Cümə günü, 02 oktyabr 2026
     

Ermənistanda seçki qarşıdurması vətəndaş müharibəsinə doğru gedir...

Image


İyunun 7-dən etibarən Ermənistanda başlanan seçkiqabağı təşviqat kampaniyası siyasi qüvvələr arasında sərt ittihamlarla müşayiət edilir. Siyasi qüvvələr, xüsusən də “Qarabağ klanı” ilə Nikol Paşinyan iqtidarı arasında ziddiyyətlər getdikcə daha radikal xarakter almaqdadır.

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan bildirir ki, indiki halda Paşinyan iqtidarını devirmək olduqca çətindir. Levon Ter-Petrosyan onu da vurğulayıb ki, vaxtında Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyan onun birlikdə hərəkət etmək təklifini qəbul edərdisə, hakimiyyətin dinc istefasına nail olmaq və normal böhran hökuməti qurmaq mümkün olardı: “Bu vəziyyətdə Nikol Paşinyan gedərdi, texnokratik hökumət qurulardı. Ancaq Köçəryan və Serj Sarkisyan bu təklifi rədd etdilər. Amansız döyüş olacaq, ola bilsin ki, hətta vətəndaş müharibəsi. Hər iki tərəfdə də minlərlə pozuntu olacaq, idarəolunmaz hala gələcək hadisələr baş verəcək. Tariximizdən dərs almaq istəmirik. Eyni səhvləri təkrarlasaq, ən çox rədd edilmiş dövlətlərdən biri olacağıq, məsələn, Yəmən və ya Somali kimi”. Bu arada baş nazir əvəzi və hakim “Vətəndaş müqaviləsi” partiyasının rəhbəri Nikol Paşinyan Armavir vilayətində tərəfdarları ilə görüşündə rəqiblərini sərt tənqid edib: “Bəziləri deyir ki, iyunun 20-də qalib gələcəklər, amma biz deyirik ki, siz cəzanızı çəkəcəksiniz”. Baş nazir əvəzi nitqinin böyük bir hissəsini yenə də keçmiş hakimiyyətə həsr edib: “Biz gözləyirik ki, ən azı 60 faiz səs qazanacağıq. Biz sizdən aldığımız möhkəm, polad mandatla Ermənistan Respublikasında vətəndaş müharibəsi başlatmaq istəyən qüvvələri Ermənistanın siyasi meydanından silib atacağıq”. Paşinyan çıxışında 1999-cu ilin 27 oktyabrında parlamentin güllələnməsini yada salıb. O deyib ki, o vaxt ölkənin milli təhlükəsizlik naziri Serj Sarkisyan, prezidenti isə Robert Köçəryan idi. Baş nazir əvəzi Robert Köçəryanın “onu böyük məmnuniyyətlə istənilən silah növü ilə duelə dəvət edərəm” atmacasına da reaksiya verib: “Zənnimcə, bu adam şəxsən əlinə silah alacaq, çünki Nairi Unanyan (27 oktyabr hadisəsini törətmiş dəstənin başçısı) həbsxanadadır. Onun bütün hakimiyyəti öz xalqını duelə çağırmaqdan və güllələməkdən ibarət olub. 2008-ci ilin 1 martında da belə olub. Onda da adamları dəvətsiz-filansız güllələyiblər. Ya da Serj Sarkisyan...Parlamentin spikeri, baş nazir güllələnəndə sən milli təhlükəsizlik naziri idin. Bundan sonra özünü niyə pəncərədən atmadın? Yəqin ona görə ki, sənin başçılıq etdiyin strukturun baş verəcəklərdən xəbəri vardı və ölkənin təhlükəsizliyinin təminatı üçün heç bir addım atmırdı. Ona görə ki, Vazgen Sarkisyan və Karen Dəmirçyan Mehrinin Azərbaycana verilməsinə qarşı çıxış edirdi”.

 Serj Sarkisyanın da cavabı gecikməyib:  “İndi mənim üçün, komandamın üzvləri üçün “biz xəbərdarlıq etmişdik”, “biz proqnozlaşdırmışdıq” kimi ifadələri işlətmək asandır. Amma bu gün bu mənasız sözlər nə həlak olmuş 5 min balamızı, nə də 75 faizi itirilmiş Qarabağı geri qaytaran deyil. Bu sözlərlə 35 min qaçqınımız üçün evlər tikilən və milli ləyaqətimiz bərpa olunan deyil”. Sarkisyan hakimiyyəti müttəfiqləri itirməkdə də ittiham edib: “Ermənistan bu satqınlara görə öz müttəfiqlərinin hörmət və etimadını itirib. Bu populistlər hakimiyyəti yalnız bir məsələdə bacarıb: millətimizin didilməsində, zəifləməsində, müharibədə məğlub edilməsində və tədricən baş verən ölümə düçar edilməsində. Qarşıdan gələn seçki ölümə qalib gəlmək və dirçəlmək imkanıdır”.

“Qarabağ klanı”nın digər təmsilçisi olan Robert Köçəryanın “Ermənistan”  bloku isə seçki kampaniyasına Zəngəzurda başlayıb. Burada Köçəryan Paşinyanın ittihamlarını rədd edib və deyib ki, o heç vaxt Mehrini Azərbaycana vermək niyyətində olmayıb: “Biz hər hansı dəhliz barəsində dəhliz kimi danışıq aparmamalıyıq və başa düşməliyik ki, belə maraq varsa, bu, ölkəmiz üçün təhlükədir. Amma bu, həm də bu kartdan başqa oyunçularla birlikdə istifadə etmək imkanıdır”.  Köçəryanın Mehrini Azərbaycana vermək istəməsini onun burada keçirdiyi görüşdə bu şəhərin bir sakini də dilə gətirib. O deyib ki, Karen Dəmirçyanın “Birlik” blokundan deputat olub və bu variantı kimin necə təklif etdiyi də yadındadır: “Vardan Oskanyanın variantlar təklif etməsi yadımdadır: 1.5 kilometrlik zolağı Azərbaycana verək. Məni Köçəryanın nə deməsi maraqlandırmır. Ən mühüm məqam o idi ki, o, Qarabağı danışıqlardan kənarda qoydu və Qarabağ-Azərbaycan münaqişəsini Ermənistanla Azərbaycan arasında ərazi mübahisəsinə çevirdi”. Qarşılıqlı ittihamların kəskinləşdiyi bir vaxtda siyasi qüvvələr tərəfindən seçicilərin pulla ələ alınması haqda xəbərlər də yayılmağa başlayır. Əvvəlcə Köçəryan hakimiyyəti bu taktikadan istifadə etməkdə günahlandırıb. Blokun seçki qərargahının nümayəndəsi Aram Vardavanyan deyib ki, Zəngəzur və Qeqarkunik vilayətlərində kəndlilərə subsidiyaları “nəyə görəsə məhz indi” paylamağa başlayıblar. Onun fikrincə bu, seçicilərin ələ alınması cəhdidir. Lakin digər xəbərlərə görə, seçicilərin ələ alınması mexanizmini Robert Köçəryan da işə salıb, özü də söhbət birbaşa ələ alınmadan gedir.  Belə ki, Köçəryan bu məqsədlə böyük vəsait ayırıb və onun adamları seçicilərə “Ermənistan” blokuna səs vermək üçün pul təklif edir. Köçəryan seçkilərə Qarabağda yaşayan erməniləri də cəlb edir. Onları Gorusa daşıyırlar və orada seçici kimi qeydə alırlar. Bu da təsadüfi deyil, çünki Qarabağ ermənilərini praktiki olaraq Köçəryanın elektoratı hesab etmək olar. Bəlli olduğu kimi, işğal illərində Dağlıq Qarabağın praktiki olaraq bütün sakinləri qanunsuz şəkildə Ermənistan pasportları alıb və nəticədə formal olaraq bu ölkənin vətəndaşları hesab edilirlər. Yəni onların Ermənistanda səs vermək imkanları var. Siyasi texnoloq Karen Köçəryan jurnalistlərə açıqlamasında bildirir ki, seçicilərin pulla ələ alınması hallarına hər yerdə rast gəlinir, amma Ermənistanda bunu kobud şəkildə, “balta üsulu” ilə edirlər. O, əvvəlki seçkilərdə də seçicilərə pul paylanılması hallarının geniş yayıldığını xatırladıb. Seçiciləri pulla ələ almaq təcrübəsindən oliqarx Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası da geniş istifadə edir. Ermənistanda indi o da açıq etiraf olunur ki, rəqib siyasi qüvvələrin gündəliyində duran əsas məsələ bir-birini məhv etməkdir. Məhz bu səbəbdən siyasi qarşıdurma, vətəndaş müharibəsi qaçılmaz hesab olunur.

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ