çərşənbə günü, 17 iyun 2026
     

Nizami Gəncəvinin qeyri-səlis düşüncə arealında fəlsəfi fikir dünyası...

Image


Dahilər öz dühaları ilə doğulan, əlahiddə istedada malik fenomen qüdrət sahibi olan insanlar, təfəkkürü, zəkanı dəyişə bilən, insan həyatını və kainatı formalaşdırmaq istiqamətində çevriliş etmək qabiliyyəti ilə seçilən, cəmiyyəti istənilən şəkildə yenidən qurmağa qadir olan böyük şəxsiyyətlərdir. Onlar dünyaya gələrkən elə bir işıq seli və elə bir yüksək enerji gətirirlər ki, həmin işıq seli və enerji öz iti sürətli cərəyan axını ilə atom enerjisindən də güclü, qüdrətrli potensiala malik təsir qüvvəsi ilə insanları öz ovsun – sehr məhvərinə salır. Bu sehr – cazibə zamana təslim olmayan bir ilahi qüvvədir. Çünki o, hər dəfə ona müraciət olunduqda, özünü motivasiya edə, yeniləyə bilən qüdrət daşıyıcısıdır. Və dahilər zamanın və tarixin xüsusi şifrələdiyi tale sahibləridir.

İbtidai insanların cəmiyyəti irəli aparan, bizə məlum olmayan şəxsiyyətlərindən və eramızdan əvvəl dünyaya gəlmiş dahilərdən başlayaraq, (Arximed, Demokrit, Sokrat, Platon, Aristotel, Pifaqor), bizim eramızda doğulmuş, dünya elminə böyük töhfələr vermiş, Q.Qalileyə, İ.Nyutona  A.Eynşteynə, habelə, 9-cu əsrdən Qərb elminin inkişafında əsas rol oynamış Şərq dahiləri – Məhəmməd Əl Xarəzmiyə, Əl Fərabiyə, İbn Sinaya, Ömər Xəyyama, İbn Rüsdə, Mövlana Cəlaləddin Rumiyə, Fəxrəddin Raziyə, Nəsirəddin Tusiyə, Qütbəddin Şiraziyə və zəmanəmizi əhatə edən müasirlərimizə qədər bütün dahilərinin dühaları təsdiq edir ki, bəşər tarixinin fərqli dövrlərində dünyaya gəlmiş bu qadirlər öz ilahi təfəkkür qüdrətləri ilə düşüncədə tərəqqiyə yol açmış, dünyanın düzənini qurmuş, zamanları dəyişdirmişlər.

Həmin nəzəriyyələrdən biri də, qürurla adını çəkmək istədiyim müasirimiz və həmyerimiz Lütfi Zadənin çağdaş dünya elminin istiqamətini dəyişdirən "Qeyri-səlis məntiq nəzəriyyəsi"dir ki, onun tətbiqi ilə müasir elmi-texniki sahə tam yeni bir mərhələyə qədəm qoymuşdur. Bu nəzəriyyə bəşəriyyət qanunlarını özündə ehtiva etmək imkanlarına malikdir və fərqli cəhəti ilə insan idrakında ən qədim zamanlardan yer tutmuş və hətta bütün nəzəriyyə və cərəyanların yaranmasına səbəb olmuşdur. Belə ki, hələ ortaya çıxmadığı vaxtlardan etibarən, şüuraltı məkanda bünövrə salmış öz enerji qüdrəti ilə, ibtidai insanların seçilmişlərinin praqmatik düşüncələrinin və dahilərin dühasının realizə olunmasında sövq-təbii hərəkətdə olmuş, daim onların yenilənmə prosesinə rəvac vermişdir. "Qeyri-səlis məntiq nəzəriyyəsi" elmi çoxluqları özündə cəmləşdirən zəngin bir fenomendir. Həmin fenomeni Lütfi Zadə  yalnız 1950-ci illərdə, məhz "Qeyri-səlis məntiq” nəzəriyyəsi adlandıraraq dünyaya bəyan etmiş və elmi tərəqqinin çoxxətli inkişafına təməl atmışdır. O vaxta qədər Lütfi Zadənin özünə də naməlum olan, lakin təhtəlində daim onu yeniliyə doğru aparan və nəhayətdə boy verib şaxələnən sözügedən nəzəriyyənin kəşfindən sonra geriyə – tarixə nəzər yetirdikdə tam anlaşılır ki, həqiqətən də dahilərin yaşayış boyu yaratdıqları çoxlu sayda nəzəriyyələr və cərəyanlar məhz insan idrakında özünə yer tutmuş həmin triumfal nəzəriyyənin qüdrəti sayəsində ərsəyə gəlmişdir.

Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi ən parlaq simalarından biri, 12-ci əsrdə dünyaya göz açmış, zəmanəsinin və bütün zamanların söz tanrısı Şeyx Nizami Gəncəvi də məhz qeyri-səlis məntiqin daşıyıcısı olub. O, “Aş bu mavi günbəzi, o qədər yüksəl ki, sən, Boynunu dar həlqədən xilas edə biləsən.” kimi, ölçüləri işıq sürəti ilə aşıb-keçən geniş əhatəli fikri ilə dar həlqədə məhdudiyyəti, konkretliyi, yəni “Binar nəzəriyyəs”inin qanunlarını, mavi günbəzdən, yəni göylərdən o tərərfdə isə hüdudsuzluğu, sonsuzluğu göstərir və bu məntiqi fikir isə, yalnız qeyri-səlis anlayışlı düşüncənin məhsuludur. “Çox gəzdi, çox dolaşdı ayaqyalın xəyallar,”la isə, işıq sürətindən də iti dinamikası olan xəyalların qət edə biləcək məsafələrin sonsuz olduğunu ifadə etməklə, məhz qeyri-səlis düşüncə sahibi olduğunu ortaya qoyur. “Birləşdirib, yoğurdu, qaynatdı suyla odu,” fəlsəfi qayəsi də Nizaminin qeyri-səlis məntiqlə düşünən dahi olduğunun açıq şəkildə göstəricisidir. Əksər elmlərə dərindən vaqif olan ölməz şairin təfəkkür və təxəyyül aləmində konkret ölçülər, konkret rənglər, sözün ecaz səmasında sərhəd və ya hikmətlər təşnəsində fikirin ölçü məhdudiyyəti yoxdur. “Ağbirçək bir dayədir sənə süd verən rüzgar,” və ya, “Tutuquşu güləndə çatladı qəndin bağrı,”, eləcə də, “Düşüncənin gözünə işıq gətirən Tanrı.” kimi, rəng verib-rəng alan təşbehləri, “Günə, Aya don biçdi öz əlilə Yaradan, Birinə ağ ipəkdən, o birinə qaradan.” yaxud, “Ulduzlarla sildi o, göydən hisi, dumanı,” bənzərsiz poetik lövhələri, “Gecə rəngli torpağa verdi gündüz badəsi, Tökdü daşın ağzına neçə şəfəq qətrəsi.” ya da, “Yeddi düyün vurmaqla qandalladı yerləri.” eləcə də, “Gedirdi, bir qədəmi o birindən xəbərsiz,” və ya “Görünməyən Tanrını aşiq gözüylə gördü.” və “Həzrət Məhəmməd onu başqa ölçüylə gördü: Ürək, idrak gözüylə, zəka gözüylə gördü.” kimi dərin fəlsəfi möcüzələri apaydınca sübuta yetirir ki, Nizaminin düşüncə fəzasında yalnız əsrarəngizlik, nəhayətsizlik, riyazi sonsuzluq, hüdudu görünməyən geniş bir kainat ehtişamı mövcuddur. Gəncəvinin əsərlərindəki forma rəngarəngliyi və mənalar zənginliyi də onun qeyri-səlis məntiqlə düşünən mütəfəkkir olduğunu isbatlayır.

Dünya söz aləminə iyirmi min beytlik bir divanla (onun da yalnız yüz iyirmiyə yaxın beyti günümüzə qədər gəlib çatmışdır! Bunun səbəbi barədə öz müşahidə qənaətimi irəliləyən səhifələrdə kiçik arayış formasında diqqətə təqdim edəcəyəm!) və beş məsnəvisi ilə (“Xəmsə”) qüdrətli möhürünü vurmuş Şeyx Nizami Gəncəvi, lirik irsi, məzmun və forma gözəlliyi ilə elə bir çevriliş etmişdir ki, bu gün də o, bir Günəş misallı cövhəri ilə saysız-hesabsız “ulduzlar kəhkəşanı”nın öz ətrafında dövrə vurmasını şərtləndirmişdir. Nizami Gəncəvi yalnız Şərqin deyil, Qərb poeziya qalaktikasının da ən parlaq Günəşidir!

Məsnəvi formasında yazdığı “Xəmsə” adlandırılmış poemalar məcmuəsi sadəcə bir ədəbi sənət nümunəsi deyil, çəkisi hesaba gəlməyən, poeziya ölçüsünü müəyyən etmək üçün ölçü vahidi olmayan zəngin bir xəzinədir. Dahi sənətkar bu zəngin xəzinə ilə bəşər tarixinə, insan fenomeninə, ümumən dünya xalqlarına elə bir sərvət bəxş etmişdir ki, o sərvət xərcləndikcə çoxalır, oxunduqca yenilənir, geniş fəzalarda ünyetməz üfüqlərdən şölələndiyini isbat edir: “Düyün açılmayınca qaralırdı hələ də, Gecənin zülmət saçı gündüzlərin əlində. Göydə min-min gövhəri sapa düzdü Yaradan, Sildi yoxluq tozunu gecənin saçlarından.”... Həqiqət budur ki, ona hər müraciət edildikcə, insan təfəkküründə daha fərqli və daha geniş fəlsəfi-estetik, zəngin-poetik ümman yaranır: “Bu torpağın qanını göstərdi bir gül ilə, Əqlin nəbzini tutdu ürəyin öz əlilə.” yaxud, “İdrakınla oxudun hətta yazılmayanı, Əqlinlə işıqlatdın beyin adlı cahanı.” və sair sənət inciləri deyilənlərin parlaq nümunələrindəndir... Onu da nəzərə almaq lazımdır ki, bu söz xəzinəsindən göstərilən nümunələr tərcümə məhsullarıdır. Orijinalı isə daha dərin və daha poetikdir.

Gəncəvinin əsərləri tarixi olaylar, hekayətlər və həyat hadisələri zəminində yaransa da, o əsərlərin hər birində müəllifin təxəyyül potensialının ərsəyə gətirdiyi geniş meydan ön planda dayanır. Dünyanı cəmiyyətin anlaya bilməyəcəyi dərin qatlardan böyük ustalıqla dərketmə qabiliyyəti, həyatın sirlərini hər kəsdən fərqli, həssas müşahidə bacarığı ilə görə bilmə fərasəti, böyük istedadın zəngin təşnəsinin süzüb göndərdiyi ovsunlu sehri və nəhayət vəhy dolu fəhmi Nizaminin özəl keyfiyyətidir.

O, coğqun zəka enerjisi və ziya dolu poetik nuru ilə əsərlərini durmadan yüksələn dinamika ilə yaratmışdır. Ona görə də, həmin əsərlər öz cövhərində yer tutan fəlsəfi dərinliyi, məzmunlu və yüksək elmi, bədii, estetik mahiyyəti, ictimai mövqeyi, müdrik idrakdan doğan böyük hikməti, bütün bunlarla yanaşı, anlaşılan sadə strukturu və mürəkkəb ziddiyyətlərlə qaynayan hadisələrin  cərəyan etdiyi süjet zənginliyi və həm də, “Göylər vuran düyünü, soruş, yerdə kim açar? Ayağını göylərə cəsarətlə basanlar.” eləcə də, “İldırım kimi gülmək, sonra dərddən ağlamaq, Ani bir qığılcıma döndərir ömrü ancaq.” misallı dərin məzmunlu həzin poeziyası ilə, ruha bənzərsiz qida verən tükənməz xəzinə kimi ümumbəşəri dəyərlər miqyasına yüksəlmişdir.

Gəncəvinin əsərlərində – istər divanında, istərsə də məsnəvilərində insan və söz əsas fəlsəfi kateqoriyalardan biridir. O, əsərlərində cərəyan edən hadisələri dərin mənalı sözlərlə və ibrətamiz hikmətlərlə rövnəqləndirərək, İnsanın meyarını müəyyənləşdirir. Böyük mütəfəkkir İnsan varlığının mahiyyətinə necə həssaslıqla yanaşırsa, sözün qüdrətini də eyni dəyərdə yüksək tutur: “Poladdan dağ olsa da, inan, Onu parça-parça dağıdar insan.” yaxud, “Uluların yolunun gərək qulu olasan, Ülviyyətə yüksəlib, sən də ulu olasan.” eləcə də, “Söz bayraqdan daha çox əldə eyləyir zəfər, Qılıncdan daha artıq qalxıb alar ölkələr.”. Belə kəlamlarla dahi şair insanı ülvi, güclü, dözümlü, qüdrətli, nurlu və dürlü hesab etməklə onu, zirvələrə ucaldır. “İnsana arxadır onun kamalı, ağıldır hər kəsin dövləti, varı.” – deyərək, insanı ağla, kamala doğru istiqamətləndirir. Yəni, Nizami deyir ki, cəmiyyətin yüksəlişi insanın kamilliyinə bağlıdır. Başqa yol yoxdur. Həm də, “Vurub yıxmaqla deyil ağıllılıq, unutma, Gücünü ədalətdən heç zaman uca tutma!” – məntiqinə söykənməyi tövsiyyə etməklə, diqqəti, qüdrətin yalnız ədalətdə cəm olduğuna yönəldir. Nizami, “Dəmiri aynatək parladan insan, Pası silməlidir öz vicdanından!” hikməti ilə isbat edir ki, həqiqətlər, ədalətlər kamil insanın vicdanında öz haqqına qovuşa bilir və ona görə də insan öncə mütləq öz vicdanını saflaşdırmalıdır. “Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət, Yer üzünün fatehi ədalətdir, ədalət.” fəlsəfəsi ilə, insanın, ruh və vücudunun yalnız ədalət təşnəsində yoğrulmasını, bununla da bütün meyarların fatehinə çevriləcəyini təşviq edir. Və “Haqq sözü eşitmək istəməyənlər, Ağlını itirib öləcək hədər.” dərin kəlamı ilə böyük mütəfəkkir bir daha inandırır ki, ədalət olan yerdə həqiqət vardır və fəth olunmaz zirvələr yalnız haqqın həqiqəti və ədalətin qüdrəti ilə fəth olunur. Eyni zamanda, dahi sənətkar insan amili ilə yanaşı, insanı ucaldan sözü də su kimi saf, təmiz, şəffaf, lətif dəyərlərlə yüksəldir. İnsanla və insanda sözü, sözlə və sözdə insanı kamil həddə çatdırır, onların fəlsəfi mahiyyətini, bir-birinə qırılmaz tellərlə bağlılıını və İnsan – Söz tandeminin bərqərar olduğu zirvəni aydınladır.

“Sözün qanadları var, quş kimi incə-incə, Dünyada söz olmasa nəyə gərək düşüncə.” yaxud, “İnci tək sözlər seç, az danış, az din, Qoy az sözlərinlə dünya bəzənsin.” eləcə də, “Sözündə çoxluğa qoyma yer olsun, Birin yüz olmasın, yüzün bir olsun.” məfkurəsi ilə ölməz şair, sözün ədəb-ərkan və qutsal məqamını önə çıxarır. İnsan və toplum həyatının tənzimlənməsində diqqəti sözün roluna və əhəmiyyətinə yönəldir. Bütün fəsadların kökündə məhz Sözlə düzgün davranılmama fəlsəfəsini görürdü. Böyük Nizami üçün kamil insan ilk növbədə kamil söz deməkdir, insan kamalından süzülən söz! İnsanın kamilliyi hikmətdən və hikmət elmlərindən keçir: “Pis, yaxşı nə varsa, demək malındır, Lakin sənə vacib olan öz kamalındır.” və ya, “Bilik qazan, ey könül, yan, işıqlan biliklə, Zülməti nurla öldür, düşməni bir çiçəklə.” Kamillik fəlsəfəsini belə hikmətlərlə və bədii sehrlə ifadə edən dahi Nizami İnsan amilini, “Səbri, hövsələni unudan insan, Ağıldan, kamaldan açmasın dastan.” ya da, “Ucalmaq istəsən, bir kamala çat, Kamala ehtiram göstərir həyat.” və ya, “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan” zirvəsində bərqərar edir. Hansı məsləkə xidmət etməsindən asılı olmayaraq, sözün dəyəri, sözün qüdrəti və ecazı ilə İnsanı, İnsanın simasında cəmiyyəti kamil olmağa çağırır. Nizami Gəncəvi, kamal dühası və qeyri-səlis məfkurəsi ilə hər zaman aktualdır.

Nizami, cəmiyyətdə İnsan fenomeninin dəyərini qaldırmaq üçün ən başlıcası hökmdarların ədalətli olmalarını tələb edirdi. Haqlı olaraq düşünürdü ki, insanlıq şəhdi, hökm sahiblərində nə qədər güçlü olsa və bütün amillərə kamil insan idrakı ilə yanaşsalar, dəyərləndirsələr, cəmiyyət də bir o qədər asanlıqla tərbiyələnər, maariflənər və nəhayətdə cəmiyyətin böyük bir hissəsi sürətlə kamilləşə bilər. İnsanlıq zirvəsinə yetişmək üçün daha ehtişamlı və mükəmməl yola daxil ola biləcək məkanın seçkin insanların zəkasında işaran qığılcımlardan alov saça biləcəyini böyük poeziyanın və yüksək sənətin dili ilə ifadə edirdi. Belə düşüncə ilə yaşayan və yaradan şairin söz və poeziya qüdrətinin yükü, çəkisi bir tərəfə, insan və haqq bütövlüyü əsas amil idi. Böyük şair, “Böyüklə vuruşda insan ad alar, Alçaqla vuruşda özü alçalar.” – ideyası ilə yaşayır və bu düşüncəsi də Nizamini daim ucaldırdı. Çünki, “Bacarsan hamının yükünü sən çək, İnsana ən böyük şərəfdir əmək.” məntiqi və “Çalış öz xalqının işinə yara, Geysin əməlinlə dünya zərxara.” fəlsəfəsi, türk oğlu olaraq onun ən böyük amalı idi və bu amalla da yaşamaq-yaratmaq, özünün sadə, məzmunlu həyatı və böyük yaradıcılıq məziyyəti ilə həm də öz simasında İnsan varlığını bütün dəyərlərdən yüksək tutmaq, “Hünər ardınca qoş, xalqa xeyir saç, Qapılar bağlama, ər ol, qapı aç.” idrak məhsulunu sözün dərin fəlsəfi gücü, ekstaz qüdrəti və yüksək bədii poetikası ilə cəmiyyətə çatdırmaq, kamil insan yetişdirmək niyyətini, fikrini belə, dolğun mahiyyətlə ifadə etmək, təlqin etmək Nizami Gəncəvi üçün həyat prinsipinin və bədii memarlıq ustadlığının rəhni idi. Ona görə də, bu anda haşiəyə çıxmağın, yuxarıda qeyd etdiyim arayış barədə söz açmağın yerinə düşəcəyini zənn edirəm.

Təəssüf ki, Nizami Gəncəvinin əlimizə gəlib çatmış bütün əsərləri fars dilindədir. Artıq məlumdur ki, dövrün tələbləri – həm o zamanlar fars dilinin geniş yayılması faktı, saraylarda əsasən fars dilinin üstün tutulması, həm də şairə verilən sifarişlərin məhz saraylardan gəlməsi, Nizamini əksər halda fars dilində yazmağa vadar etmişdir. Amma divanından illər sonra qələmə aldığı ikinci poeması olan “Xosrov və Şirin” əsərində “Türklüyüm bu Həbəşdə heç getmir. Dadlı dovğaya xalq meyl etmir” və ya, “Dağ kimi ucalmışdı bir zaman Türk dövləti” – deyə, öz milli kimliyini uca tutan, həmişə geniş düşünən  böyük insan və qüdrətli şair Nizami Gəncəvi heç mi öz ana dilində – doğma türk dilində bir qəzəl, qəsidə və ya rübai yazmamışdır? “Dadlı dövğaya xalq meyl etmir”, – deyərkən, Nizami “Dadlı dovğa”nın türk dilində yazdığı incilər olduğunu nəzərdə tutmurmu?!. Hətta düşünsək ki, ərəb dilini də mükəmməl bilən dahi şair, mütləq, ərəb dilində də şeirlər yazmışdır. Çünki, Nizamini incələyərkən, onun, əmin olduğumuz qeyri-səlis düşüncəsi ilə, bədii-fəlsəfi, dövrü-insani zirvələrinin fövqünə yüksəlmiş bir fenomen olması, yaradıcılığında bütün dolğunluğu ilə öz təsdiqini tapır. Belə bir qüdrət sahibi olan mütəfəkkir şəxsiyyət heç ola bilməz ki, geniş təfəkkür imkanlarını hər cəhətdən realizə etmək istəməyəydi. Belə yaradıcı dahilər idrak məhsullarını, istəslərə də, istəməslər də sövq-təbii olaraq,  mütləq, çoxxətli və çaxşaxəli, rəngarəng çalarlarla ərsəyə gətirməyə özlərini borclu hesab edirlər. Başqa cür desək, bu cəhət onların dahilik xüsusiyyətləridir.

Qənaətimə görə, şairin “Divan”ının böyük çoxluğu türk dilində qələmə alınmışdır. Bu fikri aşağıdakı həqiqətlərlə təsdiq etməyin mümkün olduğunu zənn edirik. Nizami Gəncəvi özü, Divanında və “Leyli və Məcnun” poemasında “Divan”ının sahibinin Şirvanşah I Axsitan (şəcərə etibarı ilə yarı ərəb, yarı gürcü, bütün ruhu ilə fars sevdalı) olduğunu qeyd edır. Buradan belə bir nəticə çıxarmaq mümkündür ki, dahi şair öz “Divan”ını məhz, böyük şeir həvəskarı olan və sarayında Ə.Gəncəvi, Ə.Xaqani və M.Beyləqani kimi nəhəng söz sərrafları başda olmaqla, şairlər ordusu toplamış Şirvanşah I Axsitana göndərmişdir. Güman etmək olar ki, I Axsitan divanda yer tutan şeir incilərinin böyük hissəsinin məhz türk dilində olduğunu görmüş, bu gerçəklik onu qane etməmiş və türkcə şeirlərin məhvinə qərar vermiş, yalnız fars dilində variantları saxlamışdır. Ona görə də həmin “Divan” bütöv halda heç kəsin əlinə düşməmişdir. I Axsitan türk millətinə və türk dilinə öz nifrətini gizlətmirdi. Hətta Nizamiyə yazdığı sifariş məktubunda da bunu açıqca etiraf etmişdi. Bəllidir ki, I Axsitan məktub vasitəsi ilə böyük şairə ərəb əfsanəsi olan “Leyli və Məcnun” hekayətini nəzmə çəkməyi sifarş etmiş və ən başlıca diqqətçəkən məsələ də odur ki, məktubda əsərin yalnız fars dilində yazılmasını tələb etmişdi. Öz sifarişində türk dili ilə bağlı mövqeyini də bildirmişdi. Nizami Gəncəvi “Leyli və Məcnun”un girişində I Axsitanın ona yazdığı məktuba toxunmuş və məktubdakı – “Türk dili yaramaz şah nəslimizə, Əskiklik gətirər türk dili bizə. Yüksək olmalıdır bizim dilimiz, Yüksək yaranmışdır bizim nəslimiz.” kimi rəzil fikirlərini açıq şəkildə poemaya daxil etmiş, bununla da I Axsitanın Türkə və Türk dilinə olan mənfi münasibətinin məxsusən tarixin səhifələrində saxlanmasını təmin etmişdir. Zənnimcə, bu nümunə tam isbat edir ki, Nizaminin türk dilində yazdığı şeirlərinin I Axsitan tərəfindən məhv edilməsi fikrinin ortaya çıxması üçün yaranmış zəminə heç bir şübhə ola bilməz. Əks təqdirdə haqlı olaraq belə bir sual ortaya çıxır ki, əgər Nizami Gəncəvi yalnız fars dilində yazıb-yaradırdısa, bəs nə üçün I Axsitan Nizamiyə məhz, türk dilinin yaramadığını ismarıc edir və fars dilində yazmasını əsas şərt olaraq dilə gətirir?! Bu da məlumdur ki, Nizami Gəncəvi öz “Divan”ının sahibi hesab etdiyi I Axsitanın sifarişini öncə həyata keçirmək istəməmiş, sifarişi rədd etmişdir. Yalnız öz oğlu Məhəmmədin təkidi ilə I Axsitanın sifarişi olan “Leyli və Məcnun” adlı böyük sənət incisini ərsəyə gətirmişdir. Nizami Gəncəvinin sifarişdən imtina etmə səbəbi həqiqətən də yalnız bir ehtimalla ola bilərdi – o da, türk dilində yazılmama, fars dilində yazılma tələbinə görə. Əks halda şəxsiyyətinə böyük hörmətlə yanaşdığı, “Divan”ının sahibi adlandırdığı I Axsitanın sifarişindən nəyə görə narazılıq etməli idi? Bu narazılıq faktını hörmətli Nizamişünasların əksəriyyəti öz tədqiqatlarında təsdiqləyirlər. Güman ki, I Axsitanın türlüyə və türklərə olan münasibəti kamil insan formalaşdırmağa çalışan böyük şəxsiyyət və qüdrətli şairi narazı salmış, şeirə və şairlərə yüksək dəyər verən bir hökmdarın bu mövqeyini qəbul etməmişdir.

Fikrimcə, Nizami Gəncəvinin öz ana dilində çoxlu sayda şeir nümunələri ərsəyə gətirməsi ehtimalı yüksəkdir! Yuxarıda da qeyd etdiyimiz kimi, böyük şairin, “Türklüyüm bu Həbəşdə heç getmir. Dadlı dovğaya xalq meyl etmir” – deyə, gileylənməsi onun milli dərdini, ağrısını ifadə edir və türk dilində qələmə aldığı sənət incilərinin meydanda yer ala bilməməsinə yanğı ilə münasibətini göstərir.

Bu da bir həqiqətdir ki, Nizami “Leyli və Məcnun” poemasında türklüyünü və türklüyə bağlılığını çəkinmədən və prinsipial şəkildə bəyan etmişdir. Nizami yaradıcılığının tədqiqatçılarından Çingiz Sasanianın “Nizaminin "Leyli və Məcnun" poeması” adlı kitabındakı, "...Axsitanı razı salmayan cəhət, həmən "türki sifətlər" və "köhnə sözlər"dir...” kimi ifadələri, Aqafangel Krımskinin, "Nizami əsərinin türkobrazlılığı həqiqətdə Şirvanşah sarayının zövqünə uyğun olmamışdır.”, Məmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” kitabındakı, “...heç bir şairdə türklük Nizamidə olduğu qədər ideallaşdırılmayıb.” kimi fikirləri deyilənlərin isbatı hesab oluna bilər. Məhz əsərdəki türkçülük ruhu səbəbindən də, I Axsitan, öz sifarişi ilə yazılmasına rəğmən, o böyük sənət incisini mükafatsız qoymuş, əsəri uzun müddət kənarda saxlamışdır.

Belə ehtimal olunur ki, şairin ölümündən sonra əsərdə müəyyən redaktə işləri də aparılmışdır. Ç.Sasanianın da dediyi kimi, üslub müxtəlifliyi, fəsillər arası əlaqəsizlik, mətləbdən kənara çıxmaq, əsərin ümumi ideyasına zidd olan beyt və şerlər poemanın Nizamidən zəif olan bir şair tərəfindən redaktə edildiyini isbatlayır. Sual doğur ki, mükəmməl bir sənət əsəri nə üçün redaktə edilməli idi? Cavab isə birdir – əsərdəki türk ruhunun ortadan götürülməsi və “köhnə sözlər”in, yəni türk etnosuna məxsus folklor nümunələrinin yox edilməsi. Bütün bu məqamlar birmənalı şəkildə isbat edir ki, şairin iyirmi min beytlik “Divan”ı I Axsitanın qərəzli yanaşmasının qurbanı olmuşdur. Bununla da həm belə insani hisslərdən kənar bədxahların canfəşanlığı, həm də, o dövrdə poeziyanın ən çox fars dilində yazılmış nümunələrinin təbliği faktı və digər naməlum səbəblər Nizaminin türk dilində yazılmış əsərlərinin it-bat olmasına gətirib çıxarmış və böyük ehtimal ki, məhz ona görə də həmin əsərlər dövrümüzə qədər gəlib çıxmamışdır.

Dahi  Nizami Gəncəvinin fəlsəfi aləmində, idrak dünyasında cərəyan edən və əsərlərində yer tutan “İnsandan insana fərq vardır, Bir dəmirdən həm nal, həm də qılınc düzəldilir” kimi zəngin, müdrik, ibrətli kəlamlarından aydın şəkildə görünür ki, bəşəriyyətin xilası məhz insandan keçir və cahil insan özü ilə bərabər dünyanı da dağıdır, kamil insan isə onu yenidən qurur və yaradır. Ona görə də dahi şair bütün yaradıcılığı boyu kamil insanın axtarışında olduğunu bəyan edir. Nizami inanır ki, kainat bir insan əlində və ya bir kəlmə sözlə həm məhv ola, həm də çiçəklənə bilir. Belə fəlsəfi həqiqətlər əhatəsində, bütün həyatını eşqlə və eşqə məftunluqla yaşamış-yaratmış, “Eşqdir mehrabı uca göylərin, Eşqsiz ey dünya nədir dəyərin” kimi sözün bədii möcüzəsini yaradan Şeyx Nizami Gəncəvi həyatın mənasını bütövlükdə eşqdə görür və odur ki, onun külliyyatına vaqif olarkən, sezilən bir həssas incəlik sübut edir ki, Nizami öz ideyalarına eşq ilə bağlı idi. Odur ki, eşqin fəzası olmadığı kimi, Nizaminin də yaradıcılığında hüdud, sərhəd yoxdur.

Qeyri-səlis düşüncələri və çoxşaxəli təfəkkür dünyası, çoxxətli idrak aləmi və əsrarəngiz təxəyyül politrası ilə poetik tablolar yaradan, ümumbəşəri mövzuları əhatə edən ölməz əsərlərində İnsan amilini və Söz məfhumunu zirvələrə yüksəldən, baş tacına çevirən, əsas qayə kimi ön plana çəkən, əsərlərinin bütün epizodlarında ictimai-fəlsəfi düşüncələr sferasını geninə-boluna gəşd edərək insan zəkasını zənginləşdirən dahi şair Nizami Gəncəvinin eşqlə ərsəyə gətirdiyi ədəbi xəzinəsi, yaradıcılıq qüdrəti  öz cazibədarlığı, füsünkarlığı, rəngarəngliyi, əbədiyyəti ilə dünya dahilərinin yaratdıqları incilər sırasında həmişə yüksək məhəbbətlə bir Günəş kimi yaşayacaq və Azərbaycana, Azərbaycan xalqına daim qürur gətirəcək parlaq şölələri ilə, üfüqlərdən alovlu şəfəqlər saçacaqdır.

İFTİXAR
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi.

[email protected]



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...

Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...

SON XƏBƏRLƏR

17.06.2026 / 15:07
Prezident İlham Əliyev Məhəmməd Süleyman Əl-Casiri “Dostluq” ordeni ilə təltif etdi

17.06.2026 / 14:49
Avroittifaq Ermənistanla "Əlahiddə ticarət tədbirlərinə" başladı - Rusiyanın acığına...

17.06.2026 / 14:46
Tramp 3 noyabradək ən azı Rusiya-Ukrayna memorandumu imzalamağı hədəflədi...

17.06.2026 / 14:43
Hökumət əhalinin Bakıdan regionlara axını üçün hərəkətə keçdi...

17.06.2026 / 14:33
Azərbaycanın Ermənistanla qaz ticarəti başlamamış Rusiya hərəkətə keçib...

17.06.2026 / 14:30
Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalıya səfəri başlayıb - FOTO

17.06.2026 / 14:27
Rusiya Ermənistan üçün daha əvvəlki Rusiya deyil...

17.06.2026 / 14:16
NATO sammiti ərfəsində Türkiyə-Rusiya münasibətlərində sərinlik başlayıb...

17.06.2026 / 14:12
Erməni toyları sürətlə “azərbaycanlılaşır”... Baxın necə...

17.06.2026 / 13:32
Aİ Rusiyanın Ermənistana təzyiqlərini azaltmaq üçün hərəkətə keçdi – ancaq ortada çətin problemlər də var...

17.06.2026 / 13:10
Kolumbiya səfiri "ASAN xidmət"dən sürücülük vəsiqəsi aldı...

17.06.2026 / 12:47
"Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır" - Əhliman Əmiraslanov

17.06.2026 / 12:39
İranın şansı gətirdi - ərəb ölkələrinin maliyyəsi hesabına gücünü bərpa edəcək...

17.06.2026 / 12:32
Finlandiyadan təklif - Avropa çimərlikləri ruslara qadağan edilsin...

17.06.2026 / 11:55
İran sazişi ABŞ administrasiyasını parçaladı - Tramp üç naziri istefaya göndərə bilər...

17.06.2026 / 11:30
Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan vəzifəlilərdən YENİ XƏBƏR VAR...

17.06.2026 / 11:18
Kılıçdaroğlunun arxayın davranışı suallara yol açdı - Özel qərarlıdır...

17.06.2026 / 11:13
"ABŞ-İran anlaşma mətni Tehranın onu uğurlu kimi təqdim etməsi üçün qeyri-müəyyən saxlanıb" - CNN

17.06.2026 / 11:07
ABŞ İsrailin tələbini rədd etdi - İran sazişinin mətni Təl-Əvivdən gizlədilir...

17.06.2026 / 10:46
İİB Qrupunun Bakı Forumunda 4,7 milyardlıq azı 32 saziş imzalanacaq...

17.06.2026 / 10:37
Bərdədə qadın 10 kiloqramdan artıq narkotiklə tutuldu

17.06.2026 / 10:22
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib - FOTO

17.06.2026 / 10:11
Köçəryanın həbsi üçün düyməyə basıldı – toxunulmazlığı ləğv edilir...

17.06.2026 / 10:01
Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox investisiya yatırılıb

17.06.2026 / 09:42
Bakı-Sumqayıt yolunda faciə: hüquqşünasın qızı qəzada öldü

17.06.2026 / 09:32
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salındı

17.06.2026 / 09:25
Əli Əsədova “Bright Uzbekistan” jurnalının xüsusi buraxılışı təqdim olundu

17.06.2026 / 09:14
G7-dən Kiyevə dəstək, Moskvaya sanksiya mesajı – Rusiyanın neft-qaz sektoru hədəfdə...

17.06.2026 / 08:42
ABŞ Senatı Trampın müharibə səlahiyyətləri qətnaməsini 7-ci dəfə rədd etdi

17.06.2026 / 08:42
Rusiya freqatı La-Manş boğazında Britaniya yaxtasına atəş açdı...

17.06.2026 / 08:40
İtaliya Baş naziri maraqlı etiraf etdi - G7 liderləri alqışladı

17.06.2026 / 08:22
Rəşid Əzimovun xatirəsinə “Əbədi İşıq” sərgisi keçirildi

17.06.2026 / 07:20
FTB Ağ Evin yaxınlığında tədbirə dron hücumunun qarşısını aldı

17.06.2026 / 07:08
Roma bazilikasında İtaliya Baş nazirinin surəti görənləri şoka saldı

16.06.2026 / 22:45
Makron və Zelenski Tramp haqqında dedi-qodu edərkən yaxalandılar - mikrofonlar açıq qaldı...

16.06.2026 / 22:30
ABŞ-İran sazişi Cenevrədə yox, Bürqenştokda imzalanacaq – rəsmən təsdiqləndi...

16.06.2026 / 22:11
Orta maaşa görə qonşularla müqayisədə belə vəziyyətdəyik - çıxış yolları...

16.06.2026 / 21:44
İranla Cenevrə sazişini Tramp şəxsən imzalaya bilər - Xamneyi gələrmi?...

16.06.2026 / 21:26
Paşinyan sabiq prezident Sarkisyanı “Kaluqalının kuklası” adlandırdı...

16.06.2026 / 21:15
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçirilir - “Qafqaz Qartalı - 2026”...

16.06.2026 / 21:03
Putinin Ermənistana münasibəti Avropanı daha da qorxutdu - xüsusi elçi pul və ticarət vədləri ilə gəlir...

16.06.2026 / 20:47
Parisdə Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri müzakirə edilib

16.06.2026 / 20:28
Tramp Suriyanın Livanda “Hizbullah”a qarşı müharibəyə başlamasını təklif etdi...

16.06.2026 / 20:20
Naxçıvan üçün Tramp da məsul olacaq - Əliyevin növbəti xatırlatması...

16.06.2026 / 19:52
Yoldaşlarını mühasirədən xilas edərək özü şəhid oldu -Namazov Orxan Ceyhun oğlu...

16.06.2026 / 19:20
“Azərbaycanla sülh Ermənistanda iqtisadi inkişafa yeni təkan verib” - Paşinyan

16.06.2026 / 19:06
Hakan Fidan Lavrovla Bakı və İrəvan arasındakı sülh prosesini müzakirə edib

16.06.2026 / 18:59
ABŞ miqrant probleminə çarə tapdı - dünyanın ən kasıb və problemli ölkəsi…

16.06.2026 / 18:58
Vüqar Rəhimzadə: Dayanıqlı media mühitinin yaradılması bütün dövrlər üçün öz aktuallığını qoruyur

16.06.2026 / 18:56
XXI Əsrin Qadınları” İB İsmayıllıda tədbir keçirib

16.06.2026 / 18:49
Binəqədidə evdən pul və qızıl oğurlayan şəxs yaxalandı

16.06.2026 / 18:40
Azərbaycanda yeni media qurumuna əvvəlkindən fərqli üstün səlahiyyətlər verilir...

16.06.2026 / 18:39
Cənubi Koreya millisi medianı boykot qərarı verdi - Dünya Kuboku bitənə kimi…

16.06.2026 / 18:26
QHT-lər ABŞ Nümayəndələr Palatasına etiraz məktubu göndərdi - Azərbaycanın buna haqqı var...

16.06.2026 / 18:12
Ermənilərin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdir... - FOTO

16.06.2026 / 17:47
Köçəryanın ölkədən çıxışına imkan verilmədi, hava limanında sənəd yoxlanışı görüntüləri mediaya sız(dırıl)dı

16.06.2026 / 17:44
MM komissiyası Fransanın Azərbaycana qarşı çirkin siyasətini ifşa etdi - BƏYANAT...

16.06.2026 / 17:23
“Media haqqında” qanunda dəyişikliklər MM-in komitə iclasında müzakirə olundu

16.06.2026 / 17:11
Ermənistanda neçə Azərbaycan və Türkiyə vətəndaşı əmlak alıb?...

16.06.2026 / 16:56
Əli Əsədov Şavkat Mirziyoyevlə görüşdü - FOTO

16.06.2026 / 16:41
Polis Nizamidə əməliyyat keçirdi - iki nəfər 12 kq narkotiklə tutuldu...

16.06.2026 / 16:35
İsa Məsihin saqqalsız təsvir olunduğu III əsr freskası aşkar edilib

16.06.2026 / 16:32
Tramp İranla saziş yeri kimi Türkiyəni niyə seçmədi?...

16.06.2026 / 16:08
Prezident İlham Əliyevlə Niderlandın Baş naziri arasında telefon danışığı olub

16.06.2026 / 16:07
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb

16.06.2026 / 15:57
Yarım milyon manatlıq dələduzluq - məhkəmə qərar verdi...

16.06.2026 / 15:32
Paşinyan Qaqik Tsarukyanı bitirmək üçün hərəkətə keçdi – sanatoriyası, şirkəti əlindən alınır...

16.06.2026 / 15:28
Mask Almaniyanın ZDF telekanalını məhkəməyə verir

16.06.2026 / 15:19
Tramp rejim dəyişikliyinin effektivliyinə inanmır - elə İranda da…

16.06.2026 / 15:13
Netanyahu İranla müharibənin xülasəsini verdi - “Şər oxunu məhv etdik…”

16.06.2026 / 14:55
Səudiyyə və Türkiyə İsraildən yan keçən alternativ “Hörmüz marşrutu” açır...

16.06.2026 / 14:43
Erməni müxalifəti liderlərin həbsini Hikmət Hacıyevin Qriqoryanla görüşünə bağladı...

16.06.2026 / 14:29
Ermənistanın kənd təsərrüfatı batır...

16.06.2026 / 14:24
Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsi keçirilir - YENİLƏNDİ

16.06.2026 / 14:17
Turizm sektoru qarşıya qoyulan hədəflərə hələ nail ola bilmir... Səbəblər...

16.06.2026 / 14:17
Bu da İranı vurmağın İsrailə faydası - mənzilin qiyməti düşdü

16.06.2026 / 14:16
Mediada dezinformasiya risklərini azaltmaq üçün yeni mexanizmlər hazırlanır...

16.06.2026 / 14:10
Əli Əsədov Özbəkistana işgüzar səfərə getdi - FOTO

16.06.2026 / 14:04
ABŞ-İran sazişi regionda zorakılıq təhdidini tam aradan qaldırmadı...

16.06.2026 / 13:50
İxrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiya ödəniləcək - FƏRMAN

16.06.2026 / 13:48
Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb - FOTO

Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

XƏBƏR ARXİVİ