Cümə günü, 02 oktyabr 2026
     

Sərhəd təxribatları, faşizmə sadiqliyi Ermənistana qarşı beynəlxalq sanksiyaları gündəmə gətirir...

Image


Faşist ideologiyasının Ermənistanda çiçəklənməsi bu gün heç kimə sirr deyil. İndiyədək bu xüsusda beynəlxalq ictimaiyyətdən hər hansı sərt reaksiya görməməsi səbəbindən Ermənistanda faşizmin ən qabarıq təzahürlərini görmək elə də çətin deyil. Bu fonda qeyd edək ki, bir neçə gün əvvəl, konkret olaraq mayın 31-də Ermənistanda “General Dro” kimi tanınan faşist Drastamat Kanoyanın doğum günü qeyd edilib.

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan isə Respublika Günü münasibətilə mesajında ​​Dro və Qaregin Njdeni ölkənin qəhrəmanları adlandırıb. Hazırda Ermənistan faşist abidələrinin sayına görə dünyada ən öndə gedən dövlətlərdən biridir. Məlumdur ki, Ermənistanda Njdeyə həsr olunmuş memorial abidələr, heykəllər, adı verilmiş küçələr, kənd və meydanlar mövcuddur. Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov bu fonda Ermənistanda ermənilərin digər xalqlar üzərində milli üstünlüyü kimi faşist ideologiyasının təriflənməsinin millətin deqradasiyasının əsas göstəricilərindən biri olduğunu bildirib, bunu dövlətçiliyin süqutunun əsas xəbərçisi adlandırıb. Onun fikrincə, İrəvanda yeni hakimiyyət orqanlarının tarixə yeni baxışı Qərbin İkinci Dünya müharibəsini fərqli şəkildə təqdim etmək cəhdlərinin ümumi fonunda baş verir, bu da öz növbəsində, Rusiyanın nasist Almaniyasını və müttəfiqlərini məğlub edən SSRİ-nin qanuni varisi olmaq hüququnu pozur: “Saxtalaşdırma prosesinin təşəbbüskarları kimi ABŞ və Avropa Birliyinin hakim dairələri göstərilir. Deqradasiyanın ən vacib mərhələlərindən biri Avropa Parlamentinin 2019-cu ildə qəbul etdiyi və məqsədi avropalı gənc nəslin şüurunda nasist Almaniyası ilə Sovet İttifaqının İkinci Dünya müharibəsindəki roluna eyni münasibəti formalaşdırmaq, həmçinin həmin dövrdə əhəmiyyətli hadisələri təhrif etmək olan “Avropa yaddaşının Avropanın gələcəyi üçün əhəmiyyəti haqqında” qətnaməsi oldu. Ermənistanda Dro və Njdeləri qəhrəmanlaşdıranlar məhz bu qətnaməyə güvənir. İrəvanda Qərblə ortaq dəyərlər Rusiyanın qalib ölkənin qanuni varisi olmaq hüququnu pozmaq üçün inkişaf etdirilir, eləcə də SSRİ-nin tərkibində olan digər respublikalar kimi. İrəvanın Azərbaycana qarşı təşəbbüslərini çox vaxt dəstəkləyən Avropa Parlamentinin qətnaməsində tarixi həqiqətlər, onların ardıcıllığı, səbəbləri və nəticələrinə heç bir məhəl qoyulmur. Ermənistan tərəfindən həmin Qaregin Njdeyə abidələrin qoyulması heç vaxt pislənməyib, halbuki, Azərbaycan dəfələrlə bu məsələni qaldırıb”.  Ekspert “kalibr” portalına açıqlamasında Ermənistanda faşistlərin qəhrəmanlaşdırılmasına qarşı mübarizə aparmaq üçün istənilən üsulun, o cümlədən iqtisadi sanksiyaların tətbiqinin zəruriliyini vurğulayıb: “Əks təqdirdə, dünya elitasının II Dünya müharibəsinin nəticələrini yenidən nəzərdən keçirmək planları reallaşacaq: faşist hesab etdiyimiz insanlar qəhrəman olacaq, qəhrəman sayılanlar isə unudulmağa məhkum olacaq. Və bunun üçün elə də çox vaxt lazım deyil”. Amma Ermənistana sanksiyalar təkcə faşist ideologiyasına yox, Azərbaycana qarşı sərhəddə törətdiyi təxribata görə də tətbiq edilə bilər. Hər halda, amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teysin açıqlamaları bu qənaətə gəlməyə əsas verir. O hesab edir ki, silahlı təxribatlar və Ermənistan Silahlı Qüvvələri tərəfindən dövlət sərhədinin pozulması halları beynəlxalq təşkilatlar və dünya ölkələri, o cümlədən ABŞ, Fransa, Almaniya və Avropa Birliyi tərəfindən qətiyyətlə pislənməlidir: “ABŞ Dövlət Departamentində təşkil edilən mətbuat konfranslarında regional təhlükəsizliklə bağlı Qafqazdakı vəziyyətin və İrəvandakı faşist rejiminin yürütdüyü siyasətin dəhşətli fəsadlarının müzakirə edilməməsi yolverilməzdir. Rəsmi Vaşinqton əvvəlki kimi Avrasiyanın bu regionundakı vəziyyətlə bağlı geosiyasi dialoqda iştirak etmir”. Politoloq deyib ki, ATƏT-in Minsk Qrupu daha fəal olmalı və Azərbaycan Respubikasının ərazi suverenliyinin kobud şəkildə pozulması hallarını pisləməlidir: “İndiyədək ATƏT-in Minsk Qrupunun həmsədrləri özlərini çox sakit aparıblar və demək olar ki, heç bir addım atmayıblar”. P.Teys baş verənlərə görə Ermənistan rəhbərliyinin məsuliyyətə cəlb edilməli olduğunu vurğulayıb: “Rəsmi Vaşinqton və Brüssel tərəfindən onlara qarşı sanksiyalar tətbiq edilməlidir. Ermənistana rüşvətxor avtokratlar rəhbərlik edir. Öz həmvətənlərinin həyat şəraitini yaxşılaşdıra bilməmələri onları silahlı təxribatlara əl atmağa, bununla da həssas regional təhlükəsizliyi pozmağa və Avropanın demokratik institutlarına zərər vurmağa vadar edir. Rəsmi Vaşinqton məsələ ilə bağlı qəti mövqe nümayiş etdirməli və Ermənistan rəhbərliyini məsuliyyətə cəlb etməlidir”. Ekspertin fikrincə, erməni ictimaiyyətinin diqqətini ən mühüm məsələlərdən yayındırmaq üçün Ermənistan hökumətinə başçılıq edən siyasi partiyaların çoxu bu yaxınlarda Azərbaycanla sərhəddə baş vermiş silahlı təxribatları daxili təbliğat məqsədilə istifadə etməyə çalışır. P.Teys “report” portalına açıqalamasında qeyd edir  ki, ABŞ dövlət katibi Entoni Blinken Bakıya rəsmi səfər etməklə rəsmi Vaşinqtonun Cənubi Qafqazdakı geosiyasi iştirakının möhkəmləndirilməsində əhəmiyyətli rol oynaya bilər: “Bu, Cozef Baydenin prezidentliyi dövrünün ən vacib nailiyyəti və Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərdə tarixi dönüş nöqtəsi ola bilər”.

Samirə SƏFƏROVA

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ