Avropa Şurası Azərbaycanla Ermənistan arasında etimadın möhkəmləndirilməsi üzrə tədbirlər kompleksi üzərində işləyir

img

Avropa Şurası hazırda Azərbaycanla Ermənistan arasında etimadın möhkəmləndirilməsi üzrə tədbirlər kompleksinin hazırlanması ilə bağlı danışıqlar aparır.

Trend-in məlumatına görə, bunu Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç deyib.

Onun sözlərinə görə, bu tədbirlərin uğurlu olması ölkələrin rəhbərliyindən asılıdır:

"Onlar başa düşür ki, Avropa Şurası öz üzv ölkələrinin müstəqilliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü tam və qətiyyətlə dəstəkləyir. Bu cür etimad dayanıqlı sülhün təmin olunmasının əsasını təşkil edə bilər".

Son xəbərlər