07/04/2020 06:34
728 x 90

Səxavət Sahilin “İsanın qadını” romanı təkrar nəşr edilib

img

Yazıçı Səxavət Sahilin müəllifi olduğu “İsanın qadını” romanı ikinci dəfə çap edilib. Bu barədə “Bakı-Xəbər”ə S.Sahilin özü məlumat verib. 

Yazar bildirib ki, kitab birinci nəşrinin tükəndiyi və oxucu marağına görə yenidən çap olunub. “Avanqard Yayınları”nda nəşr edilən kitab birinci dəfə 2014-cü ildə işıq üzü görüb.

“İsanın qadını” romanının qəhrəmanı əyalətdən şəhərə xilas olmağa gəlsə də, həyatın gözlənilməz hadisələri ilə üzləşir. İsa peyğəmbərin həyatına daxil olması düşüncələrini dəyişdirib gələcəyə inanmasına stimul verir. Özünü seçilmiş, məsih adlandırması isə ətrafındakılara qeyri-ciddi görünür, gülüş hədəfi olur. Geciksə də “Təzə avtovağzal” ərazisindəki kəsilən şam ağaclarının şahidi olur, məsihlik qismətinin bir addımlığında durur. Həbsxanadakı cinsi istismar təkliflərinə yox deyib, işgəncələrə, əzablara məruz qalır.  

Gördüyü dəhşətlər, yaşadığı acılar psixoloji durumuna təsir etsə də, inamını itirmir. Müəllif mətnə real hadisələrlə yanaşı, təxəyyüldən doğan süjetlər əlavə etməklə, obrazın xarakterini açmağa çalışıb.

“İsanın qadını” ilə antik yunan və dini-mistik mətnlər arasında paralellər aparanda romanın “ikinci nəfəsi” açılır, qaranlıq mətləblər aydın olur.

İradə SARIYEVA

Son xəbərlər