Cümə günü, 02 oktyabr 2026
     

Azərbaycan şeyxinin və erməni katolikosunun fərqli davranışları - iki cəmiyyətdə multikultural dəyərlərin bariz müqayisəsi...

Image


Eçmiədzindəki erməni kilsəsinin baş keşişi II Qaregin rahatca Laçın dəhlizindən keçib Qarabağa səfər etdi. Əslində iki günlük səfər xəbəri əvvəlcədən yayılmışdı. Məlumdur ki, erməni katolikosunun indiyə qədərki bütün fəaliyyəti Qarabağda gərginlik ocağı yaratmaqdan ibarət olub.

Hətta şeyxülislamın ona ünvanladığı sülh təşəbbüslərinə də müsbət reaksiya verməyib. Baş keşiş 44 günlük müharibədən sonra rus hərbçilərin kölgəsinə sığınaraq Qarabağa qayıdan 25-30 min erməninin başına ağıl qoymaq, “adam kimi yaşayın” demək üçün gəlsəydi, yenə də güzəşt etmək olardı. Amma erməni mediasına baxın, Qaregin Qarabağda hərbçilərlə görüşüb, onların başına ağıl qoymaq əvəzinə faktiki olaraq terroru davam etdirmək üçün “hərbçi” qiyafəsində olan terrorçu tör-töküntülərinə dua edib. Daha sonra baş keşiş Qarabağdakı baş terrorçu Araik Arutyunyanla birgə görüşlər keçirib, əl-qolunu sallayaraq Azərbaycan ərazisində sərbəst dolaşdı. Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti nədən belə özbaşınalıqlara şərait yaratdı? Özü də Qaregin Qarabağa məhz Kəlbəcərin Susuzluq kəndində 2 jurnalist həmkarımıza və rəsmi şəxsə qarşı terror aktı törədilən anlarda ölkəmizə qanunsuz olaraq daxil oldu.

  • Bu da həmin ölkədəki dini mühitin tolerant və multikulturalizm dəyərlərindən uzaq olduğunu təsdiqləyir

Yeri gəlmişkən, həm Kəlbəcərdəki terror, həm də Ermənistandan Qarabağa qanunsuz səfərlər Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun Bakıya gəlişindən bir gün sonra baş verdi. Rusiya diplomatının qəfil səfərinin təfərrüatı məlum olmadı. Məntiqlə, ermənilər bu səfər zamanı özlərini daha sakit aparmalı idilər. Əksi oldu.

Düşmən başımızı Kəlbəcərdə törətdiyi xain terror aktı ilə qatdı, həmin günlərdə o “qan çanağı”nın – Eçmiədzindəki erməni kilsəsinin baş keşişi II Qaregin rahatca Laçın dəhlizindən keçib Qarabağa gəldi. Əslində iki günlük səfər xəbəri əvvəlcədən yayılmışdı, ancaq nədənsə, dini qurumlarımızdan Qareginə xəbərdarlıq edilmədi.

Bütün ermənilərin katolikosunun indiyə qədərki fəaliyyəti Qarabağda gərginlik ocağı yaratmaqdan ibarət olub. Hətta şeyxülislamın ona ünvanladığı sülh təşəbbüslərinə də müsbət reaksiya verməyib. İndi beləsinin Xankəndidə, Xocavənddə nə işi ola bilər? Laçın dəhlizinə nəzarəti həyata keçirən Rusiya sülhməramlıları Qaregini hansı əsasla Azərbaycan torpağına buraxıblar, bəlkə rəsmi Bakıdan icazə almışdı?!

Hələ bu azmış kimi, Ermənistan milli təhlükəsizıik xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan da Laçın dəhlizindən keçərək Azərbaycan ərazisinə gəlib. “Şərəf duyuram” blokundan baş nazirliyə namizəd olan Vanetsyanın Xankəndidə II Qareginlə bir araya gəldiyi barədə də xəbər var. Bu nə deməkdir? Nə ixtiyarla Xankəndidə, Xocalıda, Xocavənddə sülənirlər bunlar? Qaregin Xocavənddəki alban məbədinə də gedib.

Bir daha erməni kilsəsi və dini liderlərinin əldə olunan sülhə təhdid yaratdıqlarının şahidi oluruq. Bu da həmin ölkədəki dini mühitin tolerant və mültikulturalizm dəyərlərindən uzaq olduğunu təsdiqləyir. Azərbaycanın dini lideri isə revanşist addımları stumullaşdıran Qareginə layiqli cavab verib.

  • Tolerant Azərbaycanda guya xristian dini abidələrinin təhlükədə olduğu barədə…

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə  katolikosun Qarabağa qanunsuz səfərilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

"Uca Yaradan qarşısında din xadimi olaraq mənəvi məsuliyyətimdən çıxış edərək aşağıdakıları bəyan edirəm.

30 ilə yaxın müddət ərzində Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni işğalda saxladığı, BMT qətnamələrinin tələblərini yerinə yetirmədiyi zamanda biz həmişə münaqişənin sülh yolu ilə həllinə, müxtəlif səviyyələrdə, o cümlədən dini müstəvidə danışıqlar prosesinə tərəfdar olduq, din adından nifrətə çağırışlar, qızışdırıcı bəyanatlar səsləndirmədik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dini liderlərin Ümumdünya Kilsələr Şurasının, Gürcü Pravoslav Kilsəsinin, Vatikanın, ələlxüsus Rus Pravoslav Kilsəsinin ali vasitəçiliyi ilə baş tutmuş Möntre, Rostov, Moskva, Tbilisi, Yerevan, Bakı görüşləri sayəsində dini müstəviyə keçməsinə yol vermədik.

Lakin çox təəssüf ki, münaqişənin sülh yolu ilə ədalətli həlli ilə bağlı səylər erməni kilsəsi tərəfindən əməldə dəstəklənmədi. İllərlə davam edən dinlərarası dialoqumuz dövründə sülhə nail olmaq naminə birgə bəyan etdiyimiz və hazırkı erməni dini liderlərinin də imzaladığı Bəyannamələrin ruhuna zidd olaraq Erməni Apostol Kilsəsi öz xalqına nicat verəcək sülh ideyalarını təşviq etmədi, barışığa, dinc həyata, qarşılıqlı anlaşma və əməkdaşlığa sövq etmədi. Əksinə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan erməni siyasi liderlərin cinayətkar əməllərinə mənəvi haqq qazandırdı.

Bu cür fəaliyyətin hələ də davam etdirilməsi, erməni katolikosu II Qareginin bu yaxınlarda Xankəndiyə səfər etməsi və bu zaman onun tərəfindən revanşist bəyanatların səsləndirilməsi böyük təəssüf doğurur. Həmçinin, qeyd olunmalıdır ki, erməni kilsəsi işğal altında olmuş torpaqlarımızda dağıntı, həqarətə məruz qoyulmamış salamat bir məscid, dini abidə qalmadığı halda, multikultural dəyərlər ölkəsi olan, tolerant Azərbaycanda guya xristian dini abidələrinin təhlükədə olduğu barədə, habelə ziyarət və ibadətlərinə mane yaradıldığına dair saxta məlumatlar yayır.

  • Belə bir taleyüklü mərhələdə yenidən müharibəyə təhrik edən çağırışlar qəti şəkildə pislənməlidir

Militarist ritorikası və davranışı tarixdə heç kimə fayda verməyib. Müharibə erməni xalqının müsibətlərinə, erməni analarının özgə torpağında işğalçı müharibədə həlak olmuş və itkin düşmüş övladları üçün acı göz yaşlarına və nisgilli fəryadlarına səbəb oldu. Sülhməramlıların atəşkəsi qoruduğu bir məkanda həyat deyil ölümə, dinc birgə yaşayışa deyil, işğala, zülmə və zora xeyir-dua vermək dini dəyərlərlə bir araya sığmır. Heç şübhəsiz ki, bu kimi yanaşma bölgədə yaşayan xalqların, ilk növbədə, məhz erməni xalqının xoşbəxt və firavan yaşamasına xidmət etmir. Din xadiminin missiyası münaqişə və qarşıdurmaya deyil, müqəddəs amallar olan barış və əminamanlığa xidmət olmalıdır.

44 günlük Vətən müharibəsində Ali Baş Komandanın ətrafında sıx birləşmiş Azərbaycan xalqının ordu, dövlətlə birlik əzminə, Haqq, ədalətin bərpası, Vətən torpağı uğrunda mübarizəyə hazırlıq ruhuna bütün dünya şahidlik etdi. İşğala son qoyaraq tarixi ədaləti, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edən Azərbaycan hal-hazırda bölgənin, o cümlədən, Ermənistanın da iqtisadi inkişafını, erməni xalqının rifahını təşviq edəcək əməkdaşlıq layihələri ilə çıxış edir.

Bir olan Yaradınımız, xalqlarımız qarşısında məsuliyyətimiz biz, dini liderləri sülh, əmin-amanlıq, problemlərin ədalətli həlli naminə davamlı səy göstərməyə sövq edir. Hazırkı vəziyyətdə hərbi yola qayıtmağa yol verməmək, heç şübhəsiz, həyati əhəmiyyət kəsb edir. Sülh və anlaşma yolu asan deyil və güclü iradə, xoşməramlı səylərin birləşdirilməsini tələb edir. Belə bir taleyüklü mərhələdə yenidən müharibəyə təhrik edən çağırışlar qəti şəkildə pislənilməlidir. Xalqların xoşbəxt, dinc birgə yaşayışı üçün, ilk növbədə, sülh və sabitlik lazımdır, buna görə bölgəmizdə hadisələrin xoşagəlməz istiqamətə yönləndirilməsi cəhdlərinin qarşısı qətiyyətlə alınmalıdır. Dünya birliyi bu məsələdə biganə qalmamalı və belə hallara qarşı öz səsini ucaltmalıdır. Dünya ictimaiyyətinə və dini liderlərə müraciət edərək Erməni Apostol Kilsəsinin Uca Rəbbimizin buyurduqlarına zidd hərəkətlərinə münasibət bildirməyə, bölgəmizdə müharibə deyil, sülh və tərəqqinin bərqərarı işinə dəstək verməyə çağırıram. Uca Yaradan dünyada sülh və əmin-amanlığın bərqərar olmasına yardımçı olsun. Amin!"

  • Ermənistandakı dini aqressiyanın qaynama səbəbi dövlət siyasətində tolerant və multikultural yanaşmanın olmamasıdır…

İki ölkənin fərqi bir daha özünü aydın şəkildə büruzə vermiş olur. Erməni dini lider sönən ocağı öz separatist niyyətlərilə yenidən alovlandırmağa çalışır. Azərbaycanın dini lideri isə dinlərin tələblərinə uyğun olaraq insanları sülhə, əminamanlığa  çağırır. Şeyxin bəyantında, həmçinin, həmin ölkədəki dini mühitin hansı bərbad vəziyyətdə olduğuna tam aydınlıq gətirilir. Buradan bir nətiçə çıxır: Ermənistandakı dini aqressiyanın qaynama səbəbi dövlət siyasətində tolerant və multikultural yanaşmanın olmamasıdır. Bu da özünü bütün sahələrdə büruzə verir.  Ermənistan eyni zamanda monoetnik ölkədir. Çünki başqa millətlərin nümayəndələrinə qarşı dözümlü münasibət yoxdur.

"Türksüz Ermənistan" siyasətini həyata keçirən Ermənistandan deportasiya edilmiş azərbaycanıların sayı təxminən 500 min nəfər ətrafındadır. Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin Ermənistan tərəfindən işğalı və  bir milyonadək soydaşımızın köçkünə çevrilməsini də etnik təmizləmənin 5-ci mərhələsi kimi qeyd edə bilərik. Mərhələli şəkildə etnik təmizləmə siyasəti həyata keçirən  Ermənistan Respublikası əhalisinin əsasını ermənilər təşkil edir. Ölkədə erməni ortodoksluğu əsas din olaraq qalmaqdadır.

Göründüyü kimi, öz monoetnikliyi ilə fərqlənən Ermənistan dünya ölkələri arasında "lider" ölkəyə çevrilib. Qərbi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan dövləti uydurma "Böyük Ermənistan" ideyasına sadiq qalaraq, qonşu ölkələrə qarşı yeni ərazi iddiaları irəli sürürdü. 1992-1993-cü illərdə Dağlıq Qarabağda baş qaldıran erməni separatizmi, ətraf bölgələr də daxil olmaqla, Azərbaycan Respublikasının ərazisinin 20 faizinin işğalı ilə nəticələndi. Bir milyonadək azərbaycanlı Dağlıq Qarabağ və ətraf 7 rayondan qovularaq məcburi köçkünə çevrildi. Yeri gəlmişkən, məcburi köçkünlər arasında kürdlər, ahıska türkləri də var idi.

30 ilə yaxın aparılan sülh və nizamlanma danışıqları heç bir nəticə vermədi. Əksinə, Ermənistan rəhbərliyi öz işğalçılıq siyasətini davam etdirərək "Qarabağ Ermənistandır", "Yeni ərazilər uğrunda muharibə" kimi sərsəm bəyanatlar səsləndirməkdən belə çəkinmədi. 2020-ci ilin iyul ayında Azərbaycanın Ermənistanla sərhəd olan Tovuz rayonuna hücumlar təşkil olundu. Ötən il  sentyabrın 27-də isə işğal olunmuş Azərbaycan ərazilərində, qoşunların təmas xəttində yenidən gərginlik yaratmağa cəhdlər edən düşmən bu dəfə Azərbaycan Ordusunun əks-hücüm əməliyyatları ilə qarşılaşdı. Əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında qalan ərazilərin xeyli hissəsi işğaldan azad olundu. Bir daha təsdqiqlənir ki, Ermənistanda nə tolerantlıq, nə də multikultural dəyərlərdən əsər-əlamət qalmayıb.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ