çərşənbə günü, 07 oktyabr 2026
     

Əyyub Abasovun “Zəngəzur”u erməni vəhşiliklərinə faktiki ittiham sənədi kimi...

Image


Azərbaycan ədəbiyyatında ermənilərin yatağına qor doldurub onları yatmağa qoymayan əsərlər var və bu əsərlərdə erməni daşnaklarının Azərbaycan xalqının başına gətirdiyi tükürpədici cinayətlərdən, soyqırımlardan bəhs edilir. Məsələn, yazıçı, dramaturq, jurnalist, Azərbaycanın Əməkdar İncəsənət xadimi Əyyub Abasovun yazdığı “Zəngəzur” tarixi romanı kimi...

Ermənistanda birmənalı olaraq qadağan edilən “Zəngəzur” daşnakları ifşa edən tarixi sənəd kimi ortadadır. “Zəngəzur”un çox qəribə taleyi var. Məlumatlara görə, “Zəngəzur” 1957-ci ildə işıq üzü görüb, kitabın nəşrindən az müddət sonra isə həmin ilin dekabr ayının 18-də müəllif 52 yaşında dünyasını dəyişib. O, “Zəngəzur”un çapının sevincini doyunca yaşamayıb. Mətbuatda gedən məlumata görə, Ə.Abasovun ölümü barədə hadisə şahidləri “İşə gedərkən qəflətən ürək tutmasından keçinib” deyiblər. Onun “ürəktutmadan” vəfat etdiyi bildirilib, amma nədənsə, onun ölümündə erməni izinin olub-olmadığı araşdırılmayıb. Bu gün deyirik ki, ola bilsin, onun qəfil ölümündə ermənilərin barmağı olsun.

  • Andranik, Dro, Njde kimi qaniçən erməni cəlladlarının obrazlarını yaratdı...

“Mən Qərbi Azərbaycanlıyam” rubrikasında 1905-ci il Zəngəzur qəzasının Şəki kəndində (Qarakilsə-Sisian rayonu) anadan olmuş yazıçı Əyyub Abasovun “Zəngəzur” romanından danışacağıq.

Əyyub Abasov 1918-ci ildə daşnak Andranik Ozanyanın başçılığı ilə erməni yaraqlılarının Zəngəzurda törətdiyi genosid nəticəsində doğmalarını itirir. 13 yaşında qətliamdan qurtulmuş az sayda həmkəndliləri ilə Naxçıvana üz tutur, orada qohumlarının yanında yaşayır. 1930-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra 1934-1937-ci illərdə Leninqradda (indiki Sankt-Peterburq) redaktorluq və tərcüməçilik kurslarında təhsil alır.

1918-1920-ci illərdə ermənilərin Zəngəzurda törətdiyi qanlı qətliamların mənzərəsini əks etdirən, Andranik, Dro, Njde kimi qaniçən erməni cəlladlarının obrazlarını ustalıqla təsvir edən ikicildlik “Zəngəzur” tarixi romanını yazır.

  • Ermənistanda qadağan edilən kitab

Məlum olduğu kimi, ikicildlik “Zəngəzur” romanı daşnak dəstələrinin Zəngəzurda törətdiyi qırğınlardan bəhs edir. Hadisələr son dərəcə geniş və ətraflı təsvir olunur. Baş verən qırğınların təkcə bədii təsviri verilmir, həm də erməni şovinizminin “haradan qaynaqlandığı” gah açıq, gah üstüörtülü dillə ifadə olunur. Yazıçı fakt və dəlillərlə, eləcə də şahidi olduğu hadisələrin köməyi ilə ermənilərin məkrli siyasətini ifşa edir. Onların rəhbərlərinin rəzil portretlərini realist lövhələrlə yaradır. Ötən əsrin ortalarında çap olunan roman böyük səs-küy doğurur. Onu Ermənistan kitabxanalarından yığışdırırlar. Hətta bu kitab Ermənistanda bütövlükdə qadağan edilir.

  • “Zəngəzur"u gözdən salmaq kampaniyası…

Roman barədə yazın Vahid Məhərrəmov qeyd edir: “…İşıq üzü görəndən sonra "Zəngəzur"u gözdən salıb, tarixi dəyərini azaltmaq məqsədilə ermənilər dəridən-qabıqdan çıxaraq əsər haqqında qərəzli və sifarişli məqalələr yazdırırdılar. Romanda erməni daşnak dəstələrinin Zəngəzurda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı son dərəcə əhatəli və obyektiv şəkildə işıqlandırılmışdı. Erməniləri də narahat edib qorxuya salan da bax, elə bu amildi. Ona görə də əl-ayağa düşüb mətbuat səhifələrində bir ucdan əsəri pisləyirdilər. Əslində, roman çox obyektiv yazılmışdı. Yazıçı əsərində yalnız baş verən qanlı hadisələrin bədii təsvirini verməklə kifayətlənməmiş, bəzən açıq, bəzən də üstüörtülü şəkildə daşnakların məkrli siyasətinin haradan qaynaqlandığını oxuculara göstərməyi bacarmışdı. Daşnakların insanlığa zidd olan niyyətlərini həyata keçirən Andronik, Karo, Njde kimi daşnak qatillərin minlərlə günahsız insanın ölümünə səbəb olmuş qaniçən əməllərini qətiyyətlə ifşa etmişdi. Onların iç üzünü, gizli niyyət və məqsədlərini bütün çılpaqlığı ilə işıqlandırmışdı.

Romanı oxuduqca öyrənirik ki, Andronik qoşunu ilə Zəngəzura daxil olan kimi əvvəlcə buradakı ermənilərlə görüşür və belə qanlı bir plan qurur: "Müsəlman kəndlərinin biri də salamat qalmamalıdır". Tayqulaq daşnak məqsədini həyasızcasına, açıqcasına bəyan edərək: "Türkü öldürmək cinayət deyil, qəhrəmanlıqdır", - deyir. Ə.Abasov Andronikin Zəngəzurda törətdiyi qanlı müsibətləri daha da geniş və məzmunlu şəkildə qələmə almağa çalışıb. Müəllif soyqırımı hadisələrini romanın səhifələrinə bu sətirlərlə köçürüb: "1919-cu ilin yazıdır. Zəngəzur qaçqınlarının güzəranı getdikcə pisləşirdi. Minlərlə insan səfalət içində idi. Boğazlarına keçmiş fəlakət zəncirini qırıb atmağa heç bir yol və imkan tapa bilmirdilər. On aydan artıq idi ki, Zəngəzur qaçqınları fəlakət içində çırpınırdılar. Hamı yandırılmış, viran edilmiş kəndlərinin, yurd-yuvalarının həsrətində idi. Lakin daşnakların hökmranlıq etdikləri torpağa qayıtmaq mümkün deyildi".

Əsər yazıldığı günlərdə ölkəmizin ədəbi ictimaiyyətində də böyük maraq doğurmuşdu. Erməni-müsəlman qarşıdurmasında daşnakların xalqımızın başına gətirdiyi zülmlərinə şahidlik edənlər romanı rəğbətlə qarşılamışlar. Hətta o vaxt Bakıda ermənicə çıxan "Qrakan Azerbecan" ("Ədəbi Azərbaycan") jurnalında A.Balayan adlı erməni də əsəri tərifləyərək onu "Xalqlar dostluğu haqqında roman" adlandırmışdı. Amma Balayan məqaləsində müəllifin azərbaycanlılara qan udduran Andronikin vəhşi simasını peşəkarcasına təsvir etdiyini yazmamışdı. Yaza da bilməzdi. Çünki erməni idi, qanında, canında daşnak ruhu dolaşırdı. Halbuki, əsər boyu tayqulaq daşnakın qanlı obrazı açıq-aydın görünürdü.

Roman Ermənistandakı kitabxanalara paylanmış və sonra da tələm-tələsik yığışdırılmışdı. Görəsən buna səbəb nə idi? Yəqin ki, buna əsas səbəb ermənilərin həqiqətdən qorxmaları idi. Daim saxtakarlıq etməyə alışmış daşnaklar həqiqətdən oddan qorxan kimi qorxurdular. Real hadisələri, həqiqəti  əks etdirdiyinə görə ermənilər romanın yazılmasından və nəşrindən narahat olmuşdular… Ermənistanda "Zəngəzur"un kitabxanalardan yığışdırıldığı vaxtlarda Bakıda erməni yazıçı və şairlərinin kitabları böyük tirajlarla nəşr edilib kitabxanalara paylanılırdı. Nə qədər yazılsa da, deyilsə də, nədənsə biz ermənilərin xalqımızın başına gətirdiyi faciələri yaman tez unuduruq. Tarix boyu ermənilər bizim bu unutqanlığımızdan öz məqsədlərinə çatmaq üçün məharətlə yararlanıblar. Elə bu gün də bunu edirlər. Doğrudur, ötən əsrin ortalarında Azərbaycan mətbuatında "Zəngəzur" romanı haqqında müsbət rəylər dərc olunub. Amma nədənsə məqalə müəlliflərindən kimsə özünə əziyyət verib kitabın Ermənistanda mənfi əks-səda doğurduğunun səbəbi ilə maraqlanmayıb. Əsərin kitabxanalardan hansı səbəbdən yığışdırılmasına aydınlıq gətirilməyib. Kitabı təhlilə çəkən tənqidçilər isə daha çox iki xalqın dostluğundan, sadə ermənilərin mehribanlığından geninə-boluna söz açıblar. Əsas mahiyyətin üstündən isə sükutla keçiblər.

O dövrün qanun-qaydaları elə idi ki, "Zəngəzur"un sovet senzurasından ixtisarsız keçməsi üçün müəllif əsərində dostluq, qonşuluq motivlərinə geniş yer ayırmalı idi. Bunsuz əsəri nəşr etmək mümkün deyildi. Yazıçı Ə.Abasov da əsərində xalqların sülh, əmin-amanlıq şəraitində yaşamasını arzulayırdı. O bilirdi ki, öz millətini qırğına, cinayətə təhrik edənlər birinci növbədə elə öz xalqının düşmənidir. Amma o illərdə qadağalar nə qədər möhkəm olsa da, yazıçı romanında yaradıcılıq imkanlarından bacarıqla istifadə edərək həm fakt və dəlillərlə, həm də özünün şahidi olduğu, ağrılarını yaşadığı hadisələrin zəngin təəssüratı ilə "silahlanaraq" daşnakların məkrli siyasətini qətiyyətlə qamçılaya bilmişdi…”

Qərbi azərbaycanlıların başına gətirilən soyqırım Azərbaycanda Əyyub Abbasovun “Zəngəzur” romanı vasitəsilə niyə təbliğ olunmur? Məsələn film çəkilə, tamaşaya qoyula bilər.

Bu roman gunumuzdə də aktualdı, amma təbliğatı sıfırdır. “Zəngəzur”un təbliğatı, müxtəlif dillərə tərcümə edilib yayılması çox vacibdir. Amma təəssüf ki, indiyə qədər bu iş görülməyib. Hətta bu romanın motivləri əsasında bədii və sənədli filmin çəkilməsi, tamaşanın hazırlanması zəruridir.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “Zəngəzur” romanının və erməni daşnaklarının xalqımıza qarşı törətdiyi soyqırım cinayətlərinin ifşa edilməsi baxımından əhəmiyyəti böyükdür. Doğrudan da, tarixi torpaqlarımız haqqında çoxlu əsərlər yazılmalıdır deyən Q.Hacıyev hesab edir ki, bu barədə kifayət qədər məlumatlar var və bu bədii, eləcə də sənədli əsərlərdə öz əksini tapmalıdır. “Qaçqınlıq, köçkünlük, deportasiyalar, soyqırımlar barədə tarixçilər yazırlar. Bunlar faktlara əsaslanır. Amma bədii yaradıcılıqda da bu əsərlər geniş təhlil oluna bilir. Əlbəttə, bunun təsiri daha çox olur.

Əyyub Abasov “Zəngəzur” romanında erməni daşnaklarının iç üzünü açıb və Dronun, Andronikin əsl simasını göstərib. Hesab edirəm ki, tarixi roman janrında yazılan bu əsərin təbliğatına ehtiyac var. Məhz soydaşlarımızın 1918-ci ildə daşnak dəstəsi tərəfindən soyqırıma məruz qalması faktı bu əsərrdə canlandırılıb. Fikrimcə, daşnakların xalqımıza qarşı soyqırəm cinayətlərini əks etdirən əsəri ekranlaşdırmaq da mümkündür” - deyə Q.Hacıyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ