Cümə günü, 02 oktyabr 2026
     

Ermənilər atəşkəs pozuntusunu köhnə dövrlərdəki kimi intensivləşdirir... Proses təhlükəli şəkil alır...

Image


Rəsmi məlumatlara görə, Ermənistan ordusu son 1 həftədə 3 dəfə atəşkəsi pozub. Buradan da aydın görsənir ki, 10 noyabr bəyanatının şərtləri yenə Ermənistan tərəfindən pozulur, özü də məqsədli şəkildə.

Ekspertlər hesab edirlər ki, Ermənistanın yenidən bu təxribatlara əl atması daha böyük təhlükələrdən xəbər verir.

  • “...eyni hərəkətlərin, planın tərkib hissəsidir”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı hesab edir ki, ermənilər atəşkəsi qəsdən pozurlar. “Ermənistanın davamlı şəkildə atəşkəsi pozması yeni bir təhlükəli situasiyadan xəbər verir. Ermənistan açıq müharibədə məğlub olub, amma özlərinin məğlub olduqlarını etiraf etmək istəmirlər. Çünki məğlub olduqlarını etiraf etsələr, 10 noyabr bəyanatından irəli gələn tələbləri yerinə yetirməli, tam təslim olmalı, kapitulyasiya etməli, reallıqla barışmalıdırlar, onlar isə hələ də reallıqla barışmaq istəmirlər. Ona görə də hesab edirəm ki, atəşkəsin pozulması və terror aktları, təxribatlar eyni xarakterlidir və eyni hərəkətlərin, planın tərkib hissəsidir. Bununla onlar göstərmək istəyirlər ki, hələ məhv olmayıblar, hələ müqavimət göstərə bilərlər və sair. Bir şey də maraqlıdır ki, ermənilər atəşkəsi pozduqlarını etiraf etmirlər. Mən erməni mətbuatını izləyirəm, onların Müdafiə Nazirliyi hər dəfə “atəşkəs biz tərəfdən pozulmayıb” bəyanatı verir. Yəni atəşkəsi pozduqlarını təkzib etmək istəyirlər. Bu da ondan xəbər verir ki, hətta etdiklərinin arxasında da dayana bilmirlər, gücsüzdürlər. Ən azından, beynəlxalq təşkilatların təzyiqindən çəkinirlər. Beynəlxalq təşkilatların Ermənistana təzyiqi getdikcə artır. Artıq dünya reallığı, həqiqəti qəbul edir, Azərbaycanın gücü ilə razılaşırlar. Bilirsiniz ki, Avropa İnsan Haqları Məhkəməsində ermənilərin əsassız iddiası rədd edildi. Yəni onlar 11 nəfər erməni terrorçusuna bəraət verilməsi üçün müraciət etmişdilər, Azərbaycanı o məsələdə ittiham edirdilər, amma dəlillərin, sübutların tam olmadığına əsaslanan Avropa İnsan Haqları Məhkəməsi ermənilərin iddiasını rədd etdi”.

A.Nağının sözlərinə görə, müharibə bitdikdən sonra müxtəlif Avropa və ABŞ təşkilatlarından müəyyən dəstək alan ermənilər indi bu dəstəyi görə bilmirlər, bu dəstək səngidi, ermənilərin əsassız olduqlarını bildilər. Azərbaycan və Türkiyə əleyhinə o bəyanatları verənlər də başa düşdülər ki, Azərbaycanın mövqeyi haqlı mövqedir. “Ermənilər atəşkəsi pozmaqla situasiyanı dəyişməyə cəhd göstərirlər, özlərinin mövcudluğunu “sübut etmək” istəyirlər. Bunun da bir neçə səbəbi ola bilər. Birincisi, onlar, ilk növbədə, Kəlbəcər istiqamətində təxribatlar törədirlər, bu da onu göstərir ki, onların Kəlbəcərə “ümidləri var”, Kəlbəcərdən ərazi saxlamaq istəyirlər. Çünki onlar o vaxt bir dəhliz də Kəlbəcərdən istəyirdilər. Hətta torpaqlarımız işğalda olanda oradan yol da çəkmişdilər. Ola bilsin ki, hansısa məntəqələri əllərində saxlamağa çalışırlar. Atəşkəsi pozmaqdan isə bir təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Bu ola bilər. Digər tərəfdən, seçki öncəsi hansısa qüvvələr seçki ilə bağlı gərginlik yaratmaq istəyirlər. Tutalım, seçki öncəsi Paşinyan hakimiyyəti tərəfindən bu cür addımlar atıla bilər ki, “müharibənin yenidən başlaması” ehtimalını ortaya qoyub cəmiyyəti gərginlikdə saxlasınlar. Yəni atəşkəs pozulur, bu, müharibəyə də çevrilə bilər. Xalqın da yeganə ümid yeri kimi özlərini göstərmək istəyirlər. Yəni təbliğatı bu yönə yönəldirlər ki, bu müharibədə nə mümkündür etdik, amma məğlub olduq, “torpaqları geri almaq” addımlarını ancaq biz ata bilərik. Paşinyanın təbliğatı bundan ibarətdir. Ona görə də, ola bilsin, o tezisi əsaslandırmaq üçün atəşkəsi pozsunlar. Başqa bir məsələ də ola bilər ki, hazırda Ermənistan ordusu yox səviyyədədir, paşıpozuq haldadır, hansısa bir qrup tərəfindən atəşkəsi pozmaqla həmin o qrupun maraqlarını təmin etmək istəyirlər. Bu qrup hərbi qrup, siyasi qrup ola bilər, yaxud hansısa bir hərbi dəstə öz iddiasını ortaya qoya bilər. O da mümkündür. Bu da Ermənistan ordusunun olmamasından xəbər verir, paşıpozuqdur, komandanlıq yoxdur, ona görə də kim ağlına nə gəlir, onu edir. Bu məsələyə bu istiqamətdə şərh vermək olar. Amma bu, bütün hallarda, Ermənistanın zəifliyini, gücsüzlüyünü göstərir. Azərbaycan öz mövqeyində sərt olmalıdır. Ermənistan hər dəfə atəşkəsi pozduqca Azərbaycan bu təxribatı, bu təhlükəni beynəlxalq təşkilatların diqqətinə çatdırmaqla müəyyən bir rəy formalaşdırmalıdır. Eyni zamanda da atəş nöqtələrini məhv etməli, irəliləməlidir. Biz dəfələrlə demişik, indi də deyirəm, Azərbaycanın indiki situasiyada hədəfi Xankəndi olmalıdır. Torpaqlarımız işğal altında olan dövrdə hədəfimiz Şuşa idi, Şuşanı işğaldan azad etmək istəyirdik, hətta bir şüar da irəli sürmüşdük ki, Qarabağ azad olacaq, paytaxt Şuşa olacaq. O xətt də artıq həyata keçirilib. O vaxt hədəf Şuşa idi, indi Xankəndi olmalıdır. Azərbaycan Ordusu, Azərbaycan hakimiyyəti Xankəndiyə qayıtmalıdır. Ona görə də Ermənistan hər dəfə atəşkəsi pozanda Azərbaycan bir az da irəliləməli, atəş nöqtəsini ləğv etmək üçün irəliləyərək Xankəndiyə çatmalıdır. Hesab edirəm ki, bu müharibədə Azərbaycanın tam qələbəsi Xankəndiyə girməklə və Xankəndidə hakimiyyəti bərpa etməklə yekunlaşacaq” - deyə A.Nağı vurğuladı.  

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ