çərşənbə günü, 12 avqust 2026
     

Bir memar tanıyıram...

Image


“Memar kimdir”- deyə soruşsanız, deyərdim ki, sirli daşları danışdırandır memar. Əlinin sığalından, gözünün nurundan, qəlbinin sevdasından, bulaq kimi qaynayan ilhamından yaradır binaları, körpüləri, məbədləri, ziyarətgahları…İçinin səsini, nəfəsindən qopan duanı naxışlayır daşlara. Memar təkcə binalar yaratmır, həm də onlara nəfəs verir, səs verir, dil açdırır. Elə bir nəfəs verir ki, o nəfəs min illər sonra da insanların ruhunu isidir, yoluna işıq tutur, ulularımızın izi ilə keçmişlərə boylanır. Hər abidə bir memarın ruhunun simfoniyasıdır - eşidirik, anlamağa çalışırıq…

Bu şəhərdə bir memar tanıyıram, təkcə mən tanımıram onu, bütün Azərbaycan tanıyır. Həm cansız saydığımız daşları sənət əsərinə çevirir, daşların səsini qulaqlarımıza həkk edir, həm də Azərbaycan ellərini, azərbaycanlıların tarixi yurdlarını qarış-qarış gəzib ulu babalarımızın qurub-yaratdığı memarlıq incilərini, abidələri, tarixin daş şahidlərini tədqiq edir, onları öyrənir, tanıdır, təbliğ edir, kitablaşdırır.

Bir memar tanıyıram, səmimi, mehriban, işgüzar, peşəkar, öz sənətinə Məcnun kimi aşiq. Sözü-söhbəti maraqlı, duzlu-yumorlu. İstənilən adamla dil tapan, yaralı könüllərə məlhəm olmağa çalışan, daşı dilləndirən bir memar, bir insan.

Bir memar tanıyıram, yurd-yuvası dağılanda, kəndi viran qoyulanda, el-obası, əzizləri qaçqın-köçkünə çevriləndə, anası, doğmaları çadır şəhərciyində kədərli günlər keçirəndə o da dərindən sarsıldı. Çadır şəhərciyindəki insanların ağrısını yaşadı, dərdini çəkdi. İnsanların əzablarına şərik oldu, dərdlərinə dərman olmağa qanadlandı. Bir memar tanıyıram, yurdunun azadlığını gördü, tarixi zəfərin şadlığına büründü, doğma kəndinə geri dönüşün sevincini yaşadı, azad Qarabağı yenidən görmək, gəzmək səadətinə qovuşdu.

Bir memar tanıyıram, ömür yolu Füzuli rayonunun Şükürbəyli kəndindən başladı, halal bir ocağın od qoruyanı oldu. Bir memar tanıyıram, hədəflərinə yetişmək üçün var gücü ilə çalışdı, çarpışdı. Çətinliklərə dözdü, məhrumiyyətləri əzib keçdi. Bir memar tanıyıram, həm də müəllimdir. Tələbələrin sevdiyi, hər dəfə auditoriyada alqışla qarşıladığı sevimli bir müəllim. Müəllim olmaq çox çətindir, bəlkə də alim və memar olmaqdan da çətin.

Əslində, onunla uzun illərdir jurnalist-ekspert kimi əlaqələrimiz var. Ondan sayını bilmədiyim qədər açıqlama almış, münasibət öyrənmişəm. Həmişə açıq və səmimi danışıb, başqalarının tərifləyib göyə qaldırdığı məsələrə obyektiv qiymət verib, tənqid olunası şeyi tənqid, layiqliləri təqdir edib. O, hamının yanaşdığı kimi yanaşmır məsələlərə, özünə xas yanaşır, özü kimi danışır, qiymət verir.

Füzuli rayonu ərazisində "Şəhidlər xatirəsinə abidə" kompleksinin, "Heydər parkı"nın, Xırdalan şəhərinin məzarlığında "Seyid Əşrəf məqbərə-məscid memarlıq kompleksi"nin müəllifidir. "Seyid Əşrəf məqbərə-məscid memarlıq kompleksi” onun şah əsəridir. Memarın layihəsi əsasında eyni zamanda müxtəlif yerlərdə bir çox yaşayış binaları inşa olunub.

AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru, dosent, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü Rizvan Qarabağlıdan danışıram. Adını yazmasaydım belə, çoxları kimdən danışdığımı anlamaqda elə də çətinlik çəkməzdi.

Rizvan müəllimlə şəxsən tanış olandan sonra onun haqqındakı rəyim qətiyyən dəyişmədi, əksinə, daha da möhkəmləndi. Məsələn, elə ekspertlər var ki, həyatda tamam başqa bir adamdır, amma özünü fərqli təqdim edir. Yəni onları şəxsən tanıyandan sonra barəsindəki təəssüratların darmadağın olur, “kaş onu şəxsən tanımazdım” deyirsən. Amma bu sözləri Rizvan müəllimə qətiyyən aid etmək olmaz.

Onunla da telefon üzərindən etmişik söhbətlərimizi həmişə. Günlərin birində bir layihə təklifi əsasında şəxsən görüşdük, söhbətləşdik. Onunla söhbət edərkən necə zəngin olduğunu bir daha fərq etdim. Öz sənətinin mahir bilicisi kimi o elə məlumatlar verir ki, inanın, başqalarından bu barədə heç nə eşitməmişdim. Hətta özünə tədqiqatçı deyən bir çoxlarının o haqda kiçik bir bilgiləri belə yoxdur.

Qarabağ memarlıq məktəbindən danışanda Rizvan müəllim Kərbəlayi Səfixanın adını çəkdi, onun nəfəs verdiyi tiklilərdən böyük ilhamla söhbət açdı.

Yeri gəlmişkən, onun namizədlik dissertasiyası "Memar Kərbəlayi Səfixan yaradıcılığı və Qarabağın dini memarlığı"na həsr olunub. Qarabağ ellərini qarış-qarış gəzib, yolları əriş-arğac edib, memar Kərbəlayi Səfixanın irsini tamam-kamal öyrənib. Əli Məcdəddin, Şeyx Bahaəddin kimi ustad memarlarımız, onların yaratdığı memarlıq ənənələri barədə də ilk dəfə Rizvan müəllimdən eşitdim. Bütün bunlar mənim üçün, təbii, yeni məlumatlar idi. Uzun illər mədəniyyət sahəsindən yazsam da, təəssüf ki, elə isimlər, elə şəxsiyyətlər var, onların irsi, yaratdıqları barədə geniş məlumatım olmayıb. Bu baxımdan, onun verdiyi hər bir informasiyanı yaddaşımda saxlamağa, yazıya çevirməyə çalışıram.

Rizvan müəllim bildiyini öyrətməyi xoşlayan, həmişə tər-təzə söhbəti olan insandır. Elə bir mövzu yoxdur ki, onun ondan xəbəri olmasın. Hər bir məsələyə öz baxış bucağından baxıb təhlil edir, qiymətləndirir.

Qarabağlı təxəllüsü Rizvan müəllimin ömür pasportuna çevrilib və o gördüyü işlərlə bu təxəllüsün haqqını verib.

Memar kimi də, müəllim kimi, alim kimi də xaqlımıza, dövlətimizə öz töhfəsini verib. Çoxlarının “çətindir”, “ağrımayan başıma niyə dəsmal bağlamalıyam” deyib yanından adlayıb keçdiyi taleyüklü mövzulara Rizvan müəllim açar salıb, nə qədər çətin olsa da, o mövzuları gündəmə gətirib, yazıb, deyib, xatırladıb. Bəzən istirahətindən, ailəsi ilə vaxt keçirməkdən, lap yeyib-içməkdən, əylənməkdən imtina edib, tutalım, Gədəbəyin, Borçalının, Şəmkirin, Qarabağın qartal uçsa qanad, qatır keçsə dırnaq salan dağlarında memarlıq abidələrinin izini axtarıb tapıb. Hər abidəyə qayğı ilə yanaşıb, onlarla dil tapıb. Rizvan müəllimə də yaraşan budur. İşin çətinindən çəkinməyib, əksinə, mətanətlə çiyin verib, ürək qoyub. Onu şəxsən tanıyana qədər elə bilirdim ki, bu qədər əməyinin qarşılığını alıb, Əməkdar memardır. Amma təəssüf ki, belə deyilmiş. Birmənalı olaraq deyirəm ki, Rizvan Qarabağlı Əməkdar Memar fəxri adını çoxdan haqq edib. İnanıram ki, 70 illik yibileyi münasibəti ilə Rizvan müəllim haqq etdiyi bu fəxri adı alacaq. Bilirsiz, adam var ki, haqq etmədiyi çox imtiyazlara, mükafatlara sahib olur. Çünki qapılar döyür, zənglər etdirir, məmurları əldən-ayaqdan salır. Amma Rizvan Qarabağlı bu kimi məsələlərdən uzaqdır. Dünyasında heç kəsin qapısını döyməz, nə isə istəməz. Sakitcə öz işini görər. Əməyi də, zəhməti də, verdiyi töhfələr də, kitabları da, tədqiqat əsərləri də ortadıdır, mətbuatda da tez-tez çıxış edir. Bir sözlə, gündəmdədir. İnanıram ki, onun əməyini görənlər tapılacaq. Məsələ burasındadır ki, bəzən insanlara layiq olduqları qiyməti verməyə gecikirik, “ovçu gəlib bərəni adlayandan” sonra yadımıza düşür ki, filan alim zamanında öz haqqını almadı. Böyük şairimiz Cabir Novruz demişkən, sağlığında qiymət verin insanlara.

Hər bir insana yaxınlaşanda onun iç dünyasını da görürsən. Mən Rizvan müəllimin iç dünyasını gördüm. O, içi aydın, şəffaf, özü səmimi, sevdiklərinə, el-obasına, ailəsinə, anasına, uşaqlıq xatirələrinə, bir də ana yurduna, doğma Qarabağına bağlı bir insandır. Ruhu saf, niyyəti pak, məqsədi aydındır, Qarabağın memarlıq irsini yorulmadan tədqiq və təbliğ etmək onun əzəli və əbədi qayəsidir. Təkcə Qarabağın memarlıq irsinimi? Xeyr. Tarixi yurd yerlərimizdən olan Borçalının, Dərbəndin, Qərbi Azərbaycan ellərinin, Güney Azərbaycanın, bir sözlə, bütöv Azərbaycanın memarlıq irsini, memarlıq məktəblərini sevə-sevə təbliğ edir. Sevə-sevə yazır, sevə-sevə öyrədir, tanıdır, yaşadır. Sevə-sevə yazıb-yaratmaq, axtarıb-tapmaq bu xalqa və dövlətə ən böyük xidmətdir...

Ömrünüz uzun olsun, Rizvan müəllim, təmənnasız çıxdığınız bu yolda sizə uğurlar!

İradə SARIYEVA

“Bakı-Xəbər” media qrupunun əməkdaşı, jurnalist



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

11.08.2026 / 23:27
"Mən heç vaxt heç nədən qorxmamışam" - Putin

11.08.2026 / 23:05
Prezident: "Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir"

11.08.2026 / 23:04
"Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur" - Prezident

11.08.2026 / 23:02
Güntay Tolgə deyilən şəxs hansı nüfuzun sahibidir ki, Xətainin roluna kölgə sala bilsin?!...

11.08.2026 / 23:00
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb - VİDEO

11.08.2026 / 22:53
Prezident: "Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır"

11.08.2026 / 22:46
"Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək" - Prezident

11.08.2026 / 22:42
Prezident: "Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir"

11.08.2026 / 22:40
"Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır" - Prezident

11.08.2026 / 22:38
Prezident İlham Əliyev: "Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub"

11.08.2026 / 22:37
"Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib" - Prezident

11.08.2026 / 22:34
Prezident: "Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır"

11.08.2026 / 22:33
"Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir" - Prezident

11.08.2026 / 22:32
Prezident İlham Əliyev: "Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir"

11.08.2026 / 22:30
"Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir" - Prezident

11.08.2026 / 22:27
Azərbaycanın "zəif bəndi" idi, yeni güc mənbəyi oldu - Hansı məkandır? O... Aydın QULİYEV yazır…

11.08.2026 / 22:24
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verdi - FOTO

11.08.2026 / 22:12
Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoydu - FOTO

11.08.2026 / 22:03
Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açıldı - FOTO

11.08.2026 / 21:56
Prezident İlham Əliyev və Mehriban Əliyeva Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub - FOTO

11.08.2026 / 21:55
Yeni üçtərəfli bəyanat Zəngəzur dəhlizinin açılmasında son maneələri məhv edə bilər...

11.08.2026 / 21:46
Prezident və Birinci xanım “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olublar - FOTO

11.08.2026 / 21:43
“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu - FOTO

11.08.2026 / 21:38
Putinin partiyasının ən güclü rəqibini prokuror gücünə seçkidən çıxardılar...

11.08.2026 / 21:29
Prezident və Birinci xanım yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib - FOTO

11.08.2026 / 21:21
Qafqazda sülhün iki əsas qüvvəsi Trampı böyük arzusuna çatdıracaqlar...

11.08.2026 / 21:04
Türkiyə və Pakistan Yaxın Şərqdə husilərə görə müharibəyə başlayır

11.08.2026 / 20:51
ŞOK İDDİA… Kreml İrəvana bir ay vaxt verdi – ermənilər Rusiyadan qovulacaq, qaz nəqli dayandırılacaq…

11.08.2026 / 20:37
Ermənistan və Türkiyə eyni “hərbi blokda” – bu nə strategiyadır...

11.08.2026 / 20:12
Naxçıvan Regional DOST Mərkəzinin açılışı oldu - FOTO

11.08.2026 / 20:10
Prezident və Birinci xanım Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar - FOTO

11.08.2026 / 20:01
Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu - FOTO

11.08.2026 / 19:50
Prezident və Birinci xanım Naxçıvanda “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar - FOTO

11.08.2026 / 19:45
Prezident İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər - FOTO

11.08.2026 / 19:19
Prezident İlham Əliyev Naxçıvana səfər edib - FOTO

11.08.2026 / 18:49
Məkkə sazişi “İbrahim sazişləri”nin alternativi olacaq?..

11.08.2026 / 18:33
ABŞ ordusu Oman körfəzində konteyner gəmisinə atəş açdı...

11.08.2026 / 18:19
Aİ-nin qadağasına baxmayaraq Avropa Rusiyadan qaz idxalını artır - xüsusilə də Fransa...

11.08.2026 / 18:15
Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası Vaşinqtonda müzakirə olundu

11.08.2026 / 17:52
Gürcüstan tələyə düşdü - İranın kriptovalyutalarının tranziti üçün əsas mərkəz rolu oynayıb...

11.08.2026 / 17:37
Serbiya prezidenti Donbasın Putinə tam şəkildə verilməsinin "lobbiçiliyini edir"...

11.08.2026 / 17:22
Türkiyə Erməni Patriarxlığı Paşinyan hakimiyyətinə qarşı çıxdı...

11.08.2026 / 17:09
ABŞ kəşfiyyatı Rusiyanın NATO-nu parçalaya biləcəyindən danışır...

11.08.2026 / 16:52
“Mən İranın bankiriyəm” - Tramp

11.08.2026 / 16:34
QHT Şərurda görüş keçirib

11.08.2026 / 16:17
Suraxanıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlandı

11.08.2026 / 16:02
Yasamalda soyğunçuluq edən şəxs saxlandı

11.08.2026 / 15:31
"Ermənistan Azərbaycandan qaz idxal edə bilər! - erməni deputat

11.08.2026 / 15:16
İrandan Rusiyaya “bibər” yükü aparan maşından 25 kq narkotik çıxdı...

11.08.2026 / 14:43
Hörmüzün tezliklə açılacağına ümidlər azalır, neft bahalaşır

11.08.2026 / 14:24
Erməni radikallar Azərbaycanla sülhə mane olmağa çalışır...

11.08.2026 / 14:09
"Həqiqiliyinə əmin olmadığınız səhifə və saytlara ödəniş etməyin" - DİN-dən xəbərdarlıq...

11.08.2026 / 13:57
Ermənistanda hakimiyyətlə TIR sürücüləri qarşıdurmada...

11.08.2026 / 13:41
Suriyadan TARİXİ QƏRAR - Bəşər Əsəd, qardaşı və əmisi oğlu barədə ölüm hökmü çıxarıldı

11.08.2026 / 13:18
Husilər Bab əl-Məndəb boğazında Səudiyyə gəmisini vurdu...

11.08.2026 / 13:05
Toyuna hazırlaşan bəy ailəsi ilə birlikdə həlak oldu - Balakəndəki dəhşətli qəzanın TƏFƏRRÜATLARI...

11.08.2026 / 12:51
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

11.08.2026 / 12:34
Pianonun düymələrində saxlanmış bir Vətən: Züleyxa Abdullayevanın səsi insanlara bu cür çatır

11.08.2026 / 12:25
Sentyabrda Tehranda Xəzəryanı ölkələrin konfransı keçiriləcək...

11.08.2026 / 12:19
Tramp FİFA prezidentinin müdafiəsinə qalxdı - o, getsə...

11.08.2026 / 11:26
Rusiya Ermənistanı sıxışdırır - dekabra qədər vaxtınız var, qərar verin...

11.08.2026 / 11:15
NİİM aeroport yolundakı yeni qurğulara aydınlıq gətirdi - sürət ölçən cihaz deyil...

11.08.2026 / 10:52
Cənubi Koreya Zelenskinin çağırışını rədd etdi – silah və ya HHM sistemləri olmayacaq…

11.08.2026 / 10:24
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilir - Rusiya tarixi açıqladı…

11.08.2026 / 10:07
Ukrayna Wildberries-in Voronejdəki anbarını da vurdu…

11.08.2026 / 09:52
Rusiyadan Zaporojyeyə irimiqyaslı hücum – şəhərə raket və idarə olunan bombalar atıldı…

11.08.2026 / 09:35
Kolumbiyada böyük dağıntı... Qırmızı həyəcan siqnalı verildi - zəlzələdə ölənlərin sayı artır…

11.08.2026 / 09:14
BDYPİ sürücü və piyadalara müraciət etdi - diqqətli və ehtiyatlı olun...

11.08.2026 / 08:27
Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu

11.08.2026 / 08:05
Livan-İsrail danışıqlarının növbəti raundu sentyabrda keçiriləcək - Əl-Cəzirə

11.08.2026 / 07:54
8 Özbəkistan vətəndaşı PUA hücumunda həyatını itirdi - Mirziyoyev Nijnekamska xüsusi qrup göndərdi

11.08.2026 / 07:42
Türkiyə Parlamenti PKK-ya əfv verən qanunu təsdiqlədi - PKK “Öcalan şərti” qoydu…

11.08.2026 / 07:25
Tramp Türkiyəni yemək furqonunda tərk edib? - şok təfərrüatlar açıldı

11.08.2026 / 07:07
İtaliya və İspaniya arasında miqrant münaqişəsi böyüyür - hətta turistlər də…

10.08.2026 / 23:36
Türkiyə şirkəti Qara dənizdə gəmilərə hücuma görə, Ukraynanı Beynəlxalq Məhkəməyə verir - Rusiya isə kənarda qalır…

10.08.2026 / 23:12
Tramp İranın "hərbi təzminat" tələbinə qarşı, "50 ildə öldürülən insanlara görə qan pul" istədi…

10.08.2026 / 22:36
ABŞ, Azərbaycan və Ermənistan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yaydı

10.08.2026 / 22:20
Türkiyə Ukrayna müharibəsində neytrallığına son qoyur...

10.08.2026 / 21:54
Avropaya anomal istilərin yeni dalğası gəlir…

10.08.2026 / 21:18
Xətai mübahisələri Azərbaycana xaricdən atılıb?...

10.08.2026 / 20:51
8 avqustdan sonra - Türkiyə və Ermənistan daxil yeni hərbi ittifaq ..(?)

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ