Cümə günü, 02 oktyabr 2026
     

Ərazilərin minalardan təmizlənməsində Azərbaycan güclü beynəlxalq dəstək əldə edir...

Image


Azad edilmiş ərazilərin minalardan təmizlənməsi bu gün Azərbaycan üçün həlli vacib olan əsas məsələlər sırasında yer alır. İndiyə qədər bu istiqamətdə xeyli iş görülüb, böyük sayda mina zərərsizləşdirilib. Bu prosesdə Azərbaycana artıq beynəlxalq miqyasda da müvafiq yardımlar edilir.

Məlumdur ki, minaların təmizlənməsi prosesində Azərbaycan Türkiyə ilə işbirliyi həyata keçirir. Böyük Britaniya da bu prosesdə ölkəmizə köməklik göstərir. Hətta bu günlərdə xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarpla görüşündə Londonun Azərbaycanın azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür ifadə edib. Bundan başqa, Böyük Britaniya Müdafiə Nazirliyinin Partlayıcı Maddələrə qarşı Mübarizə İdarəsinin nümayəndəsi Azərbaycanda olub. Səfərin əsas məqsədi partlamamış mina və hərbi sursatların qalıqları ilə mübarizədə Britaniyanın Azərbaycana kömək edə biləcəyini araşdırmaqdır. Minalarla bağlı məsələ Pakistanda səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Sübhan Bəkirovun bu ölkənin Quru Qoşunları komandanı, ordu generalı Qamar Caved Bacva ilə görüşündə də əsas diqqət mərkəzində olub. Qamar Caved Bacva Pakistanın azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesində və həmin ərazilərdə həyata keçiriləcək bərpa işlərində iştirak etməyə hazır olduğunu bildirib. Bu günlərdə isə İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) olub. Diplomat ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb. Tərəflər bu zaman Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan genişmiqyaslı minatəmizləmə fəaliyyətlərinə İsrailin mümkün dəstəyi məsələsini müzakirə edib. İsrailli məşhur politoloq, beynəlxalq hüquq sahəsində ekspert Mixail Finkel isə bildirir ki, İsrail Azərbaycana minalanmış ərazilərin xəritəsini ani şəkildə bərpa etməyə imkan verəcək unikal texnologiya çatdıracaq: “Təəssüf ki, yollar, qəbiristanlıqlar, mülki obyektlər minalanıb. Deməli, erməni tərəfi döyüş əməliyyatları dayandırıldıqdan sonra da, faktiki olaraq, müharibəni davam etdirir. Minalar partlayır, dinc vətəndaşlar həlak olur. Bunun bir adı var: terror. Ermənilər minalanmış sahələrin xəritəsini verməyib və verməyəcək, çünki onların məqsədi Azərbaycanın mülki əhalisinin həyatına və sağlamlığına maksimum ziyan vurmaqdır. Bu, əsl terrorizmdir, bütün beynəlxalq konvensiyalara ziddir. Azərbaycan həmin əraziləri müstəqil olaraq minalardan təmizləməlidir, onun başqa yolu yoxdur. Məndə olan məlumata görə, İsrail Azərbaycan tərəfinə Qarabağın minalardan təmizlənməsi üçün ən müasir texnologiyaların verilməsi üzərində işləyir. Bu texnologiyaların mahiyyəti dronlardan istifadə etməklə torpağı dərindən skanlamaq, minanın olduğu yeri aşkar etmək və müvafiq informasiyanı operatora göndərməkdir. Yəni minalanmış ərazilərin xəritəsi ani olaraq yaradılacaq. Hazırda son sınaqlar keçirilir və lap yaxın vaxtlarda bu unikal İsrail texnologiyası Azərbaycana təqdim ediləcək”.

Bununla yanaşı o da məlumdur ki, hazırda Rusiya da ərazilərin minalardan təmizlənməsində Azərbaycana yardım edir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bu xüsusda bildirib: “Rusiya ümid edir ki, Azərbaycanla Ermənistan arasında minalanmış ərazilər haqqında informasiya mübadiləsi prosesi sürətləndiriləcək”. Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin həlak olmasından sonra Ermənistan tərəfinin minalanmış ərazilərinin xəritələrini Azərbaycana təqdim etməkdən imtina etməsi məsələsini şərh edərkən o bildirib: “Qeyd etmək istərdim ki, Rusiya tərəfi bu faciəyə ilk reaksiya verən dövlətlərdən biri olub. Azərbaycanın Kəlbəcər rayonunda minaya düşərək həlak olmuş jurnalistlərin doğmalarına və yaxınlarına Rusiyanın Bakıdakı səfirliyi tərəfindən dərin hüznlə başsağlığı verilib. Biz yaralananların hamısının tezliklə sağalmasını arzu edirik”. Rusiya Xarici İşlər Nazirliyi rəsmisinin sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi problemi istənilən silahlı münaqişənin ən təhlükəli və çətin həll edilə bilən nəticələrindən biridir: “Rusiya da Dağlıq Qarabağda və ona bitişik rayonlarda münaqişədən sonra minaların təmizlənməsi prosesinə mühüm, əhəmiyyətli töhfə verir. Ötən il noyabrın 23-dən etibarən Rusiyanın sülhməramlı kontingentinin səyləri ilə 26 minə yaxın partlayıcı maddə aşkar edilib və 2 min hektardan çox ərazi təmizlənib. Faktiki olaraq, 2 min bina və 650 kilometrlik yol yoxlanılıb. Analoji tədbirlər Rusiya FHN-in xətti ilə keçirilir. Bu il yanvarın 4-dən etibarən rusiyalı mütəxəssislər Azərbaycan tərəfi ilə razılaşdırılmaqla yarım min hektardan artıq ərazini yoxlayıblar və Ağdam rayonu ərazisində 18 minə yaxın partlayıcı əşyanı zərərsizləşdirib, həmçinin Azərbaycan FHN-in istehkamçılarının hazırlığını həyata keçiriblər”. Diplomatın sözlərinə görə, Bakı və İrəvanla müntəzəm, o cümlədən yüksək səviyyədə təmaslar zamanı Moskva bu məsələni diqqətə çatdırır. O bildirib ki, Rusiya, minalanmış ərazilər haqqında məlumat mübadiləsi də daxil olmaqla, minalardan təmizlənmə məsələlərinin sürətlənməsinə çağırır: “Biz ümid edirik ki, bu proses sürətləndiriləcək”. Beləliklə, Rusiya minatəmizləmə prosesində yaxından iştirak edir. Bir sıra xarici ölkələr də Azərbaycana yardım göstərməyə hazır olduqlarını bildirir. Məhz bu şəraitdə Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi mənasızdır. Sadəcə, ərazi böyük olduğundan, onun sürətlə təmizlənməsi üçün xəritəyə ehtiyac var. Amma görünən budur ki, Ermənistan xəritələri öz xoşu ilə vermək niyyətində deyil. Bu mənada, beynəlxalq ictimaiyyət Ermənistana təzyiqləri artırmalıdır. 

Samirə SƏFƏROVA

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ