsələsi.  Qalan məsələlər həll olunmuş sayılır. Bayraq məsələsinə də konfederativ dövlətdə icazə verilir. Avropa İttifaqına daxil olan ölkələrə öz pullarını dövriyyəyə buraxmağa icazə verilir. Burada da konfederativ dövlət yaratmaq üçün pul və pasport kimi iki əsas məsələ qalıb.

- Sizcə, Şuşa Bəyənnaməsinə qonşu dövlətlərin və dünya birliyinin münasibəti necə olacaq?

-Şuşa Bəyənnaməsi beynəlxalq aləmdə normal qarşılanır. Ona görə dedim ki, Ərdoğanın NATO-nun iclasından çıxaraq Azərbaycana gəlməsi elə-belə məsələ deyil. Bu o deməkdir ki, müəyyən məsələlər artıq həll olunub. Rusiya da bu məsələdə Azərbaycanın mövqeyi ilə barışıb. Ortada Rusiyanın sülhməramlıları var, hələ ki, onların vaxtı var. Qonşularımızdan İran bu məsələdə cığallıq edə bilər. İran gözləyirdi ki, cahil tayfa ilə, inqilabla, xurafatla  özü girəcək regiona. Amma Azərbaycan bunların hamısından azad oldu və normal dövlətçilik şüuru ilə dövləti qorumaq məsələsini Türkiyə ilə Azərbaycana buraxdı Azərbaycanla təhdid dilində danışmaq erası bitdi.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ