çərşənbə günü, 07 oktyabr 2026
     

Türk xanımlarının ləyaqət simvolu – “ŞÜKRİYYƏ” tamaşası - FOTO

Image


Bir neçə gün öncə Akademik Milli Teatrda  hadisəyə çevrilən ‘’Şükriyyə ‘’ tamaşasını  izlədik.  Gənc yazar Cavid Zeynallının eyni adlı pyesi əsasına  quruluşçu rejissor Bəhram Osmanovun  təqdimatıyla səhnə həyatı verilən tamaşa  Azərbaycanın tarixinə milli dövlət qurucusu, milli istiqlal şairimiz,  adı çəkiləndə ruhumuzun qidası himnimizi xatırladığımız Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın Qazaxstan məmləkətindəki  sürgünlük həyatını əks etdirən tamaşa. 

Əsər  Şükriyyə xanımın timsalında repressiya qurbanı olmuş ailələrin taleyi və bu ağır yükü  zərif çiynlərində qeyrətlə  sona qədər daşıyaraq sədaqət,ləyaqət simvolu olan  qadınların şərəfinə ucaldılan abidə adlandırardım. 37 -ci ilin məsum Şükriyyələri, Dilbərləri, Müşkünazları və daha neçə-neçə  məşəqqət dolu  işgəncələr görmüş ANALARIMIZ.....

Tamaşanı iki dəfə izlədim və gənc yazıçının bu mövzuya  belə yanğıyla müraciət etməsi  içimi tərpətdi,həm də necə..... Qərara aldım ki mütləq görüşüb düşüncələrimi paylaşmalıyam....Tamaşanın sonunda səhnəyə qalxaraq  alqışlara sayğıyla baş əyən Cavid bəyi yaxından görə bilməsəm də müsbət aurasını elə uzaqdanca hiss etdim. Yanılmamışdım. Elə ilk anda diqqətimi çəkən ağıllı, səmimi baxışları məni ürəkləndirdi.

- Cavid  bəy, sizinlə tanışlığa  şərait yaratdığınız üçün təşəkkür edirəm.. Tamaşaboyu eləcə də sonda sürəkli alqışlar  göstərdi ki bu əsər hələ uzun müddət yaddaşlardan silinməyəcək. Elə ordan başlayım ki tamaşanı bu dörd gün ərzində iki dəfə izlədim və etiraf edim ki hələ o təsir qüvvəsi içimdə səngimir.Repressiya mövzusuna çox yazarlarımız müraciət etmir və bunun bir çox səbəbləri var. Tarixi hadisələri doğru-düzgün qələmə almaq üçün ən vacib şərtlərdən biri arxiv sənədləridir və bu da hamının asanlıqla əldə edə biləcəyi iş deyil. Ancaq  mənim düşüncəmə görə ən önəmlisi o ki belə mövzular insanı o qədər tərpətməlidir ki qələmə alasan. Bunları deyirəm ona görə ki bizim ailəmiz daha doğrusu babam beş övladıyla  minlərlə günahsız ziyalılar kimi Qazaxstan diyarına sürgün olunmuşdu. Atam illər sonra bəraət alıb ömrünün sonuna qədər ləkəsiz yaşasa da mən bir övladı kimi o qanlı illərin izini həm üz cizgilərində, həm də müəyyən vərdişlərində silinməyən izlər gördüm. Sizin belə gənc yaşınızda sürgün mövzusuna müraciətinizin səbəbini bilmək istərdim.

- Mən əvvəla tamaşa haqqında eləcə də ünvanıma söylədiyiniz xoş fikirlər haqqında söylədiklərinizə görə təşəkkür edirəm. Çox xoşdur ki bizim belə tamaşaçılarımız, teatrsevərlərimiz var və bu bir təsadüf deyil. Siz artıq özünüz haqda,ailəniz haqda  həm də teatra bu qədər bağlılığınız haqda danışdıqlarınızı dinlədikcə aydın oldu ki bütün bunlar gendən gəlir,ailə  ənənəsidir  və teatra bu qədər bağlılığınız başlanğıcını,mənbəyini elə ordan götürür. Bir  işin ərsəyə gəlməsində zəhməti olan insanlar var borc  bilirəm ki ilk növbədə o insanlara,o təşkilatlara təşəkkürümü bildirim. Mədəniyyət nazirliyinə,Akademil milli teatrına,  bizim  teatrın möhtəşəm kollektivinə  əziyyəti keçən hər birinə təşəkkürümü bildirirəm . Mənə deyirlər ki bu tamaşa alındı və bu tamaşa çox təsirli tamaşadır. İnsanların alqışı göstərir ki bu tamaşa repertuarda olacaq, baxılacaq,seviləcək.  Əlbəttə hər bi müəllif bunu özü üçün arzulayır. O ki qaldı sizin sualınıza necə oldu ki mən bu mövzuya müraciət etdim və bu tamaşa ərsəyə gəldi.  Əvvəla düşünürəm ki yazıçı üçün mövzu sərhəddi yoxdur. Yazıçı İstənilən mövzuya müraciət edə bilər,istənilən mövzunu işləyə bilər, yalnız o şərtlə ki o mövzuya daha dərindən bələd olsun,  onu daha yaxşı araşıdra bilsin, öz içindən keçirdə biısin və istedadla ortalığa ədəbi material qoya bilsin  üstəlik heç kimi təkrarlamasın... Bunlar çox vacib prinsiplərdir. Ancaq nə qədər nail olmuşam deyə bilmərəm. Ancaq tamaşaya qədər bu pyesi oxuyanlar, səhnəni gözəl bilən adamlar, səhnə aadamları da müsbət fikirlərini demişdilr və məni də inandırmaşdılar ki nə vaxtsa tamaşa olacaqsa baxılan, sevilən tamaşa olacaq.

- Demək, fikrimdə yanılmışam, belə ki, sizin ailənin taleyində sürgün həyatı olmayıb...

- Xeyr. Bizim nəslimizdə belə aqibəti yaşayan olmayıb. Şükriyyə xanım mövzusuna necə başladığımı yaxşı xatırlayıram. Bir dəfə təsadüfən İnternetdə qarşıma bir yazı çıxdı Şəmkirdə bir kitabxanaçı xanım  Şkriyyə xanımın çox az təsadüf olunan şəklini paylaşaraq altda sözlər yazmışdı O şəkil Şükriyyə xanımın yaşlı dövrünün şəkli idi və üzündə əzabın,  çətinliyin ifadələri var idi və o şəkil, onun Qazaxstandakı həyatı və başına gətirilənlər   mənə çox təsr etdi ,məni möhkəm silkələdi. Düşdüm o yazının izinə daha başqa yazılar tapdım. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin “Xural”qəzetində (səhv etmirəmsə 2010 cu ildə)  yazdığı  böyük gözəl bir yazısını tapdım, mənim təsəvvürüm daha genişləndi. Daha sonra Əli Saləddinin Əhməd Cavad haqqında böyük bir kitabı var  Kitabın sonunda  böyük bir hissə “Əhməd Cavad və Şükriyyə dastanı” adlanır. Əli Saləddin Seyfəlli kəndində Şükriyyə xanımla görüşmüşdü Kitabda Şükriyyə xanımın öz dilindən verilən fikirlər məni çox təsirləndirmişdi və bütün bunlar yazmaq üçün böyük material verdi. Bundan  başqa Şükriyyə xanımın sonbeşiyi  oğlu Yılmazın 1993 cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində “Atam gedındən sonra” adlı bir yazısını  Milli kitabxananın arxivindən tapdım.  Bu ailənin başına gələn müsübətlər qardaşının və ailəsin  necə yaşayıblar necə ayaqüstə dura biliblər,Yılmaz ata-anası getdikdən sonra  Şəmkirdə  Seyfəlli kəndində qohumlqrı Anaxanım adlı bir qadının 8-9 yaşına qədər himayəsində yaşayıb  . Anası sürgündən qayıtdıqdan sonra  kənd adamları atası haqqında söylədiklərini qələmə alır.  Mən o xatirələri göz yaşları içərisində oxudum . Bütün bunlar eləcə də o dövrdə sürgün həyatı yaşamış  milliyyətcə müxtəlif bir çox xanımıarın sürgün həyatıyla bağlı xatirələri oxudum. Burda Ukraynadan,Moldaviyadan,Gücüstandan olan hansı ki Akmonski vilayətində əmək koloniyasında yerləşən o  beynəlmiləl kolaniya idi  Keçmiş sovetlər ittifaqının müxtəlif yerlərindən sürgün olunan xanımlar idi. Hər kəsin də öz taleyi,  öz acı həyat hekayəsi var idi Mən də  zərrə-zərrə,qram-qram o hadisələrdən nələrsə götürdüm  özümküləşdirməyə çalışdım bacardığım qədər  səhnələrdə istifadə etməyə çalışdım. Məsələn tamaşadan xatırlayırsınızsa orda bir dovşan əhvalatı var . Belə ki müəyyən ərazidə əkilmiş alma ağaclarının dibini qazıyaraq qurumasına səbəb olan dovşanları qovmaq üçn  qadınlar növbə ilə keşik çəkməli idilər . Məlum olub ki quruyan ağaclara görə sürgündəki qadınlar güllənərmiş  Bu olmuş əhvalat idi. Bir yazıçı kimi çoxlu fantaziyalarım var. Pyesdə mənim  İvan Aleksandroviç kimi verdiyim  personajı Fyodr Aleksandroviç kimi  dəyişdirdim ,ümumiyyətlə elə adamın olub -olmadığını bilmirəm .Ancaq  mənə lazım olan  onun  öz diliylə dediyi fikirlər ,və etirafları idi ki tamaşçıya çatdırmaq istədiyim də bu idi.

- Fyodr Aleksandrobiç  obrazıyla türklərə,türk dilinə  olan şiddətin bariz nümunəsini gördük.

- Ümumiyyətlə Şükriyyə xanım heç vaxt heç kəslə bölüşməyib. Mən Şükriyyə xxanımın nəvəsi Cavad bəylə dostam. Cavadın adını da Şükriyyə xanım qoyub və 11 yaşına qədər anası ilə birgə  o baxıb. Cavad deyir ki mən bir dəfə soruşdum ki’’ Stalin kim olub , onun haqqında bilmək istəyirdim”. Nənəm Şükriyyə tez ağzımdan tutub “Onun haqqında danışma” dedi. Bax belə, əslinə bu mövzuya müraciətim,məni belə silkələməsi belə olub. Uzun  müddət idi bu tamaşanı gözləyydim. Tamaşa 2018-ci ildə yazılıb. Və çox şadam ki Akademik milli teatrının rəhbərliyi  mənim bu sənət ocağında çalışdığıma görə deyil məhz  əsəri qiymətləndirərib əsər üzərindən çıxış edərək  bu tamaşanı hazırlayıblar.

- Cavid bəy, bu tamaşada gözəl aktyor ansanblı, səslənən musiqi,həmçinin gürcü dilində səslənən  cümlələr, musiqi, səhnə tərtibatı çox möhtəşəm idi. Sizdən məni düşündürən bir məsələyə də münasibətinizi bilmək istərdim. Tamaşaya hazırlıq mərhələsində,tamaşadan sonra yəni indi “Kaş bu məqamda belə olsaydı, yaxud bu hissəsində bunu da göstərə bilsəydik”düşüncələriylə özünüzə sual verirsinizmi? Mənim də içimdən keçən bəzi məqamlar oldu. Öncə sizi dinləmək istərdim və sonra mən də paylaşacam.

- Bilirsiz, müəlliflə rejissor arasında olan yaradıcı münasibət həmişə hər ikisinin ortaq məxrəcə gəlməsi ilə alınır. Rejissorun borcu deyil ki müəllifin yazdığı bütün sözləri, bütün səhnələri orda saxlasın. Çünki mən artıq öz işimi bitirmişdim, başqa sözlə desək mən əsəri yazdım,nöqtəni qoydum təqdim etdim. Artıq tamaşa rejissoru hansı şəkildə istəyirsə tamaşanı o şəkildə qura bilər. Əgər siz pyesi oxumuzsunuzsa görəcəksiniz ki orda Əhməd Cavad var,tamaşada Əhməd Cavad yoxdur. Tamaşada Şükriyyə xanımın qayıdarkən Anaxanım var, Yılmaza qovuşmağ var. Ancaq tamaşada bunlar yoxdur. Tamaşanın rejissoru Bəhram müəllim uşağın göstərilməsini vermədi. Pyesdə gördüyünüz oğlan tamaşada Lali adlı qızcığazla əvəz olunub. Əslində bu elə bir ciddi, funksional dəyişiklik də deyil. Lalini canlandıran Aylin çox istedadlı qızdır və artıq teatr səhnəsində bu onun ikinci roludu. Bundan öncə “Zəfər yolu” tamaşasında məharətini göstərmişdivə çox sevinmişdi. Biz də qərara gəldik ki elə qızcığaz olsun. Bəhram müəllim eyni zamanda pyesdə olmayan ancaq özünün bir rejissor kimi vacib hesab etdiyi Şükriyyə xanımla atası Sülüyman bəyin xəyalı görüşünün verilməsini təklif etdi və mən də böyük məmuniyyətlə əlavə etdim. Deyim ki belə yanaşma çox normaldır və demək olar ki bütün tamaşalarda baş verir.Bəhram müəllim mənə çox təsirli məqamalara toxunaraq peşəkar rejissor kimi müəyyən əlavələr etməyi vacib bildi. Şükriyyə xanımın ata xeyr-duası almadan ailə qurması, atanın illər sonra peşmançılığı, özünü mühakimə etməsi, qızının acı taleyinə yanıb-yaxılması, peşmançılıq səhnələrinin olmasını təklif etdi. Pyesdə olmayan daha bir təsirli,dramatik səhnə Stalinə xanımların ünvanladığı məktub və bu məktubların xorla səsləndirilməsi səhnəsi də Bəhram müəllimin təklifi idi və bütün bu əlavələr mənim də ürəyimcə oldu.

QEYD: Cavid bəy danışdıqca artıq hiss edirdim ki özümü ələ ala bilmirəm. Atamın anası Keysu nənəmin sürgün illərindəki qoşduğu bayatıları, Stalinə məktub yazan xanımların xorla səsini eşidirdim..

Kəndimizə ün düşdü,

Taleyim düyün düşdü.

Mən kimə neyləmişdim,

Ömrümə sürgün düşdü.

----

Ər kişilər satıldı,

Zindanlara atıldı.

Bircə onu bilmədim,

Bu daş hardan atıldı.

----

Dağda lalama dəymə,

Gözü alama dəymə.

Nə edirsən et, fələk,

Təkcə balalarıma dəymə.

- Mənə də çox maraqlı gəldi və həqiqətən qeyd etdiyiniz səhnələrdə tamaşa zalından eşidilən  hıçqırtıları duymamaq mümkün deyildi. O ki qaldı içimdən keçən istəyimə tamaşanın sonunda Əhməd Cavadın bu gün də türk dünyasında məhşur,türkçülüyün simvollarından sayılan “Çırpınırdı Qara dəniz” mahsından bir parça səslənsin. Şükriyyə xanım dönə-dönə atasına “Mən min dəfə də dünyaya gəlsəm ancaq Cavadı sevərdim” kimi çözlərinin bir cümlə də əlavə olaraq “Mənim Cavadınm həm də əqidəsinə sayğım sonsuzdur” deməini istərdim. Ancaq əslində bir neçə dəfə soyadının dəyişdirməsinə, boşanmasına qətiyyətlə rədd cavabı verməsi elə mənim istəklərimin əks tapması deməkdir. Bu gün göz yaşlarıyla baxdığımız “Şükriyyə” tamaşası əminəm ki  qan yaddaşımız olan o illəri gələcək nəsillərə tanıtmaq üçün çox möhtəşəmdir. Bu tamaşa qardaş türk dövlətlərində eləcə də dünyanın bir çox ölkələrində səhnəyə qoyulmağa layiq əsərdir və əminəm ki biz o günü də görəcəyik.  

Jalə Cəfərova
Filologiya üzrə fəlsəfə doktoru, jurnalist.

PS. Cavid bəy də hiss edirdi ki bir az söhbət etsək artıq göz yaşlarıma hakim ola bilməyəcəm. Sürgün mövzusu mənim üçün nə qədər ağır olsa da, gözəl tamaşa haqqında danışmaq içimə bir huzur verdi. Bu mənəvi rahatlıqı yüksəltmək üçün dayanacağa qədər böyük istiqlal şairimiz Əhməd Cavadın  “Çırpınırdı Qara dəniz” şerini zümzümə edərək yoluma davam edirəm:

Çırpınırdı Qara dəniz,

Baxıb Türkün bayrağına.

“Ah...” deyərdim, heç ölməzdim,

Düşə bilsəm ayağına...



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ