Cümə günü, 02 oktyabr 2026
     

Erməni terroru Azərbaycanın azad mediasını birbaşa hədəfə aldı - iki şəhid jurnalist...

Image


Məlum olduğu kimi, Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və “AzərTAc”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Belə ki, iyunun 4-də, saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanalı və xəbər agentliyinin əməkdaşlarının olduğu “KamAz” markalı avtomobilin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV-nin operatoru), Məhərrəm İbrahimov (“AzərTAc”ın əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

İkinci Qarabağ müharibəsinin bitməsindən – 10 noyabr Bəyanatından 7 aya yaxın vaxt ötür. Bu müddətdə Azərbaycan dövlətinin bölgədə sülh, təhlükəsizlik olmasını istəyən dünya birliyindən, müvafiq qurumlardan israrla bir tələbi, xahişi oldu: Ermənistanın Qarabağda basdırdığı minaların xəritələri Azərbaycana verilsin. Bu barədə dəfələrlə çağırışlar edildi. Hansı ki, beynəlxalq hüquqa görə, müharibə bitəndən dərhal sonra məğlub Ermənistan bu xəritələri qalib Azərbaycana verməli idi. Lakin Ermənistan növbəti beynəlxalq cinayət törədərək bunu etmədi. Dünya birliyi, həmsədr ölkələr, müvafiq beynəlxalq təşkilatlar isə bu bəşəri cinayətə, alçaqlığa adekvat reaksiya vermədilər. Bu bir daha erməni terrorunun sərhəd tanımadığını göstərir.

  • Yadigar Məmmədli: “Bu onu göstərir ki, ermənilər öz mənfur niyyətlərindən əl çəkmək istəmirlər”

Məsələyə münasibət bildirən Demokratik Jurnalistlər Liqasının rəhbəri, media eksperti Yadigar Məmmədlinin sözlərinə görə, bu bir daha erməni faşizmini dünyaya göstərdi: “Çox təəssüflər olsun ki, qorxduğumuz başımıza gəldi. Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə mülki şəxslərin qətliamını həyata keçirir. Bu gün Kəlbəcərdə məlum hadisə baş verdi və iki həmkarımız həlak oldu. Bu onu göstərir ki, ermənilər öz mənfur niyyətlərindən əl çəkmək istəmirlər. Beynəlxalq qurumlar minalanmış ərazilərin xəritəsini tələb etmədikcə, onlar öz çirkin əməllərini həyata keçirirlər. Bu bir daha erməni faşizminin xislətini göstərir. Dünya bunu qınamalıdır. Nə qədər ki, biz bunu görmürük, ermənilərin bu cür bəd əməlləri davam edəcək”.

  • Əli Orucov: “Onların niyyəti odur ki, azərbaycanlılar işğaldan azad edilən rayonlara qayıtmasınlar”

AMİP funksioneri Əli Orucov hesab edir ki, Ermənistan məqsədyönlü şəkildə bu cür terror siyasəti həyata keçirir: “Onların niyyəti odur ki, azərbaycanlılar işğaldan azad edilən rayonlara qayıtmasınlar. O üzdən, minalanmış ərazilərin xəritələri verilmir. Bütün bunları Ermənistanı himayə edən dövlətlər görür, amma buna öz etirazlarını bildirmirlər. Belə ədalətsiz dünyada yaşayırıq. Hesab edirəm ki, Azərbaycan minalanmış ərazilərin xəritəsi məsələsini qəti şəkildə tələb etməli və beynəlxalq qurumları bununla bağlı Ermənistana təzyiq göstərməyə vadar etməlidir”.

Nə qədər ki, Ermənistana bu yöndə təzyiq yoxdur, belə hallar davam edəcək.

  • DİN və Baş Prokurorluqdan birgə açıqlama - 3 nəfər həlak olub

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir: "Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir.

Belə ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobilin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (AzərTAc xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir".

  • Baş prokuror beynəlxalq təşkilatlara müraciət etdi...

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarına rəsmi müraciət ünvanlayıb.

Müraciətdə qeyd edilib ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir.

Belə ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtobusun rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 2 media əməkdaşı və 1 dövlət qurumunun əməkdaşı ölmüş, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər.

Vurğulanıb ki, qeyd edilən faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla hazırda intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Kamran Əliyev Ermənistan tərəfinin işğaldan azad edilmiş ərazilərimizdə uzun illər ərzində bastırdığı minaların xəritə və sxemlərini bugünədək təqdim etməməsini Ermənistan Respublikasının Azərbaycan xalqına qarşı törətmiş olduğu təxribat xarakterli aktların davamı kimi qiymətləndirərək, onlardan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyi tələb edib.

Eyni zamanda, Baş Prokuror insanların həyatını xilas edilməsinə kömək edə biləcək bu xəritələri və digər zəruri məlumatları Ermənistanın təqdim etməkdən imtinasının Azərbaycan əhalisinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci və 8-ci maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi, 4 saylı Protokolunun 2(1) və 3(2) maddələrindən irəli gələn hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olmasını diqqətə çatdırmaqla, üçtərəfli Bəyanatın imzalandığı gündən hazıradək 18 mülki şəxsin həlak olmasını, 24 şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasını qeyd etmişdir.

Sonda Baş Prokuror, nüfuzlu beynəlxalq təşkilatlar və dünya ictimaiyyətindən törədilmiş cinayətlərlə bağlı səlahiyyətləri çərçivəsində Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsini xahiş edib.

  • XİN jurnalistlərin minaya düşməsinə görə bütün məsuliyyəti Ermənistanın üzərinə qoydu

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Kəlbəcərdə mina partlayışı nəticəsində mülki şəxslərin həlak olması barədə məlumat yayıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, 4 iyun 2021-ci il tarixində səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara isə Allahdan şəfa diləyirik.

Azərbaycan tərəfi Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırması məsələsini davamlı şəkildə beynəlxalq müstəvidə qaldırır.

Kəlbəcərdə baş verən bu hadisə bir daha onu göstərir ki, bu ərazidəki minalar Ermənistan tərəfindən, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirilib. Məqsəd isə Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır.

Xatırladırıq ki, bir müddət öncə Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olaraq, ərazidə yolların minalanmasına yönəlmiş təxribat törədərkən Ermənistan silahlı qüvvələrinin bir qrupu saxlanılıb. Bu da bir daha onu göstərir ki, Ermənistan tərəfi həm hərbi, həm də mülki şəxslərin həyatı və təhlükəsizliyinə ciddi təhlükə yaratmaqda davam edir, beləliklə də bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistanın bu davranışı regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir.

Mülki azərbaycanlıların öz vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırırıq.

Azərbaycan öz tərəfindən sülhü və təhlükəsizliyi təmin etmək üçün bütün müvafiq, o cümlədən lazımi hüquqi tədbirləri görəcək.

  • AZTV: “Bu, media nümayəndələrinin fəaliyyətinə qarşı yönəlmiş terror aktıdır”

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti də Kəlbəcərdə 4 iyun 2021-ci ildə baş vermiş hadisə ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: "İşğaldan azad olunmuş bölgələrimizdə artıq bir müddətdir ki, Azərbaycan Televiziyası və Azərbaycan Dövlət İnformasiya Agentliyi – AzərTAc-ın bir qrup əməkdaşı çəkilişlər aparır. Məqsəd Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan xalqının mülkiyyətini və tarixi abidələrini darmadağın edərək yol verdiyi vandalizmi dünyaya göstərmək və sənədləşdirməkdir.

Bu gün həmin qrupu növbəti çəkiliş üçün Kəlbəcərin Susuzluq kəndinə aparan avtobus hərəkət olan yolda tank əleyhinə minaya düşüb. Nəticədə Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AzərTAc-ın müxbiri, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov, RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub. Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib. Onların arasında Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov da var.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik!

Bu hadisə düşmənin mülki şəxslərə qarşı törətdiyi amansız cinayətlərin daha bir nümunəsidir. Bu, eyni zamanda media nümayəndələrinin işğaldan azad olunan ərazilərimizdə faəliyyətinə qarşı yönəlmiş terror aktıdır. Ermənistan tərəfinin Kəlbəcərdən öz qoşunlarını çaxararkən minalar basdırmasının nəticəsidir. Bu günə qədər mülki şəxslər, o cümlədən peşə fəaliyyətini həyata keçirən jurnalistlər minaların qurbanı olurlar. Beynəlxalq media təsisatlarına, jurnalistlərin hüquqlarını qoruyan təşkilatlara müraciət edərək onlar tərəfindən həmrəylik nümayiş etdirilməsinə və Ermənistandan mina xəritələrini gizlədərək mülki insanları hədəf alan siyasətə son qoymağı tələb etməyə çağırırıq".

  • MEDİA: “…Ermənistanın terrorçu əməllərinin növbəti əyani sübutudur”

Medianın İnkişafı Agentliyi (MEDİA) Kəlbəcərdə mina partlayışı nəticəsində Azərbaycanın iki media işçisinin şəhid olması ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: "İşğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) müxbiri Məhərrəm İbrahimovun və daha bir mülki vətəndaşımızın minaya düşərək həlak olması, bir neçə nəfərin yaralanması Ermənistanın terrorçu əməllərinin növbəti əyani sübutudur.

Bütün beynəlxalq konvensiyalara və əldə olunmuş razılıqlara zidd olaraq Ermənistan tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşdirilmiş minaların xəritələrinin Azərbaycana təhvil verilməməsi minlərlə insanın həyatını təhlükəyə məruz qoyur və bu gün olduğu kimi günahsız insanların ölümü ilə nəticələnir.

Törədilən terror aktı beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarının ağır pozuntusu olmaqla Ermənistanın sülhə, təhlükəsizliyə və beynəlxalq hüquqa saymazyana münasibətinin, cəzasızlıq mühitinin formalaşdırılması səbəbindən bu kimi qeyri-insani davranışları vərdiş halına gətirməsinin və humanist ideyaları təcavüzkar milliyyətçiliyə qurban verməsinin göstəricisidir.

İşğaldan azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən törədilmiş qeyri-insani hərəkətlər, nadir mədəni tarixi abidələrimizin amansızcasına dağıdılması, təbii sərvətlərimizin talan edilməsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, tarixi reallıqların lentə alınaraq əbədiləşdirilməsi məqsədilə ən çətin şəraitdə çalışarkən həlak olmuş jurnalist həmkarlarımızın vəfatından kədərləndiyimizi bildirir, ailələrinə başsağlığı verir, Allahdan onların əzizlərinə və doğmalarına səbr diləyirik".

  • Azərbaycan jurnalistləri xarici media qurumlarına və beynəlxalq təşkilatlara müraciət qəbul etdi

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin genişləndirilmiş iclasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (“AzərTAc”) müxbiri Məhərrəm İbrahimovun və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışovun Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak olmaları ilə bağlı Azərbaycan jurnalistlərinin xarici media qurumlarına və beynəlxalq təşkilatlara müraciəti qəbul edilib.

120-dən çox media, jurnalist təşkilatı rəhbərinin və müstəqil jurnalistin imza atdığı müraciətdə deyilir:

"2021-ci il iyun ayının 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (“AzərTAc”) Qarabağa ezam olunan müxbiri Məhərrəm İbrahimov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) operatoru Sirac Abışov Azərbaycanın Ermənistan işğalından azad edilmiş Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak olubr. Daha bir mülki şəxsin həlak olduğu, üç nəfərin isə yaralandığı bu hadisə Azərbaycan jurnalistlərində dərin üzüntü, kədər, təəssüf və hiddət hissi doğurmuşdur.

İkinci Qarabağ Müharibəsinin başa çatmasından, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli birgə bəyanatdan sonra Ermənistan tərəfindən vaxtilə ərazidə yerləşdirilmiş müxtəlif növ minalar və digər partlayıcı qurğular indiyədək xeyli sayda mülki şəxsin həyatına son qoyub, yaralanmalarına səbəb olub. Təxminən 35000-dən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq, mina qurbanlarının sayı artmaqda davam edir. Məhərrəm İbrahimovun və Sirac Abışovun həyatlarını itirmələri ilə nəticələnmiş faciəli hadisə minalanmış ərazilər probleminin jurnalist fəaliyyətinə də maneçilik törətdiyinin, məhdudiyyət yaratdığının, peşəni əsl təhlükəyə çevirdiyinin bariz göstəricisidir. Nəzərə alaq ki, hər iki media orqanının əməkdaşı Kəlbəcər rayonuna məhz xidməti vəzifələrini həyata keçirmək üçün getmişdilər.

Ermənistan Respublikası minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bu, nəinki həmin ərazilərdə jurnalist yaradıcılığını məhdudlaşdırır, eyni zamanda Ermənistanın işğalı nəticəsində zorla doğma yurdlarından ayrı düşmüş məcburi köçkün ailələrinin geri qaytarılmasına da imkan vermir. Beləliklə həm cəmiyyətin informasiya ilə təminatı, həm də insanların öz evlərində yaşamaq hüququ pozulur. Otuz ilə yaxın müddətdə işğalçılıq yolu tutmuş Ermənistan indi də mina xəritələrini verməkdən imtina etməklə özünün beynəlxalq hüquqa zidd niyyətini gerşəkləşdirməkdə, bölgədə sülhün və əminamanlığın yaranmasına qarşı çıxmaqdadır.

Onu da bildiririk ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş quruculuq işlərinə başlanılıb. Əraziyə xarici şirkətlərin böyük marağı var. Bu maraq eyni zamanda müxtəlif ölkələrdən jurnalistlərin bölgəyə axınını şərtləndirməkdədir. Ermənistanın mina xəritələrini verməkdən imtinası xarici media təmsilçilərinin də həyatlarına təhlükədir. Bu, məqsədli şəkildə edilən hərəkətdir, bəşəri dəyərlərə birbaşa təhdid əməlidir. Çox istərdik ki, beynəlxalq təşkilatlar, o cümlədən jurnalistika sahəsində fəaliyyət göstərən nüfuzlu qurumlar məsələ ilə bağlı qətiyyətli və prinsipial mövqelərini bildirsinlər. Hesab edirik ki, onların verəcəkləri sərt reaksiya Ermənistanın tutduğu anti-bəşəri yoldan daşınmasına əməli töhfə ola bilər. Biz Azərbaycan jurnalistlərinin gösləntisi məhz bundan ibarətdir.

Biz Azərbaycan jurnalistləri Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) operatoru Sirac Abışovun həyatlarını itirmələri ilə nəticələnmiş faciəli hadisədən bir daha kədərləndiyimizi bildiririk. Bu müraciəti imzalamaqla məqsədimiz beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın insan hüquq və azadlıqlarına zidd əməlinə çəkməkdir.

Biz xaricdəki həmkarlarımızı bu fakta ciddi reaksiya verməyə, Ermənistan Respublikasına minalanmış ərazilərin xəritələrini vermək üçün təzyiq göstərməyə çağırırıq. Əmin edirik ki, bu çağırış missiyasına dəstək insanların, habelə jurnalistlərin həyatları üçün mövcud olan təhlükənin aradan qaldırılmasına köməkdir. Bu dəstək həmçinin bölgədə sülhün, əminamanlığın və sabitliyin yaradılmasına son dərəcə böyük töhfə ola bilər".

  • MTRŞ: “Beynəlxalq təşkilatları Ermənistana çağırışlar etməyə dəvət edirik”

Milli Televiziya və Radio Şurası da jurnalistlərin minaya düşməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "İşğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən "AZTV" kanalının operatoru Sirac Abışov və "AzərTAc" İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov minaya düşərək həlak olmuş, bir neçə şəxs yaralanmışdır. Milli Televiziya və Radio Şurası həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara isə Allahdan şəfa diləyir.

Azad olunmuş ərazilərdə Ermənistan tərəfindən işğal dövründə yüz mindən artıq mina yerləşdirilmişdir. İndiyə qədər onlarla mülki şəxs minaya düşərək həlak olmuş və ya yaralanmışdır. Daha çox itkilərin baş verməsinin qarşısının alınmaması məqsədilə Ermənistan minalanmış ərazilərin xəritələrini təqdim etmir.

Dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etməsi üçün Ermənistana çağırışlar etməyə dəvət edirik".

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ