Ermənistanda o qədər saxta kitablar, xəritələr, atlaslar nəşr edilib ki, saymaqla bitməz. Onlar hətta bu kitabları, xəritələri xarici ölkələrdə yaya bilirlər. Bildiyimiz kimi, saxta tarix kitabları, saxta xəritələr, atlaslar Ermənistanda həm ali, həm də orta məktəb səviyyəsində tədris olunur. Bu xəritələrin reallıqdan uzaq olduğu, orada göstərilənlərin heç birinin ermənilərə aidiyyəti olmadığı məlumdur.
Yayılan məlumatlara görə, Ermənistan dövlət universitetinin auditoriyalarında tədris edilən “Ermənistan xəritəsi”ndə Azərbaycan, İran, Gürcüstan və Türkiyə əraziləri “Ermənistan ərazisi” olaraq göstərilib. Xəritə elə çəkilib ki, bütün adları qeyd edilən ölkələr hamısı “Ermənistan” olaraq təqdim edilir.
“Bu saxta xəritələrdə nəinki Azərbaycan, İran, Türkiyə, Gürcüstan, hətta Rusiyanın bəzi vilayətləri də...”
AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin kiçik elmi işçisi Aynur Əzimzadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistan tərəfindən zaman-zaman belə saxta xəritələr hazırlanıb, bu kimi amillərlə də bu ölkə özünün işğalçılıq siyasətini ortaya qoyub. A.Əzimzadənin sözlərinə görə, XXI əsr olmasına baxmayaraq, ermənilərin bir qismi hələ də qondarma “Böyük Ermənistan” xülyası ilə yaşayır. “ Qafqazda ilk erməni dövləti 1918-ci ildə Azərbaycan ərazilərində yaradılıb. Bu bir faktdır. Ermənistan yaradılanda Azərbaycan ermənilərə 9 kvadratkilometr ərazi verib, amma sonradan onlar işğalçılıqla, başqa ölkələrin dəstəyilə digər ərazilərimizi də qəsb ediblər, indiki Ermənistanı yaradıblar. Sözümün canı odur ki, Qafqazın qara yarasına çevrilən Ermənistan və ermənilər bu ərazilərə gəlmə olduqlarını gizlətmək üçün saxta, uydurma tarix yazıblar, xəritələr düzəldiblər. Bu saxta xəritələrdə isə nəinki Azərbaycan, İran, Türkiyə, Gürcüstan, hətta Rusiyanın bəzi vilayətləri də “Ermənistan ərazisi” olaraq qələmə verilir. Bilirsiniz ki, Ermənistan Rusiyaya qarşı da ərazi iddiaları ilə çıxış edir. Ermənistanın hansı ölkələrə qarşı əsassız ərazi iddiaları irəli sürürsə, onların xülyası ilə yaşayırsa, onları bu qondarma xəritəyə daxil edib. Ermənistanda məktəblərdə və universitetlərdə belə saxta, uydurma, sırf erməni xülyalarını əks etdirən yanlış xəritələr tədris edilir”.
A.Əzimzadə hesab edir ki, Ermənistanın Azərbaycana, Türkiyə və Gürcüstana ərazi iddiaları hər zaman olub, bu onların hərbi doktrinasına da yol açıb, amma bu ölkənin onlara həmişə havadarlıq edən İrana qarşı bu şəkildə iddia etməsi yeni görsənir. A.Əzimzadənin sözlərinə görə, Qafqaza, xüsusən də Azərbaycan ərazilərinə köçürülən ermənilərin xeyli hissəsi İran ərazisindən köçürülərək torpaqlarımızda yerləşdirilib. Ekspert deyir ki, vaxtilə ermənilər hansı ölkələrdə yaşayıblarsa, bu gün onları “Ermənistan ərazisi” kimi qələmə verirlər. O hesab edir ki, sabah Ermənistan Fransanı da Ermənistan ərazisi kimi göstərsə, təəccüblü görünməz, çünki harada erməni varsa, orada fitnə və saxtakarlıq var.
A.Əzimzadənin sözlərinə görə, Ermənistan bu xəritələrlə gənc nəslin beynini zəhərləyir, onları xam xəyalların ardınca qaçırmaqla bədbəxt edir.
İradə SARIYEVA