Cümə günü, 02 oktyabr 2026
     

II Qaregini Qarabağa Şeyxmi çağırıb? - Əkbər QOŞALI yazır

Image


Ermənistanın ErMİNAstan olduğu bir daha görsəndi. Beynəlxalq humanitar hüququn əsas normalarını, prinsiplərini, eləcə də, Cenevrə Konvensiyalarının (1949) tələblərini kobud şəkildə pozaraq respublikamızın ərazilərini minalamış Ermənistan silahlı qüvvələri vətəndaş­larımızın həyatına son qoyur. Mövcud mina xəritələrini verməzkən, yeni minalar döşəmək təlimatı alan erməni hərbçiləri öz qanunsuz əməllərinə fürəst axtarır.

Ermənistanda bu cinayət əməllərinə bir “Dur!” deyən varmı? Yaxşı, Ermənistan siyasi-hərbi rəhbərliyini başa düşdük də, bəs erməni aydınları, erməni anaları, erməni QHT, KİV başçıları, cəhənnəm, erməni katolikosu niyə dinmir? – Baxın, həmin o erməni katolikosu deyilən nəfər – II Qaregin Qarabağa gəlib. Onu bizim şeyxmi hansısa tədbirə çağırıb? – Əlbəttə, yox! Yoxsa Azərbaycanın müvafiq dövlət orqanlarına deyərəkmi gəlib? – Belə də deyil, əlbəttə. Əlbəttə, özbaşına gəlib. İşi-gücü “erməni zəvvarlar”ı ermənilərin Qarabağa köçürülməsindən yüzillər öncəsinə aid alban kilsələrinə “ziyarət”ə aparıb-gətirmək olan Xankəndidəki rusməramlı qüvvələr, bir zəhmət II Qareginlə də yaxından ilgilənsin. – Bəlkə, adam 25 yaşlı Qayane Qrantovna Arzumanyanın Xankəndidəki rus hərbi kontingentinin baş leytenantı Artyomdan hamilə qalmasının üstündən aylar keçəndən sonra onların  “kəbin”ini kəsməyə, nə bilim, nigahını bağlamağa gəlib?

II Qareginin Xankəndiyə gələrək terrorçuların başsız başçısı Araiklə görüşməsi də, Qarabağ döyüşlərində cəhənnəmə vasil edilən işğalçı, separatçı erməni əsgərlərin məzarlığını ziyarət etməsi də qanunsuzdur. Belə bir din xadimi “mina döşəməyin!” deyərmi? “Daha çox mina döşəyin” deyər ki, döşəməyin deməz. O necə din xadimidir ki məscidlərin dağıdılmasına, məscidlərə donuz doldurulmasına göz yumurdu?

Ermənistan guya “qalib”kən qalib ləyaqəti göstərə bilmədi, məğlub olunca da, məğlubluğu ilə barışmır; müharibədə döyüşə bilmədi – işğalçı ordunun 10 min civarında fərarisi, daha nə qədər gizlənəni, şil-küt olanı, cəhənnəmə vasil olanı, silah-sursatı qoyub qaçanı, itkini... bəlliykən, indi də sülh quruculuğunda ləyaqət göstərə bilmir. Nə zaman atəşkəs oldu – onu ilk Ermənistan pozdu. Dövlət ciddiyyətinə yiyələnə bilməyən Ermənistanla davranmağın tək yolu var: Ermənistanda Ermənistanlılıq qalmamalıdır! Ermə­nistan dövlət ərkanına yiyələnənə qədər bizimki bizə dəyər. Artıq onlarınkı onlara dəysin, artıq bədəl ödəmə vaxtı onlardadır.

Ermənistan mina xəritələrini verməklə sülh ləyaqəti, ciddi dövlət ədəbi nümayiş etdirə bilərdi. Bilmədi;

Ermənistan dübarə mina döşəməkçün, digər təxribat, pozuculuq işləri üçün kəşfiyyat-diversiya qrupları göndərməzdi. Göndərdi;

Ermənistan üçtərəfli Bəyanatın mürəkkəbi qurumamış terrorçu bölmələri Qarabağa ezam etməyə bilərdi. Etdi;

Ermənistan, Fransa ablası başda olmaqla, çeçələ dövlət Lüksemburq ayaqda olmaqla, uzaq-uzaq dövlətləri bizim üstümüzə haray-həşirə qaldırmamalıydı. Qaldırdı;

Ermənistan iki üçtərəfli Bəyanata əməl etməli, məsələn, Zəngəzur dəhlizində işlərə mane olmamamlıydı. Oldu;

Ermənistan “əvəzçıxma” çağırışlarında – siyasi hoqqabazlıqlarda bulunmamalıydı. Bulundu...

Siyahını Ermənistanın perimetri qədər uzaqtmaq olar, ancaq perimetr boyu dolanmağa ehtiyac yoxdur, Ermənistanın monoetnik, qeyri-tolerant, etibarsız qonşu, əsalətsiz dövlət olduğu hər metrdən, hər kvadratmetrdən bəllidir. Ermənistan şərdən arındırılmalıdır – necə ki 44 gün Qarabağda arındırma işi apardıq, eləcə də Ermənistanda, dinc ermənilər daxil, o torpağın flora-faunasına, tarix yaddaşına, mədəni abidələrinə hüzur bəxş etməliyik. Bəli, belə sözlər kiminə xəyal, kiminə “siyasi-diplomatik dəstursuzluq” kimi gələ bilər, ancaq, əfəndilər, biz Ermənistandan danışırıq axı, məhz Ermənistandan. Axı başqalarına məxsus yaxşı nə varsa onu özününkü sayan bir zehniyyətdən danışırıq biz. Danışırıq ki, o torpaqlar bizimdir. Qarabağ 30 il, İrəvan 103 il, Zəngəzur 101 il öncə işğal olunub – işğalın nə 30-u, nə 130-u? İşğal işğaldır və sonlandırılmalıdır.

Beləliklə, 04 iyun 2021-ci ildə s.11.00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş media əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşdüyü rəsmən təsdiqlənib. Rəsmi bilgiyə görə 3 nəfər – Sirac Abışov (AzTV-nin operatoru), Məhərrəm İbrahimov (“AzərTAc”ın əməkdaşı), Arif Əliyev (Kəlbəcər RİHB Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Kim zəmanət verə bilər ki, o minaları 27 mayda, gecə s.03.00 radələrində, Ermənistan ordusunun dövlət sınırının Kəlbəcərin Yuxarı Ayrım yaşayış məntəqəsi yönündəki yola mina döşəyərkən yaxalanmış kəşfiyyat-diversiya qrupunun üzvləri etməyib? Yaxud kim zəmanət verə bilər ki, Kəlbəcərdən çıxmağa əlavə 10 gün xahiş edən və Rusiya Prezidentini şəxsən bu işə qatan Ermənistan məhz o 10 gün içində döşəməyib o minaları? İndi Ermənistanın israrlı xahişi ilə bizdən əlavə 10 gün vaxt istəyən Rusiya və ya 6 diversanta azadlıq tələb edən Fransa, başqa dövlətlər, dövlət başçıları bizim həlak olan vətəndaşlarımızı həyata qaytara biləcəkmi? Hər üçü ailəli olan mina qurbanlarının özlərinin, yetim qalan balalarının günahı nə idi? O üç mülki vətəndaşın öldürülməsi Ermənistanın və onun havadarlarının nəyinə lazımdır? Bəxtəvərmi oldular? Heç kəs unutmamalıdır ki, hər belə hadisə bizi daha da mətin, daha cəsarətli edir. Bizim hisslərimizi kinə, nifrətə dönüşdürməyə heç kəs qalxınmamalıdır. Kin, nifrət onu bəsləyənə ziyan vura bilər, amma qarşı tərəfə də yaxşı heç nə vəd etmir! Onsuz da, Xocalıda, Xankəndidə, Əsgəranda üçrəngli müqəddəs bayrağımız dalağalananadək bizə rahatlıq yoxdur. Amma qurcux ermənilər heç olmazsa indi Ermənistan adlanan ərazidə yaşamaq istəyirlərsə, özlərinə çəki-düzən versin.  Heç nə unudulmur, heç nə yaddan çıxmır!

İnanıram ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəl­ləsinin 100.2, 116.0.6 və digər maddələri ilə başlanılmış cinayət işi öz məntiqi sonluğuna varacaq. Bu maddələr təcavüzkar müharibəni planlaşdırma, hazır­lama, başlama və ya aparmağı, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmağı ehtiva edir. – Ermənistan dövləti məhz bu sadalanan mad­dələr üzrə hüquqi cavabdehlik daşıdığı kimi, erməni hava­darları da ən azı mənəvi məsuliyyət payına sahibdir.

İntensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirən dövlətimizə inamımız sonsuzdur.

Zəhmət olmasa, heç kəs bizdən terrorçu-merrorçu xahiş etməsin. Belə bir xahişin “tərcüməsi”, mənası budur: siz erməni diversantları və terrorçuları buraxın ki, yeni minalar döşəyə, yeni canlar ala bilsinlər.

Adam, sizin canınız candı da, bizimki cam saqqızıdımı?

Əkbər QOŞALI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ