Diplomatik korpus nümayəndələrinin Ağdama səfəri başlayıb... - FOTO

img

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə xarici diplomatik korpus nümayəndələrinin Ağdama səfəri başlayıb.

Trend-in məlumatına görə, səfərdə Bakı və Ankarada akreditə olunmuş diplomatik nümayəndələr iştirak edirlər.

Dünya şöhrətli fotoqraf Rza Deqati diplomatlara erməni vandalizmi haqqında məlumat verib, faktları göstərib.

Diplomatlar ermənilərin dağıtdığı tarixi abidələrimizlə tanış olub, erməni vəhşiliyini öz gözləri ilə görüblər.

Son xəbərlər