Cümə günü, 02 oktyabr 2026
     

Ermənistanda siyasi qarşıdurma yeni vətəndaş müharibəsini tətikləyir...

Image


Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi siyasi gərginlik getdikcə artır. Bu hal, xüsusən də özünü baş nazir vəzifəsini yerinə yetirən Nikol Paşinyanla “Qarabağ klanı”nın təmsilçilərindən olan Robert Köçəryan arasında qabarıq büruzə verir.

Yaranmış vəziyyətdə Robert Köçəryan iyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində mütləq qalib gələcəyini iddia edir. Bu fonda Serj Sarkisyan komandasında təmsil olunmuş sabiq baş nazir Karen Karapetyan da Robert Köçəryanı dəstəklədiyini açıqlayıb. Hazırda Köçəryan Paşinyana qarşı getdikcə daha sərt ittihamlar səsləndirir. Məsələn, eks-prezident Nikol Paşinyanın vaxtilə Şuşa ilə bağlı atdığı addımların, o cümlədən, separatçıların başçısı Arayik Arutyunyanın “andiçmə mərasimi”nin burada keçirilməsinin yanlış olduğunu bildirib: “Andiçmə mərasimini Şuşada keçirməyə ehtiyac yox idi. Çünki Şuşanın çox həssas bir məsələ olduğunu bilirdilər. Aşkar edilməməsi lazım olan şeylər var ki, bunu edəndə danışıqlar yolu ilə nəyəsə nail olmaq üçün heç bir ümid yeri buraxmırsınız”. Köçəryan “RİA Novosti”yə müsahibəsində ölkədə qarşıdurma gözlədiyini də bildirib: “Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra qarşıdurmanın olacağı istisna edilmir". Onun sözlərinə görə, iyunun 20-də seçkilərdən sonra insanların küçəyə çıxması və qarşıdurmanın yaranması qaçılmaz ola bilər: “Əlbəttə, bu arzuedilən variant deyil. Ancaq onu da tamamilə istisna etmək olmaz”. Köçəryanın fikrincə, bütün bunlar seçkilərin nəticəsindən asılı olacaq: “Mərkəzi Seçki Komissiyası yerlərdə öz işini dəqiq və qanun çərçivəsində görsə, elə ciddi ağır nəticələrin olacağına inanmıram”. Mütəxəssislər hesab edir ki, Köçəryan bu açıqlaması ilə mövcud hökuməti hədələyib. O demək istəyir ki, başçılıq etdiyi blok bu siyasi kampaniyanın qalibi olmasa, iğtişaş törədəcək. Nikol Paşinyanın da buna cavabı gecikməyib, o, Köçəryan və digər rəqiblərini güc yolu ilə hədələyib. Sisian şəhərində tərəfdarları ilə görüşdə o bildirib: "Camaat, siz hər gün hiss etməlisiniz ki, mən və yüz minlərlə insan hər gün sizin arxanızda dayanmışıq. Birdən kimsə bizi təhdid etməyə, yaxşı olacağına işarələr etməyə çalışmasın. Hər bir bənzər cəhd üçün hamınıza və hər birinizə yerindəcə bunlara, bu yalançıların hamısına polad mandat vermək səlahiyyəti verirəm". Nikol Paşinyan hər dəfə polad mandat haqqında danışarkən hədiyyə aldığı çəkici havada silkələyir. Bu xüsusda o yenidən bildirib ki, iyunun 20-də xalq əsgər çörəyini uzun illər oğurlamış generalların cavabını verməlidir: "İyunun 20-də erməni xalqı əsgər çörəyini Monte Karlo kazinolarında israf etmiş fırıldaqçının cavabını verməlidir". O bildirib ki, seçkilərdə dağıdıcı məğlubiyyətə uğrayacağını artıq dərk edən məğlub olmuş qüvvə sonrakı seçkilərin legitimliyinə kölgə salmaq üçün polisin "dubinka"larının altına düşmək istəyir: "Biz bunu nəzərə alaraq onlara bu imkanı verməyəcəyik". Paşinyan sabiq baş nazir Karen Karapetyanı isə “əl uşağı” adlandırıb. Seçki təbliğatı çərçivəsində Qafanda seçiciləri qarşısında çıxış edən Paşinyan Köçəryana işarə ilə deyib: “İndi o iş yerlərini paylayır, deyir ki, Karen Karapetyana vəzifə təklif edib. Karapetyan lətifə qəhrəmanına dönüb. Sifariş yerinə yetirən uşaq olub: top meydançadan kənara çıxır, ona deyirlər, qaç topu gətir”. Paşinyan Köçəryanı gənc pensioner də adlandırıb: “Sonra Serj Sarkisyanı və Artur Vanetsyanı da işə götürəcək? Yox, daha onun Ermənistanda kiməsə iş verməyə imkanı olmayacaq”.

Serj Sarkisyan bu açıqlamalar fonunda Nikol Paşinyanı ölkəni vətəndaş müharibəsinə sürükləməkdə ittiham edib: “Nikol Paşinyan açıq şəkildə deyir ki, 60 faiz səs toplamasam, problem yaranacaq. O nə istəyir, onu da edir. Siz görürsünüz, onun əlində çəkic var”. Sarkisyanın sözlərinə görə, bu çəkicin kim üçün olduğunu müəyyən etmək lazımdır: “Hər şeyi gördük – müharibədə məğlubiyyəti, minlərlə gəncin ölümünü. Nə qaldı? Yalnız vətəndaş müharibəsi. Qoy bunu da göstərsin”. Siyasi qüvvələr arasında yaşanan ziddiyyət fonunda “Joxovurd” qəzeti yazır ki, Paşinyan həqiqətən də seçkidən sonra rəqiblərini əzməyi düşünür: “15 əsirin ABŞ və Gürcüstanın köməyi ilə qaytarılmasından belə güman etmək olar ki, Rusiya dövlətinin səyləri nəticə vermir, amerikalılar isə güclü və təsirlidirlər. Bizim güc strukturlarındakı mənbələrimiz təsdiqləyir ki, kənardan görünməsə də, Rusiya tərəfi də Əliyev administrasiyası ilə iş aparıb. Bizi əmin etdilər ki, ruslar qısqanclıq nümayiş etdirsəydi, razılaşma yəqin ki, baş tutmayacaqdı. Belə çıxır ki, erməni əsirlərin qayıtması Paşinyanın reytinqinin artırılması üçün edilibsə, bunu həm Rusiya, həm də Qərbin istədiyini demək məntiqli olardı. Rusmeyilli qüvvələrin Köçəryanın ətrafında birləşdiyi və Kremlin də “Ermənistan” blokuna dəstək verdiyi haqda rəy yaranmışdı. Amma reallıq bunun əksini göstərir. Rusiya hələ də Paşinyanı iqtidarda görmək istəyir”.

Tahir TAĞIYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ