Cümə günü, 02 oktyabr 2026
     

Gənc nəslin multikultural ruhda tərbiyəsi Azərbaycanda dövlət tolerantlıq siyasətinin tərkib hissəsi kimi…

Image


Hər bir ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, onun müstəqil dövlət kimi möhkəmlənməsində düşünülmüş gənclər siyasəti olduqca mühüm əhəmiyyət kəsb edir.

Gənclik Vətənin müdafiəsi, ölkənin inkişafı deməkdir. Bu baxımdan, intellektual potensiala malik gənclərin yetişdirilməsi böyük önəm daşıyır. Gənclərin fiziki baxımdan sağlam, mənəviyyatca təmiz, milli vətənpərvərlik ruhunda tərbiyəsi, onların dövlətçilik məfkurəsi ətrafında sıx birləşməsi kimi vacib və aktual vəzifələr bu gün dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Son illər Azərbaycanda gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər ölkə gəncliyinin inkişafında mühüm rol oynayıb. Gənclərin fəaliyyətlərinin stimullaşdırılması və düzgün istiqamətləndirilməsi məqsədilə yaradılan Prezident yanında Gənclər Fondu onların potensialından səmərəli istifadə olunmasında əvəzsiz rol oynayır.

  • Bu tədbirlərin özəyində gənclərimizin düzgün tərbiyələnməsi, maariflənməsi dayanır

Bununla yanaşı, ölkəmizdə multikultural dəyərlərin təbliği, təşviqi və inkişaf etdirilməsi üzrə böyük işlər görülür. Mərhum prezident Heydər Əliyev hər zaman qeyd edirdi ki, gənclər bizim gələcəyimizdir. Bizim milli-mənəvi dəyərlərin qorunub gələcək nəslə çatdırılması çox vacibdir. Axı, gənclər hər zaman müasir innovativ enerji dolu bir toplumdur, onların düzgün tərbiyələnməsi, milli-mənəvi dəyərlərə sadiqliyi həm onların gələcəyi, həm də cəmiyyətin ümumilikdə inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Çox sevindirici haldır ki, bu gün Azərbaycan gəncliyi öz milli-mənəvi dəyərlərinə, vətəninə, dövlətinə bağlı bir toplum kimi formalaşıb. Bu sahəyə dövlətin böyük qayğısı əsas rol oynayır. Dəyərlərimizin təbliği sahəsində gənclərimiz bir sıra tədbirlər, layihələr həyata keçirir və ya ona təşəbbüs göstərirlər. Əlbəttə, gələcək nəslin düzgün formalaşması, dünyada qloballaşma prosesi getdiyi bir zamanda, hərdən çətinləşir. Çünki müxtəlif maraqlara xidmət edən cərəyanlar hər zaman gənclərdən başlayır. Ancaq xüsusi vurğulamaq istərdik ki, bu gün Azərbaycan gəncliyi öz milli-mənəvi dəyərlərinə, vətəninə, millətinə sadiqdir, dövlətçilik naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər. Müxtəlif  bölgələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gənclərlə görüşlər keçirilir, müxtəlif müzakirələr aparılır. Bu tədbirlərin özəyində həm gənclərimizin düzgün tərbiyələnməsi, maariflənməsi dayanır, həm də Azərbaycanda mövcud olan multikultural dəyərlərin, tolerantlığın təbliğ edilməsi durur. Gənclərə həm dini, həm mədəni sahələrdə aparılan işlər haqqında geniş məlumatlar verilir.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Qusar rayonunda “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda konfrans keçirilib, region gəncləri ilə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

  • Multikultural dəyərlərin təbliği ilə yanaşı, gəncliyimiz vətənpərvərlik ruhunda da tərbiyə olunur

Azərbaycanda gənclər cəmiyyətin fəal üzvüdür və onlar ictimai proseslərdə fəal iştirak edir, tolerantlıq ruhunda böyüyürlər. Təkcə ölkəmizdə deyil, həmçinin bir sıra beynəlxalq tədbirlərdə də gənclərimiz uğurla təmsil olunaraq tolerantlıq və multikultural dəyərlərin təbliğ edilməsində böyük rola malikdirlər.

Onu da qeyd edək ki, multikulturalizm biliklərinin gənclərə ötürülməsi, onlarda multikultural mədəniyyətin formalaşdırılması üçün bu işə kompleks pedaqoji təsirlərlə yanaşılmalıdır. Bu proses uşaqların yaş səviyyəsinə, anlama imkanlarına uyğun olaraq uşaq bağçasından başlayaraq ümumtəhsil məktəbində və peşə-ixtisas təhsili ocaqlarında sistemli olaraq davam etdirilməlidir. Eyni zamanda, multikulturalizm bilgiləri və təcrübi reallığı tərbiyəvi amilləri ilə də mədəni-intellektual insanın formalaşmasına təsir edər. Ümumiyyətlə desək, çoxmillətli Azərbaycan artıq dünyanın nəzərində nümunəvi bir dövlətdir. Ölkəmiz dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib və bundan xalqımız da, dövlətimiz də qürur duyur. Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizmlə bağlı fikirləri bunu deməyə əsas verir: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diqtə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir”.

  • Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin təbliğ edilməsi istiqamətində Azərbaycanda bir sıra beynəlxalq tədbirlər keçirilib

Bu gün milli vətənpərvərlik ruhunda yetişən Azərbaycan gəncləri vahid amal ətrafında sıx birləşərək Vətənimizin inkişafında yaxından iştirak edir, ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlərin, yarışların təşkilinə mühüm töhfə verirlər. Artıq ölkəmizdə sıralarında minlərlə gənci birləşdirən güclü könüllülər ordusu formalaşıb. Gənc könüllülərimiz dünya idmanının və Azərbaycanın tarixində parlaq səhifə olan “Bakı-2015” ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkilində əvəzsiz rol oynadılar. Bu gün müxtəlif könüllü təşkilat və qurumların sıralarında birləşən gənclərimiz Azərbaycan dövlətinin yürütdüyü siyasətin, paytaxt Bakı ilə yanaşı, bölgələrdə də uğurla həyata keçirilməsi işində fəal iştirak edir. Dövlət başçısı birinci Avropa Oyunları ilə əlaqədar keçirilən mükafatlandırılma mərasimində könüllülərin fəaliyyətini yüksək qiymətləndirərək deyib: “...Doğrudan da bizim gələcəyimiz etibarlı əllərdədir. Könüllülər bu Oyunlardan sonra, əminəm ki, cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar. Onlar bizim gələcəyimizdir. Azərbaycanın gələcək inkişafı gənclərin əlində olmalıdır. Gənclər bilikli, savadlı, peşəkar və vətənpərvər olmalıdırlar. Necə ki, bizim könüllülərimiz peşəkar, bilikli və vətənpərvərdirlər”. Bu il də Azərbaycan gənclərinin həyatında əhəmiyyətli və yaddaqalan dövr olacaq. “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” ilə əlaqədar ölkəmizə gələn avropalı qonaqlara qədim tarixi, zəngin mədəniyyəti, sarsılmaz tolerantlıq ənənələri ilə dünyada nümunə olan Azərbaycanın milli-mənəvi dəyərlərini təqdim etmək baxımından gənclərimizin üzərinə böyük məsuliyyət düşdü. Bu məsuliyyəti dərindən dərk edən Azərbaycan gəncləri onların Avropaya inteqrasiyasına, beynəlxalq əlaqələrinin genişlənməsində mühüm rol oynayan bu mötəbər tədbiri çox uğurla başa vurdular. Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin təbliğ edilməsi istiqamətində Azərbaycanda bir sıra  beynəlxalq tədbirlər keçirilib. Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin təbliğ edilməsi" mövzusunda  beynəlxalq konfransa ölkəmiz ev sahibliyi edib. Konfransın keçirilməsində əsas məqsəd gənclər arasında etnik və dini ekstrimizmin profilaktikası, ksenofobiya və dözümsüzlüyün yayılmasının yolverilməzliyi, həmçinin, MDB üzv dövlətlərinin gəncləri arasında əlaqələrin genişləndirilməsi, millətlərarası tolerantlığın yüksəldilməsi və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsindən ibarət olub.

  • Bu  istiqamətdə nəzərdə tutulan işlər ailələrlə sıx əməkdaşlıq şəraitində aparılmalıdır

Belə bir məşhur ifadə var ki, “keçmişini unutsan gələcək səni topa tutar”. Xalqımızın uzun əsrlərdən bəri yaradıb formalaşdırdığı və nəsillərə ərməğan etdiyi milli-mənəvi dəyərlər - ailə namusu və etikası, soykökünə və torpağa bağlılıq, “Vətən sevgisi imandandır” ideyasına sadiqlik, böyük-kiçiyə hörmət və ehtiram, sözübütövlük, mərdlik, ədalətlilik və sair bu kimi keyfiyyətlər, sözün əsl mənasında, mənəvi sərvətdir. Həmin sərvəti  qorumaq, mühafizə etmək və hər kəsin həyat idealına çevirmək vətəndaşlıq borcudur və bu iş məhz uşağın erkən yaş dövründən, məktəbə qədəm basdığı andan başlanmalıdır. Bu məsələnin reallaşdırılması üçün istənilən qədər həyati hadisələr, şəxsi nümunələr var. Bu keyfiyyətlərin təbliğində bədii əsərlər, ədəbi qəhrəmanlar, eləcə də görkəmli şəxsiyyətlərin ibrətamiz ömür yolu müstəsna rola malikdir. Nəzərə alsaq ki, bu gün ayrı-ayrı kütləvi  informasiya vasitələrində, müxtəlif sayt və kanallarda mentalitetimizə yad elementlərin yer alması uşaqlarda çaşqınlıq və onları düzgün yoldan sapdırma ehtimalı yarada bilər, o zaman məsələnin nə qədər ciddi mahiyyət daşıması  göz önündədir. Təbii ki, bu istiqamətdə nəzərdə tutulan işlər ailələrlə sıx əməkdaşlıq şəraitində aparılmalıdır. Dünya şöhrətli yazıçı Çingiz Aytmatovun məşhur “Əsrə bərabər gün” romanında gözəl bir fikir var: “İnsanın başqaları üçün görə biləcəyi ən yaxşı iş öz ailəsində ləyaqətli övladlar tərbiyə etməkdir”. Heç şübhəsiz, bu fikri geniş mənada məktəbin fəaliyyətinə də şamil etmək mümkündür.

Azərbaycan dövləti gənc nəslin milli dəyərlərə bağlılığı ilə yanaşı, tolerant və multikultral dəyərlərə sadiqlik nümayiş etdirilməsi üçün mühüm addımlar atır, bununla bağlı xüsusi sərəncamlar verib. Dövlət başçısının Sərəncamı ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramı təsdiq edilərək həyata keçirildi. Eləcə də, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu bir daha təsdiqlədi.

Bununla yanaşı, ölkə Prezidenti tərəfindən Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də əhəmiyyətli addımlardandır. Xüsusilə qeyd etmək istəyirəm ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da gənclər üçün böyük perspektivlər açır. Təbii ki, bütün bunlarda məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Hesab edirəm ki, gənclər öz fəaliyyəti ilə dövlətin göstərdiyi etimadı doğrultmalıdır.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ