Rusiya Jurnalistlər İttifaqırəsmi İrəvandan tələb etməlidir ki, Qarabağda azad olunmuş ərazilərdə mina xəritələrini dərhal Azərbaycana təqdim etsin. Bu barədə rusiyalı hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bəyan edib.
“Peşəkar xidmətlərini yerinə yetirən həmkarlarımız həlak olublar. (...) Hesab edirəm ki, Azərbaycan jurnalistlərinin həlak olması ilə bağlı Rusiya Jurnalistlər İttifaqı rəsmi bəyanatla çıxış edərək baş sağlığı verməli və rəsmi İrəvandan tələb etməlidir ki, azad olunmuş ərazilərdə mina xəritələrini dərhal Azərbaycana təqdim etsin”, - Korotçenko Qarabağda vəzifələrinin icrası zamanı minada düşırək həlak olan iki Azərbaycan jurnalistin ölümünü şərh edərkən özününTelegram kanalında yazıb.
Həmçinin, rusiyalı hərbi ekspert qeyd edib ki, beynəlxalq jurnalist ittifaqlarından bu faciəyə reaksiyalar gözləyir. “Ümumi tələb – mina xəritələrini təqdim olunmasına məcbur etmək məqsədilə Ermənistana siyasi təzyiq göstərməkdir”, - Korotçenko vurğulayıb.
Ekspert xatırladıb ki, minaya düşmək və partlamamış sursatlar təhlükəsi hər tərəfdə mövcuddur.
“Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində mina təhlükəsi hər yerdə var. Biz, bu yaxınlarda Ağdam və Füzuli rayonlarına səfər edən rusiyalı jurnalistlər və ekspertlər də risk etmişik, lakin peşəkar borcumuzu yerinə yetirmişik ki, baş verənlər barədə obyektiv şəkildə məlumatlandıraq. Bizdə ermənilərin minaladığı ərazilərdə həlak ola bilərdik”, - Korotçenko yazıb