çərşənbə günü, 11 noyabr 2026
     

Kitabxanaçıların attestasiyası narazılıq doğurub...

Image


Aydın Xan Əbilov: "Mədəniyyət Nazirliyinin məmurlarının yadına düşdü ki, kitabxanalarda işçilərin sayı çoxdur, onları ixtisar etmək lazımdır"

Xəyalə Rəis: "Onların peşəkarlığını və uzun illər ərzində qazandıqları təcrübəni yalnız rəqəmsal bacarıqlar əsasında qiymətləndirmək ədalətli yanaşma hesab oluna bilməz"

Sosial şəbəkələrdə və mediada yayılan məlumatlara görə, Mədəniyyət Nazirliyinin keçirdiyi kitabxana işçilərinin attestasiyası narazılığa səbəb olub. Bu barədə şikayətçilər mətbuata bildiriblər ki, illərlə kitabxanalarda çalışan əməkdaşlara əvvəlcədən təlim keçirilmədən İKT və şəbəkə texnologiyaları ilə bağlı texniki suallar verilib, nəticədə bir çoxu işdən azad edilib.

Onlar deyirlər ki, rəqəmsallaşma məqsədi ilə aparılan islahatlar əvvəlcə təlim və hazırlıqla müşayiət olunmalı, yalnız bundan sonra attestasiya keçirilməlidir.

Sosial şəbəkələrdə yazırlar ki, kitabxanaçı ayda 400 manat alır. Onların əməkhaqqının az olduğunu qeyd edənlər deyirlər ki, əslində attestasiya keçirilməmişdən əvvəl kitabxanaçılara təlimlər keçirilməli idi.

İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloji Aydın Xan Əbilov baki-xeber.com-a bildirdi ki,Mədəniyyət Nazirliyinin dünya təcrübəsindən çıxış etdərək atdığı addımlar müəyyən yeniliklər baxımından maraqlı görsənsə də, amma Azərbaycan reallığında çox böyük sosial, mədəni narazılıqlara aparıb çıxaracaq. "Onsuz da Mədəniyyət Nazirliyinin təklifi ilə vaxtilə 2 mindən çox kitabxana bağlandı və bu kitabxanalardakı işçilərin bir çoxu işsiz qaldı. İndiki zamanda, yəni zavod və fabriklərin artıq robot və süni intellektin əlinə verildiyi bir vaxtda xidmət və kreativ sahələrdə işsizlik daha böyük bir sosial böhranə çevrilir. Mədəniyyət Nazirliyi belə bir vaxtda attestasiya keçirdi. 50, 30 ilin kitabxanaçısından kompüter biliklərini, internetdə axtarışları tələb etmək kimi çox qeyri-məntiqli bir attestasiya əlbəttə ki, kitabxana sahəsində böyük narazılığa səbəb olacaqdır. Azərbaycan kitabxanalarında böyük problemlər var. Bunu heç kim dana bilməz. Elə kitabxanalar var ki, kitabı yoxdur, amma kitabxanaçı ştatı var və bələdiyyələrin, icra məmurlarının qohum-əqrabaları orada maaş alır. Onlarla bağlı Mədəniyyət Nazirliyinin yanında ictimai şura və komisiya yaradılmalıdır. Həmin kitabxanalar bir-bir gəzilməlidir. Onların sayı çox da deyil. O kitabxanaların bəziləri birləşdirilməli, bəzi kitabxana binası bağlanmalı, satılmalı, əvəzinə avtobuslar və yaxud uyğun nəqliyyat vasitələri alınıb təkərli kitabxana yaradılmalıdır. Eyni zamanda, əlbəttə ki, bəziləri ixtisara düşməklə və yaxud pullu xidmətlərə keçilməklə kitabxanaları dirçəltmək lazımdır".

A.X.Əbilovun sözlərinə görə, o, çoxdandır, Azərbaycanda kitabxanaların hibrid formatda inkişafı ilə bağlı bir nəzəriyyə irəli sürüb. "Yəni həm muzey formatında ənənəvi kağız daşıyıcılarda olan kitabların kitabxanalarda qorunması və oxuculara xidmət etməsi istiqamətində yeniliyə ehtiyac var. Mən eyni zamanda internet kitabxanalar və yaxud elektron kitabxanalar qismində onların inkişaf etdirilməsini, sosial mediada və sosial şəbəkələrdə, o cümlədən internetdən ayrılmayan, mobil telefonları əlindən buraxmayan şəxslərə birbaşa kitabxanaların onlayn, oflayn formada təsiri ilə cəmiyyətin intellektual-estetik tələblərini ödəmək və səviyyəsini inkişaf etdirmək üçün bu proqramın həyata keçirilməsini və dövlət tərəfindən dəstəklənməsinii təklif etmişdim. Təəssüf ki, bu dinlənilmədi. İndi isə başqa bir təkliflərimiz də var. O cümlədən kitabxanaların özlərinin həm də pullu xidmətlərə keçirilməsi, görüş otaqlarına çevrilməsi təklifini irəli sürürəm. Nə mənada görüş otağı? Yəni kitabxanaların kafe kimi fəaliyyət göstərməsi, elektron xidmətlər göstərməsi lazımdır . Onsuz da ayrı-ayrı şəxslər bunu edirlər. Niyə kitabxana binalarından istifadə etməyək? Hətta mən təklif edərdim ki, kitabxanaların əvəzində o boş otaqlarda iyirmi-otuz nəfər şagirdi hazırlayan müəllim-repetitorlara imkan yaratmaq lazımdır. Onlar gəlib oranı kirayə götürüb həm kitabxanaçıların iştirakı, həm kitabxananın iştirakı ilə repetitorluq fəaliyyəti ilə də məşğul olsunlar ki, biz kitabxanaları bağlamayaq, kitabxanaçıları ixtisara salmayaq, büdcəyə yük olmadan kitabxanaları yaşadaq. Eyni zamanda kitabxanalar özləri mini muzeyə, mini kitab teatra, hətta mini xalq teatrlarına çevirmək mümkündür. Bizim şagirdləri, məktəbliləri, hətta tələbələri ora cəlb edib onların asudə vaxtını səmərəli keçirmək, onların dərs oxumasını motivasiya etmək mümkündür. Əvvəltə bütün bu təkliflər qırağa atıldı və birdən-birə Mədəniyyət Nazirliyinin məmurlarının yadına düşdü ki, kitabxanalarda işçilərin sayı çoxdur, onları ixtisar etmək lazımdır. Yaxşı, bu qədər ixtisar edilir. Bəzi dövlət qurumlarında, iş yerlərində ixtisarlar getdi. Başa düşürəm, optimallaşdırma, büdcə vəsaitlərini qənaət etmək lazımdır. Amma bu qədər işsizi bəs biz hara yığaq? Bu işsizlər narazılığa çevrilir. Bu işsizlər Azərbaycandan kənara getməyə məcbur olur. Muhacir, qaçqın insanlar olaraq. Gedə bilməyənlənlər isə çoxları fiziki qüsurlu, fiziki məhdudiyyətli, əlilliyi olanlardır, pensionerlər, işləməyi bacarmayan tənbəllər və ümumiyyətlə anadan müəyyən mənada sağlamlıqda problemi olan şəxslərdir. Onlar qalırlar.

Məsələn, bununla biz hansısa kənd təsərrüfatı və yaxud sənaye, ya da xidmət sahələrini inkişaf etdirə bilərikmi? Edə bilmərik.

Bu baxımdan da birdən-birə 20-30 il kənd kitabxanalarında işləyən kitabxanaçıya informasiya texnologiyaları ilə bağlı texniki suallar verib onu ixtisara salmağın məntiqini tuta bilmirəm"-deyə A.X.Əbilov qeyd etdi.

Xpress.az saytının təsisçisi və baş redaktoru Xəyalə Rəis baki-xeber.com-a bildirdi ki, Mədəniyyət Nazirliyinin keçirdiyi kitabxana işçilərinin attestasiyası ilə bağlı yayılan xəbərlər və səsləndirilən narazılıqlar ciddi şəkildə araşdırılmalıdır. "Əgər həqiqətən də uzun illər kitabxana sahəsində çalışan əməkdaşlara əvvəlcədən müvafiq təlim keçirilmədən İKT və şəbəkə texnologiyaları ilə bağlı mürəkkəb suallar ünvanlanıb və bunun nəticəsində insanlar işlərini itiriblərsə, bu yanaşmanın yenidən nəzərdən keçirilməsinə ehtiyac var.

Mənim də ailəmdə kitabxanada çalışan var və bu sahədə yaşanan çətinliklərdən az-çox məlumatlıyam. Buna görə də məsələyə təkcə vətəndaş kimi deyil, kitabxana sisteminin problemlərini yaxından müşahidə edən biri kimi yanaşıram. Kitabxanaçılar illərdir oxuculara xidmət göstərən, kitab fondlarını qoruyan, cəmiyyətin maariflənməsinə töhfə verən insanlardır. Onların peşəkarlığını və uzun illər ərzində qazandıqları təcrübəni yalnız rəqəmsal bacarıqlar əsasında qiymətləndirmək ədalətli yanaşma hesab oluna bilməz.

Rəqəmsallaşma müasir dövrün tələbidir və bunun zəruriliyini heç kim inkar etmir. Əksinə, kitabxanaların yeni texnologiyalarla işləməsi, elektron kataloqların və rəqəmsal xidmətlərin inkişafı vacibdir. Lakin islahatların məqsədi insanları cəzalandırmaq deyil, onları bu dəyişikliklərə hazırlamaq və yeni bacarıqlar qazanmalarına şərait yaratmaq olmalıdır.

Daha doğru yanaşma əvvəlcə genişmiqyaslı təlimlərin təşkili, əməkdaşların yeni bilik və bacarıqlara yiyələnməsi üçün real imkanların yaradılması, yalnız bundan sonra isə şəffaf və obyektiv attestasiyanın keçirilməsidir".

X.Rəisin sözlərinə görə, uzun illərin təcrübəsinə malik insanların hazırlıq keçmədikləri sahələr üzrə qiymətləndirilməsi həm peşəkar, həm də mənəvi baxımdan haqlı narazılıqlara səbəb ola bilər.

"Ümid edirəm ki, məsələ ilə bağlı səsləndirilən bütün şikayətlər obyektiv şəkildə araşdırılacaq, həm əməkdaşların hüquqları qorunacaq, həm də ölkədə həyata keçirilən rəqəmsallaşma siyasəti daha ədalətli və səmərəli şəkildə tətbiq olunacaq. İslahatların əsas məqsədi insanların iş yerlərini itirməsi deyil, onların bilik və bacarıqlarını inkişaf etdirərək daha müasir, güclü və səmərəli kitabxana sisteminin formalaşdırılması olmalıdır"-deyə X.Rəis bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ