Cümə günü, 02 oktyabr 2026
     

Azərbaycanın dron təcrübəsi yenidən dünyanın diqqət mərkəzində...

Image


“Məhz bu münaqişədə Azərbaycana qarşı Almaniya Silahlı Qüvvələri  döyüşsəydi, məncə qələbə şansı olmayacaqdı”. Türkiyənin “Daily Sabah” qəzeti yazır  ki, bunu Almaniya Müdafiə və Strategiya Tədqiqatları İnstitutunun müasir müharibə üsulları və yeni texnologiyalar eksperti, polkovnik-leytenant Mikael Karl bildirib.

Beynəlxalq dron bazarını və dronların ötənilki Qarabağ müharibəsindəki rolunu dəyərləndirən ekspert Almaniya ordusunun döyüş dron hücumundan qorunmaq üçün lazımı təchizata malik olmaması qənaətinə gəlib: “Döyüş dronları və kamikadze dronları kimi tətbiq olunan silahlara qarşı biz özümüzü adekvat şəkildə qorumaq iqtidarında olmayacaqdıq. Ordu hava müdafiəsinin təkcə bu nöqsanı bizi məğlubiyyətə düçar edəcəkdi”.  Ekspert partladıcı qurğularla təchiz olunaraq hədəfləri izləmək və vurmaq üçün istifadə olunan birdəfəlik, yaxud kamikadze dronlarını bu növ hərbi texnikanın yeni, daha təhlükəli növü olaraq səciyyələndirib.

Bundan əvvəl Almaniyanın tanınmış “Frankfurt Allgemeine Zeitung” nəşri də Türkiyə istehsalı olan pilotsuz uçuş aparatının (PUA) Almaniya ordusunun mütəxəssislərini heyrətə saldığını yazıb. Məqalədə qeyd olunur ki, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı qarşısında Almaniya hava hücumundan müdafiə sistemi acizdir. Bildirilib ki, Almaniyanın Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sisteminin PUA-ların qarşısını almaqda gücsüz olduğunu etiraf edib. Almaniya müdafiə naziri Anneqret Kramp Karrenbauer bu istiqamətdə problemi aradan qaldırmaq üçün artıq bəzi təkliflər irəli sürüb. O qeyd edib ki, ölkənin hava hücumundan müdafiə sistemləri təcili olaraq dəyişdirilməlidir: “Silahlı qüvvələrimiz bu vəziyyətdə müqavimət göstərmək iqtidarında deyil. Ancaq Almaniya ordusunun PUA hücumlarına qarşı, demək olar ki, müdafiəsiz olduğunu qəbul etmək sürpriz oldu”. “Frankfurt Allgemeine Zeitung” nəşri yazır ki, İsrail və Türkiyə tərəfindən istehsal olunan PUA-lar Qarabağ və ətraf rayonlarda Ermənistan Silahlı Qüvvələrinə aid 190-dan artıq tankı və zirehli avtomobili məhv edib və erməni hərbçiləri bu hücumlar qarşısında çıxılmaz vəziyyətə düşüb.

Bundan başqa, Almaniya Silahlı Qüvvələrinin katolik hərbi yepiskopu Frans-İosif Overbek bu fonda Müdafiə Nazirliyi funksiyasını yerinə yetirən Bundesverin texniki təchizatını tənqid atəşinə tutub və dediklərini əsaslandırmaq üçün İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun pilotsuz uçuş aparatlarından uğurlu istifadə təcrübəsinə istinad edib: "Bundesverə mümkün hərbi əməliyyatlarda qətiyyət, həmçinin əsgərlərin təhlükəsizliyini möhkəmləndirən və onların fəaliyyətinin səmərəliliyini dəstəkləyən vasitələr lazımdır. Ola bilsin ki, biz yeni hərbi vasitələrdən istifadə baxımından dönüş mərhələsindəyik. Bu yaxınlarda Qarabağda Ermənistanla Azərbaycan arasında baş vermiş müharibədə Azərbaycan ordusunun zərbəçi pilotsuz uçuş aparatlarından və baraj edən döyüş sursatlarından kütləvi şəkildə istifadə etməsi unudulmamalıdır”. Xatırladaq ki, 44 günlük İkinci Qarabağ müharibəsi bu gün Almaniyada da diqqətlə öyrənilir. Amma Azərbaycan təcrübəsini təkcə almanlar yox, dünyanın bir çox digər ölkələri də diqqətlə öyrənir. Məlumdur ki, Azərbaycan təcrübəsini öyrənən digər bir ölkə isə Polşadır. Bir müddət öncə Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Yaroslav Mika bu xüsusda maraqlı açıqlamalar verib. Onun fikrincə, İkinci Qarabağ müharibəsi, son zamanların digər lokal müharibələri kimi, kəşf və zərbə daxil olmaqla, pilotsuz döyüş sistemlərinin önəminin artdığını göstərib: “Potensial düşmənin zərbə PUA-larını müəyyənləşdirib mübarizə apara bilməmək rəqibin asanlıqla hərbi texnika və canlı qüvvəni zərərsizləşdirməsinə yol açır”. General, pilotsuz aparatlar da daxil olmaqla, döyüş sahəsindəki bütün kəşfiyyat və zərbə vasitələrinin vahid məlumat konturunda birləşdirilməli olduğunu qeyd edib: “Bu, təhlükəni müəyyənləşdirmək və qiymətləndirmək qabiliyyətini artıracaq”. Bu günlərdə nüfuzlu “The Wall Street Journal” nəşri də diqqəti ona yönəldib ki, Azərbaycanın istifadə etdiyi, Türkiyədə istehsal olunan ucuz silahlı pilotsuz təyyarələr döyüş sahəsini və geosiyasəti dəyişdirib. Məqalədə Türkiyə istehsalı olan “Bayraktar TB2”nin müharibə meydanlarını yenidən şəkilləndirdiyi qeyd olunur. Bildirilib ki, ekvivalentləri ilə müqayisədə “Bayraktar TB2” funksionallığı və maliyyəsinə görə daha uyğun seçimdir: “PUA-lar Suriya, Liviya və Azərbaycanda vəziyyəti kökündən dəyişib. Münasib qiymətli rəqəmsal texnologiya ilə hazırlanan raketli PUA-lar Suriya, Liviya, eləcə də Azərbaycana Dağlıq Qarabağda vəziyyəti öz lehinə çevirməyə kömək etdi. Bu PUA-lar gələcəyin müharibələrinin ən inkişaf etmiş texnologiyaya malik bahalı döyüş vasitələri qədər ucuz, amma təsirli döyüş vasitələri ilə şəkillənəcəyinə işarə edir”. Nəşr qeyd edir ki, təkbaşına və ya qrup şəklində uça bilən bu dronlar olduqca bahalı döyüş təyyarələrinin funksiyalarını yerinə yetirə bilir: “Onlar 24 saat havada qalaraq hava hücumundan müdafiə sistemlərindəki zəif nöqtləri aşkara çıxarır, həm döyüş təyyarələrinin onları hədəf almasına yardım edir, həm də özləri raket atır”.

Tahir TAĞIYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ